Məhkəmə qərarları › İş №3(001)-5411/2023

Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qərar — İş №3(001)-5411/2023

18.12.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(001)-5411/2023 18.12.2023 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Hakim Rzayev Abbas Əhəd oğlunun sədrliyi, X4 iclas katibliyi, Bakı şəhəri Binəqədi Rayon Polis İdarəsinin 6-cı PB-nin polis sahə rəisi, polis mayoru X3, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs, Müdafiəçi Bakı şəhər 11 saylı Vəkil Bürosunun vəkili X2 iştirakı ilə. xx.xx.1997-ci il tarixdə Tovuz rayonunda doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, rəsmi olaraq işləməyən, evli, 2-ci Qarabağ Müharibəsi iştirakçısı,Tovuz rayonu, Çeşməli kəndində qeydiyyatda olan və Bakı şəhəri, Binəqədi rayonu, Biləcəri qəsəbəsi, M.Aslanov küçəsi, döngə 3, fərdi evdə yaşayan Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin (bundan sonra İXM-nin) 535.1-ci maddəsi ilə inzibati xəta törətməsinə dair Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Bakı şəhəri Binəqədi RPİ-nin 6-cı Polis Bölməsindən daxil olmuş inzibati xəta haqqında materiala Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİM: İnzibati xəta haqqında protokol və iş materiallarına əsasən müəyyən edilir ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs qardaşı ilə birlikdə 17 dekabr 2023cü il tarixdə saat 23:25-də idarə etdikləri «VAZ» markalı, ** MD *** dövlət nömrə nişanlı avtomobillə Bakı şəhəri, Binəqədi rayonu, M.Aslanov küçəsində hərəkətdə olarkən DYP əməkdaşı tərəfindən saxlanılmış, idarə etdiyi avtomobildə konstruksiya dəyişikliyi edildiyinə görə avtomobilin DYP-nin cərimə meydançasına aparılması ilə əlaqədar ona protokol tərtib ediləcəyi bildirdiyinə görə aralarında mübahisə yaranmış, nəticədə onunla onu sakitliyə dəvət edən polis əməkdaşları arasında mübahisə yaranmış, beləliklə də o, polis əməkdaşının qanuni tələblərinə tabe olmamışdır. Buna görə də, Bakı şəhəri Binəqədi Rayon Polis İdarəsinin 6-cı PB-nin polis sahə rəisi, polis mayoru X7 tərəfindən xx.xx.2023-cü il tarixdə, MN № ******* saylı inzibati xəta haqqında protokol tərtib edilərək, baxılması üçün Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinə təqdim olunmuşdur. Məhkəmə iclasında çıxış edən Bakı şəhəri Binəqədi Rayon Polis İdarəsinin 6-cı PB-nin polis sahə rəisi, polis mayoru X7 tərtib etdiyi protokola uyğun izahat verərək bildirdi ki, inzibati xəta haqqında protokol və iş materiallarına əsasən müəyyən edilir ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs qardaşı ilə birlikdə 17 dekabr 2023-cü il tarixdə saat 23.15-də idarə etdikləri «VAZ» markalı, ** MD *** dövlət nömrə nişanlı avtomobillə Bakı şəhəri, Binəqədi rayonu, M.Aslanov küçəsində hərəkətdə olarkən DYP əməkdaşı tərəfindən saxlanılmış, idarə etdiyi avtomobildə konstruksiya dəyişikliyi edildiyinə görə avtomobilin DYP-nin cərimə meydançasına aparılması ilə əlaqədar ona protokol tərtib ediləcəyi bildirdiyinə görə aralarında mübahisə yaranmış, nəticədə onunla onu sakitliyə dəvət edən polis əməkdaşları arasında mübahisə yaranmış, beləliklə də o, polis əməkdaşının qanuni tələblərinə tabe olmamışdır. Məhkəmə iclasında çıxış edən barəsində inzibati xəta haqqında icraat aparılan Şəxs izahat verərək bildirdi ki, o qardaşı ilə qardaşı ilə 17 dekabr 2023-cü il tarixdə, saat 23:25 radələrində Bakı şəhəri Bakı şəhəri, Binəqədi rayonu, M.Aslanov küçəsində hərəkətdə olarkən DYP əməkdaşı tərəfindən saxlanılmış, idarə etdiyi avtomobildə konstruksiya dəyişikliyi edildiyinə görə avtomobilin DYP-nin cərimə meydançasına aparılması ilə əlaqədar ona protokol tərtib ediləcəyi bildirdiyinə görə aralarında mübahisə yaranmış, o, isə DYP-nin əməkdaşına həmin nöqsanı aradan qaldırmaq üçün ona vaxt verilməsini xahiş etmiş, lakin DYP əməkdaşı buna razılıq vermədiyinə görə aralarında mübahisə yaranmışdır. Buna görə də, onun əməlində inzibati xəta hadisəsi olmadığına görə inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında çıxış edən X1, hüquqlarını müdafiə etdiyi Şəxs qardaşı ilə 17 dekabr 2023-cü il tarixdə, saat 23:25 radələrində Bakı şəhəri Bakı şəhəri, Binəqədi rayonu, M.Aslanov küçəsində hərəkətdə olarkən DYP əməkdaşı tərəfindən saxlanılmış, idarə etdiyi avtomobildə konstruksiya dəyişikliyi edildiyinə görə avtomobilin DYP-nin cərimə meydançasına aparılması ilə əlaqədar ona protokol tərtib ediləcəyi bildirdiyinə görə aralarında mübahisə yaranmış, o, isə DYP-nin əməkdaşına həmin nöqsanı aradan qaldırmaq üçün ona vaxt verilməsini xahiş etmiş, lakin DYP əməkdaşı buna razılıq vermədiyinə görə aralarında mübahisə yaranmışdır. Buna görə də, onun əməlində inzibati xəta hadisəsi olmadığına görə inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsini məhkəmədən xahiş etdi. Məhkəmə tərəfləri dinləyib, inzibati xəta haqqında protokolu və iş materiallarını araşdıraraq hesab edir ki, o, inzibati qaydada cəzalanmalıdır. Belə ki, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 11.1-ci maddəsinə əsasən Azərbaycan Respublikasında inzibati xətalar haqqında işlər üzrə icraatın aparılması, inzibati xətalar haqqında işlər üzrə qərarların qəbul və icra edilməsi həmin vaxtda qüvvədə olan Azərbaycan Respublikasının inzibati xətalar qanunvericiliyinə uyğun olaraq həyata keçirilir. Bundan başqa, İXM-nin 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyəti, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınmalıdır. Göründüyü kimi, məhkəmə iclasında tədqiq edilmiş sübutların məcmusu əsasında Şəxs əməlində İXM-nin 535.1-ci maddəsində nəzərə tutulmuş inzibati xətanı törətdiyi sübuta yetirilmişdir.Belə ki, tərəflərin izahatına və iş materiallarına əsasən müəyyən edilir ki, inzibati xəta haqqında protokol və iş materiallarına əsasən müəyyən edilir ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs qardaşı ilə birlikdə 17 dekabr 2023cü il tarixdə saat 23:25-də idarə etdikləri «VAZ» markalı, ** MD *** dövlət nömrə nişanlı avtomobillə Bakı şəhəri, Binəqədi rayonu, M.Aslanov küçəsində hərəkətdə olarkən DYP əməkdaşı tərəfindən saxlanılmış, idarə etdiyi avtomobildə konstruksiya dəyişikliyi edildiyinə görə avtomobilin DYP-nin cərimə meydançasına aparılması ilə əlaqədar ona protokol tərtib ediləcəyi bildirdiyinə görə aralarında mübahisə yaranmış, nəticədə onunla onu sakitliyə dəvət edən polis əməkdaşları arasında mübahisə yaranmış, beləliklə də o, polis əməkdaşının qanuni tələblərinə tabe olmamışdır. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs 2-ci Qarabağ Müharibəsi iştirakçısı olmasını, il ərzində ilk dəfə inzibati xəta törətməsini cəzanı yüngülləşdirən haldır. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs əməlində cəzanı ağırlaşdıran hallar yoxdur. İnzibati xətanın xarakterini, inzibati xəta törədən şəxsin şəxsiyyətini, onun təqsirinin dərəcəsini, ailə və əmlak vəziyyətini, habelə onun cəzasını yüngülləşdirən halların mövcudluğunu və cəzanı ağırlaşdıran halların olmamasını nəzərə alaraq, onun İXM-nin 535.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulan cərimə növündə tənbeh edilməsini qanuni, əsaslı və ədalətli hesab edirəm. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 110-115-ci maddələrini rəhbər tutaraq, Q Ə R A R A A L D İ M: Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsi ilə təqsirli bilinsin və 200 (iki yüz) manat cərimə edisin. Şəxs inzibati tutulmadan azad edilsin. X1 məhkəmə baxışı zamanı 6 (altı) saat əmək haqqının məbləği 36 (otuz altı) manat "xxxx" ASC-nin Binəqədi filialına(kod200156,VÖEN**********,m/hAZ37NABZ********************.S.W.İ.F.T.B.İ.K:AİİBA Z2X,hesab№AZ48AİİB**********0321701115,VÖEN-**********) Bakı şəhəri 11 saylı Vəkil Bürosunun hesablaşma hesabına köçürülsün Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində tərəflər işə baxan Bakı şəhər Binəqədi Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hakim: Abbas Rzayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar