Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(001)-5352/2024 20.09.2024 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin hakimi Bağırov Zamiq Rəşid oğlunun sədrliyi, məhkəmə iclas katibi Hümbətov Məmmədəli Qafqaz oğlunun katibliyi, inzibati xəta haqqında protokol tərtib etmiş Bakı şəhər BPİ-nin X10 İdarəsinin inspektoru, polis baş leytenantı X1, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakları ilə, xx.xx.1962-ci il tarixdə Neftçala rayonu, Həsənabad qəsəbəsində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, ünvan 1 ünvanda qeydiyyatda olmaqla yaşayan, Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin (bundan sonra - İXM) 327.1 və 333.3-cü maddələri ilə tərtib edilmiş inzibati xəta haqqında protokol əsasında toplanmış materiala məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: Məhkəmənin icraatına Bakı şəhər BPİ-nin X10 İdarəsi tərəfindən Şəxs barəsində İXM 327.1 və 333.3-cü maddələri ilə tərtib edilmiş xx.xx.2024-cü il tarixli, İXP ******* nömrəli inzibati xəta haqqında protokol əsasında toplanmış material daxil olmuşdur. Məhkəmə iclasında Bakı şəhər BPİ-nin X10 İdarəsinin inspektoru, polis baş leytenantı X3 izahat verərək bildirmişdir ki, xx.xx.2024-cü il tarixdə saat 18:07-də Bakı şəhəri, Binəqədi rayonu, Şəxs küçəsində Şəxs idarə etdiyi 77AN307 dövlət qeydiyyat nişanlı “X9 minik” markalı nəqliyyat vasitəsi ilə yol-nəqliyyat hadisəsi törətmiş, hadisə nəticəsində X2 məxsus 99CJ465 dövlət qeydiyyat nişanlı “Greatwall” markalı nəqliyyat vasitəsinə 200 manat məbləğində maddi ziyan vurmuş, daha sonra yoxlama zamanı Şəxs nəqliyyat vasitəsini sərxoş halda idarə etməsi müəyyən edilmişdir. İXM-nin 333.3-cü maddəsi ilə aparılan inzibati xəta haqqında iş üzrə icraat zamanı inzibati xəta haqqında işə baxmaq səlahiyyəti məhkəmələrin səlahiyyətinə aid edilmişdir. Odur ki, Şəxs barəsində İXM-in və 333.3-cü maddəsi ilə tərtib edilmiş xx.xx.2024-cü il tarixli, İXP ******* nömrəli inzibati xəta haqqında protokol tərtib edilmiş və baxılması üçün məhkəməyə göndərilmişdir. Verilmiş suallara cavab olaraq bildirmişdir ki, saat 18:00-da maşından düşməsi və 18:04-də zərərçəkmiş şəxsin ona yaxınlaşması barədə video olduğunu, 4 dəqiqə ərzində Şəxs spirtli içki qəbul etməsinin mümkün olmadığını bildirmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs izahat verərək bildirmişdir ki, 28 X7 gəlmiş, maşını sabit sürmüşdür. Yolda heç bir pozuntuya yol verməmiş, evinin yanında maşını park etmiş, maşını saxladıqdan sonra kafeyə gedib, yemək daha sonra pivə və araq sifariş etmişdir. Yemək yeyərək spirtli içki qəbul etməsini kameralar da qeydə almışdır. Yeyib-içərkən bir nəfər şəxs ona yaxınlaşaraq ondan maşınını vurub əzməsini xahiş etmişdir. Aralarında olan danışıq videokameraya da düşmüşdür. Daha sonra həmin şəxslə maşına yaxınlaşmış və maşının əzildiyini görmüşdür. Maşına yüngül cızıq dəydiyi üçün həmin cızığı əl ilə silinmişdir. Daha sonra şəxslə arasında mübahisə yaranmışdır. Bundan sonra hadisə yerinə YPX-nin əməkdaşları gəlmiş və onu 50 manat cərimə etmişlər. Daha sonra maşını cərimə meydançasından çıxarmaq üçün DYPİ-yə yaxınlaşmış və ona içkili vəziyyətdə qəza törətməsi bildirilmişdir. Anasının dializ xəstəsi olmasını, şəhid ailəsi olmasını, içkili halda yol-nəqliyyat hadisəsi törətmədiyini bildirərək sürücülük hüququnun məhdudlaşdırılmamasını məhkəmədən xahiş etmişdir. Əgər o içkili olsa idi, qaçıb gizlənərdi, polisə təslim olmazdı. İş materiallarında olan və məhkəmədə tədqiq edilmiş: xx.xx.2024-cü il tarixli, İXP ******* nömrəli nömrəli inzibati xəta haqqında protokoldan görünür ki, Şəxs İXM-in 327.1 və 333.3-cü maddələrində nəzərdə tutulmuş inzibati xətanı törətdiyindən həmin maddə ilə barəsində inzibati xəta haqında protokol tərtib edilmişdir. Sərxoşluq vəziyyətinin tibbi müayinəsinə dair xx.xx.2024-cü il tarixli 2/1753 nömrəli aktdan görünür ki, müayinə zamanı Şəxs orta sərxoşluq vəziyyətində olmuşdur. xx.xx.2024-cü il tarixli yol-nəqliyyat hadisəsinin sxemindən görünür ki, 77AN307 dövlət qeydiyyat nişanlı X9 minik markalı nəqliyyat vasitəsi 99CJ465 dövlət qeydiyyat nişanlı Greatvall markalı nəqliyyat vasitəsinə toqquşmuş və yol nəqliyyat hadisəsi baş vermiş və nəticədə Greatvall markalı nəqliyyat vasitəsinin sol qanad hissəsi əzilmişdir. Məhkəmə iş materiallarını nəzərdən keçirərək hesab edir ki, Şəxs barəsində tərtib edilmiş inzibati xəta haqqında protokol sonuncunun İXM-nin 333.3-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair hissədə məhkəmənin səlahiyyətindədir. Həmçinin Şəxs hərəkətlərinə münasibətdə əməlin inzibati xəta olmasını aradan qaldıran hallar, eləcə də onun inzibati məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, Şəxs təqsiri tam sübuta yetirildiyinə görə İXM-nin 333.3-cü maddəsi ilə inzibati məsuliyyətə cəlb edilməli və tənbeh edilməlidir. Məhkəmə ilk növbədə Şəxs izahatına tənqidi yanaşaraq sonuncunun məhkəmə iclasında verdiyi izahatı özünümüdafiə xarakterli izahat kimi qiymətləndirib, həmin izahatın həqiqətə uyğun olmadığı qənaətinə gəlir. Bununla yanaşı məhkəmə qeyd edir ki, Şəxs İXM-nin 333.3-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsi iş materialları ilə tam sübuta yetirilmişdir. Belə ki, Şəxs sərxoş vəziyyətdə 77AN307 dövlət qeydiyyat nişanlı X9 minik markalı nəqliyyat vasitəsi ilə yol-nəqliyyat hadisəsi törədərək X4 məxsus 99CJ465 dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi ilə toqquşaraq zərərçəkmiş şəxs X4 maddi zərər vurmuşdur. Qeyd edilən hadisə xx.xx.2024-cü il tarixli, İXP ******* nömrəli nömrəli inzibati xəta haqqında protokol, sərxoşluq vəziyyətinin tibbi müayinəsinə dair xx.xx.2024-cü il tarixli 2/1753 nömrəli akt və xx.xx.2024-cü il tarixli yol-nəqliyyat hadisəsinin sxemi ilə öz təsdiqini tapır. İXM-in 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakterizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Məhkəmə araşdırması zamanı Şəxs məsuliyyətini yüngülləşdirən və ya ağırlaşdıran hallar müəyyən edilməmişdir. Məhkəmə Şəxs barəsində tətbiq ediləcək inzibati tənbeh tədbirinə münasibətdə qeyd etməyi zəruri hesab edir ki, inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Şəxs törətdiyi inzibati xətanın xarakteri, törədilmə halları nəzərə alınaraq onun barəsində inzibati həbs növündə tənbeh tədbiri tətbiq etməklə inzibati tənbehin məqsədlərinə nail olunması mümkündür. Məhkəmə qeyd edilənləri nəzərə alaraq hesab edir ki, Şəxs İXM-nin 333.3-cü maddəsi ilə təqsirli bilinməli və barəsində nəqliyyat vasitəsini idarə etmək hüququ iki il müddətinə məhdudlaşdırılmaqla yeddi yüz manat məbləğində cərimə edilir və ya nəqliyyat vasitəsini idarə etmək hüququ iki il müddətinə məhdudlaşdırılmaqla inzibati həbs növündə tənbeh tədbiri tətbiq edilməlidir. Bundan başqa qeyd edilməlidir ki, İXM-nin 327.1-ci maddəsi ilə aparılan inzibati xəta haqqında işlərə baxılması məhkəmənin səlahiyyətinə aid olmadığından, həmin maddə üzrə məhkəmə araşdırmasının aparılması qanunvericiliyin tələblərinə ziddir. Lakin, iki və ya daha çox inzibati xəta törətmiş şəxs barəsində hər bir inzibati xətaya görə ayrılıqda inzibati tənbehin tətbiq edilməsinə dair qanunvericiliyin tələblərini rəhbər tutaraq məhkəmə hesab edir ki, İXM-nin 327.1-ci maddəsi ilə Şəxs barəsində inzibati tənbehin tətbiq edilməsi Bakı şəhər BPİ-nin X10 İdarəsinə həvalə edilməlidir. İXM-in 2-ci maddəsinə əsasən Azərbaycan Respublikasının inzibati xətalar qanunvericiliyin vəzifələri insan və vətəndaş hüquqlarını və azadlıqlarını, onun sağlamlığını, əhalinin sanitariya-epidemioloji salamatlığını, ictimai mənəviyyatı, mülkiyyəti, şəxslərin iqtisadi maraqlarını, ictimai qaydanı və ictimai təhlükəsizliyi, ətraf mühiti, idarəçilik qaydalarını qorumaqdan, qanunçuluğu möhkəmləndirməkdən və inzibati xətaların qarşısını almaqdan ibarətdir. İXM-in 3-cü maddəsinə əsasən yalnız həmin Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. İXM-in 4-cü maddəsinə əsasən bu məcəllə insan və vətəndaş hüquqlarına və azadlıqlarına hörmət edilməsi, qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirsizlik prezumpsiyası, ədalətlilik və inzibati xətaların qarşısının alınması prinsiplərinə əsaslanır. İXM-in 9.1-ci maddəsinə əsasən inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. İXM-in 12.1-ci maddəsinə əsasən həmin Məcəllə ilə qorunun ictimai münasibətlərə qəsd edən, hüquqa zidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıqdan törədilən) inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və hərəkətsizlik) inzibati xəta hesab olunur. İXM-in 21-ci maddəsində göstərilir ki, inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. İXM-in 31.1-ci maddəsinə əsəsən inzibati xətaya görə tənbeh İnzibati Xətalar Məcəlləsinə uyğun olaraq tətbiq edilir. İXM-in 31.4-cü maddəsinə əsasən bu Məcəllənin Xüsusi hissəsində inzibati xətanın törədilməsinə görə müəyyən edilən inzibati tənbehin yalnız yuxarı həddi müəyyən edildikdə, tətbiq edilən inzibati tənbeh onun yuxarı həddinin dörddə birindən az ola bilməz. İXM-in 333.3-cü maddəsinə əsasən Bu Məcəllənin 333.1-ci maddəsində nəzərdə tutulmuş xəta nəticəsində zərər çəkmiş şəxsin sağlamlığına yüngül bədən xəsarətinin yetirilməsinə və ya zərər çəkmiş şəxsə maddi zərər vurulmasına görə-nəqliyyat vasitəsini idarə etmək hüququ iki il müddətinə məhdudlaşdırılmaqla yeddi yüz manat məbləğində cərimə edilir və ya nəqliyyat vasitəsini idarə etmək hüququ iki il müddətinə məhdudlaşdırılmaqla işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, on beş gündən bir ayadək müddətə inzibati həbs tətbiq olunur. Beləliklə, Şəxs İXM-nin 333.3-cü maddəsi ilə təqsirli bilinərək nəqliyyat vasitəsini idarə etmək hüququ 2 (iki) il müddətinə məhdudlaşdırılmaqla 15 (on beş) gün inzibati həbs edilməli və inzibati həbs müddətinin əvvəli 20 sentyabr 2024-cü il tarixdən hesablanmalıdır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta haqqında işlərə baxılması rayon məhkəmələrinin səlahiyyətinə aid edilmədiyindən həmin hissədə inzibati xəta haqqında protokol baxılması üçün protokolu tərtib etmiş inzibati orqana göndərilməlidir. Yuxarıda göstərilənlərə əsasən və İXM-in 40, 43, 48-51, 73, 114, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 333.3-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinib, nəqliyyat vasitəsini idarə etmək hüququ 2 (iki) il müddətinə məhdudlaşdırılmaqla 15 (on beş) gün müddətinə inzibati həbs edilsin. İnzibati həbs müddətinin əvvəli 20 sentyabr 2024-cü il tarixdən hesablansın. Qərar inzibati həbs tətbiq edilməsinə dair hissədə dərhal icra edilsin və icrası Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyinin İnzibati Həbs olunanların Saxlanma Məntəqəsinə həvalə edilsin. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın törədilməsinə dair hissədə inzibati xəta haqqında protokol baxılması üçün aidiyyəti üzrə Bakı şəhər Baş Polis İdarəsinin X10 İdarəsinə göndərilsin. Qərarın surəti rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 129-cu maddəsində müəyyən edilmiş qaydada Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim: Zamiq Bağırov
Məhkəmə qərarları › İş №3(001)-5352/2024
Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qərar — İş №3(001)-5352/2024
20.09.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver