Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(001)-5362/2025 12.08.2025 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Hakim Bağırov Zamiq Rəşid oğlunun sədrliyi, Hümbətov Məmmədəli Qafqaz oğlunun katibliyi, şikayət vermiş şəxs X2 iştirakı ilə, X2 Baş Dövlət Yol Polisi İdarəsi tərəfindən qəbul edilmiş xx.xx.2025-ci il tarixli, EQ 29471877 nömrəli inzibati tənbeh vermə haqqında qərardan verdiyi şikayətə baxaraq, məhkəmə müəyyən etdi: X3 Baş Dövlət Yol Polisi İdarəsinin xx.xx.2025-ci il tarixli, EQ 29471877 nömrəli inzibati tənbeh vermə haqqında qərarından şikayət verərək həmin qərarın ləğv edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. X3 şikayətini onunla əsaslandırmışdır ki, “Daxili İşlər Nazirliyi Baş Dövlət Yol Polisi İdarəsi tərəfindən mülkiyyət hüququ ilə mənə məxsus "X5" markalı, 99XV050 qeydiyyat nişanlı avtomobillə Z. Bünyadov ilə A. Gəraybəyli küçələrinin kəsişməsi ərazisində hərəkət edərkən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.1-1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməyi müəyyən edilmiş və barəsində xx.xx.2025-ci il tarixli, EQ seriyalı, 29471877 nömrəli inzibati xəta haqqında elektron protokol tərtib edilmişdir. Həmin protokol inzibati xəta tərkibli əməlin törədilməsinin təsdiq edilməsinə münasibətdə ziddiyyətli, qeyri-mötəbər sübut olan "Təhlükəsiz Şəhər" X1 məxsus videonəzarət cihazından götürülən və baxış məsafəsi yaxınlaşdırılmaqla çəkilən fotoşəkillər əsasında tərtib edilmiş və buna müvafiq olaraq barəsində 100 (yüz) manat məbləğində inzibati cərimə növündə inzibati tənbeh tədbirinin tətbiq edilməsi haqqında qərar qəbul edilmişdir. Ona qarşı törədildiyi istinad edilən inzibati xəta foto və ya videoqeydiyyat funksiyalarına malik xüsusi texniki vasitələrin köməyi ilə aşkar edilmədiyindən barəsində tərtib edilən protokol qanunsuzdur. Barəsində inzibati xəta haqqında iş üzrə icraat qanunvericiliyin normalarının pozulması ilə aparılmış, tərtib edilmiş protokol və qəbul edilmiş qərar qanunazidd üsullarla əldə edilmiş sübutlara söykənmişdir. Belə olduğu təqdirdə, tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.1-1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın törədilməsi səlahiyyətli orqan tərəfindən sübut edilmədiyindən əməlində inzibati xəta tərkibinin mövcudluğu istisna olunur. Göstərilənlərə əsasən, DİN BDYPİ tərəfindən barəsində tərtib edilən xx.xx.2025-ci il tarixli, EQ seriyalı, 29471877 nömrəli inzibati xəta haqqında elektron protokol əsasında qəbul edilmiş eyni tarixli inzibati tənbeh vermə barədə qərarın qanunsuz hesab edilməklə ləğv edilməsi və başlanmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar qəbul edilməsi məhkəmədən xahiş olunmuşdur.” Məhkəmə iclasında X3 şikayətin məzmununa uyğun çıxış edərək məhkəmədən şikayətinin təmin edilməsi barədə qərar qəbul olunmasını xahiş etmişdir. Əlavə olaraq bildirmişdir ki, inzibati xəta haqqında protokol xüsusi texniki vasitənin köməyi ilə aşkar edilməmişdir. Buna görə də, protokol əsassızdır. Verilmiş suala cavab olaraq xx.xx.2025-ci il tarixdə saat 07:43-də **-XV-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsini özü idarə etdiyini bildirmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə məlumat verilməsinə baxmayaraq Azərbaycan Respublikası DİN Baş Dövlət Yol Polisi İdarəsinin nümayəndəsi məhkəmə iclasında iştirak etməmiş və iştirak etməməsinin səbəbləri barədə məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikası İXM-in 133.2.4-cü maddəsinə əsasən işə Azərbaycan Respublikası DİN Baş Dövlət Yol Polisi İdarəsinin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə şikayət vermiş şəxsi dinləyib, şikayəti və materialları nəzərdən keçirərək hesab edir ki, aşağıdakı əsaslara görə şikayət təmin edilməməlidir. Belə ki, iş materiallarında olan və məhkəmədə tədqiq edilmiş: xx.xx.2025-ci il tarixli, EQ 29471877 saylı elektron qərardan görünür ki, inzibati xətanın aşkar edilməsində istifadə olunan xüsusi texniki vasitənin məlumatına əsasən xx.xx.2025-ci il tarixdə, saat 07:43-də Z.Bünyadov ilə A.Gəraybəyli küçələrinin kəsişməsi ərazisində "X5" markalı, 99XV050 qeydiyyat nişanlı avtomobilin sürücüsü 5.9, 5.10.1– 5.10.3 nişanları ilə işarələnmiş, ümumi istifadədə olan nəqliyyat vasitələri üçün nəzərdə tutulmuş hərəkət zolağı olan yollarda həmin zolaqda hərəkət etmişdir. İş materiallarında olan foto-şəkillərdən görünür ki, "X5" markalı, 99XV050 qeydiyyat nişanlı avtomobil yolun sağ zolağı ilə hərəkət edir və həmin zolaq 5.9 yol nişanı ilə işarələnmiş, nişanın qüvvədə olma müddəti saat 07:00-10:00 və 17:00-20:00 olaraq göstərilmişdir. Hüquqi əsaslandırma və məhkəmənin mövqeyi: Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.1-1-ci maddəsinə əsasən “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun yol verdiyi hallar istisna olmaqla, 5.9, 5.10.1–5.10.3 nişanları ilə işarələnmiş, ümumi istifadədə olan nəqliyyat vasitələri üçün nəzərdə tutulmuş hərəkət zolağı olan yollarda hərəkət edən digər nəqliyyat vasitələrinin həmin zolaqda hərəkət etməsinə görə–yüz manat məbləğində cərimə edilir. “Yol hərəkəti haqqında” Azərbaycan Respublikasının Qanunun 48-ci maddəsinin İV bəndinə əsasən İV. 5.9, 5.10.1—5.10.3 nişanları ilə işarə edilmiş, ümumi istifadədə olan nəqliyyat vasitələri üçün nəzərdə tutulmuş zolağı olan yollarda hərəkət edən digər nəqliyyat vasitələrinin həmin zolaqda hərəkəti və dayanması qadağandır. Əgər bu zaman həmin zolaq qırıq-qırıq nişanlama xətti ilə qalan hərəkət hissəsindən ayrılmışdırsa, nəqliyyat vasitələri dönərkən bu zolağa keçə bələrlər. Həmçinin belə yerlərdə yola girərkən və hərəkət hissəsinin sağ kənarında sərnişinlərin minməsi və düşməsi üçün bu zolağa keçməyə icazə verilir, lakin bu, ümumi istifadədə olan nəqliyyat vasitələri üçün maneə yaratmamalıdır. İş materiallarında olan foto-şəkillərdə həmin zolağın 5.9 yol nişanı ilə işarələnməsi və X3 həmin zolaqda hərəkət etməsi müəyyən edilmişdir. Sonuncu xx.xx.2025-ci il tarixdə, saat 07:43-də avtomobilin özü tərəfindən idarə edildiyini məhkəmə iclası zamanı izahatında təsdiq etmişdir. Məhkəmə iclasında tədqiq edilmiş sübutlara əsasən məhkəmə hesab edir ki, X3 xx.xx.2025-ci il, saat 07:43-də Z.Bünyadov ilə A.Gəraybəyli küçələrinin kəsişməsində idarə etdiyi "X5" markalı, 99XV050 qeydiyyat nişanlı avtomobillə 5.9 yol nişanı ilə işarələnmiş zolaqla nişanın qüvvədə olduğu vaxt ərzində, yəni xx.xx.2025-ci il tarixdə saat 07:43-də hərəkət etmiş, bununla da İXM-nin 327.1-1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin: 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. 12.1-ci maddəsinə əsasən bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. 48-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlər üzrə icraatın vəzifələri şəxslərin hüquqlarını və azadlıqlarını, onların qanuni mənafelərini qorumaqdan, inzibati xəta haqqında hər bir işin hallarını vaxtında, hərtərəfli, tam və obyektiv surətdə aydınlaşdırmaqdan, inzibati xəta törətmiş şəxsi aşkar etməkdən və onu inzibati məsuliyyətə cəlb etməkdən, çıxarılmış qərarın icrasını təmin etməkdən, habelə inzibati xətanın törədilməsinə kömək edən səbəbləri və şəraiti aşkar etməkdən və inzibati xətaların qarşısını almaqdan ibarətdir. Həmin Məcəllənin 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. 134.1.1-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayət və ya protest baxıldıqda qərarın dəyişdirilmədən, şikayətin və ya protestin isə təmin edilmədən saxlanılması haqqında qərarlardan biri qəbul edilir. Beləliklə məhkəmə qanunvericiliyin tələblərini rəhbər tutaraq hesab edir ki, X2 Аzərbаycаn Rеspublikаsı İХM-nin 327.1-1-ci mаddəsi ilə təqsirli bilinib, inzibаti tənbeh еdilməsinə dаir Baş Dövlət Yol Polisi İdarəsi tərəfindən qəbul edilmiş xx.xx.2025-ci il tarixli, EQ 29471877 nömrəli inzibati tənbeh vermə barədə qərarın ləğv olunmasına qanuni əsaslar yoxdur. Odur ki, iş üzrə Baş Dövlət Yol Polisi İdarəsi tərəfindən qəbul edilmiş xx.xx.2025-ci il tarixli, EQ 29471877 nömrəli inzibati tənbeh vermə haqqında qərarın qanuniliyini şübhə altına ala biləcək əsaslar müəyyən edilmədiyindən və qərarda göstərilən inzibati xətanın şikayət vermiş şəxs tərəfindən törədilməsi müəyyən edildiyindən X2 həmin qərardan verdiyi şikayət təmin edilməməlidir. Yuxarıda göstərilənlərə və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 128-137-ci maddərini rəhbər tutaraq, qərara aldı: X2 Baş Dövlət Yol Polisi İdarəsi tərəfindən qəbul edilmiş xx.xx.2025-ci il tarixli, EQ 29471877 nömrəli inzibati tənbeh vermə haqqında qərardan verdiyi şikayət təmin edilməsin, həmin qərar dəyişdirilmədən saxlanılsın. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində işə baxan Bakı şəhəri Binəqədi Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Zamiq Bağırov
Məhkəmə qərarları › İş №3(001)-5362/2025
Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qərar — İş №3(001)-5362/2025
12.08.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver