Məhkəmə qərarları › İş №3(001)-5372/2024

Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qərar — İş №3(001)-5372/2024

01.10.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(001)-5372/2024 01.10.2024 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin hakimi Bağırov Zamiq Rəşid oğlunun sədrliyi, məhkəmə iclas katibi Hümbətov Məmmədəli Qafqaz oğlunun katibliyi, Şəxs direktoru X4 iştirakı ilə, Şəxs barəsində Bakı Şəhəri Binəqədi Rayon Polis İdarəsinin X10 Şöbəsi tərəfindən tərtib edilmiş xx.xx.2024-cü il tarixli, İXP ******* nömrəli inzibati xəta haqqında protokola məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Şəxs barəsində Bakı Şəhəri Binəqədi Rayon Polis İdarəsinin X10 Şöbəsi tərəfindən tərtib edilmiş xx.xx.2024-cü il tarixli, İXP ******* nömrəli inzibati xəta haqqında protokol baxılması üçün məhkəmənin icraatına daxil olmuşdur. Məhkəmə iclasında Şəxs direktoru X6 izahatında bildirmişdir ki, xx.xx.2024-cü il tarixində xəbərnaməni almış, xx.xx.2024-cü il tarixində Polis idarəsinə getmişdir. 77JN234 dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin istifadəsi barədə etibarnaməni inzibati xəta törədildiyi gündən bir gün sonra onlayn formada vermişdir. Daha öncə belə bir hal ilə qarşılaşdığından 25 iyun tarixində Polis İdarəsinə getmiş, lakin polis əməkdaşları tərəfindən müraciətini məktub formasında etməli olduğu bildirilmişdir. Məktubu göndərməyinə rəğmən çatmadığını dediklərini, lakin qəbul edilməsi ilə bağlı çıxarışı göndərdiyini bildirmişdir. Həmçinin, xx.xx.2024-cü il tarixində sürücü X1 İdarəsinə getməyinə rəğmən heç bir nəticə əldə olunmamışdır. Ona verilmiş suallara cavab olaraq bildirmişdir ki, fiziki şəxs barədə məlumatı xx.xx.2024-cü il tarixdə poçt vasitəsi ilə göndərmişdir. Göstərilənlərə əsasən inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi barədə qərar qəbul olunmasını məhkəmədən xahiş etmişdir. İnzibati xəta haqqında işə baxılmanın vaxtı və yeri barədə qanunla müəyyən olunmuş qaydada Bakı Şəhəri Binəqədi Rayon Polis İdarəsinə məlumat verilməsinə baxmayaraq, səlahiyyətli orqan məhkəmədə nümayəndəsinin iştirakını təmin etməmiş və məhkəməyə işə baxılmasının təxirə salınması haqqında vəsatət verilməmişdir. Məhkəmə, qanunvericiliyin tələblərini rəhbər tutaraq, inzibati xəta haqqında protokolu tərtib etmiş orqanın nümayəndəsinin iştirakı olmadan işə baxılmanı mümkün hesab etmişdir. İş materiallarına əlavə edilmiş və məhkəmə iclasında tədqiq edilmiş: Bakı şəhəri Binəqədi rayon Polis İdarəsinin Dövlət X8 sorğu məktubundan görünür ki, hüquqi şəxs Şəxs MMC-nin mülkiyyətində olan “X9 1846 LS yük” markalı, 77JN234 dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsini idarə etmiş fiziki şəxs xx.xx.2024-cü il tarixdə İnzibati Xətalar Məcəlləsinin 328.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətdiyinə görə, Bakı şəhəri Binəqədi rayon Polis İdarəsinin X10 Şöbəsi tərəfindən “X9 1846 LS yük” markalı, 77JN234 dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsini inzibati xətanın törədilməsi zamanı idarə etmiş fiziki şəxs haqqında 5 gün müddətində məlumat verilməsi hüquqi şəxs Şəxs MMC-dən xahiş olunmuşdur; SX021044316AZ şrtix kodlu “Poçt göndərişinin verilməsi haqqında” xəbərnamədən görünür ki, xəbərnamədə "şəxsən Əşrəfov verildi” qeydi aparılmış, etibarnamə ilə verildi qrafasında isə “poçt Məmmədov verildi” qeyd edilmişdir. xx.xx.2024-cü il tarixdə Binəqdəi Rayon Polis İdarəsinin daxilolma ştamp vurulmiş məktubdan görünür ki, Əhməd Əşfərov əlaqə nömrəsi qeyd etməklə 77JN234 dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsini idarə etmiş fiziki şəxs barədə məlumatları təqdim etmiş, həmçinin sonuncunun sürücülü vəsiqəsinin seriya və nömrəsini də qeyd etmişdir. 434843036 nömrəli poçt qəbzindən görünür ki, X6 tərəfindən xx.xx.2024-cü il tarixdə “Binəqədi Rayon Dövlət Yol Polis İdarəsi”nə məktub göndərilmişdir. xx.xx.2024-cü il tarixli, İXP ******* nömrəli inzibati xəta haqqında protokoldan görünür ki, “Şəxs” Məhdud Məsuliyyətli Cəmiyyəti barəsində İXM-nin 347-ci maddəsi ilə inzibati xəta haqqında protokol tərtib edilmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 8.1-ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllədə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsirsiz hesab edilir; 8.2-ci maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir; 8.3-cü maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində şübhələr onun xeyrinə həll edilir; 53.1.1-ci maddəsinə əsasən inzibati xəta hadisəsi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir; 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir; 109.2-ci maddəsinə əsasən həmin Məcəllənin 53 və 104.1-ci maddələrində nəzərdə tutulmuş hallar olduqda inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi və ya inzibati xəta haqqında iş üzrə icraatın dayandırılması barədə qərar qəbul edilir; 114.2.1-ci maddəsinə əsasən bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulan hallardan biri mövcud olduqda inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar çıxarılır. 347-ci maddəsinə əsasən, hüquqi şəxsin mülkiyyətində və ya istifadəsində olan nəqliyyat vasitəsini inzibati xətanın törədilməsi zamanı idarə etmiş fiziki şəxs haqqında məlumatın səlahiyyətli orqanın (vəzifəli şəxsin) bu barədə sorğusu daxil olduğu vaxtdan 5 gün müddətində verilməməsinə görə- vəzifəli şəxslər yüz əlli manat məbləğində, hüquqi şəxslər üç yüz manat məbləğində cərimə edilir. Məhkəmə barəsində inzibati xəta haqqında icraat aparılan hüquqi şəxsin nümayəndəsinin izahatını dinləyib, inzibati xəta haqqında protokolu, ona əlavə edilmiş sənədləri və iş materiallarında olan digər sənədləri nəzərdən keçirərək hesab edir ki, inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Belə ki, hüquqi şəxsin nümayəndəsinin məhkəmə iclasında bildirdiklərinə əsasən o səlahiyyətli orqanın sorğusunu xx.xx.2024-cü il tarixdə əldə etmiş, xx.xx.2024-cü il tarixdə isə səlahiyyətli orqanın inzibati binasına getmiş, xx.xx.2024-cü il tarixdə isə müvafiq məlumatları poçt vasitəsi ilə də səlahiyyətli orqana təqdim etmişdir. Məhkəmə araşdırması zamanı X4 dediklərinin iş materialları ilə uyğun təşkil etməsi müəyyən edilmiş, hüquqi şəxs tərəfindən İXM-nin 347-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsi isə təkzib olunmuşdur. Belə ki, məhkəməyə təqdim edilmiş poçt qəbzində Əhməd Əşrəfov tərəfindən səlahiyyətli orqana məktub göndərilməsi görünür. Təsadüfi deyildir ki, məhkəməyə təqdim edilmiş materiallarda Əhməd Əşərovun daxilolma ştampı vurulmuş məktubunun mətni də mövcuddur. Həmin məktubda nəqliyyat vasitəsini idarə etmiş fiziki şəxs barəsində kifayət qədər ətraflı məlumat verilmiş, həmçinin həmin şəxsin sürücülük vəsiqəsinin seriya və nömrəsi də göstərilmiş, əlavə olaraq Əhməd Əşrəfov öz əlaqə nömrəsini də qeyd etmişdir. Məhkəmə araşdırması zamanı həmin nömrənin həqiqətən Əhməd Əşrəfovun istifadəsində olması təsdiqini tapmışdır. Göründüyü kimi hüquqi şəxs Şəxs MMC tərəfindən nəqliyyat vasitəsinin istifadəçisi barədə məlumat verilməməsi və bununla da, sonuncu tərəfindən İnzibati Xətalar Məcəlləsinin 347-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın tərkibini yaradan hərəkətlərə yol verilməsi obyektiv sübutların məcmusu ilə təkzib olunur. Belə ki, Bakı şəhəri Binəqədi Rayon Polis İdarəsinin Dövlət X8 sorğu məktubu xx.xx.2024-cü il tarixdə hüquqi şəxs Şəxs MMC tərəfindən qəbul edilmiş, sorğuya cavab məktubu isə xx.xx.2024-cü il tarixdə, yəni 5 gün keçmədən Binəqədi rayon Polis İdarəsinin DYPŞ-nə ünvanlanmışdır. İş materiallarında olan Əhməd Əşrəfovun məktubu və ********* nömrəli poçt qəbzi ilə həmin fakt öz təsdiqini tapmaqdadır. Beləliklə, məhkəmə hüquqi şəxs tərəfindən məlumatın səlahiyyətli orqanın (vəzifəli şəxsin) bu barədə sorğusu daxil olduğu vaxtdan 5 gün müddətində verilməsini, işin obyektiv hallarını və yuxarıda sadalanan qanunun imperativ tələblərini nəzərə alıb belə qənaətə gəlir ki, inzibati xəta hadisəsi olmadığından hüquqi şəxs Şəxs MMC barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 347-ci maddəsi ilə nəzərdə tutulan inzibati iş üzrə icraata xitam verilməlidir. Göstərilənlərə əsasən və İXM-nin 53, 84, 105, 114-cü maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Hüquqi şəxs Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 347-ci maddəsi ilə nəzərdə tutulan inzibati xətanı törətməsinə dair iş üzrə icraata inzibati xəta hadisəsi olmadığından xitam verilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində işə baxan Bakı şəhəri Binəqədi Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Zamiq Bağırov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar