Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(001)-5365/2025 18.08.2025 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Hakim Nəsibov Samir Nadir oğlunun sədrliyi, Bayramov Tural Ural oğlunun katibliyi, Şikayət vermiş şəxsin vəkil Nümayəndə, Qərarından şikayət verilmiş inzibati qurumun nümayəndəsi X7 iştirakları ilə Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X11 Xidmətinin Bakı Şəhər İdarəsi tərəfindən qəbul edilmiş 15 iyul 2025-ci il tarixli, MN ******* nömrəli “inzibati cərimənin şərti olaraq tətbiq edilməsi haqqında” qərarından "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin direktoru X17 tərəfindən verilmiş şikayətə açıq məhkəmə iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: "xxxx" MMC-nin (bundan sonra - MMC) direktoru X17 tərəfindən Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X11 Xidmətinin Bakı Şəhər İdarəsi tərəfindən qəbul edilmiş 15 iyul 2025-ci il tarixli, MN ******* nömrəli “inzibati cərimənin şərti olaraq tətbiq edilməsi haqqında” qərarından şikayət verilmiş, qərarın ləğv edilməsi və iş üzrə icraata xitam verilməsi xahiş olunmuşdur. Şikayət onunla əsaslandırılmışdır ki, MMC-də rəsmi əmək müqaviləsi əsasında “bölgə müdiri” vəzifəsində işləyən X8, X3 və X9 ilə bağlanmış əmək müqavilələrinə MMCnin müvafiq olaraq 712K, 713K və 714K saylı, 11 aprel 2025-ci il tarixli əmrlərinə əsasən Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 68-ci maddəsinin 2-ci hissəsinin "xxxx" bəndinə əsasən (əmək şəraitinin şərtlərinin dəyişdirilməsi) xitam verilmişdir. Bakı şəhəri 11 saylı Mediasiya Təşkilatını mediatoru Elxan Hüseynovun mediatorluğu ilə MMC və həmin işçilər arasında 14 may 2025-ci il tarixdə barışıq sazişi bağlanmışdır. Sazişin şərtlərinə əsasən, tərəflər MMC-nin yuxarıda göstərilən əmrlərin dəyişdirilməsi, əmək müqavilələrinə Əmək Məcəlləsinin 70-ci maddəsinin "xxxx" bəndinə əsasən xitam verilməsi barədə yeni əmr verilməsi və yeni əmrin müvafiq dövlət orqanının elektron portalına inteqrasiya olunması üçün müvafiq dövlət orqanına göndərilməsi barədə razılığa gəlmişlər. İşçilər öhdəlik götürmüşlər ki, hazırki tələblə bağlı MMC öz öhdəliyini icra etdikdən sonra ona qarşı heç bir iddia və şikayəti olmayacaq. Həmçinin, Sazişin 13-cü maddəsinə görə, tərəflər razılaşmışlar ki, hazırki Sazişdəki heç bir müddəa hər hansı tərəfin təqsirini və ya qanunazidd hərəkətini etiraf etməsi kimi qəbul edilmir və digər şəxslər tərəfindən bu cür qəbul edilə bilməz. MMC Saziş üzrə öhdəliyini tam icra etmiş, yeni əmr vermiş və bu barədə əmrin elektron portala inteqrasiya edilməsi üçün zəruri sənədləri X11 Xidmətinə təqdim etmişdir. Xidmət sənədləri qəbul və analiz etdikdən sonra həmin işçiləri yenidən imza atmaq üçün Xidmətə dəvət etmiş, lakin işçilər barışıq sazişində imzalarının olduğunu və artıq başqa işəgötürənlə əmək müqaviləsi bağladıqlarını əsas gətirərək gəlməkdən imtina etmişlər. Bundan sonra Xidmətin Bakı Şəhər İdarəsinin məsləhətçisi, əmək müfəttişi X4 tərəfindən faktla bağlı 02 iyul 2025-ci il tarixli, MN ******* saylı “inzibati xəta haqqında” protokol tərtib edilmiş, protokolda göstərilmişdir ki, “X8, X9 və X3 ilə müvafiq olaraq xx.xx.2018-ci il, xx.xx.2019-cu il və xx.xx.2018-ci il tarixlərində "xxxx" MMC-nin işəgötürəni arasında bağlanmış əmək müqavilələrinə Əmək Məcəlləsinin 56-cı maddəsinin tələbləri pozularaq xx.xx.2025-ci il tarixdə həmin Məcəllənin 68-ci maddəsinin 2-ci hissəsinin "xxxx" bəndinə (əmək şəraitinin şərtlərinin dəyişdirilməsi) əsasən xitam verildiyi müəyyən edilmişdir. X15 Özçelik tərəfindən İXM-nin 192.6-cı maddəsində nəzərdə tutulmuş inzibati xəta törədilmişdir. Bu fakt vətəndaşların təqdim etdiyi sənədlər ilə təsdiq edilir.” Tərtib edilmiş həmin protokol əsasında Xidmətin Bakı Şəhər İdarəsinin rəisi vəzifəsini müvəqqəti icra edən X16 tərəfindən 15 iyul 2025-ci il tarixli, MN ******* nömrəli “inzibati cərimənin şərti olaraq tətbiq edilməsi haqqında” qərar qəbul edilmişdir. Birincisi, MMC-nin səlahiyyətli orqan tərəfindən nədə ittiham olunduğu qeyrimüəyyəndir. Belə ki, əmək şəraitinin şərtlərini dəyişdirmək işəgötürənin hüququdur və MMC bu hüququndan istifadə edərkən qanunvericiliklə nəzərdə tutulmuş prosedural təlimat və təminatları tam icra etmişdir. Yəni, işçilərə 1 ay əvvəlcədən xəbərdarlıq edilmiş, əmək haqqının 2 misli miqdarında müavinət ödənilmiş və s. Belə olduğu təqdirdə əmək müqavilələrinə nəyə görə qanunsuz xitam verilməsi MMC-yə aydın deyildir. Barəsində şikayət verilmiş qərar da əsaslandırılmamış, MMC tərəfindən törədilmiş hüquqpozmanın nədən ibarət olması göstərilməmişdir. Həmin qərarla inzibati cərimə şərti olaraq tətbiq edilmiş və törədilmiş hüquqpozmanın aradan qaldırılması üçün MMC-yə 30 gün müddət təyin edilmişdir. Hazırki vəziyyətdə bu 30 gün ərzində MMC hüquqpozmanı aradan qaldırmaq üçün nə etməli olduğunu bilmir, çünki həm qərarda pozuntunun nədən ibarət olması göstərilməmiş, həm də işçilər başqa işəgötürənlə əmək müqaviləsi bağladıqları üçün onları yenidən işə bərpa etmək mümkün deyildir. İkincisi, MMC tərəfindən Əmək Məcəlləsinin 56-cı maddəsinin tələbləri pozulmamışdır. Həmin maddədə ilk tələb ondan ibarətdir ki, əmək şəraitinin şərtləri dəyişdirilərkən işçinin peşəsi, ixtisası və vəzidfəsi üzrə işi davam etdirilməlidir. İkinci tələb ondan ibarətdir ki, işəgötürən əmək şəraitinin şərtlərini dəyişdirməzdən azı 1 ay əvvəl işçini yazılı məlumatı ilə xəbərdar etməlidir. Üçüncü tələb ondan ibarətdir ki, işçi əmək şəraitinin şərtlərinin dəyişdirilməsinə razılıq verirsə, o, yeni şərtlərlə əmək münasibətlərinə davam etməlidir. Dördüncü tələb ondan ibarətdir ki, əgər işçi yeni əmək şəraiti ilə işi davam etdirməyə razılıq vermirsə, onda o başqa vəzifəyə keçirilməli, bu mümkün olmadıqda isə əmək müqaviləsinə bu Məcəllənin 68-ci maddəsinin ikinci hissəsinin "xxxx" bəndində nəzərdə tutulan əsasla xitam verilə bilər. Beşinci tələb ondan ibarətdir ki, əmək şəraitinin yalnız əsas şərtlərinin dəyişdirilməsi nəzərə alınır, əlavə şərtlərinin dəyişdirilməsi əmək müqaviləsinə xitam verilməsi üçün əsas ola bilməz. Altıncı tələb ondan ibarətdir ki, azı 50 nəfər işçi çalışan müəssisədə işçilərin ümumi sayının on faizindən çoxunun əmək şəraitinin şərlərinin pisləşməsinə səbəb olan dəyişikliklər aparılarkən bunun hansı məqsədlə edilməsi əsaslandırılmaqla işəgötürən müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqana (quruma) rəsmi məlumat verməlidir. Birinci tələb üzrə məhkəmənin diqqətinə çatdırılır ki, sözügedən işçilər MMC-nin X2 Əməliyyat Şöbəsində “bölgə müdiri” vəzifəsində işləmişlər. "xxxx" MMC respublikanın müxtəlif yerlərində marketləri olan Azərbaycanın ən böyük market şəbəkələrindən biridir. “Bölgə müdiri” vəzifəsində işləyən işçilərin əsas əmək funksiyaları tabeçiliyində olan mağazaların fəaliyyəti zamanı baş tutan əməliyyatlara nəzarət etmək olmuşdur. Mağazalar ictimai iaşə obyekti olaraq həftənin 7 günü fəaliyyət göstərmələrinə baxmayaraq “bölgə müdiri” vəzifəsində çalışan işçilər həftənin 5 günü işləyirdilər. Belə olan halda mağazaların fəaliyyətinə nəzarət öz effektivliyini və səmərəliliyini itirir, mağazalarda oğurluq, mənimsəmə hallarına səbəb olurdu. MMC-nin iqtisadi fəaliyyətinin gücləndirilməsi məqsədilə əməyin təşkilində dəyişikliklər edilməsi zərurəti yaranmış və təsisçisi ilə qanuni təmsilçisi qərar qəbul edərək, Əməliyyat Şöbəsində “bölgə müdiri” vəzifəsinin adı dəyişdirilərək, “əməliyyat nəzarətçisi” adlandırılmış, o cümlədən, bu vəzifədə çalışan işçilərin günlük iş rejimi 5 günlük rejimdən 6 günlük iş rejiminə keçirilmiş, həmçinin günlük iş saatlarının müddəti azaldılaraq həftəlik 40 iş saatı olaraq müəyyənləşdirilmişdir. Həmin dəyişikliklə əlaqədar MMC-də bölgə müdiri vəzifəsində işləyən 100 nəfər işçiyə “əmək şəraitinin şərtlərinin dəyişdirilməsi haqqında” yazılı bildiriş göndərilmiş, onlardan 97 nəfər yeni əmək şəraiti ilə razılaşaraq əmək münasibətlərinə davam etmişlər. Nəzərə alınmalıdır ki, əmək şəraiti dəyişdirilərkən “bölgə müdiri” vəzifəsində çalışan işçilər peşəsi, ixtisası və vəzifəsi üzrə işlərini davam etdirmiş, onlara əlavə heç bir əmək funksiyası, o cümlədən başqa ixtisasa, peşəyə və vəzifəyə dair əmək funksiyaları həvalə edilməmişdir. Dəyişən sadəcə vəzifənin adı olmuş, ştat və iş yeri eyni qalmışdır. Hətta, əmək şəraiti dəyişdirilmiş işçilərin əmək haqları da artırılmışdır. Lakin 3 nəfər işçi – X8, X3 və X9 digər işçilərdən fərqli olaraq, işə davam etmək istəməmiş, işdən ayrılmaq istəmiş və bu barədə müvafiq razılıq verməmişlər. İkinci tələb üzrə məhkəmənin diqqətinə çatdırılır ki, MMC tərəfindən həmin işçilərə əmək şəraitinin şərtlərinin dəyişdirilməsi barədə 1 ay əvvəlcədən yazılı bildiriş göndərilmiş, bildirişlərin surəti və poçt qəbzləri iş materiallarına əlavə edilmişdir. Üçüncü tələb üzrə - həmin işçilər yeni əmək şərtləri ilə əmək münasibətlərinin davam etməsinə razılıq verməmiş, bu barədə yazılı ərizə ilə işəgötürənə müraciət etməmişlər. Dördüncü tələb üzrə - Şirkət daxilində boş (vakant) vəzifə olmadığı və işçilərin başqa vəzifəyə keçirilmə imkanları mövcud olmadığı üçün həmin işçilərin üzrlü səbəbdən başqa vəzifəyə keçirilə bilmələri mümkün olmamışdır. Beşinci tələb üzrə - işçilərin vəzifəsinin adının, iş günlərinin və saatlarının dəyişdirilməsi əmək şəraitinin əsas şərtləri hesab olunduğundan, əlavə əmək şərtləri hesab edilmədiyindən, xitam üçün hüquqi əsas hesab edilir. Altıncı tələb üzrə - MMC-nin X2 Əməliyat şöbəsinə 100 nəfər şəxsin əmək şəraitinin şərtləri dəyişdirilsə də, bu Cəmiyyətdə çalışan işçilərin ümumi sayının 10 faizindən az olduğu üçün bu barədə müvafiq icra hakimiyyəti orqanına məlumat vermək öhdəliyi yaranmamışdır. Göründüyü kimi, MMC Əmək Məcəlləsinin 56-cı maddəsinin heç bir tələbini pozmadığı üçün inzibati xəta hadisəsi də törədilməmişdir. Üçüncüsü, X11 Xidməti səlahiyyətlərini aşaraq fərdi əmək münasibətlərini həll edərkən qanunvericiliklə məhkəmənin səlahiyyətlərinə aid məsələnin həlli üzrə fəaliyyət göstərmişdir. Belə ki, əmək münasibətlərində tərəflərin hüquq və vəzifələrinin icrasına, əmək qanunvericiliyinin tələblərinə əməl olunmasına nəzarəti iki orqan həyata keçirir: müvafiq icra hakimiyyəti orqanı (X11 Xidməti) və məhkəmə orqanları. Xidmət Əmək Məcəlləsinin və əmək qanunvericiliynə dair digər normativ hüquqi aktların tələblərinə əməl olunmasına dövlət nəzarətini həyata keçirir. Məhkəmə orqanları isə işçi və işəgötürən arasında mövcud olan və ola bilən fərdi əmək münasibətlərinə baxan – araşdıran və həll edən orqandır. Xidmətin qanunvericiliyin icrasına nəzarət funksiyası ilə məhkəmələrin fərdi əmək münasibətlərinə baxması tam fərqli mexanizmdir. Əgər işəgötürənin hərəkətlərində mübahisə mövcuddursa, o zaman Xidmət həmin mübahisəyə dair qərar verə bilməz. Məhz buna görə də Əmək Məcəlləsinin 15.4-cü maddəsinə əsasən əmək qanunvericiliyinə əməl olunmasına dövlət nəzarətini həyata keçirən orqan bu Məcəllə ilə və digər normativ hüquqi aktlarla məhkəmənin səlahiyyətinə aid olan məsələlərin həlli üzrə fəaliyyət göstərə bilməz. Hazırki işdə də Xidmət səlahiyyət hədlərini aşaraq işçi tərəfindən məhkəmədə mübahisələndirilməli olan, lakin mediasiya təşkilatında barışıq əldə edilmiş məsələ ilə bağlı özü yanlış qərar qəbul etmişdir. Hazırki vəziyyətdə işəgötürən tərəfindən əmək şəraitinin şətlərinin dəyişdirilməsi və onun obyektiv zəruriyyətə əsaslanıb-əsaslanmaması məhkəmə mübahisəsi predmetidir və Xidmət bu hissədə şəxsi inzibati məsuliyyətə cəlb edə bilməz. Məhkəmə iclasında Nümayəndə şikayətdə göstərilənlərə uyğun izahat verib, şikayəti müdafiə etdiyini bildirərək, təmin olunmasını, inzibati xəta haqqında iş üzrə başlanmış icraata xitam verilməsini xahiş etdiş Məhkəmə iclasında X14 şikayətin təmin olunmamasını xahiş etdi. İş materiallarında olan və məhkəmə baxışı zamanı tədqiq edilmiş: - Əmək müqaviləsi bildirişindən görünür ki, X3 14 dekabr 2018-ci il tarixdə "xxxx" MMC-də bölgə müdiri olaraq işə qəbul edilmişdir. - 11 mart 2025-ci il tarixli bildirişdən və poçt xəbərnaməsindən görünür ki, 11 mart 2025-ci il tarixdə MMC tərəfindən X1 ünvanına əmək şəraitinin şərtlərinin dəyişdirilməsi haqqında bildiriş göndərilmiş, 17 mart 2025-ci il tarixdə bildiriş S.Novruzov tərəfindən qəbul edilmişdir. - MMC-nin direktoru X17 tərəfindən verilmiş 11 aprel 2025-ci il tarixli, 713 K nömrəli əmrə əsasən, X3 ilə bağlanmış əmək müqaviləsinə Əmək Məcəlləsinin 68-ci maddəsinin 2-ci hissədinin "xxxx" bəndinə əsasən xitam verilmiş, işçinin təminatı olaraq MMC tərəfindən işçiyə orta aylıq əmək haqqının az iki misli miqdarında müavinət ödənilməsi əmrdə qeyd olunmuşdur. - Əmək müqaviləsi bildirişindən görünür ki, X8 13 dekabr 2018-ci il tarixdə "xxxx" MMC-də bölgə müdiri olaraq işə qəbul edilmişdir. - 11 mart 2025-ci il tarixli bildirişdən görünür ki, 11 mart 2025-ci il tarixdə MMC tərəfindən X5 ünvanına əmək şəraitinin şərtlərinin dəyişdirilməsi haqqında bildiriş göndərilmişdir. - MMC-nin direktoru X17 tərəfindən verilmiş 11 aprel 2025-ci il tarixli, 712 K nömrəli əmrə əsasən, X3 ilə bağlanmış əmək müqaviləsinə Əmək Məcəlləsinin 68-ci maddəsinin 2-ci hissədinin "xxxx" bəndinə əsasən xitam verilmiş, işçinin təminatı olaraq MMC tərəfindən işçiyə orta aylıq əmək haqqının az iki misli miqdarında müavinət ödənilməsi əmrdə qeyd olunmuşdur. - Əmək müqaviləsi bildirişindən görünür ki, X10 18 yanvar 2019-cu il tarixdə "xxxx" MMC-də bölgə müdiri olaraq işə qəbul edilmişdir. - 11 mart 2025-ci il tarixli bildirişdən və poçt xəbərnaməsindən görünür ki, 11 mart 2025-ci il tarixdə MMC tərəfindən X6 ünvanına əmək şəraitinin şərtlərinin dəyişdirilməsi haqqında bildiriş göndərilmiş, 17 mart 2025-ci il tarixdə bildiriş Ə.Tağıyev tərəfindən qəbul edilmişdir. - MMC-nin direktoru X17 tərəfindən verilmiş 11 aprel 2025-ci il tarixli, 714 K nömrəli əmrə əsasən, X3 ilə bağlanmış əmək müqaviləsinə Əmək Məcəlləsinin 68-ci maddəsinin 2-ci hissədinin "xxxx" bəndinə əsasən xitam verilmiş, işçinin təminatı olaraq MMC tərəfindən işçiyə orta aylıq əmək haqqının az iki misli miqdarında müavinət ödənilməsi əmrdə qeyd olunmuşdur. - X3 ilə "xxxx" MMC arasında bağlanmış 14 may 2025-ci il tarixli barışıq sazişinin şərtlərində göstərilmişdir ki, 1. Tərəflər bəyan edirər ki, onlar arasında bağlanmış əmək müqaviləsinə Əmək Məcəlləsinin 68.2 c maddəsinə əsasən xitam verilməsi barədə xx.xx.2025-ci il tarixli, 713-K nömrəli əmr dəyişdirilməlidir. 2. Birinci tərəfin təklifi əsasında Tərəflər arasında olan əmək müqaviləsinə xitam verilməsi barədə yeni əmr verilməli və əmək müqaviləsinə Əmək Məcəlləsinin 70 b maddəsinə əsasən xitam verilməlidir. 3. İkinci tərəf əmrin ləğv edilməsi və yeni əmrin müvafiq dövlət orqanının elektron portalına inteqrasiya olunması üçün məlumatları 10 günərzində müvafiq dövlət orqanına göndərməlidir. 4. Birinci tərəf öhdəlik götürür ki, hazırki tələbi ilə bağlı İkinci tərəf öhdəliyini icra etdikdən sonra ona qarşı heç bir iddia tələbi və şikayəti olmayacaqdır. - X9 ilə "xxxx" MMC arasında bağlanmış 14 may 2025-ci il tarixli barışıq sazişinin şərtlərində göstərilmişdir ki, 1. Tərəflər bəyan edirər ki, onlar arasında bağlanmış əmək müqaviləsinə Əmək Məcəlləsinin 68.2 c maddəsinə əsasən xitam verilməsi barədə xx.xx.2025-ci il tarixli, 714-K nömrəli əmr dəyişdirilməlidir. 2. Birinci tərəfin təklifi əsasında Tərəflər arasında olan əmək müqaviləsinə xitam verilməsi barədə yeni əmr verilməli və əmək müqaviləsinə Əmək Məcəlləsinin 70 b maddəsinə əsasən xitam verilməlidir. 3. İkinci tərəf əmrin ləğv edilməsi və yeni əmrin müvafiq dövlət orqanının elektron portalına inteqrasiya olunması üçün məlumatları 10 günərzində müvafiq dövlət orqanına göndərməlidir. 4. Birinci tərəf öhdəlik götürür ki, hazırki tələbi ilə bağlı İkinci tərəf öhdəliyini icra etdikdən sonra ona qarşı heç bir iddia tələbi və şikayəti olmayacaqdır. - X8 ilə "xxxx" MMC arasında bağlanmış 14 may 2025-ci il tarixli barışıq sazişinin şərtlərində göstərilmişdir ki, 1. Tərəflər bəyan edirər ki, onlar arasında bağlanmış əmək müqaviləsinə Əmək Məcəlləsinin 68.2 c maddəsinə əsasən xitam verilməsi barədə xx.xx.2025-ci il tarixli, 712-K nömrəli əmr dəyişdirilməlidir. 2. Birinci tərəfin təklifi əsasında Tərəflər arasında olan əmək müqaviləsinə xitam verilməsi barədə yeni əmr verilməli və əmək müqaviləsinə Əmək Məcəlləsinin 70 b maddəsinə əsasən xitam verilməlidir. 3. İkinci tərəf əmrin ləğv edilməsi və yeni əmrin müvafiq dövlət orqanının elektron portalına inteqrasiya olunması üçün məlumatları 10 günərzində müvafiq dövlət orqanına göndərməlidir. 4. Birinci tərəf öhdəlik götürür ki, hazırki tələbi ilə bağlı İkinci tərəf öhdəliyini icra etdikdən sonra ona qarşı heç bir iddia tələbi və şikayəti olmayacaqdır. - 02 iyul 2025-ci il tarixli, MN ******* nömrəli “inzibati xəta haqqında” protokoldan görünür ki, X8, X9 və X3 ilə "xxxx" MMC arasında bağlanmış əmək müqavilələrinə Əmək Məcəlləsinin 68-ci maddəsinin 2-ci hissəsinin "xxxx" bəndinə əsasən xitam verildiyi üçün həmin Məcəllənin 56-cı maddəsinin tələblərini pozduğuna görə MMC-nin vəzifəli şəxsi X17 barəsində İXM-nin 192.6-cı maddəsi ilə protokol tərtib olunmuşdur. - 15 iyul 2025-ci il tarixli, MN ******* nömrəli “inzibati cərimənin şərti olaraq tətbiq edilməsi haqqında” qərardan görünür ki, X8, X9 və X3 ilə "xxxx" MMC arasında bağlanmış əmək müqavilələrinə Əmək Məcəlləsinin 68-ci maddəsinin 2-ci hissəsinin "xxxx" bəndinə əsasən xitam verildiyi üçün həmin Məcəllənin 56-cı maddəsinin tələblərini pozduğuna görə MMC-nin vəzifəli şəxsi X17 İXM-nin 192.6-cı maddəsi ilə təqsirli bilinərək, ona 1700 manat məbləğində inzibati cərimə şərti olaraq tətbiq edilmiş və hüquqpozmanın aradan qaldırılması üçün 30 gün müddət müəyyən olunmuşdur.
5. Tətbiq edilən hüquq: Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin: - 2-ci madəsinə əsasən, Azərbaycan Respublikasının inzibati xətalar qanunvericiliyinin vəzifələri insan və vətəndaş hüquqlarını və azadlıqlarını, onların sağlamlığını, əhalinin sanitariya-epidemioloji salamatlığını, ictimai mənəviyyatı, mülkiyyəti, şəxslərin iqtisadi maraqlarını, ictimai qaydanı və ictimai təhlükəsizliyi, ətraf mühiti, idarəçilik qaydalarını qorumaqdan, qanunçuluğu möhkəmləndirməkdən və inzibati xətaların qarşısını almaqdan ibarətdir. - 3-cü maddəsinə əsasən, yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. - 8.2-ci maddəsinə əsasən, inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. - 12.1-ci maddəsinə əsasən, bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. - 17-ci maddəsinə əsasən, vəzifəli şəxslər öz vəzifələrinin yerinə yetirilməməsi və ya lazımınca yerinə yetirilməməsi ilə bağlı inzibati xətalara görə inzibati məsuliyyətə cəlb olunurlar. - 43-cü maddəsinin tələblərinə əsasən, İXM-nin 192.6-cı maddəsində nəzərdə tutulan inzibati xəta haqqında işə müvafiq səlahiyyətli orqan tərəfindən baxılır. - 75-ci maddəsinə əsasən, inzibati xəta haqqında iş üzrə inzibati xəta hadisəsi (inzibati xəta törədilmişdirmi); inzibati xəta törətmiş şəxs; inzibati xəta törətməkdə şəxsin təqsiri; inzibati məsuliyyəti ağırlaşdıran və yüngülləşdirən hallar; inzibati xəta nəticəsində vurulan zərərin xarakteri və miqdarı; inzibati xətalar haqqında işlər üzrə icraatı rədd edən hallar; işin düzgün həlli üçün əhəmiyyətli olan digər hallar, habelə inzibati xətanın törədilməsinə kömək edən səbəblər və şərait müəyyən edilməlidir. - 134.1-ci maddəsinə əsasən, inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılaraq aşağıdakı qərarlardan biri qəbul edilir: 134.1.1. qərarın dəyişdirilmədən, şikayətin və ya protestin isə təmin edilmədən saxlanılması haqqında; 134.1.2. bu Məcəllənin 135.1.2 – 135.1.5-ci maddələri ilə müəyyən edilmiş hallarda qərarın dəyişdirilməsi haqqında və ya qərarı ləğv edərək yeni qərarın çıxarılması haqqında; 134.1.3. bu Məcəllənin 135.1.5-1-ci maddəsində nəzərdə tutulduğu hallarda qərarı ləğv edərək inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında; 134.1.4. bu Məcəllənin 135.1.1 və 135.1.6-cı maddələri ilə müəyyən edilmiş hallarda qərarın ləğv edilməsi və inzibati xəta haqqında işin yenidən baxılmaq üçün hakimə, səlahiyyətli orqana (vəzifəli şəxsə) göndərilməsi haqqında; 134.1.5. şikayətə və ya protestə baxılarkən bu Məcəllənin 135.1.5-2-ci maddəsində nəzərdə tutulan hallar müəyyən olunduqda, qərarın ləğv edilməsi və işin aidiyyəti üzrə baxılmaq üçün göndərilməsi haqqında. - 135.1-ci maddəsinə əsasən, inzibati xəta haqqında iş üzrə qərarın ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsaslar aşağıdakılardır: 135.1.1. hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) gəldiyi nəticələr üzrə mühüm əhəmiyyət kəsb edən bütün faktiki halların araşdırılmaması; 135.1.2. hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) gəldiyi nəticələrin işin faktiki hallarına uyğun olmaması; 135.1.3. hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) tərəfindən müəyyən edilmiş iş üçün əhəmiyyətli olan halların sübuta yetirilməməsi; 135.1.4. inzibati məsuliyyət müəyyən edən qanunun normasının düzgün tətbiq edilməməsi; 135.1.5. tətbiq edilmiş tənbehin bu Məcəllənin 31 – 34-cü maddələrinin tələblərinə uyğun olmaması; 135.1.5-1. bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş halların müəyyən olunması; 135.1.5-2. inzibati xəta haqqında iş üzrə qərarın buna səlahiyyəti çatmayan hakim və ya orqan (vəzifəli şəxs) tərəfindən qəbul edilməsi; 135.1.6. bu Məcəllə ilə müəyyən edilmiş tələblərin işin hallarının hərtərəfli, tam və obyektiv araşdırılmasına maneə törədəcək dərəcədə pozulması. Məhkəmənin mövqeyi: Məhkəmə şikayəti öyrənərək, işdə iştirak edən şəxslərin şikayətə münasibətlərini dinləyərək, sübutları tədqiq edərək, hesab edir ki, şikayət qismən təmin edilməli, inzibati qurumum barəsində şikayət verilmiş qərarı ləğv edilməli, iş yenidən baxılması üçün onu qəbul etmiş quruma göndərilməlidir. Belə ki, Azərbaycan Respublikasının Əmək Məcəlləsinin: - 55-ci maddəsinə əsasən, əmək müqaviləsi bağlanarkən, habelə əmək münasibətləri prosesində işəgötürən imkanı hesabına bu Məcəllədə, yaxud kollektiv müqavilədə nəzərdə tutulmuş əmək şəraitinin şərtlərindən daha yüksək əlavə əmək haqqı, əlavə məzuniyyət müddəti, qısaldılmış və ya natamam iş vaxtı, əlavə fərdi sığorta məbləği, sosial təminat və yardımlar, habelə heç bir norma ilə məhdudlaşdırılmayan digər əlavə şərtləri müəyyən edə bilər. Bu əlavə şərtlərin dairəsi, qüvvədə olma müddəti və istifadə qaydaları, habelə onların dəyişdirilməsi tərəflərin razılığı ilə müəyyən edilir. - 56-cı maddəsinə əsasən:
1. İstehsalın və əməyin təşkilində dəyişikliklər edilməsi zəruriyyəti olduqda işçinin peşəsi, ixtisası və vəzifəsi üzrə işi davam etdirməklə əmək şəraitinin şərtlərinin dəyişdirilməsinə yol verilir.
2. İşəgötürən əmək şəraitinin şərtlərini (bu Məcəllənin 55-ci maddəsində nəzərdə tutulan şərtlərdən başqa) dəyişdirməzdən azı bir ay əvvəl işçini yazılı (kağız daşıyıcıda və ya elektron informasiya sistemi vasitəsilə) məlumatı və ya əmri (sərəncamı) ilə xəbərdar etməlidir. Əgər işçi yeni əmək şəraiti ilə işi davam etdirməyə razılıq vermirsə, onda o, başqa vəzifəyə keçirilməli, bu mümkün olmadıqda isə əmək müqaviləsinə bu Məcəllənin 68-ci maddəsinin ikinci hissəsinin "xxxx" bəndində nəzərdə tutulan əsasla xitam verilə bilər.
3. Bu Məcəllənin 55-ci maddəsində nəzərdə tutulmuş qaydada işəgötürən tərəfindən müəyyən edilən əmək şəraitinin əlavə şərtlərinin dəyişdirilməsi əmək müqaviləsinə xitam verilməsi üçün əsas ola bilməz.
4. Azı 50 nəfər işçi çalışan müəssisədə işçilərin ümumi sayının on faizindən çoxunun əmək şəraitinin şərtlərinin pisləşməsinə səbəb olan dəyişikliklər aparılarkən bunun hansı məqsədlə edilməsi əsaslandırılmaqla işəgötürən müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqana (quruma) rəsmi məlumat verməlidir. Müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) həmin tədbirlərin əsaslı və qanunauyğun həyata keçirilməsini araşdırıb səlahiyyətləri çərçivəsində müvafiq tədbirlər görə bilər. - 68-ci maddəsinə əsasən:
1. Əmək müqaviləsinə yalnız bu Məcəllə ilə müəyyən edilmiş əsaslarla və qaydada xitam verilə bilər.
2. Əmək müqaviləsinə xitam verilməsinin əsasları aşağıdakılardır: a) tərəflərdən birinin təşəbbüsü; b) əmək müqaviləsinin müddətinin qurtarması; c) əmək şəraitinin şərtlərinin dəyişdirilməsi; ç) müəssisənin mülkiyyətçisinin dəyişməsi ilə əlaqədar (bu Məcəllənin 63-cü maddəsinin ikinci hissəsində göstərilən işçilər); d) tərəflərin iradəsindən asılı olmayan hallar; e) tərəflərin əmək müqaviləsində müəyyən etdiyi hallar. - 70-ci maddəsinə əsasən, əmək müqaviləsi işəgötürən tərəfindən aşağıdakı əsaslarla ləğv edilə bilər: a) müəssisə ləğv edildikdə; b) işçilərin sayı və ya ştatları ixtisar edildikdə; c) peşəkarlıq səviyyəsinin, ixtisasının (peşəsinin) kifayət dərəcədə olmadığına görə işçinin tutduğu vəzifəyə uyğun gəlmədiyi barədə səlahiyyətli orqan tərəfindən müvafiq qərar qəbul edildikdə; ç) işçi özünün əmək funksiyasını və ya əmək müqaviləsi üzrə öhdəliklərini yerinə yetirmədikdə, yaxud bu Məcəllənin 72-ci maddəsində sadalanan hallarda əmək vəzifələrini kobud şəkildə pozduqda; d) sınaq müddəti ərzində işçi özünü doğrultmadıqda; e) dövlət büdcəsindən maliyyələşən müəssisənin işçisi çalışmanın yaş həddinə çatdıqda. İşin faktiki hallarından görünür ki, "xxxx" MMC tərəfindən yaranmış zərurətlə əlaqədar “bölgə müdiri” vəzifəzi üzrə əmək şəraitinin şərtlərinin dəyişdirilməsinə yol verilmiş, bu dəyişiklik barədə həmin vəzifədə çalışan işçilərə öncədən – 11 mart 2025-ci il tarixdə xəbərdarlıq edilmiş, X8, X3 və X9 yeni şərtlərlə çalışmağa razılıq vermədikləri üçün və onların başqa vəzifəyə keçmələri boş ştat olmadığı üçün onlarla bağlanmış əmək müqaviləsinə 11 aprel 2025-ci il tarixdə Əmək Məcəlləsinin 68-ci maddəsinin 2-ci hissəsinin "xxxx" bəndinə əsasən xitam verilmişdir. Bundan sonra həmin şəxslərlə "xxxx" MMC arasında mediasiya təşkilatında 14 may 2025-ci il tarixli barışıq sazişi bağlanmış, sazişin şərtlərinə əsasən, aralarında bağlanmış əmək müqaviləsinə Əmək Məcəlləsinin 68-ci maddəsinin 2-ci hissəsinin "xxxx" bəndinə əsasən xitam verilməsi barədə xx.xx.2025-ci il tarixli əmrlərin dəyişdirilməsi, əmək müqaviləsinə xitam verilməsi barədə yeni əmr verilməsi və əmək müqaviləsinə Əmək Məcəlləsinin 70-ci maddəsinin "xxxx" maddəsinə əsasən xitam verilməsi və s. barədə razılıq əldə olunmuşdur. MMC barəsində tərtib olunmuş 02 iyul 2025-ci il tarixli protokolda və 15 iyul 2025-ci il tarixli qərarda MMC-nin Əmək Məcəlləsinin 56-cı maddəsinin tələblərini pozduğu qeyd olunmuş, lakin həmin pozuntunun nədən ibarət olması qeyd edilməmişdir. Belə olan halda, MMC tərəfindən həmin Məcəllənin 56-cı maddəsinin hansı tələbinin pozulmasını və hansı əsasa görə MMC-yə cərimə tətbiq edildiyini aydınlaşdırmaq mümkün deyildir. Halbuki, Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 115.1.4-cü maddəsinin tələbinə görə inzibati xəta haqqında iş üzrə qərarda işə baxılarkən müəyyən edilmiş hallar göstərilməlidir. Bu baxımdan məhkəmə hesab edir ki, MMC barəsində qəbul edilmiş qərar ləğv edilməli, MMC tərəfindən Əmək Məcəlləsinin hansı tələbinin pozulması halının dəqiqləşdirilməsi üçün iş yenidən qərarı qəbul etmiş inzibati quruma qaytarılmalıdır. Beləliklə, məhkəmə yuxarıda göstərilənlərə əsaslanaraq və İXM-nin 134.1.4-cü maddəsini rəhbər tutmaqla, Q Ə R A R A A L D İ:
"xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin (MMC) direktoru X17 tərəfindən verilmiş şikayət qismən təmin edilsin. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X11 Xidmətinin Bakı Şəhər İdarəsi tərəfindən qəbul edilmiş 15 iyul 2025-ci il tarixli, MN ******* nömrəli “inzibati cərimənin şərti olaraq tətbiq edilməsi haqqında” qərar ləğv edilsin və iş yenidən baxılması üçün həmin İdarəyə göndərilsin. Qərardan onun rəsmi qaydada təqdim edildiyi tarixdən 10 (on) gün müddətinə onu qəbul etmiş hakim vasitəsilə və ya birbaşa Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər.
Hakim Samir Nəsibov