Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(001)-5401/2023 20.12.2023 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin hakimi Sadıqova Aynurə Vahid qızının sədrliyi, məhkəmənin məsləhətçisi (məhkəmə iclas katibi) X9 katibliyi, şikayət vermiş şəxs X4 iştirakı ilə, X4 Daxili İşlər Nazirliyi Baş X11 İdarəsi tərəfindən qəbul edilmiş 10 mart 2023-cü il tarixli, EQ 13457533 nömrəli inzibati tənbeh vermə haqqında qərardan verdiyi şikayətə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: X1 Daxili İşlər Nazirliyi Baş X11 İdarəsi tərəfindən qəbul edilmiş 10 mart 2023-cü il tarixli, EQ 13457533 nömrəli inzibati tənbeh vermə haqqında qərarından verdiyi şikayət məhkəməyə daxil olmuşdur. X6 şikayətini onunla əsaslandırmışdır ki, atası X3 xx.xx.2023-cü il tarixində növbəti texniki baxışdan keçmək üçün özünə məxsus olan “KİA Sportage” markalı ** FZ *** qeydiyyat nişanlı avtomobillə Lökbatan qəsəbəsində yerləşən texniki müayinə məntəqəsinə yaxınlaşdıqda DYP əməkdaşları avtomobili texniki baxışdan keçirməkdən imtina etmişlər. İmtinanın səbəbi kimi göstərildi ki, bir il ərzində avtomobil texniki baxışdan keçmədiyinə görə avtomobilin İXM-nin 339.1-1-ci maddəsi ilə ödənilməmiş cərimələrinin olduğu bildirilmişdir. Atasının həqiqətən də bu cərimələr barədə xx.xx.2023-cü il tarixinədək, yəni DYP əməkdaşı ona bildirənə qədər heç bir məlumatı olmamışdır. Bu cərimələr barədə ona rəsmi və ya qeyri-rəsmi heç bir formada məlumat verilməmişdir. ASANPAY şəxsi kabinetində də bu cərimələrlə bağlı heç bir məlumat olmayıb, hazırda da yoxdur. DYP əməkdaşı tərəfindən xx.xx.2023-cü il tarixində Zakir Bayramova təqdim olunmuş məlumat cədvəlindən (əlavə olunur) inzibati xəta haqqında protokol və qərarların onun - X4 adına tərtib edildiyi görünür. xx.xx.2009-cu il tarixində atası Zakir Bayramov özünə məxsus olan “KİA Sportage” markalı **-FZ-*** qeydiyyat nişanlı avtomobillə bağlı ona - Samir Bayramova ƏN 878651 nömrəli etibarnamə (əlavə olunur) vermişdir. DYP əməkdaşı tərəfindən xx.xx.2023-cü il tarixində Zakir Bayramova təqdim olunmuş məlumat cədvəlindəki “KİA Sportage” **-FZ-*** avtomobili ilə bağlı son 1-2 il ərzində onun adına protokolların yazılmasından və cərimə Qərarlarının çıxarılmasından xəbərsiz və məlumatsız olmuşdur. O, uzun müddətdir ki, daimi olaraq ASANPAY elektron kabinetdən istifadə edir. Əgər “KİA Sportage” markalı **-FZ-*** dövlət qeydiyyat nişanlı avtomobillə bağlı adına cərimələr yazılmış olsaydı bu haqda ASANPAY kabinetimdə ən azından hansısa məlumat olardı. Dəfələrlə ASANPAY şəxsi kabinetinə daxil olsa da, elektron kabinetində KİA Sportage **-FZ-*** qeydiyyat nişanlı avtomobillə bağlı onun adına heç bir protokolu və ya cərimə qərarı barədə məlumat olmayıb və yoxdur. "ASAN ÖDƏNİŞ" sistemindən əldə olunmuş 1QLİYGA5WD127Q və 1QLİYGA5WD127R nömrəli çıxarışlara (əlavə olunur) əsasən xx.xx.2023-cü il tarixinə onun və atası Zakir Bayramovun adına “qüvvədə olan (icra olunmamış, ödənilməmiş) inzibati xəta haqqında iş üzrə qərar və ya yol hərəkəti qaydaları əleyhinə olan inzibati xəta, yaxud İXM- nin 353.2-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta haqqında protokollar yoxdur”. Qeyd etdiyi faktların araşdırılması, inzibati xəta haqqında cərimə qərarları üzrə faizlərin hesablanmasının dayandırılması, cərimələr barədə məlumatlar onun və atası Zakir Bayramovun ASANPAY şəxsi kabinetlərinə daxil edilmədiyinə və məlumat verilmədiyinə görə inzibati xəta haqqında protokol və qərarların ləğv edilməsi və eyni zamanda avtomobilin texniki baxışdan keçirilməsinə şərait yaradılması üçün xx.xx.2023-cü il tarixində yazılı şəkildə Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş X11 İdarəsinə (BDYPİ) ərizə (əlavə olunur) ilə müraciət etmişdir. Onu da qeyd edir ki, cərimə tətbiqi haqqında barəsində sonuncu elektron qərar xx.xx.2023-cü il tarixində çıxarılmışdır. Mövcud qanunvericiliyə görə avtomobil texniki baxışdan keçmədiyi halda hər 20 gündən bir yeni cərimə tətbiq edilə bilər. Cərimə tətbiqi barədə qərarların qanuniliyini mübahisələndirsə də, hələ ki bununla bağlı BDYPİ tərəfindən ona heç bir cavab verilməyib, avtomobilin texniki baxışdan keçirilməsi üçün şərait yaradılmayıb, əksinə texniki baxışdan keçmək üçün barəsində çıxarılmış və elektron kabinetinə yerləşdirilməmiş qərarlar üzrə cərimə məbləğlərinin tam şəkidə ödənilməsi şərti qanunsuz olaraq irəli sürülmüşdür. Bu cür davam etsə xx.xx.2023cü il tarixindən başlayaraq barəsində İXM-nin 339.1-1-ci maddəsi ilə yeni cərimənin tətbiqi qaçınılmaz olacaqdır. xx.xx.2023-cü il tarixində texniki baxışdan keçmək üçün Zakir Bayramov özünə məxsus olan KİA Sportage ** FZ *** qeydiyyat nişanlı avtomobillə Lökbatan qəsəbəsində yerləşən Texniki müayinə məntəqəsinə gedərkən DYP əməkdaşı avtomobili yolda saxlayaraq cərimələr yerindəcə ödənilməzsə avtomobilin cərimə meydançasına aparılacaqını bildirmişdir. Bu barədə telefonla ona məlumat verildikdə o məcburiyyət qarşısında elektron qaydada plastik kart hesabından siyahı üzrə ona göndərilən bütün cərimələri və hesablanmış faizləri ödədi. Bundan sonra avtomobil sərbəst buraxıldı. xx.xx.2023-cü il tarixində isə Zakir Bayramov öz avtomobilini texniki baxışdan keçirmişdir. O, “KİA Sportage” markalı ** FZ *** dövlət qeydiyyat nişanlı avtomobili idarə etməmiş, inzibati tənbeh vermə haqqında elektron qərarlar barədə qanunla müəyyən olunmuş müddətdə ona heç bir məlumat verilməmiş, bu qərarlar barədə ASANPAY kabinetində heç bir məlumat yerləşdirilməmişdir. Məhkəmə iclasında inzibati tənbeh vermə haqqında qəradan şikayət vermiş şəxs X6 şikayətin dəlillərinə uyğun çıxış edərək, verilmiş şikayətinin təmin edilməsini və barəsində qəbul edilmiş inzibati tənbeh vermə haqqında qərarın ləğv edilməsini xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə qərarından şikayət verilən orqanın nümayəndəsinə məlumat verilməsinə baxmayaraq, məhkəmə iclasına gəlməmiş, məhkəmə iclasının təxirə salınması barədə vəsatət daxil olmamışdır. Məhkəmə işə sözügedən şəxsin iştirakı olmadan baxmağı mümkün hesab etmişdir. Məhkəmə iş materiallarını araşdıraraq, şikayət vermiş şəxsin izahatını dinləyərək belə nəticəyə gəlir ki, X6 tərəfindən verilmiş şikayət qismən təmin edilməlidir. İş materiallarına əlavə edilmiş və məhkəmə iclasında tədqiq edilmiş: xx.xx.2023-cü il tarixli, EQ 13457533 nömrəli inzibati tənbeh vermə haqqında qərardan görünür ki, X5 İXM-in 339.1-1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın törədilməsinə görə 50 manat məbləğində inzibati cərimə növündə tənbeh tədbiri tətbiq edilmişdir. "ASAN ÖDƏNİŞ" sistemindən əldə olunmuş 1QLİYGA5WD127Q və 1QLİYGA5WD127R nömrəli çıxarışlardan görünür ki, xx.xx.2023-cü il tarixinə onun və Zakir Bayramovun adına “qüvvədə olan (icra olunmamış, ödənilməmiş) inzibati xəta haqqında iş üzrə qərar və ya yol hərəkəti qaydaları əleyhinə olan inzibati xəta, yaxud İXMnin 353.2-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta haqqında protokollar yoxdur. xx.xx.2009-cu il tarixli etibarnamənin surətindən görünür ki, X3 tərəfindən X5 “Kia Sportage” markalı, ** FZ *** dövlət qeydiyyat nişanlı avtomobilə dair otuz il müddətinə etibarnamə verilmişdir. “Asan ödəniş” sistemi çıxarışlarından görünür ki, ödəyici Samir Bayramov tərəfindən EQ 13457533 nömrəli protokol əsasında 80 manat, EQ 14539527 nömrəli protokol əsasında 80 manat, EQ 17370628 nömrəli protokol əsasında 45 manat, EQ 13915563 nömrəli protokol əsasında 80 manat, EQ 12622937 nömrəli protokol əsasında 80 manat, EQ 13457533 nömrəli protokol əsasında 80 manat, EQ 82225025 nömrəli protokol əsasında 16 manat, EQ 13100288 nömrəli protokol əsasında 80 manat, EQ 18007870 nömrəli protokol əsasında 45 manat, EQ 15290894 nömrəli protokol əsasında 80 manat inzibati cərimə məbləğlərini ödəmişdir. Göründüyü kimi “Kia Sportage” markalı, **-FZ-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi X2 məxsus olmuş, həmin avtomobilə dair Zakir Bayramov tərəfindən Samir Bayramova xx.xx.2009-cu il tarixdə etibarnamə verilmişdir. Lakin, avtomobilə dair Samir Bayramova etibarnamənin verilməsinə baxmayaraq, o, həmin avtomobili idarə etməmişdir. Buna baxmayaraq, İXM-in 339.1-1-ci maddəsi ilə inzibati tənbeh vermə haqqında qərarlar onun barəsində qəbul edilmişdir. Bundan əlavə X6 verdiyi şikayətin dəlillərindən biri kimi hətta həmin inzibati tənbeh vermə haqqında qərarlar qəbul edilsə belə, həmin qərarların qəbul edilməsindən məlumatsız olduğunu bildirmişdir. İXM-in 122.1-ci maddəsinə əsasən bu Məcəllənin 327.1 - 327.5, 328, 329.1, 329.2, 330, 339.1-1, 346.3, 346-1.1, 346-1.5, 353.2 və 469.3-cü maddələrində nəzərdə tutulmuş xətalar foto və ya video qeydiyyat funksiyalarına malik xüsusi texniki vasitələrin köməyi ilə aşkar edildikdə, xüsusi texniki vasitələrin məlumatları müvafiq icra hakimiyyəti orqanının mərkəzi informasiya sisteminin proqram təminatı əsasında real vaxt rejimində elektron formada birbaşa həmin mərkəzi informasiya sisteminə ötürülür, inzibati xətanı törətmiş şəxsin iştirakı olmadan real vaxt rejimində, “Elektron imza və elektron sənəd haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş qaydada elektron sənəd şəklində inzibati tənbeh vermə haqqında elektron qərar çıxarılır və həmin mərkəzi informasiya sisteminin müvafiq səlahiyyətli əməkdaşının elektron imzası ilə təsdiqlənir. Təsdiq edilmiş həmin qərar real vaxt rejimində, xüsusi texniki vasitələrin məlumatları əlavə edilməklə, elektron qaydada müvafiq icra hakimiyyəti orqanının informasiya sisteminə göndərilir. İXM-in 125.1-ci çaddəsinə əsasən müvafiq icra hakimiyyəti orqanının mərkəzi informasiya sisteminə yerləşdirilmiş inzibati xəta haqqında protokol və ya inzibati xəta haqqında iş üzrə qərar həmin anda elektron qaydada, həmçinin müvafiq icra hakimiyyəti orqanının informasiya sisteminə yerləşdirilir. İXM-in 125.2-ci maddəsinə əsasən inzibati xətanı törətmiş nəqliyyat vasitəsinin istifadəçisi (həmçinin mülkiyyətində və ya istifadəsində olan nəqliyyat vasitələri ilə əlaqədar hüquqi şəxs, yaxud istifadəsində olan nəqliyyat vasitələri ilə əlaqədar dövlət qurumu) inzibati xəta haqqında protokol və inzibati xəta haqqında iş üzrə qərar barədə aşağıdakı qaydada məlumatlandırılır: -müvafiq icra hakimiyyəti orqanının informasiya sistemi inzibati xəta haqqında protokolu və ya inzibati xəta haqqında iş üzrə qərarı və onların əlavələrini hər bir nəqliyyat vasitəsinin istifadəçisi üçün internet informasiya resursunda yaradılmış elektron kabinetə dərhal yerləşdirir və barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin elektron ünvanına (olduğu halda) göndərir; -eyni zamanda müvafiq icra hakimiyyəti orqanının informasiya sistemi nəqliyyat vasitəsi istifadəçisinin elektron kabinetində olan mobil telefon nömrəsinə inzibati xəta törətməsi, törətdiyi xətanın qısa məzmunu, xətanın törədildiyi yer və vaxt, bu Məcəllənin hansı maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunması, cərimənin məbləği, inzibati xəta haqqında iş üzrə qərarın nömrəsi, həmin sənədlə və ona əlavə edilmiş materiallarla tanış ola biləcəyi elektron kabinetin internet ünvanı və daxilolma qaydası barədə ödənişsiz SMS məlumatı dərhal göndərir; -inzibati tənbeh vermə haqqında elektron qərar əlavə edilmiş materiallarla birlikdə müvafiq icra hakimiyyəti orqanının mərkəzi informasiya sistemi tərəfindən kağız daşıyıcıda çap olunaraq, bu Məcəllənin 57.1 – 57.5-ci maddələrində nəzərdə tutulmuş rəsmi qaydada verilməsi üçün 2 gün ərzində müvafiq icra hakimiyyəti orqanına göndərilir. İXM-in 125.3-cü maddəsinə əsasən nəqliyyat vasitəsinin istifadəçisi üçün internet informasiya resursunda yaradılmış elektron kabinetdə şəxsin hansı tarixdə inzibati xəta haqqında protokol və ya inzibati xəta haqqında iş üzrə qərar barədə bu Məcəllənin 125.2.1 – 125.2.3-cü maddəsində nəzərdə tutulmuş qaydada məlumatlandırılması haqqında qeyd yerləşdirilməlidir. Müvafiq icra hakimiyyəti orqanının informasiya sistemi bu Məcəllənin 125.2.2-ci maddəsində nəzərdə tutulmuş SMS məlumatın nəqliyyat vasitəsinin istifadəçisinə çatdırıldığı vaxt barədə və nəqliyyat vasitəsinin istifadəçisinin bu Məcəllənin 125.2.1-ci maddəsində nəzərdə tutulan qaydada onun elektron kabinetinə yerləşdirilmiş inzibati xəta haqqında iş üzrə qərarla və onun əlavələri ilə tanış olduğu vaxt barədə məlumatları müvafiq icra hakimiyyəti orqanının mərkəzi informasiya sisteminə göndərməlidir. SMS məlumatın nəqliyyat vasitəsinin istifadəçisinə çatdırıldığı vaxt barədə və nəqliyyat vasitəsinin istifadəçisinin bu Məcəllənin 125.2.1-ci maddəsində nəzərdə tutulan qaydada onun elektron kabinetinə yerləşdirilmiş inzibati xəta haqqında iş üzrə qərarla və onun əlavələri ilə tanış olduğu vaxt barədə məlumatlar, həmçinin nəqliyyat vasitəsinin istifadəçisinin elektron kabinetinə yerləşdirilir və onun elektron ünvanına (olduğu halda) göndərilir. İXM-in 125.4-cü maddəsinə əsasən foto və ya video qeydiyyat funksiyalarına malik xüsusi texniki vasitələrin köməyi ilə aşkar edilmiş inzibati xətalara görə çıxarılmış inzibati tənbeh vermə haqqında elektron qərarın bu Məcəllənin 57.1 – 57.5-ci maddələrində nəzərdə tutulmuş qaydada “Poçt haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş sifarişli poçt göndərişi vasitəsilə rəsmi çatdırılması barədə məlumatlar 1 gün müddətində müvafiq icra hakimiyyəti orqanı tərəfindən müvafiq icra hakimiyyəti orqanlarının informasiya sistemlərinə göndərilir. İXM-in 125.5-ci maddəsinə əsasən “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 27-ci maddəsinin İİ hissəsinin 1-ci bəndində nəzərdə tutulmuş nəqliyyat vasitəsini dövlət qeydiyyatından keçirərkən fiziki şəxslər qeydiyyatda olduğu və yaşadığı ünvanı, mobil telefon nömrəsini və olduğu halda elektron ünvanını və sürücülük vəsiqəsinin nömrəsini, hüquqi şəxslər (dövlət qurumları) isə nəqliyyat vasitəsinin idarə edilməsini həvalə etdiyi şəxsin (nəqliyyat vasitəsi sürücüsünün) müvafiq məlumatlarını dövlət qeydiyyatını həyata keçirən orqana verməli və həmin məlumatlar dəyişdikdə, onları 3 gün müddətində yeniləməlidirlər. Müvafiq icra hakimiyyəti orqanı məlumatların telefon, poçt və internet vasitəsilə elektron qaydada verilməsi və yenilənməsi, habelə nəqliyyat vasitəsinə bir neçə şəxsin sahiblik hüququ olduqda həmin şəxslərdən birinin elektron müraciəti əsasında onun bu Məcəllənin 122.2-ci maddəsində nəzərdə tutulmuş nəqliyyat vasitəsinin istifadəçisi qismində qəbul edilməsi və inzibati xəta haqqında elektron qərarların onun barəsində çıxarılması üçün müvafiq imkanların olmasını təmin etməlidir. İXM-in 125.6-cı maddəsinə əsasən Müvafiq icra hakimiyyəti orqanının mərkəzi informasiya sisteminə daxil edilmiş, bu Məcəllənin 125.5-ci maddəsində nəzərdə tutulmuş məlumatlar müvafiq icra hakimiyyəti orqanının informasiya sisteminə də göndərilir. İnzibati xətalar haqqında qanunverciliyin tələblərinə əsasən qəbul edilmiş inzibati tənbeh vermə haqqında elektron qərar əlavə edilmiş materiallarla birlikdə müvafiq icra hakimiyyəti orqanının mərkəzi informasiya sistemi tərəfindən kağız daşıyıcıda çap olunaraq, bu Məcəllənin 57.1 – 57.5-ci maddələrində nəzərdə tutulmuş rəsmi qaydada verilməsi üçün 2 gün ərzində göndərməli olduğu halda X5 onun barəsində qəbul edilmiş inzibati tənbeh vermə haqqında qərar barədə məlumat verilməmişdir. İXM-nin 134.1 və 134.1.4-cü maddələrinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə baxılaraq qəbul edilən qərarlardan biri də bu Məcəllənin 135.1.1 və 135.1.6-cı maddələri ilə müəyyən edilmiş hallarda qərarın ləğv edilməsi və inzibati xəta haqqında işin yenidən baxılmaq üçün hakimə, səlahiyyətli orqana (vəzifəli şəxsə) göndərilməsidir; İXM-nin 135.1 və 135.1.6-cı maddələrinə əsasən bu Məcəllə ilə müəyyən edilmiş tələblərin işin hallarının hərtərəfli, tam və obyektiv araşdırılmasına maneə törədəcək dərəcədə pozulması inzibati xəta haqqında iş üzrə qərarın ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsasdır. Beləliklə, məhkəmə yuxarıda göstərilənlərə əsasən hesab edir ki, İXM-lə müəyyən edilmiş tələblər işin hallarının hərtərəfli, tam və obyektiv araşdırılmasına maneə törədəcək dərəcədə pozulduğundan Daxili İşlər Nazirliyi Baş X11 İdarəsi tərəfindən qəbul edilmiş 10 mart 2023-cü il tarixli, EQ 13457533 nömrəli inzibati tənbeh vermə haqqında qərar ləğv edilməli və inzibati xəta haqqında iş yenidən baxılması üçün Daxili İşlər Nazirliyi Baş X11 İdarəsinə göndərilməlidir. Məhkəmə, həmçinin, hesab edir ki, ödənilmiş cərimə məbləği və hesablanmış faizlərin geri qaytarılması hissəsində tələbə işin yenidən Daxili İşlər Nazirliyi Baş X11 İdarəsində araşdırıldıqdan sonra qiymət veriləcəyi üçün şikayət həmin hissədə təmin edilə bilməz. Qeyd olunanlara əsasən və İXM-in 128-130, 133-135-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şikayət qismən təmin edilsin. Daxili İşlər Nazirliyi Baş X11 İdarəsi tərəfindən qəbul edilmiş 10 mart 2023-cü il tarixli, EQ 13457533 nömrəli inzibati tənbeh vermə haqqında qərar ləğv edilsin və iş yenidən baxılması üçün Daxili İşlər Nazirliyi Baş X11 İdarəsinə göndərilsin. Şikayət qalan hissədə təmin edilməsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində işə baxan Bakı şəhəri Binəqədi Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim: Aynurə Sadıqova
Məhkəmə qərarları › İş №3(001)-5401/2023
Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qərar — İş №3(001)-5401/2023
20.12.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver