Məhkəmə qərarları › İş №3(001)-5404/2020

Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qərar — İş №3(001)-5404/2020

23.11.2020 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(001)-5404/2020 23.11.2020 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Hakim Rzayev Abbas Əhəd oğlunun sədrliyi, X4 iclas katibliyi, X10 Vaqif oğlunun iştirakı ilə, X1 Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Bakı şəhəri Dövlət X11 xx.xx.2020ci il tarixli, TP ******* saylı qərarından verdiyi şikayətə Binəqədi Rayon Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə, MÜƏYYƏN ETDİ: X2 Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Bakı şəhəri Dövlət X11 xx.xx.2020-ci il tarixli, TP ******* saylı qərarından şikayət ərizəsi ilə Binəqədi Rayon Məhkəməsinə müraciət etmişdir. X2 şikayətini onunla əsaslandırmışdır ki, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Bakı şəhəri Dövlət X12 polis polkovnik leytenantı X8 tərəfindən tərtib edilmiş xx.xx.2020-ci il tarixli qərarla guya o, Bakı şəhəri, Sabunçu rayonu, Kürdəxanı qəsəbəsi ətrafında ** LA *** dövlət nömrə nişanlı avtomobilli alkoqoldan istifadə edərək idarə etdiyi üçün barəsində İXP ******* protokol tərtib edilmiş və bu səbəbdən guya Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 333.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Şikayətçi göstərmişdir ki, o, xx.xx.2020-ci il tarixdə saat 09:30 radələrində evdən çıxıb işə gedərkən idarə etdiyi avtomobili DYP əməkdaşı əl işarəsi ilə saxlayaraq işkili olubolmadığını soruşmuşdur.Ölkə üzrə pandemiya şəraiti olduğundan və xəstəliyə həsas adam olduğu üçün tez-tez spirt-sprey vasitəsindən istifadə edərək əllərini avtomobilin sükanını və qapı açan ruçkalarını spirt vasitəsi ilə dezinfeksiya etdiyini polis əməkdaşına bildirmişdir.Polis əməkdaşı ondan avtomobildən düşməsini və DYP avtomobilindən alkotestr aparatı gətirərək ora üfləməyini təklif etmişdir .O, spirtli içki içmədiyini bildirsə də, polis əməkdaşının qanuni tələblərinə riayət etmiş və plastmas bir əşyaya üfləmişdir.Həmçinin, polis əməkdaşına spirtli içki qəbul etmədiyini bildirmişdir.DYP əməkdaşı «ola bilər ki, aparat səhv göstərib, narahat olmayın, sizə heç bir cərimə tətbiq olunmayacaq və indi rəis gələcək onunla söhbət edərsiniz deyərək onu arxayın salmışdır.Bundan sonra, başqa bir DYP əməkdaşı ona yaxınlaşmış və onların profilaktik tədbir keçirdiklərini və protokola imza etməli olduğunu bildirərək heç bir cərimə tətbiq olunmayacağını və sadəcə maarifləndirmə işləri aparıldığını, bu səbəbdən protokola imza etməli olduğunu və imza etdiyi təqdirdə tez bir zamanda gedə biləcəyini ona söyləmişdir.Hətta bildirmişdir ki, görürsünüz sizdən sürücülük vəsiqəsini də, tələb etmirik, imza edin və avtomobilinizə əyləşin gedin. O, işə tələsdiyi üçün və özünü rəis kimi təqdim edən şəxsə inanaraq protokola imza etmişdir ki, işə tez çatsın.İmza etdikdən sonra DYP əməkdaşı 5 dəqiqə gözləməli olduğunu bildirib və sonra gedə biləcəyimi söyləmişdir.Heç 3 dəqiqə keçməmiş, həmin DYP əməkdaşı onun avtomobilinə əyləşərək rəis bizi qabaqda gözləyir, onunla danışın, sonra gedin deyərək onu yenidən aldatmışdır. Bundan sonra, DYP əməkdaşı onun avtomobilini cərimə meydançasına gətirmişdir.Rəisin harada olduğunu, hansı profilaktik tədbir olduğunu soruşduqda ona bildirilmişdir ki, siz cərimə meydançasında avtomobilinizdə əyləşin, rəis indi gələcək. Avtomobildə təxminən 20 dəqiqə əyləşib rəis deyilən şəxsi gözləmişdir.Heç kimin gəlmədiyini gördükdə cərimə meydançasında dayanan işçilərdən soruşmuşdur ki, rəis deyirlər, o kimdir, ona deyiblər ki, profilaktik tədbir keçiririk, bununla bağlı rəis onunla görüşməlidir. Cərimə meydançasının işçiləri isə ona bildirmişdirlər ki, nə profilaktik tədbir, hamını bu cür aldadaraq cərimə edirlər.Tibbi müayinədən keçirtməmək üçün sizi bu cür aldadırlar ki, sərxoşluq vəziyyətinin müəyyən edilməsi üçün tibbi müayinədən keçməyinizi tələb etməyəsiniz, əgər sərxoş deyilsinizsə gedin könüllü olaraq tibbi müayinədən keçin və sübut edin ki, sərxoş deyilsiniz. Bundan sonra, o, cərimə meydançasından çıxıb, dərhal taksi xidmətindən istifadə edərək tibbi müayinədən keçmək üçün Kürdəxanı ərazisində, Yasamal rayonu ərazisində yerləşən tibbi yoxlanışdan keçmişdir.Onun kimi tibbi yoxlanışdan keçməyə bir çox vətəndaş gəlmişdir.Barəsində tərtib edilmiş sərxoşluq vəziyyətinin tibbi müayinə edilmiş, buna dair 2/18272 saylı aktla müəyyən edilmişdir ki, 0.000 promil qədər spirtli içki qəbul etmişdir.Yəni ki, heç bir miqdarda spirtli içki qəbul etməmişdir.Bundan sonra, həmin aktla Bakı şəhəri Dövlət X15 getmişdir.İdarədə o qədər inzibati xəta törədən sürücü vardı ki, növbə əlindən heç kimin qəbuluna düşə bilməyəcəyini görüb saat 16:00-da bezərək yenidən taksiyə əyləşərək işə yollanmışdır. Ertəsi gün yenidən Bakı şəhəri Dövlət X15 gedərək aktı göstərib, DYP əməkdaşının onu aldatmasını və maarifləndirmə işləri adı ilə profilaktik tədbir keçirmək bəhanəsi ilə ona imza etdirmələrini söyləyərək içkili olmadığıma dair akt olduğunu və protokol əsasında qanunsuz tərtib edilmiş qərarın ləğv edilməsini tələb etmişdir.Ona bildirmişdirlər ki, sizə belə bir köməklik edə bilərik, bura imza edin ki, cəriməni 10 gün ərzində ödəyəcəm, biz sizin avtomobili qaytaraq.Əks təqdirdə sizin işi məhkəməyə gönədərəcəyik və məhkəmə 20 gün ərzində sizin işə baxacaq sonra isə avtomobili cərimə meydançasından çıxara bilərsiniz.O, məcburiyyət qarşısında qalaraq DYP əməkdaşı tərəfindən aldadıldığını və bu idarədə qanunların işləmədiyini görərək onların dedikləri ilə razılaşmaqdan başqa çıxış yolu olmadığını başa düşmüşdür.Qərarın son hissəsinə 400 manat məbləğində cəriməni 10 gün ərzində ödəyəcəyəm kimi yazı yazmaqdan başqa çıxış yolu olmadığını və pozulmuş hüquqlarının məhkəmədə bərpasına nail olacağını düşünərək dedikləri ilə razılaşmaq məcbiriyyətində qalmışdır.Hətta protokolun tərtib edilmə saatının səhv qeyd edilməsini, yəni guya saat 08:05-də tərtib edilməsinin şahidi olmuşdur.Lakin DYP əməkdaşı onu saxlayarkən saat 09:30 olardı, çünki o, evdən saat 09:15 radələrində çıxmışdır.Belə bir haqsızlığın onun başına gəlməsinə hələ də inana bilmir. Şikayətçi göstərmişdir ki, Bakı şəhər DYPİ tərəfindən barəsində çıxarılmış qərar mövcud qanunvericiliyin və İnzibati Xətalar Məcəlləsinin tələblərinə ziddir.Belə ki, təqsirsizlik prezumsiyası prinsipini nəzərdə tutan İnzibati Xətalar Məcəlləsinin 8-ci maddəsinin tələbinə görə: barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllədə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsirsiz hesab edilir. Tələbin hüquqi əsasları: Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsinə əsasən İnzibati məsuliyyətin əsasları müəyyən edilmişdir. Yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 8.2-ci maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. İnzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində olan şübhələr onun xeyrinə həll olunur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 6.2-ci maddəsinə əsasən. İnzibati xətalar haqqında işlər üzrə icraatın təmin edilməsi tədbirləri tətbiq edilərkən qanunvericiliyin tələblərinə əməl olunması yuxarı orqanların və vəzifəli şəxslərin idarə nəzarəti ilə, məhkəmə və prokuror nəzarəti ilə və şikayət etmək hüququ ilə təmin edilir. Həmin Məcəllənin 124.2-ci maddəsinə əsasən- İnzibati xətalar haqqında işlərə baxmaq hüququ səlahiyyətli orqana (vəzifəli şəxsə) aid edilmiş yol hərəkəti qaydaları əleyhinə olan inzibati xətalar səlahiyyətli vəzifəli şəxs tərəfindən bilavasitə aşkar edildikdə və barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs inzibati xəta hadisəsinin mövcudluğu ilə razılaşdıqda, inzibati tənbeh tətbiq etmə haqqında qərar çıxarılır. Heç kəs törətmədiyi inzibati xətaya görə məsuliyyətə cəlb edilə bilməz. Yuxarıda qeyd olunanlar və sərxoş olmadığın sübut edən sübut əhəmiyyətli akt-dan açıq-aşkar görünür ki, barəsində tərtib edilmiş inzibati qərar qanunsuzdur. Beləliklə, işin hallarına və qanunun normalarına əsasən hesab edir ki, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 126-cı maddəsinə əsasən İnzibati xəta haqqında iş üzrə qərardan şikayətə baxılma qaydası müəyyən edilmiş və 126.1ci maddə- barəsində inzibati xəta haqqında iş üzrə qərar qəbul edilmiş şəxs inzibati xəta törətməsi barədə bu Məcəllənin 125.2.2-ci maddəsində və ya 125.2.3-cü maddəsində (elektron kabinetdə mobil telefon nömrəsi olmadığı halda) müəyyən olunmuş qaydada məlumatlandırıldığı vaxtdan 20 gün müddətində yuxarı səlahiyyətli orqana (vəzifəli şəxsə) və ya məhkəməyə şikayət edə bilər. Şikayət şəxsən verilə və ya poçt, yaxud internet vasitəsilə göndərilə bilər. Həmin Məcəllənin 126.2-ci maddəsi ilə yuxarı səlahiyyətli orqana (vəzifəli şəxsə) inzibati xəta haqqında iş üzrə qərardan şikayət verildikdə, yuxarı səlahiyyətli orqan (vəzifəli şəxs) videomüşahidə vasitələrinin qeydə aldığı videoyazıya baxış keçirməklə və araşdırma aparmaqla qərarın ləğv edilməsi üçün əsaslar müəyyən etdikdə, inzibati xəta haqqında iş üzrə qərarı ləğv edir, belə əsaslar müəyyən olunmadıqda isə inzibati xəta haqqında iş üzrə qərarın dəyişdirilmədən saxlanılması barədə qərar qəbul edilir.Buna görə də, o, hesab edir ki, barəsində tərtib edilmiş inzibati tənbeh vermə haqqında TP ******* saylı qərar ləğv olunaraq iş üzrə icraata xitam verilməlidir Şikayətçi yuxarıda göstərilənləri və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 120-135-ci maddələrinin tələblərini rəhbər tutaraq Azərbaycan Respublikası Bakı şəhəri Dövlət X19 tərəfindən barəsində tərtib edilmiş xx.xx.2020-ci il tarixli, İXP ******* saylı protokol əsasında qəbul edilmiş TP ******* saylı inzibati tənbeh vermə haqqında qərarın ləğv edilərək iş üzrə icraata xitam verilməsi barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında çıxış edən şikayətçi X16 oğlu şikayətində göstərilənləri nəzərə alaraq Azərbaycan Respublikası Bakı şəhəri Dövlət X19 tərəfindən barəsində tərtib edilmiş xx.xx.2020-ci il tarixli, İXP ******* saylı protokol əsasında qəbul edilmiş TP ******* saylı inzibati tənbeh vermə haqqında qərarın ləğv edilərək iş üzrə icraata xitam verilməsi barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etdi. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Bakı şəhəri Dövlət X19 inzibati xəta haqqında işə baxılmasının vaxtı və yeri barədə qanunla müəyyən olunmuş qaydada məlumat verilmiş, lakin Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Bakı şəhəri Dövlət X11 nümayəndəsi məhkəməyə gəlməmiş, işə baxılmasının təxirə salınması haqqında vəsatət verilməmişdir.Buna görə də, İXM-nin 112.1.4-cü maddəsinə əsasən tərəflərin iştirakı olmadan işə baxılmasını mümkün hesab edirəm. Məhkəmə şikayətçini dinləyib və iş materiallarını araşdırıb, sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, həmin şikayət təmin olunmalıdır. Belə ki, iş materiallarında olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Bakı şəhəri Dövlət X12 polis polkovnik leytenantı X8 tərəfindən tərtib edilmiş xx.xx.2020-ci il tarixli, TR ******* saylı qərara əsasən məlum olur ki, X7 Bakı şəhəri, Sabunçu rayonu, Kürdəxanı qəsəbəsi ətrafında ** LA *** dövlət nömrə nişanlı avtomobilli alkoqoldan istifadə edərək idarə etdiyi üçün Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 333.1ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək 400 manat cərimə olnmuşdur. Azərbaycan Respublikası İXM-nin 61.1.6-cı maddəsinə əsasən, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs inzibati xətalar haqqında iş üzrə qərardan şikayət vermək hüququna malikdir. Həmin məcəllənin 128.2.3-cü maddəsinə əsasən, inzibati xətalar haqqında işlər üzrə qərardan şikayət səlahiyyətli orqanın (vəzifəli şəxsin) qərarından - yuxarı səlahiyyətli orqana (vəzifəli şəxsə) və ya məhkəməyə verilir. Həmin məcəllənin 130.1-ci maddəsinə əsasən, bu Məcəllənin 126.1-ci maddəsində nəzərdə tutulmuş hallar istisna olmaqla, qərarın surəti bu Məcəllənin 57-ci maddəsində nəzərdə tutulmuş rəsmi qaydada verildiyi vaxtdan on gün müddətində inzibati xəta haqqında iş üzrə qərardan şikayət verilə bilər. Həmin məcəllənin 130.2-ci maddəsinə əsasən,Bu Məcəllənin 130.1-ci maddəsində nəzərdə tutulmuş müddət üzrlü səbəbdən buraxıldıqda, şikayət verən şəxsin vəsatəti ilə bu müddət hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) tərəfindən bərpa edilir. Həmin məcəllənin 130.3-cü maddəsinə əsasən, buraxılmış müddətin bərpası qeyrimümkün hesab edildikdə, bu halda vəsatəti rədd etmə haqqında qərardad qəbul edilir. Həmin Məcəllənin 133.2.8-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılarkən qəbul edilmiş qərarın qanuniliyi və əsaslılığı iş üzrə olan və əlavə təqdim olunmuş materiallar əsasında yoxlanılır. Məhkəmə hesab edir ki, şikayət təmin olunmalıdır.Belə ki, iş materiallarında olan sərxoşluq vəziyyətinin tibbi müayinə edilməsinə dair 2/18272 saylı akta əsasən müəyyən edilir ki, X7 ki, 0.000 promil qədər spirtli içki qəbul etmişdir.Yəni ki, heç bir miqdarda spirtli içki qəbul etməmişdir.Beləliklə, X6 ona inzibati protokol tərtib olunarkən sərxoş olmadığı müəyyən olunur.Bundan başqa, Azərbaycan Respublikası Bakı şəhəri Dövlət X11 nümayəndəsi məhkəmə iclasına gəlməmiş və inzibati protokolun əsaslı olduğunu sübut etməmişdir.Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsinə əsasən İnzibati məsuliyyətin əsasları müəyyən edilmişdir. Yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur.Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 8.2-ci maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. İnzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində olan şübhələr onun xeyrinə həll olunur.Buna görə də, məhkəmə hesab edir ki, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Bakı şəhəri Dövlət X11 xx.xx.2020-ci il tarixli, İXP ******* saylı protokol əsasında qəbul edilmiş TP ******* saylı inzibati tənbeh vermə haqqında qərar ləğv edilməli və inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 115, 128-137-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şikayət təmin olunsun. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Bakı şəhəri Dövlət X11 xx.xx.2020-ci il tarixli, İXP ******* saylı protokol əsasında qəbul edilmiş TP ******* saylı inzibati tənbeh vermə haqqında qərar ləğv edilsin və inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin. Qərardan 10 (on) gün müddətində Binəqədi rayon Məhkəməsi vasitəsi ilə Bakı şəhər Apallyasiya məhkəməsinə şikayət və protest verilə bilər. Hakim: Abbas Rzayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar