Məhkəmə qərarları › İş №3(001)-5443/2024

Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qərar — İş №3(001)-5443/2024

11.10.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(001)-5443/2024 11.10.2024 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin hakimi Tağıyev Vüsal Adıgözəl oğlunun sədrliyi, məhkəmənin məsləhətçisi (məhkəmə iclas katibi) Rəhimova Aynurə Şirzad qızının katibliyi, şikayət vermiş şəxs X1 iştirakı ilə, X1 inzibati tənbeh edilməsinə dair Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş X4 İdarəsi tərəfindən qəbul edilmiş xx.xx.2024-cü il tarixli, 16/1-N-114909 nömrəli inzibati xəta haqqında iş üzrə qərardan şikayətinə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: X2 məhkəməyə müraciət edərək, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş X4 İdarəsi tərəfindən qəbul edilmiş xx.xx.2024-cü il tarixli, 16/1-N-114909 nömrəli inzibati xəta haqqında iş üzrə qərarın ləğv edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Şikayət onunla əsalandırılmışdır ki, texniki şəhadətnamə ilə ona məxsus olan 10- OC-445 dövlət qeydiyyat nişanlı “Mercedes” markalı avtomobil uzun illə öncə hətta adını belə xatırlamadığı şəxsə mülki etibarnamə ilə satmışdır. Lakin həmin şəxs ona məlum olmayan səbəblərdən həmin nəqliyyat vasitəsini öz və digər hər hansı bir şəxsin mülkiyyətinə keçirməmişdir. Hal-hazırda da, həmin nəqliyyat vasitəsinə görə verilən etibarnamənin müddəti bitmişdir. Həmin etibarnamənin surəti belə məndə qalmamışdır. Ona məlum olmayan şəxs tərəfindən həmin nəqliyyat vasitəsinin idarə edilməsi nəticəsində barəsində DİN Baş X4 İdarəsinin xx.xx.2021-ci il tarixli EQ ******* saylı, xx.xx.2021-ci il tarixli EQ ******* saylı, xx.xx.2021-ci il tarixli EQ ******* saylı, xx.xx.2021-ci il tarixli EQ ******* saylı, xx.xx.2022-ci il tarixli EQ 11027300 saylı, xx.xx.2022-ci il tarixli EQ 11165167 saylı, xx.xx.2022-ci il tarixli EQ 11326702 saylı, xx.xx.2022-ci il tarixli EQ 11735398 saylı, xx.xx.2022-ci il tarixli EQ 11735671 saylı, xx.xx.2022-ci il tarixli EQ 12095022 saylı, xx.xx.2022-ci il tarixli EQ 12460100 saylı, xx.xx.2022-ci il tarixli EQ 12549692 saylı, xx.xx.2023-cü il tarixli EQ 12935485 saylı, xx.xx.2023-cü il tarixli EQ 12928286 saylı, xx.xx.2023-cü il tarixli EQ 13377284 saylı, xx.xx.2023-cü il tarixli EQ 14804842 saylı, xx.xx.2023-cü il tarixli EQ 15031762 saylı, xx.xx.2023-cü il tarixli EQ 17166386 saylı, xx.xx.2023-cü il tarixli EQ 18037177 saylı, xx.xx.2023-cü il tarixli EQ 18186513 saylı, xx.xx.2023-cü il tarixli EQ 18357734 saylı, xx.xx.2023-cü il tarixli EQ 18694303 saylı inzibati tənbehin tətbiq edilməsi barədə qərarları qəbul edilmişdir. Bundan sonra tərəfindən hər bir qərar barədə Binəqədi Rayon Məhkəməsinə şikayət edilmiş və həmin inzibati tənbeh barədə qərarlar ləğv edilmişdir. Lakin bundan sonra xx.xx.2024-cü il tarixdə qanunsuz olaraq həmin qərarlardan 4 qərar barədə icraata xitam verilmiş, DİN-in Baş X4 İdarəsinin xx.xx.2021-ci il tarixli EQ ******* saylı, xx.xx.2021-ci il tarixli EQ ******* saylı, xx.xx.2022-ci il tarixli EQ 11027300 saylı, xx.xx.2022-ci il tarixli EQ 11326702 saylı, xx.xx.2022-ci il tarixli EQ 11735398 saylı, xx.xx.2022-ci il tarixli EQ 11735671 saylı, xx.xx.2022-ci il tarixli EQ 12095022 saylı, xx.xx.2022-ci il tarixli EQ 12460100 saylı, xx.xx.2022-ci il tarixli EQ 12549692 saylı, xx.xx.2023-cü il tarixli EQ 12935485 saylı, xx.xx.2023-cü il tarixli EQ -129-2-8286 saylı, xx.xx.2023-cü il tarixli EQ 13377284 saylı, xx.xx.2023-cü il tarixli EQ 14804842 saylı, xx.xx.2023-cü il tarixli EQ 15031762 saylı, xx.xx.2023-cü il tarixli EQ 18037177 saylı, xx.xx.2023-cü il tarixli EQ 18186513 saylı, xx.xx.2023-cü il tarixli EQ 18357734 saylı, xx.xx.2023-cü il tarixli EQ 18694303 saylı qərarları isə yenidən inzibati araşdırmanın aparılmasından ötrü aidiyyəti üzrə göndərilmişdir. Lakin heç bir araşdırma aparılmadan DİN-in Baş X4 İdarəsinin xx.xx.2024cü il tarixli 16/1 -N-114909 saylı qərarı ilə həmin 18 inzibati tənbehin barəsində qəbul olunması qət edilmişdir. Bundan başqa **-OC-*** dövlət nömrə nişanlı “Mercedes” markalı avtomobilin dövlət qeydiyyat nişanının itməsi ilə başlı BDYPİ-də 15/7959 saylı, xx.xx.2011ci il tarixli təlimat məktubu mövcuddur. Lakin həmin tarixdən hal-hazır ki, tarixədək həmin dövlət qeydiyyat nişanın tapılması barədə heç bir hal mövcud deyil. Buradan da, görünür ki, həmin 10-0C-445 dövlət qeydiyyat nişanlı “Mercedes” markalı avtomobil texniki şəhadətnamə ilə onun mülkiyyətində qalsa da, həmin nəqliyyat vasitəsinin sözügedən dövlət qeydiyyat nişanı ilə ümumiyyətlə idarə etməyi heç mümkün də deyil. Halbuki, həmin nəqliyyat vasitəsinin harada və kimdə, həmçinin də həmin dövlət qeydiyyat nişanının harada və kimdə olduğunu belə bilməmişdir. Onun barəsində protokollar heç bir əsas olmadan tərtib edilmişdir. Belə ki, həmin maddələrdə, nəzərdə tutulmuş inzibati xəta onun tərəfindən törədilməmişdir. Bununla da müəyyən edilir ki, həmin inzibati xəta hadisələrində onun təqsiri yoxdur. Odur ki, həmin inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsini, DİN-in Baş X4 İdarəsinin xx.xx.2024-cü il tarixli 16/1 -N-114909 saylı qərarın ləğv edilməsini xahiş edilmişdir. Məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumatlandırılmasına baxmayaraq, inzibati tənbeh vermə haqqında qərarı qəbul etmiş qurumun nümayəndəsi məhkəmə iclasında iştirak etməmişdir. Məhkəmə, qanunvericiliyin tələblərini rəhbər tutaraq inzibati tənbeh vermə haqqında qərarı qəbul etmiş qurumun nümayəndəsinin iştirakı olmadan işə baxılmanı mümkün hesab edir. Məhkəmə iclasında X2 şikayətin məzmununa uyğun izahat verərək məhkəmədən barəsində qəbul edilmiş xx.xx.2024-cü il tarixli, 16/1-N-114909 nömrəli inzibati xəta haqqında iş üzrə qərarın əsassız hesab edilərək ləğv edilməsin xahiş etmişdir. Məhkəmədə tədqiq edilmiş və işdə olan xx.xx.2024-cü il tarixli, 16/1-N-114909 nömrəli inzibati xəta haqqında iş üzrə qərardan görünür ki, 2021-2023-cü illər ərzində «Mercedes Benz» markalı, **-OC-*** dövlət qeydiyyat nişanlı avtomobillə Azərbaycan Respublikası inzibati Xətalar Məcəlləsinin müxtəlif maddələrində nəzərdə tutulan inzibati xətalara yol verilməsi faktları üzrə foto və ya video qeydiyyat funksiyalarına malik xüsusi texniki vasitələrin Baş X4 İdarəsinin mərkəzi informasiya sisteminə ötürülmüş məlumatları əsasında Məcəllənin 122.1-ci maddəsində uyğun olaraq vətəndaş X2 barəsində EQ 12549692, EQ ********. EQ 18037177, EQ ********. EQ 11027300, EQ 12928286, EQ 13377284, EQ 8532160, EQ 15031762, EQ 12460100, EQ 6586925, EQ 18357734, EQ 14804842, EQ 18694303, EQ 18186513, EQ 12935485, EQ 11326702, EQ 11735398 nömrəli inzibati tənbeh vermə haqqında elektron qərarlar çıxarılmışdır. Nizami Nağıyev barəsində çıxarılmış qərarlardan Binəqədi Rayon Məhkəməsinə şikayət vermiş və məhkəmə işə baxaraq qeyd olunan qərarların ləğv edilməsi və həmin inzibati xəta haqqında işlərin yenidən baxılması üçün səlahiyyətli orqana göndərilməsi barədə qərarlar qəbul etmişdir. İnzibati xəta haqqında işlərə yenidən baxılarkən törədilmiş yol hərəkəti qayda pozuntuları tam olaraq sübuta yetirilmiş, habelə həmin dövr üçün nəqliyyat vasitəsinin yalnız X2 istifadəsində olması təsdiqini tapmışdır. X2 tərəfindən «Mercedes Benz» markalı, **-OC-*** dövlət qeydiyyat nişanlı avtomobillə 2021-2023-cü illər ərzində Azərbaycan Respublikası inzibati Xətalar Məcəlləsinin 328.1, 339-1.1 və 469.3-cü maddələrində nəzərdə tutulan inzibati xətalara yol verilməsinə görə inzibati məsuliyyətə cəlb olunmuş və barəsində 18 ədəd inzibati tənbeh vermə haqqında qərar qəbul olunmuşdur. Məhkəmə, şikayət vermiş şəxsi dinləyib, şikayəti və iş materiallarını tam, hərtərəfli və obyektiv şəkildə araşdıraraq hesab edir ki, X2 barəsində Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş X4 İdarəsi tərəfindən qəbul edilmiş xx.xx.2024-cü il tarixli, 16/1-N- 114909 nömrəli nömrəli inzibati xəta haqqında iş üzrə qərar ləğv edilməli və inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Belə ki, məhkəmənin gəldiyi həmin qənaət iş üzrə təsvir edilmiş və toplanmış sübutlara əsaslanır. Habelə qeyd edilməlidir ki, iş üzrə tam və hərtərəfli araşdırmanın aparılması məqsədi ilə zəruri sübutların təqdim edilməsinə dair məhkəmə tərəfindən verilmiş sorğuya səlahiyyətli orqan tərəfindən heç bir cavab verilməmişdir. Halbuki, qanunvericiliyin tələblərinə əsasən inzibati xətanın baş verməsini, eləcə də şəxsin təqsirliliyini sübuta yetirmək səlahiyyətli orqanın üzərinə düşür və inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. Habelə inzibati xətalar haqqında işlər üzrə icraatın vəzifələri şəxslərin hüquqlarını və azadlıqlarını, onların qanuni mənafelərini qorumaqdan, inzibati xəta haqqında hər bir işin hallarını vaxtında, hərtərəfli, tam və obyektiv surətdə aydınlaşdırmaqdan, inzibati xəta törətmiş şəxsi aşkar etməkdən və onu inzibati məsuliyyətə cəlb etməkdən, çıxarılmış qərarın icrasını təmin etməkdən, habelə inzibati xətanın törədilməsinə kömək edən səbəbləri və şəraiti aşkar etməkdən və inzibati xətaların qarşısını almaqdan ibarətdir. Bundan əlavə X1 müraciəti əsasında Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin qərarları ilə EQ 12549692, EQ ********. EQ 18037177, EQ ********. EQ 11027300, EQ 12928286, EQ 13377284, EQ 8532160, EQ 15031762, EQ 12460100, EQ 6586925, EQ 18357734, EQ 14804842, EQ 18694303, EQ 18186513, EQ 12935485, EQ 11326702, EQ 11735398 inzibati tənbeh vermə haqqında qərarlar ləğv edilərək inzibati xəta haqqında işlər baxılması üçün Baş X4 İdarəsinə göndərilmiş, lakin inzibati xəta haqqında işlərə baxılarkən şikayət vermiş X2 iştirakı təmin edilmədən, şikayətdə qeyd edilən xüsusatlar araşdırlmadan, şikayət vermiş şəxsi hər hansı sübut təqdim edilmədən həmin qərarlar qüvvədə saxlanılmış və xx.xx.2024-cü il tarixli, 16/1-N-114909 nömrəli inzibati xəta haqqında iş üzrə qərar qəbul edilmişdir. Bütün bunlar isə onu göstərir ki, səlahiyyətli vəzifəli şəxs inzibati tənbeh vermə haqqında qərar qəbul edərkən səthi araşdırma aparmaqla şəxsin hüquqlarının pozulması ilə müşahidə olunan qərar qəbul etmişdir. Ona görə də, məhkəmə yuxarıda sadalanan hallardan belə qənaətə gəlmişdir ki, X2 barəsində olan inzibati iş üzrə səlahiyyətli orqanın gəldiyi nəticələr üzrə mühüm əhəmiyyət kəsb edən faktiki hallar düzün araşdırılmamış və sonuncu barəsində aparılmış icraat üzrə qanunvericiliyin tələbləri pozulmuşdur. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 134.1.4-cü maddəsinə əsasən bu Məcəllənin 135.1.1 və 135.1.6-cı maddələri ilə müəyyən edilmiş hallarda qərarın ləğv edilməsi və inzibati xəta haqqında işin yenidən baxılmaq üçün hakimə, səlahiyyətli orqana (vəzifəli şəxsə) göndərilməsi haqqında qərar qəbul edilir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 135.1-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərarın ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsaslar aşağıdakılardır: 135.1.1. hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) gəldiyi nəticələr üzrə mühüm əhəmiyyət kəsb edən bütün faktiki halların araşdırılmaması; 135.1.6. bu Məcəllə ilə müəyyən edilmiş tələblərin işin hallarının hərtərəfli, tam və obyektiv araşdırılmasına maneə törədəcək dərəcədə pozulması.. Beləliklə məhkəmə, şikayət vermiş şəxs X1 hüquqlarının tam təmin edilməsi məqsədi ilə hesab edir ki, X2 inzibati tənbeh olunmasına dair Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş X4 İdarəsi tərəfindən qəbul edilmiş xx.xx.2024-cü il tarixli, 16/1-N- 114909 nömrəli inzibati xəta haqqında iş üzrə qərar ləğv edilməli və inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Yuxarıda göstərilənləri və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 128, 129, 133-137-ci maddələrinin tələblərini rəhbər tutaraq, məhkəmə qərara aldı: X2 tərəfindən verilmiş şikayət təmin edilsin. X1 inzibati tənbeh olunmasına dair Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş X4 İdarəsi tərəfindən qəbul edilmiş xx.xx.2024-cü il tarixli, 16/1-N-114909 nömrəli inzibati xəta haqqında iş üzrə qərar ləğv edilsin və inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 129-cu maddəsində müəyyən edilmiş qaydada Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim: Vüsal Tağıyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar