Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(001)-542/2023 27.02.2023 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Mən, hakim Rzayev Abbas Əhəd oğlunun sədrliyi, X3 məhkəmə iclas katibliyi ilə, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs (borclu) “Şəxs 1993” MMC-nin rəhbəri Şəxs Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb edilməsinə dair Bakı şəhəri Binəqədi rayon İcra Şöbəsinin icra məmuru X1 tərəfindən tərtib edilmiş inzibati xəta haqqında protokola Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, Müəyyən etdim: Bakı şəhəri Binəqədi rayon İcra şöbəsinin icra məmuru X1 borclu “Şəxs 1993” MMC-nin rəhbəri Şəxs Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb edilməsinə dair inzibati xəta haqqında protokola baxılması üçün Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinə müraciət etmişdir.İnzibati xəta haqqında 30 yanvar 2023-cü il tarixli, MN № ******* saylı protokola əsasən məlum olur ki, Bakı şəhəri Binəqədi rayon Məhkəməsinin 3(001)-1177/2022 saylı, xx.xx.2022-ci il tarixli, Bakı şəhəri Binəqədi rayon Məhkəməsinin 3(001)-1178/2022 saylı, xx.xx.2022-ci il tarixli icra sənədlərinə əsasən borclu “Şəxs 1993” MMC ümumilikdə 20 788,58 manat məbləğində inzibati cərimə edilmişdir.Lakin “Şəxs 1993” MMC tərəfindən icra sənədləri icra edilməmişdir. Buna görə də, icra məmuru Məhəmməd Qaragözov tərəfindən “Şəxs 1993” MMC-nin rəhbəri Şəxs Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb edilməsinə dair inzibati xəta haqqında protokol tərtib edilmişdir. Borclu, müdafiəçi və icra məmuruna inzibati xəta haqqında işə baxılmasının vaxtı və yeri barədə qanunla müəyyən olunmuş qaydada məlumat verilmiş, lakin borclu, müdafiəçi və icra məmuru məhkəməyə gəlməmişlər, işə baxılmasının təxirə salınması haqqında vəsatət verməmişdirlər. Məhkəmə inzibati protokolu və iş materiallarını araşdıraraq hesab edir ki, “Şəxs 1993” MMC-nin rəhbəri Şəxsnın İXM-nin 528.1-ci maddəsi ilə təqsirliliyi tam sübuta yetirilir. Belə ki, iş materiallarında olan Bakı şəhər Binəqədi rayon Məhkəməsinin 3(001)-1178/2022 saylı, xx.xx.2022-ci il tarixli icra vərəqəsinə əsasən məlum olur ki, “Şəxs 1993” MMC İXM-nin 430.4-cü maddəsində nəzərdə tutulan inzibati xətanı törətməkdə təqsirli bilinmiş və 30 260 ABŞ dolları valyuta vəsaiti məbləğinin 25 faizi miqdarında, 7 565 ABŞ dolları vəsaiti, yəni 12 860.50 manat məbləğində cərimə növündə tənbeh tədbiri tətbiq edilmişdir. İş materiallarında olan Bakı şəhər Binəqədi rayon Məhkəməsinin 3(001)-1177/2022 saylı, xx.xx.2022-ci il tarixli icra vərəqəsinə əsasən məlum olur ki, “Şəxs 1993” MMC İXM-nin 430.4-cü maddəsində nəzərdə tutulan inzibati xətanı törətməkdə təqsirli bilinmiş və 23 320.00 ABŞ dolları valyuta vəsaiti məbləğinin 20 faizi miqdarında, 4 664 ABŞ dolları vəaiti, yəni 7 928, 08 manat məbləğində cərimə edilmişdir. İş materiallarında olan Bakı şəhəri Binəqədi rayon icra şöbəsinin icra məmuru Məhəmməd Qaragözov tərəfindən qəbul edilmiş 31 may 2022-ci il tarixli qərara əsasən məlum olur ki, Bakı şəhəri Binəqədi rayon Məhkəməsinin 3(001)-1177/2022 saylı, xx.xx.2022-ci il tarixli və Bakı şəhəri Binəqədi rayon Məhkəməsinin 3(001)-1178/2022 saylı, xx.xx.2022-ci il tarixli icra sənədləri ümumi bir icraatda birləşdirilmişdir. Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsinin tələbinə görə icra sənədindəki tələbin üzrsüz səbəbdən icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə icra edilməməsinə və ya icra məmurunun məhkəmə və ya başqa dövlət orqanlarının qərarlarının icrası ilə əlaqədar digər qanuni tələblərinin yerinə yetirilməməsinə görə fiziki şəxslər beş yüz manatdan min manatadək məbləğdə cərimə edilir və ya işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bir ayadək müddətə inzibati həbs tətbiq olunur, vəzifəli şəxslər min iki yüz manatdan iki min beş yüz manatadək məbləğdə, hüquqi şəxslər üç min manatdan beş min manatadək məbləğdə cərimə edilir. İXM-nin 11.1-ci maddəsinə əsasən Azərbaycan Respublikasında inzibati xətalar haqqında işlər üzrə icraatın aparılması, inzibati xətalar haqqında işlər üzrə qərarların qəbul və icra edilməsi həmin vaxtda qüvvədə olan Azərbaycan Respublikasının inzibati xətalar qanunvericiliyinə uyğun olaraq həyata keçirilir. Bundan başqa, İXM-nin 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyəti, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınmalıdır. Hesab edirəm ki, icra sənədləri üzürsüz səbəbdən icra olunmadığından və icra sənədlərinin icra edilməməsində “Şəxs 1993” MMC-nin rəhbəri, vəzifəli şəxs Şəxs təqsiri sübuta yetirildiyindən, o, inzibati qaydada cəzalandırılmalı, lakin “Şəxs 1993” MMC-nin rəhbəri Şəxsnın şəxsiyyəti, ailə və maddi vəziyyəti nəzərə alınaraq o, inzibati qaydada cərimə edilməlidir.Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının İXM-nin 11.1, 31.2, 528.1-ci maddələrini rəhbər tutaraq Qərara aldım: Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs «Şəxs 1993» MMC-nin rəhbəri, vəzifəli şəxs Şəxs Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsi ilə təqsirli bilinsin və o, 1 200 (bir min iki yüz) manat məbləğində inzibati qaydada cərimə edilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində işə baxan Bakı şəhəri Binəqədi rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hakim: Abbas Rzayev
Məhkəmə qərarları › İş №3(001)-542/2023
Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qərar — İş №3(001)-542/2023
27.02.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver