Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(001)-5384/2020 06.11.2020 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Hakim Məmmədov Vüqar Nemət oğlunun sədrliyi, Məhkəmə iclas katibi Almazov Pərviz Məhərrəm oğlunun katibliyi, Bakı şəhəri Binəqədi rayon İcra və probasiya şöbəsinin icra məmuru X7, X1, Müdafiəçi Bakı şəhəri 11 saylı Vəkil Bürosunun vəkili X6, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs Sülfi oğlunun iştirakı ilə, xx.xx.1987-ci ildə Bakı şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, heç yerdə işləməyən, subay, ünvan 1 ünvanında qeydiyyatda olan Şəxs Sülfi oğlunun Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə müəyyən olunmuş inzibati xətanı törətməsinə dair Bakı şəhəri Binəqədi rayon İcra və Probasiya Şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiala Binəqədi rayon Məhkəməsinin inzibati binasında baxaraq, MÜƏYYƏN ETDİM: Bakı şəhəri Binəqədi rayon İcra və Probasiya şöbəsi Binəqədi rayon Məhkəməsinə müraciət edərək, Şəxs Sülfi oğlunun Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb edilməsini xahiş etmişdir. İnzibati xəta haqqında material onunla əsaslandırılmışdır ki, Bakı şəhər Binəqədi Rayon Məhkəməsinin 2(001)-1265/2019 saylı, xx.xx.2019-cu il tarixli icra vərəqəsinə əsasən Şəxs Sülfi oğlundan 2750 (iki min yeddi yüz əlli) manat məbləğində pul və 15 (on beş) manat ödənilmiş dövlət rüsumu tutularaq X5 ödənilməsi qət edilmişdir. Borclunun halhazırda 2765 manat borcu var və o, həmin borcu ödəməkdən yayınır. Qeyd olunanlara əsasən icra məmuru X2 Sərxan Sülfi oğlu barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə inzibati xəta haqqında protokol tərtib etmişdir. Məhkəmə iclasında iştirak edən Bakı şəhəri Binəqədi rayon icra və probasiyası şöbəsinin icra məmuru X11 məhkəmə prosesində verdiyi izahatında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs Sülfi oğlunun Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə nəzərdə tutulmuş əməli törətdiyi üçün barəsində protokol tərtib olunduğunu, onun inzibati məsuliyyətə cəlb edilməsinə dair qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs Sülfi oğlu icra sənədi üzrə 2765 manat borcunun olduğunu, heç bir yerdə işləmədiyi üçün borcunu ödəyə bilmədiyini, borcunu ödəməkdən qəsdən yayınmadığını, onun ümumiyyətlə barəsində icra şöbəsində iş olduğundan xəbərsiz olduğunu, xəbərdarlığa bu gün İcra Şöbəsində imza etdiyini, ölkədə olan karantin rejimi ilə bağlı müvəqqəti işləmədiyi üçün maddi imkanı pis olduğunu bildirərək barəsində olan inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən tələbkar X8 məhkəməyə verdiyi izahatında bildirmişdir ki, Bakı şəhər Binəqədi Rayon Məhkəməsinin 2(001)-1265/2019 saylı, xx.xx.2019-cu il tarixli icra vərəqəsinə əsasən Şəxs Sülfi oğlu 2750 manat məbləğində pul ödəməlidir. Lakin borclu ödəməli olduğu borcundan hazırki tarixədək heç bir ödəniş etməmişdir. Borclu borcunu ödəməkdən qəsdən yayınır. Şəxs Sülfi oğlunun inzibati məsuliyyətə cəlb olunması barədə qərar çıxarılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən Bakı şəhər 11 saylı Vəkil Bürosunun vəkili X10 borclu Şəxs Sülfi oğlunun qərəzli olaraq borcundan yayınmamasını, protoklun tərtib edilməsində bir sıra prosessual səhvlərə yol verildiyi üçün barəsində icraata xitam verilməsinə dair qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iş materiallarını araşdıraraq proses iştirakçılarını dinləyib iş materiallarını nəzərdən keçirərək bu qənaətə gəlir ki, Şəxs Sülfi oğlunun Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə məsuliyyətə cəlb edilməsinə əsas yoxdur. İş materiallarında olan Bakı şəhər Binəqədi Rayon Məhkəməsinin 2(001)- 1265/2019 saylı, xx.xx.2019-cu il tarixli icra vərəqəsindən görünür ki, Şəxs Sülfi oğlundan 2750 (iki min yeddi yüz əlli) manat məbləğində pul və 15 (on beş) manat ödənilmiş dövlət rüsumu tutularaq X5 ödənilməsi qət edilmişdir. Bakı şəhəri Binəqədi rayon İcra və Probasiya Şöbəsinin icra məmuru X3 xx.xx.2020-ci il tarixdə “İcraata başlamaq haqqında” qərar qəbul edərək, tələbin könüllü icrası üçün Şəxs Sülfi oğluna bildiriş göndərmiş, tələb könüllü icra edilmədiyi təqdirdə barəsində məcburi icra tədbirləri görüləcəyinə dair xəbərdarlıq göndərmişdir. Məhkəmə borclu Şəxs Sülfi oğlunun ölkədə yaranmış pandemiya şərariti ilə əlaqədar heç yerdə işləməməsini, yaranmış borc barədə işin Binəqədi rayon İcra Şöbəsinin icraatında olmasından barəsində protokol tərtib olunduğu gün xəbər tutduğunu, könüllü icra üçün ona bildiriş xx xxxxxx 2020-ci il tarixdə verildiyini, İcra orqanı tərəfindən ona iş təklif olunması üçün Məşqulluq İdarəsinə müraciətlərin edilməməsini, borcunu ödəmək niyyətinin olmasını nəzərə alaraq hesab edir ki, hazırkı məqamda onun icra sənədini icra etməkdən qəsdən və qərəzli olaraq yayınması müəyyən olunmur. Beləliklə, məhkəmə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsinə əsasən məhkəmə və digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərinin yerinə yetirilməməsi və ya icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə borclunu müəyyən hərəkətləri etməyə və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə məcbur edən icra sənədinin üzürsüz səbəbdən icra edilməməsi inzibati məsuliyyətə səbəb olan əməl olduğunu xüsusilə qeyd edərək hesab edir ki, borclu Şəxs Sülfi oğlunun əməlində inzibati xəta tərkibi olmadığından iş üzrə icraata xitam verilməlidir. Həmin Məcəllənin 8.2-ci maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. Həmin Məcəllənin 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etməkdən ötrü hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Həmin Məcəllənin 53.0.2-ci maddəsinə əsasən inzibati xəta tərkibi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraata xitam verilir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 53, 109, 114-cü maddələrini rəhbər tutaraq, QƏRARA ALDİM: Şəxs Sülfi oğlunun əməlində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə müəyyən olunmuş inzibati xəta tərkibi olmadığı üçün Bakı şəhəri Binəqədi rayon İcra və probasiya şöbəsindən daxil olmuş xx.xx.2020-ci il tarixli, MN №0468555 saylı inzibati xəta haqqında protokol üzrə icraata xitam verilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətində Bakı Apellyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. Hakim: Vüqar Məmmədov
Məhkəmə qərarları › İş №3(001)-5384/2020
Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qərar — İş №3(001)-5384/2020
06.11.2020 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver