Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(001)-5446/2024 11.10.2024 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin hakimi Tağıyev Vüsal Adıgözəl oğlunun sədrliyi, məhkəmənin məsləhətçisi (məhkəmə iclas katibi) Almazov Pərviz Məhərrəm oğlunun katibliyi, Şəxs Anonim Şirkətinin Azərbaycan Respublikasındakı Filialının nümayəndəsi Nümayəndə2 iştirakı ilə, Azərbaycan Respublikasının Mərkəzi Bankı tərəfindən Şəxs Anonim Şirkətinin Azərbaycan Respublikasındakı Filialı barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin (bundan sonra - İXM) 430.4-cü maddəsi ilə tərtib olunmuş inzibati xəta haqqında protokol əsasında toplanmış materiala məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: Məhkəmənin icraatına Azərbaycan Respublikasının Mərkəzi Bankı tərəfindən Şəxs Anonim Şirkətinin Azərbaycan Respublikasındakı Filialı barəsində İXM-in 430.4-cü maddəsi ilə tərtib edilmiş xx.xx.2024-cü il tarixli, EP ******* nömrəli inzibati xəta haqqında protokol əsasında toplanmış material daxil olmuşdur. Həmin protokola əsasən Şəxs Anonim Şirkətinin Azərbaycan Respublikasındakı Filialı 16901.23 ABŞ dolları məbləğində vəsaiti xx.xx.2022-ci il tarixdə xaricə köçürmüş və 2 il müddət keçsə də həmin vəsait hesabına alınan malları ölkəyə idxal etməmiş, valyuta vəsaitini geri qaytarmamışdır. Xəta xx.xx.2024-cü il tarixdə hüquqi şəxsin qeyd olunan ünvanında törədilmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumatlandırılmasına baxmayaraq, inzibati xəta haqqında protokol tərtib etmiş səlahiyyətli qurumun nümayəndəsi məhkəmə iclasına gəlməmişdir. Məhkəmə işə inzibati xəta haqqında protokol tərtib etmiş səlahiyyətli qurumun nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasında Şəxs Anonim Şirkətinin Azərbaycan Respublikasındakı Filialının nümayəndəsi Nümayəndə2 bildirmişdir ki, Azərbaycan Respublikasının Mərkəzi Bankı Şəxs Anonim Şirkətinin Azərbaycan Respublikasındakı Filialı barəsində xx.xx.2024cü il tarixli, EP ******* nömrəli inzibati xəta haqqında protokol tərtib edərək, İXM-in 430.4cü maddəsində nəzərdə tutulan inzibati xətanı törətməkdə təqsirli bilinməsi, inzibati qaydada məsuliyyətə cəlb edilməsinə dair Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinə müraciət etmişdir. xx.xx.2022-ci il tarixdə Türkiyə Respublikasında fəaliyyət göstərən Şəxs Anonim Şirkəti ilə Şəxs Anonim Şirkətinin Azərbaycan Respublikasındakı Filialı arasında alğı-satqı müaviləsi bağlanmışdır. Həmin müqaviləyə əsasən xx.xx.2022-ci il tarixdə Şəxs Anonim Şirkətinin hesabına 16901.23 ABŞ dolları köçürülmüşdür. Lakin həmin məbləğdə vəsait köçürüldükdən sonra alınmış mallara ehtiyac olmadığından bu barədə vəsaitin köçürüldüyü şirkətə məlumat verilmiş və köçürülmüş məbləğin geri qaytarılması xahiş edilmişdir. Həmin şirkət tərəfindən alınmış cavabda məbləğin qanuni proseduralar başa çatdırıldıqdan sonra məbləğin köçürülmüş məbləğin geri qaytarılacağı bildirilmişdir. 16901.23 ABŞ dolları məbləğində vəsait Şəxs Anonim Şirkətinin Azərbaycan Respublikasındakı Filialının hesabına xx.xx.2024-cü il tarixdə geri qaytarılmışdır. Azərbaycan Respublikasının Mərkəzi Bankı tərəfindən Şəxs Anonim Şirkətinin Azərbaycan Respublikasındakı Filialı barəsində İXM-in 430.4-cü maddəsi ilə tərtib edilmiş xx.xx.2024-cü il tarixli, EP ******* nömrəli inzibati xəta haqqında protokol əsassızdır. Qeyd edilənləri nəzərə alaraq Şəxs Anonim Şirkətinin Azərbaycan Respublikasındakı Filialı barəsində başlanılmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. İş materiallarında olan və məhkəmə tərəfindən tədqiq edilmiş: xx.xx.2022-ci il tarixli müqavilədən görünür ki Türkiyə Respublikasında fəaliyyət göstərən Şəxs Anonim Şirkəti ilə Şəxs Anonim Şirkətinin Azərbaycan Respublikasındakı Filialı arasında alğı-satqı müqaviləsı bağlanmışdır. xx.xx.2022-ci il tarixli ödəniş tapşırığından görünür ki, Şəxs Anonim Şirkətinin Azərbaycan Respublikasındakı Filialı tərəfindən "xxxx" ASC-də olan hesabdan POLATOĞLU METAL” Anonim Şirkətinin hesabına 16901.23 ABŞ dolları pul köçürülmüşdür. "xxxx" ASC tərəfindən Azərbaycan Respublikasının Mərkəzi Bankına göndərilmiş xx.xx.2023-cü il tarixli məktubdan görünür ki, Şəxs Anonim Şirkətinin Azərbaycan Respublikasındakı Filialı tərəfindən 16901.23 ABŞ dolları məbləğində olan vəsait bank hesabından Azərbaycan Respublikasından kənara qabaqcadan ödəniş etməklə köçürülmüş, lakin ödəniş aparıldığı gündən iki il müddətində həmin məbləğində malların ölkəyə idxalını təsdiq edən sənədlər banka təqdim edilməmişdir. xx.xx.2024-cü il tarixli qərardan görünür ki, Şəxs Anonim Şirkətinin Azərbaycan Respublikasındakı Filialı tərəfindən Türkiyə Respublikasında fəaliyyət göstərən Şəxs Anonim Şirkətinə müraciət olunaraq xx.xx.2022-ci il tarixdə köçürülmüş 16901.23 ABŞ dolları pul vəsaitinin geri qaytarılması xahiş edilmişdir. xx.xx.2024-cü il tarixli məktubdan görünür ki, Türkiyə Respublikasında fəaliyyət göstərən Şəxs Anonim Şirkəti Şəxs Anonim Şirkətinin Azərbaycan Respublikasındakı Filialı tərəfindən xx.xx.2022-ci il tarixdə köçürülmüş 16901.23 ABŞ dolları məbləğində pul vəsaitinin geri qaytarılacağı ilə məlumat vermişdir. xx.xx.2024-cü il tarixli ödəniş tapşırığından görünür ki, 16901.23 ABŞ dolları məbləğində pul vəsaiti Şəxs Anonim Şirkəti tərəfindən Şəxs Anonim Şirkətinin Azərbaycan Respublikasındakı Filialının hesabına köçürülmüşdür. Məhkəmə, proses iştirakçısının izahatını dinləyib, iş materiallarını və məhkəmə iclasında toplanmış sübutları hərtərəfli və əhatəli şəkildə tədqiq edərək belə nəticəyə gəlir ki, Şəxs Anonim Şirkətinin Azərbaycan Respublikasındakı Filialının əməlində İXM-in 430.4-cü maddəsində nəzərdə tutulmuş inzibati xəta tərkibi olmadığından başlanılmış inzibati xəta haqqında icraata xitam verilməlidir. Belə ki, məhkəmədə tədqiq edilmiş sübutlarla müəyyən edilmişdir ki, Şəxs Anonim Şirkətinin Azərbaycan Respublikasındakı Filialı tərəfindən xx.xx.2022-ci il tarixdə "xxxx" ASC-də olan hesabdan “Türkiyə Respublikasında fəaliyyət göstərən Şəxs Anonim Şirkətinin hesabına köçürülmüş 16901.23 ABŞ dolları vəsaitin geri qaytarılması ilə bağlı müraciət olunmuş, alınmış cavab məktubu ilə həmin məbləğin geri qaytarılacağı bildirilmişdir. xx.xx.2024-cü il tarixdə 16901.23 ABŞ dolları məbləğində pul vəsaiti Şəxs Anonim Şirkəti tərəfindən Şəxs Anonim Şirkətinin Azərbaycan Respublikasındakı Filialının hesabına köçürülmüşdür. Bu isə onu göstərir ki, Şəxs Anonim Şirkətinin Azərbaycan Respublikasındakı Filialı barəsində tərtib edilmiş xx.xx.2024-cü il tarixli, EP ******* nömrəli inzibati xəta haqqında protokol üzrə əməlində inzibati xəta tərkibi yoxdur. Qeyd olunan hallar iş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş materiallarla öz təsdiqini tapır. Ona görə də, məhkəmə Şəxs Anonim Şirkətinin Azərbaycan Respublikasındakı Filialının əməlində İXM-in 430.4-cü maddəsində nəzərdə tutulmuş inzibati xəta tərkibinin olmaması səbəbi ilə onun barəsində başlanmış inzibati xəta haqqında icraata xitam verilməsi qənaətinə gəlmişdir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 38.1 və 430.4-cü maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” 19 dekabr 2019-cu il tarixli qərarında göstərilmişdir ki, məhkəmələr Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 430.4-cü maddəsində nəzərdə tutulmuş məsuliyyət tədbirlərini tətbiq edərkən inzibati xətanı törədən şəxsin təqsirini Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin tələblərinə uyğun müəyyən etməlidirlər. İXM-in 8.1-ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllə ilə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsiri olmayan hesab edilir. İXM-in 12.1-ci maddəsinə əsasən bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. İXM-in 53.1.2-ci maddəsinə əsasən inzibati xəta tərkibi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. İXM-in 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. İXM-in 105.1-ci maddəsinə əsasən bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri olduqda, icraatında inzibati xəta haqqında iş olan hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir. İXM-in 114.2.1-ci maddəsinə əsasən bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulan hallardan biri mövcud olduqda məhkəmə inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar çıxarır. Beləliklə, məhkəmə hesab edir ki, Azərbaycan Respublikasının Mərkəzi Bankı tərəfindən tərtib olunmuş xx.xx.2024-cü il tarixli, EP ******* nömrəli inzibati xəta haqqında protokola dair Şəxs Anonim Şirkətinin Azərbaycan Respublikasındakı Filialının əməlində İXM-in 430.4-cü maddəsinin tərkib əlamətləri olmadığından inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Qeyd olunanlara əsasən və İXM-in 40, 43, 48-50, 53, 105, 114-115 və 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: Azərbaycan Respublikasının Mərkəzi Bankı tərəfindən tərtib olunmuş xx.xx.2024-cü il tarixli, EP ******* nömrəli inzibati xəta haqqında protokola dair Şəxs Anonim Şirkətinin Azərbaycan Respublikasındakı Filialının əməlində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 430.4-cü maddəsinin tərkib əlamətləri olmadığından inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 129-cu maddəsində müəyyən edilmiş qaydada Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Vüsal Tağıyev
Məhkəmə qərarları › İş №3(001)-5446/2024
Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qərar — İş №3(001)-5446/2024
11.10.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver