Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(001)-5367/2025 13.08.2025 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Hakim Nəsibov Samir Nadir oğlunun sədrliyi, Bayramov Tural Ural oğlunun katibliyi, Barəsində inzibati icraat aparılan hüquqi şəxs Şəxs (MMC) nümayəndəsi X1 iştirakı ilə Şəxs (MMC) barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin (İXM) 430.4-cü maddəsi ilə tərtib edilmiş inzibati xəta haqqında protokola açıq məhkəmə iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: Azərbaycan Respublikasının Mərkəzi Bankı tərəfindən Şəxs MMC barəsində İXM-nin 430.4-cü maddəsi ilə 28 iyul 2025-ci il tarixli, EP ******* nömrəli inzibati xəta haqqında protokol tərtib edilərək baxılması üçün məhkəməyə göndərilmişdir. İXM-nin həmin maddəsinə əsasən, avans yolu ilə ödənilmiş valyuta vəsaitinin müqabilində müəyyən edilmiş müddətlərdə müvafiq mallar idxal edilmədikdə, işlər görülmədikdə və ya xidmətlər göstərilmədikdə ödənilmiş valyuta vəsaitinin xaricdən geri qaytarılmamasına görə vəzifəli şəxslər inzibati xətanın bilavasitə obyekti olmuş valyuta vəsaiti məbləğinin on faizindən iyirmi faizinədək məbləğdə, hüquqi şəxslər inzibati xətanın obyekti olmuş valyuta vəsaiti məbləğinin iyirmi faizindən otuz faizinədək məbləğdə cərimə edilir. Tərtib edilmiş protokolda göstərilmişdir ki, Şəxs MMC tərəfindən 31678 ABŞ dolları məbləğində vəsait bank vasitəsilə 20 iyul 2023-cü il tarixdə avans olaraq ölkə xaricinə köçürülmüşdür. “Azərbaycan Respublikasının rezidentlərinin xarici valyutada, habelə qeyri-rezidentlərin milli və xarici valyutada, habelə qeyri-rezidentlərin milli və xarici valyutada əməliyyatlarının aparılması Qaydaları”nın 4.3.1.3-cü yarımbəndinin tələblərinə baxmayaraq, ödənişin aparıldığı gündən 2 (iki) il müddətində 31678 ABŞ dolları məbləğində vəsait hesabına alınan mallar (xidmət) ölkəyə idxal edilməmiş və ya həmin məbləğdə valyuta vəsaiti geri qaytarılmamışdır. Xəta 21 iyul 2025-ci il tarixdə hüquqi şəxsin ünvanında törədilmişdir. Məhkəmə iclasında Şəxs nümayəndəsi X2 bildirmişdir ki, Şəxs MMC ilə Türkiyə Respublikasında yerləşən “DT GRUP MÜHENDİSLİK İTHALAT İHRACAT LİMİTED” şirkəti arasında xx.xx.2023-cü il tarixdə alğı-satqı müqaviləsi bağlanmışdır. Həmin müqavilə əsasında 17 mart, 12 aprel, 13 aprel, 11 may, 20 iyul, 21 iyul, 17 avqust 2023-cü il tarixlərdə “DT GRUP MÜHENDİSLİK İTHALAT İHRACAT LİMİTED” şirkətinin hesabına ümumilikdə təxminən 315000 ABŞ dolları məbləğində vəsaiti köçürmüşlər. “DT GRUP MÜHENDİSLİK İTHALAT İHRACAT LİMİTED” şirkətinə ümumilikdə köçürmüş olduqları pul vəsaitləri qarşısında onların ünvanına mallar göndərilmiş, xx.xx.2023-cü il tarixli, xx.xx.2023-cü il tarixli, xx.xx.2023-cü il tarixli, xx.xx.2023-cü il tarixli və xx.xx.2023-cü il tarixli gömrük bəyannamələri ilə 140384,34 ABŞ dolları dəyərində mallar ölkəyə idxal olunmuşdur. “DT GRUP MÜHENDİSLİK İTHALAT İHRACAT LİMİTED” şirkətinin hesabına köçürmüş olduqları məbləğin geri qalan hissəsi hesabına alınan mallar isə satıcı tərəfindən Azərbaycan Respublikasına göndərilmədiyinə görə həmin şirkətə qarşı Türkiyə Respublikasının müvafiq məhkəməsində iddia tələbi qaldırmışlar və iddia tələbləri təmin edilmişdir. Göstərilənlərə əsasən, Şəxs barəsində başlanılmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsini məhkəmədən xahiş etmişdir. İnzibati xəta haqqında protokol tərtib etmiş qurumun nümayəndəsi məhkəmə iclasında iştirak etməmişdir. İş materiallarında olan və məhkəmə tərəfindən tədqiq edilmiş: - 15 mart 2023-cü il tarixli, DT 150323 nömrəli müqavilədən görünür ki, Şəxs MMC ilə “DT GRUP MÜHENDİSLİK İTHALAT İHRACAT LİMİTED” şirkəti arasında alğı-satqı müqaviləsı bağlanmışdır. - 20 iyul 2023-cü il tarixli ödəniş tapşırığından görünür ki, Şəxs MMC tərəfindən 31678 ABŞ dolları məbləğində pul vəsaiti “DT GRUP MUHENDİSLİK İTH İHR LTD” şirkətinin hesabına köçürülmüşdür. - "xxxx" ASC tərəfindən Azərbaycan Respublikasının Mərkəzi Bankına göndərilmiş xx.xx.2025-ci il tarixli məktubdan görünür ki, Şəxs tərəfindən 31678 ABŞ dolları məbləğində olan vəsait bank hesabından Azərbaycan Respublikasından kənara qabaqcadan ödəniş etməklə köçürülmüş, lakin ödəniş aparıldığı gündən iki il müddətində həmin vəsait hesabına alınmış malların ölkəyə idxalını təsdiq edən sənədlər banka təqdim edilməmişdir. - Türkiyə Respublikasının Düzce İcra Dairəsinin xx.xx.2025-ci il tarixli qeyriməhkəmə icraatında ödəniş tapşırığından görünür ki, “DT GRUP MÜHENDİSLİK İTHALAT İHRACAT LİMİTED” şirkəti tərəfindən Şəxsnə 190764 ABŞ dolları məbləğində pul vəsaitinin ödənilməli olması ilə bağlı tapşırıq verilmişdir. - xx.xx.2023-cü il tarixli, **********4755 sorğu nömrəli gömrük bəyannaməsindən görünür ki, “DT GRUP MÜHENDİSLİK İTHALAT İHRACAT LİMİTED” şirkəti tərəfindən Şəxsnə göndərilmiş 27829,93 ABŞ dolları dəyərində mallar Azərbaycan Respublikasına idxal edilmişdir. - xx.xx.2023-cü il tarixli, **********5311 sorğu nömrəli gömrük bəyannaməsindən görünür ki, “DT GRUP MÜHENDİSLİK İTHALAT İHRACAT LİMİTED” şirkəti tərəfindən Şəxsnə göndərilmiş 11718,46 ABŞ dolları dəyərində mallar Azərbaycan Respublikasına idxal edilmişdir. - xx.xx.2023-cü il tarixli, **********0385 sorğu nömrəli gömrük bəyannaməsindən görünür ki, “DT GRUP MÜHENDİSLİK İTHALAT İHRACAT LİMİTED” şirkəti tərəfindən Şəxsnə göndərilmiş 68646,60 ABŞ dolları dəyərində mallar Azərbaycan Respublikasına idxal edilmişdir. - xx.xx.2023-cü il tarixli, **********1953 sorğu nömrəli gömrük bəyannaməsindən görünür ki, “DT GRUP MÜHENDİSLİK İTHALAT İHRACAT LİMİTED” şirkəti tərəfindən Şəxsnə göndərilmiş 15689,35 ABŞ dolları dəyərində mallar Azərbaycan Respublikasına idxal edilmişdir. - xx.xx.2023-cü il tarixli, **********5523 sorğu nömrəli gömrük bəyannaməsindən görünür ki, “DT GRUP MÜHENDİSLİK İTHALAT İHRACAT LİMİTED” şirkəti tərəfindən Şəxsnə göndərilmiş 16500 ABŞ dolları dəyərində mallar Azərbaycan Respublikasına idxal edilmişdir. Məhkəmə, işdə iştirak edən şəxsin izahatını dinləyib, iş materiallarını və məhkəmə iclasında toplanmış sübutları hərtərəfli və əhatəli şəkildə tədqiq edərək belə nəticəyə gəlir ki, Şəxs əməlində İXM-in 430.4-cü maddəsində nəzərdə tutulmuş inzibati xəta tərkibi olmadığından başlanılmış inzibati xəta haqqında icraata xitam verilməlidir. Belə ki, məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, Şəxs MMC ilə “DT GRUP MÜHENDİSLİK İTHALAT İHRACAT LİMİTED” şirkəti arasında xx.xx.2023-cü il tarixli, DT 150323 nömrəli alğı-satqı müqaviləsi bağlanmışdır. Həmin müqavilə üzrə Şəxs “DT GRUP MÜHENDİSLİK İTHALAT İHRACAT LİMİTED” şirkətinin hesabına köçürmələr etmiş, o cümlədən xx.xx.2023-cü il tarixdə 31678 ABŞ dolları məbləğində pul vəsaiti xx.xx.2023-cü il tarixli, 10253 nömrəli faktura əsasında “DT GRUP MÜHENDİSLİK İTHALAT İHRACAT LİMİTED” şirkətinin hesabına köçürülmüşdür. Köçürülmüş pul vəsaitlərinin hesabına alınmış ümumilikdə 140384,34 ABŞ dolları dəyərində mallar **********4755, **********5311, **********0385, **********1953, **********5523 sorğu nömrəli gömrük bəyannamələri ilə idxal Azərbaycan Respublikasına idxal olunmuşdur. Lakin “DT GRUP MÜHENDİSLİK İTHALAT İHRACAT LİMİTED” şirkəti xx.xx.2023-cü il tarixli alqısatqı müqaviləsi üzrə öhdəliklərini tam icra etməmiş və hesabına köçürülmüş məbləğinə hesabına alınmış malların bir hissəsini Şəxs ünvanına göndərməmişdir. Bununla bağlı Şəxs Türkiyə Respublikasında məhkəməyə müraciət olunmuş və Şəxsnə 190764 ABŞ dolları məbləğində pul vəsaitinin ödənilməli olması ilə bağlı icra orqanı tərəfindən ödəniş tapşırığı verilmişdir. Göstərilənlərə əsasən, məhkəmə hesab edir ki, Şəxs “DT GRUP MÜHENDİSLİK İTHALAT İHRACAT LİMİTED” şirkətinin hesabına avans olaraq köçürmüş olduğu 31678 ABŞ dolları dəyərində vəsaitin ölkəyə qaytarılmamasına səbəb satıcının öz müqavilə öhdəliklərini tam şəkildə icra etməməsi olmuşdur. Başqa sözlə, avans olaraq ölkə xaricinə köçürülmüş məbləğin geri qaytarılmamasında cəmiyyətin təqsiri müəyyən edilmir. Bu isə onu göstərir ki, Şəxs barəsində tərtib edilmiş 28 iyul 2025-ci il tarixli, EP ******* nömrəli inzibati xəta haqqında protokol üzrə əməlində inzibati xəta tərkibi yoxdur. Qeyd olunan hallar iş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş materiallarla öz təsdiqini tapır. Ona görə də, məhkəmə Şəxs əməlində İXM-in 430.4-cü maddəsində nəzərdə tutulmuş inzibati xəta tərkibinin olmaması səbəbi ilə onun barəsində başlanmış inzibati xəta haqqında icraata xitam verilməsi qənaətinə gəlmişdir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 38.1 və 430.4-cü maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” 19 dekabr 2019-cu il tarixli qərarında göstərilmişdir ki, məhkəmələr Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 430.4-cü maddəsində nəzərdə tutulmuş məsuliyyət tədbirlərini tətbiq edərkən inzibati xətanı törədən şəxsin təqsirini Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin tələblərinə uyğun müəyyən etməlidirlər. Azərbaycan Respublikası Mərkəzi Bankının 28 noyabr 2016-cı il tarixli 45/1 nömrəli Qərarı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının rezidentlərinin xarici valyutada, habelə qeyri-rezidentlərin milli və xarici valyutada əməliyyatlarının aparılması Qaydaları”nın 4.3.1.3-cü yarımbəndinə əsasən qabaqcadan ödəniş aparıldıqda banka ödənişin təyinatını, şərtlərini və məbləğini əks etdirən sənəd təqdim edilir. Qabaqcadan ödəniş müqabilində malların ölkəyə idxalını (xidmətlərin göstərilməsini) təsdiq edən gömrük bəyannaməsi (xidmətlərin göstərilməsini təsdiq edən sənəd) banka təqdim olunmalıdır və ya xeyrinə qabaqcadan ödənişin edildiyi şəxs və ya üçüncü şəxs tərəfindən qabaqcadan ödənilmiş məbləğ geri qaytarılmalıdır. Müvafiq sənədlər ödənişin aparıldığı gündən ən geci 2 (iki) il müddətində (idxal hava, dəmiryol və dəniz nəqliyyatı vasitələri, habelə kosmik obyektlər ilə əlaqədar olduqda və onların təchizat müddəti 2 (iki) ildən çox olduqda müqavilədə nəzərdə tutulan təchizat müddəti bitdikdən sonra ən geci 3 (üç) ay müddətində) banka təqdim edilmədikdə və ya qabaqcadan ödənilmiş məbləğ geri qaytarılmadıqda və bu zaman idxal edilməyən malların (göstərilməyən xidmətlərin) və ya geri qaytarılmayan məbləğin qalıq dəyəri 10 000 (on min) ABŞ dolları ekvivalenti məbləğindən çox olduqda, bank tərəfindən qabaqcadan ödəniş əməliyyatına dair bütün sənədlər 5 (beş) iş günü ərzində Azərbaycan Respublikasının Mərkəzi Bankına təqdim edilir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 8.1-ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllə ilə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsiri olmayan hesab edilir. 12.1-ci maddəsinə əsasən bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. 53.1.2-ci maddəsinə əsasən inzibati xəta tərkibi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. 114.2.1-ci maddəsinə əsasən bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulan hallardan biri mövcud olduqda məhkəmə inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar çıxarır. Beləliklə, məhkəmə hesab edir ki, Azərbaycan Respublikasının Mərkəzi Bankı tərəfindən tərtib olunmuş 28 iyul 2025-ci il tarixli, EP ******* nömrəli inzibati xəta haqqında protokola dair Şəxs MMC-nin əməlində İXM-in 430.4-cü maddəsinin tərkib əlamətləri olmadığından inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Qeyd olunanlara əsasən və İXM-in 40, 43, 48-50, 53, 114-115 və 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə R A R A A L D İ: Şəxs MMC barəsində Azərbaycan Respublikasının Mərkəzi Bankı tərəfindən tərtib olunmuş 28 iyul 2025-ci il tarixli, EP ******* nömrəli inzibati xəta haqqında protokol əsasında başlanılmış inzibati xəta haqqında işin icraatına Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 53.1.2-ci (inzibati xəta tərkibi olmadıqda) maddəsində nəzərdə tutulan əsasla xitam verilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 129-cu maddəsində müəyyən edilmiş qaydada Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edə Samir Nəsibov
Məhkəmə qərarları › İş №3(001)-5367/2025
Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qərar — İş №3(001)-5367/2025
13.08.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver