Məhkəmə qərarları › İş №3(001)-541/2025

Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qərar — İş №3(001)-541/2025

23.01.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(001)-541/2025 23.01.2025 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Hakim Ağayev Elçin Zəkəriyə oğlunun sədrliyi, Həsənzadə Fuad Fərhad oğlunun katibliyi, İnzibati xəta haqqında protokol tərtib etmiş Binəqədi Rayon İcra şöbəsinin böyük icra məmuru X2, Barəsində inzibati xəta haqqında protokol tərtib edilmiş şəxs Şəxs iştirakı ilə, xx xxxxx 1982-cı ildə Qazax rayonunda doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, evli, ali təhsilli, ünvan 1 ünvanda qeydiyyatda olan Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə inzibati xəta törətməsinə dair inzibati xəta haqqında protokola və ona əlavə olunmuş materiallara açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Bakı Apellyasiya Məhkəməsinin 2(103)-185/2012 saylı, xx.xx.2012-ci il tarixli icra vərəqəsinə əsasən barışıq sazişi təsdiq olunduqdan sonra 1 il 6 ay müddətində 3510 ABŞ dolları pul cavabdeh Şəxs tutularaq X3 verilməlidir. Borclu Şəxs icra sənədi üzrə tələbləri yerinə yetirmədiyinə görə onun barəsində «İcra haqqında» qanunun 82-ci maddəsinə əsasən 10 yanvar 2025-ci il tarixdə inzibati xəta haqqında protokol tərtib edilmiş və baxılması üçün məhkəməyə göndərilmişdir. Məhkəmə iclasında inzibati xəta haqqında protokol tərtib etmiş Binəqədi Rayon İcra şöbəsinin icra məmuru X4 protokolu müdafiə edərək bildirmişdir ki, Bakı Apellyasiya Məhkəməsinin 2(103)-185/2012 saylı, xx.xx.2012-ci il tarixli icra vərəqəsinə əsasən barışıq sazişi təsdiq olunduqdan sonra 1 il 6 ay müddətində 3510 ABŞ dolları pul cavabdeh Şəxs tutularaq X3 verilməlidir. İcra sənədi xx.xx.2020-ci il tarixdə şöbənin icraatına daxil olmuşdur. İcra sənədi üzrə icraata başlamaq haqqında qərar və borcun könüllü icrası haqqında bildiriş borclu Şəxs rəsmi qaydada verilmişdir. Şəxs pulun tam ödənilməsi təklif edilmiş, lakin o, maddi imkanı olmadığı bildirərək, pulu birdəfəyə ödəyə bilməyəcəyi göstərmişdir. Ona görə də borclu Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə inzibati xəta törətməsinə dair inzibati xəta haqqında protokol tərtib etmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında protokol tərtib edilmiş şəxs Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində özünü təqsirli bilməyərək izahatında göstərmişdir ki, Bakı Apellyasiya Məhkəməsinin 2(103)- 185/2012 saylı, xx.xx.2012-ci il tarixli icra vərəqəsinə əsasən barışıq sazişi təsdiq olunduqdan sonra 1 il 6 ay müddətində 3510 ABŞ dolları pul cavabdeh Şəxs tutularaq X3 verilməlidir. 13 ildən artıq müddətdir ki, pul ondan tələb edilmir. 2024-cü ilin sonunda icra məmuru ona dəvət edərək, icra sənədi barədə məlumat vermişdir. O, vaxta kimi icra sənədinin icrada olduğundan məlumatı olmamışdır. Buna baxmayaraq icra sənədinin icrasından imtina etməmiş, ödəniş etmək üçün vaxt istəmişdir. İşə məhkəmədə baxıldığı dövrdə 600 manat ödəniş etmişdir. Qalan pulu hissə-hissə ödəyəcəkdir. İcra sənədini birdəfəyə ödəmək üçün vəsaiti yoxdur, qazancı isə borcu tam ödəməyə imkan vermir. Nədə ki, elə bir qiymətli əmlakı yoxdur ki, onu satıb borcu bağlasın. Buna baxmayaraq ödənişlər etməklə borcu bağlamağa çalışacaqdır. Bütün bunlara baxmayaraq icra məmuru onun barəsində inzibati xəta haqqında protokol tərtib etmişdir. Odur ki, qeyd etdiklərinin nəzərə alınmasını xahiş etmişdir. X1 məhkəmə iclasında iştirak etməmişdir. Məhkəmə inzibati xəta haqqında protokola tələbkarın iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə inzibati xəta haqqında işin materiallarını yoxlayıb, icra işinin və inzibati xəta haqqında protokolun dəlillərini araşdırıb, icra məmurunun və barəsində inzibati xəta haqqında icraat aparılan şəxsin izahatlarını dinləyərək hesab edir ki, aşağıda göstərilənlərə əsasən inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Belə ki, işdə olan və məhkəmə iclasında tədqiq edilmiş: Bakı Apellyasiya Məhkəməsinin 2(103)-185/2012 saylı, xx.xx.2012-ci il tarixli icra vərəqəsindən görünür ki, barışıq sazişi təsdiq olunduqdan sonra 1 il 6 ay müddətində 3510 ABŞ dolları pul cavabdeh Şəxs tutularaq X3 verilməlidir. İcraata başlamaq haqqında xx.xx.2020-ci il tarixli qərardan görünür ki, Bakı Apellyasiya Məhkəməsinin 2(103)-185/2012 saylı, xx.xx.2012-ci il tarixli icra vərəqəsi əsasında icraata başlanılmışdır. Tələbin könüllü icrası haqqında xx.xx.2020-ci il tarixli bildirişin surətindən görünür ki, Bakı Apellyasiya Məhkəməsinin 2(103)-185/2012 saylı, xx.xx.2012-ci il tarixli icra vərəqəsində göstərilən tələbin könüllü icrası üçün borclu Şəxs məlumat verilmişdir. xx.xx.2025-ci il tarixli ödəniş qəbzindən görünür ki, borclu Şəxs Bakı Apellyasiya Məhkəməsinin 2(103)-185/2012 saylı, xx.xx.2012-ci il tarixli icra vərəqəsində göstərilən tələbin icrası üçün 600 manat ödəniş etmişdir. Qanunun mənasına görə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə nəzərdə tutulan məsuliyyət o vaxt yaranır ki, borclu məhkəmə qərarının icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərini yerinə yetirməsin və ya icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə borclunu müəyyən hərəkətləri etməyə məcbur edən icra sənədini üzürsüz səbəbdən icra etməsin. Bu mənada məhkəmə aktlarını icra etməmə yalnız qərəzli olduqda İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta tərkibini yaradır. İcra etməmə o halda qərəzli olur ki, borclunun məhkəmə qərarının icrası üçün faktiki imkanlarının olması müəyyən edildiyi halda, o məhkəmə aktının tələbini icra etmir və ya məhkəmə aktlarının icrasını mümkünsüz etməyə yönələn hərəkətlərini davam etdirir. Hazırkı işdə isə qeyd edilən hallar yoxdur. Məhkəmə qeyd edir ki, icraata başlama haqqında qərarı və tələbin könüllü icrası haqqında bildirişi 2024-cü ilin dekabr ayında almış borclunun bu günə qədər 600 manat ödəniş etməsi icra sənədinin icrasından üzürsüz səbəbdən yayınması kimi nəticəyə gəlməyə əsas vermir. İcra sənədi xx.xx.2019-cu ildə verilsə də, 5 ildən artıq müddətdə icra sənədinin icrası borcludan tələb edilməmiş, o icra şöbəsinə dəvət olunmamış, ona icraata başlama haqqında qərar və tələbin könüllü icrasına dair bildiriş verilməmiş, icra sənədinin icra olunmamasının nəticələri barədə xəbərdarlıq edilməmişdir. İşə məhkəmədə baxıldığı dövrdə ödəniş etmək üçün ona imkan yaradılmasını istəyən borclu ona verilmiş vaxt ərzində 600 manat ödəniş etmiş, pulun qalan hissəsini bağlamaq üçün lazımı tədbirlər görəcəyini bildirmişdir. Xüsusilə nəzərə alınmalıdır ki, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 8.2-ci maddəsinə görə inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. Həmin Məcəllənin 8.3-cü maddəsinə görə inzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində şübhələr onun xeyrinə həll edilir. Bu mənada icra məmurunun vəzifəsidir ki, borclunun məhkəmə qərarının icrası üçün yetərli tədbirlər görməməsini, məhkəmə qərarının icrası üçün faktiki imkanlarının olduğunu, tələbin yönəldilməsi mümkün olan əmlakını və pul vəsaitini gizlətməsini, habelə borcu tam ödəmək imkanı olduğu halda kiçik məbləğdə ödəniş etməsini sübuta yetirsin. Qeyd olunan hallarla bağlı sübutlar olmadan İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə inzibati xəta haqqında protokol tərtib edilməsi və inzibati məsuliyyətə cəlb olunmuş şəxsin icra sənədini məhz üzürsüz səbəbdən icra etmədiyini iddia etmək qanuni və əsaslı deyil. Məhkəmə bu qənaətini həmçinin onunla əsaslandırır ki, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 2012-ci il 2 oktyabr tarixli Qərarındakı hüquqi mövqeyinə görə məhkəmə aktlarının qərəzli icra edilməməsini aşağıdakılara əsasən müəyyən etmək olar: - borclu tərəfindən məhkəmə qərarının icrası üçün yetərli tədbirlərin görülməməsi; - borclunun məhkəmə qərarının icrası üçün faktiki imkanlarının olması, tələbin yönəldilməsi mümkün olan əmlakın və pul vəsaitinin gizlədilməsi, icradan yayınmaq məqsədilə əmlakın özgəninkiləşdirilməsi və borcun tam ödənilməsi imkanı olduğu halda kiçik məbləğin ödənilməsi... Hazırkı işdə isə qeyd edilən əlamətlər yoxdur. Azərbaycan Respublikası İXM-in 53.1.2-ci maddəsinə əsasən inzibati xəta tərkibi olmadıqda inzibati xəta haqqında başlanılmış icraata xitam verilir. Həmin Məcəllənin 105.1-ci maddəsinə əsasən İnzibati Xətalar Məcəlləsinin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri olduqda, icraatında inzibati xəta haqqında iş olan hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs)inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir. İşin təsvir edilmiş hallarını və onlara tətbiq ediləcək maddi hüquq normarının tələblərini nəzərə alaraq məhkəmə hesab edir ki, Şəxs barəsində Bakı Apellyasiya Məhkəməsinin 2(103)-185/2012 saylı, xx.xx.2012-ci il tarixli icra vərəqəsinin icra edilməməsi ilə bağlı Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə tərtib edilmiş inzibati xəta haqqında protokol əsasında başlanılmış icraata xitam verilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 53, 105-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs barəsində Bakı Apellyasiya Məhkəməsinin 2(103)-185/2012 saylı, xx.xx.2012ci il tarixli icra vərəqəsinin icra edilməməsi ilə bağlı Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə tərtib edilmiş 10 yanvar 2025-ci il tarixli inzibati xəta haqqında protokol əsasında başlanılmış icraata xitam verilsin. Qərardan rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində həmin qərarı qəbul etmiş hakim vasitəsilə və ya birbaşa apellyasiya instansiyası məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən Elçin Ağayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar