Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(001)-5447/2024 08.10.2024 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin hakimi Bağırov Zamiq Rəşid oğlunun sədrliyi, məhkəmə iclas katibi Hümbətov Məmmədəli Qafqaz oğlunun katibliyi, Azərbaycan Respublikasının Mərkəzi Bankının nümayəndəsi Nümayəndə2, Şəxs icraçı direktoru Nümayəndə1 iştirakları ilə, Azərbaycan Respublikasının Mərkəzi Bankı tərəfindən Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin (bundan sonra - İXM) 430.4-cü maddəsi ilə tərtib olunmuş inzibati xəta haqqında protokol əsasında toplanmış materiala məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: Məhkəmənin icraatına Azərbaycan Respublikasının Mərkəzi Bankı tərəfindən Şəxs barəsində İXM-in 430.4-cü maddəsi ilə tərtib edilmiş xx.xx.2024-cü il tarixli, EP ******* nömrəli inzibati xəta haqqında protokol əsasında toplanmış material daxil olmuşdur. Həmin protokola əsasən Şəxs 18000.00 ABŞ dolları məbləğində vəsaiti 02 avqust 2022-ci il tarixdə xaricə köçürmüş və 2 il müddət keçsə də, həmin vəsait hesabına alınan malları (xidməti) ölkəyə idxal etməmiş, valyuta vəsaitini geri qaytarmamışdır. Məhkəmə iclasında Azərbaycan Respublikasının Mərkəzi Bankının nümayəndəsi Nümayəndə2 bildirmişdir ki, Şəxs MMC tərəfindən xx.xx.2022-ci il tarixdə olkə xaricinə mal alışı üçün 18000 ABŞ dolları məbləğində vəsait köçürlümüş, həmin pulun köçürüldüyü tarixdən iki il ərzində malların idxal edilməsi barədə sənədləri banka təqdim etmədiyi üçün cəmiyyətin barəsində İXM-nin 430.4-cü maddəsi ilə protokol tərtib edilərək baxılması üçün məhkəməyə göndərilmişdir. Cəmiyyətin nümayəndəsi tərəfindən malların idxal edilməsi barədə bəyannamə təqdim edilir, həmin bəyannaməyə əsasən idxal edilən malların adları köçürülmüş pulların təyinatına uyğun gəlir, sadəcə müqavilə və invoys nömrələri uyğun gəlmir. Bu uyğunsuzluğa görə də protokol tərtib edilmişdir. Nümayəndəyə bu uyğunsuzluqla bağlı gömrük orqanına müraciət etməsi tövsiyyə edilmiş, nümayəndə isə müraciət etdiyini lakin gömrük orqanından bununla bağlı onlara hər hansı rəsmi cavab verilmədiyini bildirmişdir. Təqdim edilmiş bəyannaməyə əsasən cəmiyyət tərəfindən idxal edilmiş malların ümumi invoys dəyəri 30500 ABŞ dolları təşkil edir. Bəyannaməyə və invoysa əsasən həmin malların adları cəmiyyət tərəindən pulun köçürülməsi barədə sənəddə göstərilən malların adları ilə uyğunluq təşkil edir. Verilmiş suallara cavab olaraq bildirmişdir ki, cəmiyyətin nümayəndəsinin **********7303 saylı gömrük bəyannaməsinin 20-ci qrafasında 100 kodunun qeyd edilməsi ilə bağlı bildirdikləri doğrudur. Belə ki, bəyannamənin 20-ci qrafasında 100 kodu idxal edilmiş malların dəyərinin tam olaraq əvvəlcədən ödənilməsini bidlirir. Lakin bank tərəfindən onlara təqdim edilmiş məlumatlarda 18000 Baş dolları vəsait hesabına malların idxal edilmədiyi göstərildiyi üçün cəmiyyət barəsində protokol tərtib etldiyini bildirmişdir. Məhkəmə iclasında Şəxs icraçı direktoru Nümayəndə1 bildirmişdir ki, Şəxs elektrik avtomobilləri üçün şarj avadanlıqlarının ölkəyə idxal edilməsi və quraşdırılması fəaliyyəti ilə məşğul olur. Cəmiyyət tərəfindən bütün xaricə köçürülmüş pul vəsaitlərinin əvəzinə mallar ölkəyə idxal edilmişdir. Cəmiyyət tərəfindən Çin Respublikasında yerləşən “X2 Technology CO., LTD” şirkətinindən bir ədəd şarj avadanlığının alınması üçün xx.xx.2022ci il tarixdə GSX-WM**********-1 saylı müqavilə imzalanmışdır. Həmin şirkətdən daha sonra əlavə eyni 3 şarj avadanlığının alınması ilə əlaqədar xx.xx.2022-ci il tarixdə GSX- WM**********-2 saylı müqavilə imzalanmışdır. Şirkət tərəfindən təqdim edilmiş xx.xx.2022ci il tarixli GSX-WM**********-1 saylı invoysdan həmin tarixli müqaviləyə əsasən bir ədəd şarj cihazının, xx.xx.2024-cü il tarixdə təqdim edilmiş GSX-WM**********-2 saylı invoysdan isə xx.xx.2022-ci il tarixli müqaviləyə əsasən 3 ədəd şarj cihazının alınması öz təsdiqini tapır. Daha sonra malları aldığımız şirkət tərəfindən onlara müraciət edərək həmin şarj cihazlarının ayrı-ayrılıqda göndərilməsinin gömrükdə rəsmiləşdirilməsi zamanı, eyni zamanada tranportla bağlı əlavə xərclər yaratdığını bildiridklərindən və həmin malların eyni vaxta göndərilməsi üçün müqavilələrin birləşdirilməsi istəyi bildirildiyindən, onların da malları eyni vaxtda qəbul etməsində maraqlı olduqlarından xx.xx.2022-ci il tarixdə və xx.xx.2022-ci il tarixdə bağlanmış müqavilələrin reviziya edilməsi, yəni birləşdirilməsi üçün xx.xx.2022-ci il tarixdə aralarında razılaşma əldə edilmiş və bu razılaşma aralarında yazılı qaydada rəsmiləşdirilmişir. Yəni bu razılaşmaya görə həmin şirkətdən ümumilikdə 30500 ABŞ dolları məbləğində 4 şarj cihazının alınması bir müqavilə ilə yenidən rəsmiləşdirilmiş, yəni reviziya olunmuşdur. Eyni zamanda qeyd edir ki, aralarında olan razılaşmaya əsasən həmin malların dəyəri mallar göndərilməmişdən əvvəl ödənilməli olduğundan mallar idxal edilməmişdən əvvəl dəyəri tam olaraq tərəflərindən ödənilmiş və malların dəyərinin əvvəlcədən ödənilməsi təqdim edilmiş gömrük bəyannaməsinin 20-cı qrafasında 100 kodu ilə qeyd edilmişdir. Bəyannamənin 20-ci qrafasında 100 kodunun qeyd edilməsi onu göstərir ki, idxal edilmiş malların dəyəri mallar idxal edilməmişdən əvvəl tam şəkildə ödənilmişdir. Verilmiş suallara cavab olaraq isə bildirmişdir ki, alınmış ümumilikdə 4 şarj cihasına görə bank vasitəsi ilə xx.xx.2022-ci il tarixdə 4500 ABŞ dolları, xx.xx.2022-ci il tarixdə 7000 ABŞ dolları, xx.xx.2022-ci il tarixdə isə 18000 ABŞ dolları olmaqla ümumi məbləğ 29500 ABŞ dolları ödəniş edilmişdir. Göndərilmiş ümumilikdə 29500 ABŞ dolları müqabilində ölkəyə 30500 ABŞ dolları məbləğində avadanlıq idxal edilmişdir ki, bunun da səbəbi mal aldıqları şirkət tərəfindən əlavə cihaz alındığına görə yekunda 1000 ABŞ dolları endrim edilmişdir. Qeyd edilənləri nəzərə alaraq cəmiyyət barəsində başlanılmış icraata xitam verilməsini xahiş etmişdir. İş materiallarında olan və məhkəmə tərəfindən tədqiq edilmiş: xx.xx.2024-cü il tarixli, EP ******* nömrəli inzibati xəta haqqında protokoldan görünür ki, Şəxs 02 avqust 2022-ci il tarixdə 18000.00 ABŞ dolları məbləğində pul vəsaitini xaricə köçürmüş, lakin 2 il müddət keçməsinə baxmayaraq 18000.00 ABŞ dolları məbləğində vəsait hesabına alınan malları ölkəyə idxal etməmiş, valyuta vəsaitini geri qaytarmamışdır. Buna görə də, hüquqi şəxs barəsində İXM-nin 430.4-cü maddəsi ilə inzibati xəta haqqında protokol tərtib edilmişdir. xx.xx.2022-ci il tarixli CDATUX********** saylı “Köçürmə haqqında” ərizədən görünür ki, Şəxs MMC tərəfindən "xxxx" ASC vasitəsi ilə 7000 ABŞ dolları “X2 Technology CO., LTD” şirkətinin hesabına köçürülmüşdür. Ərizənin ödəniş təyinatı qrafasında köçürülmüş pul vəsaitinin xx.xx.2022-ci il tarixli GSX-WM**********-1 saylı kontrakta və həmin tarixli GSX-WM**********-1İ saylı invoysa əsasən alınmış şarj cihazlarına körə köçürülməsi qeyd edilmişdir. xx.xx.2022-ci il tarixli CDATUX********** saylı “Köçürmə haqqında” ərizədən görünür ki, Şəxs MMC tərəfindən "xxxx" ASC vasitəsi ilə 4500 ABŞ dolları “X2 Technology CO., LTD” şirkətinin hesabına köçürülmüşdür. Ərizənin ödəniş təyinatı qrafasında köçürülmüş pul vəsaitinin xx.xx.2022-ci il tarixli GSX-WM**********-2 saylı kontrakta və xx.xx.2022-ci il tarixli GSX-WM**********-2İ saylı invoysa əsasən alınmış şarj cihazlarına körə köçürülməsi qeyd edilmişdir. xx.xx.2022-ci il tarixli CDATUX********** saylı “Köçürmə haqqında” ərizədən görünür ki, Şəxs MMC tərəfindən "xxxx" ASC vasitəsi ilə 18000 ABŞ dolları “X2 Technology CO., LTD” şirkətinin hesabına köçürülmüşdür. Ərizənin ödəniş təyinatı qrafasında köçürülmüş pul vəsaitinin xx.xx.2022-ci il tarixli GSX-WM**********-2 saylı kontrakta və xx.xx.2022-ci il tarixli GSX-WM**********-2İ saylı invoysa əsasən alınmış şarj cihazlarına körə köçürülməsi qeyd edilmişdir. "xxxx" ASC tərəfindən Azərbaycan Respublikasının Mərkəzi Bankına göndərilmiş xx.xx.2024-cü il tarixli məktubdan görünür ki, ödəniş aparıldığı gündən 2 il müddətində malların ölkəyə idxalını təsdiq edən gömrük bəyannaməsi və ya idxal olunan xidmətlərin göstərilməsini təsdiq edən sənədləri banka təqdim etməyən müştərilər haqqında məlumatlar Mərkəzi Banka təqdim olunmuşdur. Həmin məktuba əlavə edilmiş çıxarışda olan cədvələ əsasən Şəxs MMC-nin 18000.00 ABŞ dollar pul vəsaiti üzrə idxalı təsdiq edən müvafiq sənədləri təqdim etmədiyi qeyd edilmişdir. **********7303 sorğu nömrəli gömrük bəyannaməsindən görünür ki, Şəxs MMC-nin “X2 Technology CO., LTD” şirkətindən aldığı umumi invoys dəyəri 305000 ABŞ dolları olan 4 ədəd model nömrəsi GSCS060HY2 olan şarj cihazları xx.xx.2022-ci il tarixdə ölkə mərazisinə idxal edilmiş, həmin bəyannamənin 20-ci qrafasında 100 kodu qeyd edilmişdir. Gömrük bəyannaməsinin “Təqdim olunan sənədlər” qrafası adlanan 44-cü qrafasında xx.xx.2022-ci il tarixli GSX-WM**********-1 saylı invoys və xx.xx.2022-ci il tarixli GSX- WM**********-1İ nömrəli invoys qeyd edilmişdir. GSX-WM**********-1 nömrəli, xx.xx.2022-ci il tarixli müqavilədən görünür ki, Şəxs MMC və “X2 Technology CO., LTD” şirkəti arasında ümumilikdə 8000 ABŞ dolları dəyərində 1 ədəd GSCS060HY2 modell şarj cizazının alınması ilə əlaqədar alqı-satqısı müqavilə bağlanmışdır. Şəxs MMC və “X2 Technology CO., LTD” şirkəti arasında bağlanmış xx.xx.2022-ci il tarixli müqavilədən görünür ki, iki şirkət arasında xx.xx.2022-ci il tarixdə bağlanmış GSX- WM**********-2 nömrəli müqavilə xx.xx.2022-ci il tarixdə bağlanmış GSX-WM**********-1 nömrəli müqavilə ilə birləşdirilmiş, yeni müqavilə nömrəsi GSX-WM**********-1 olaraq göstərilmiş və həmin revizya edilmiş müqaviləyə əsasən 4 ədəd model nömrəsi GSCS060HY2 olan şarj cihazlarının dəyəri ümumilikdə 30500 ABŞ dolları müəyyən edilmişdir. xx.xx.2022-ci il tarixli GSX-WM**********-1l saylı invoysdan görünür ki, “X2 Technology CO., LTD” şirkəti tərəfindən Şəxs MMC- ilə aralarında olan xx.xx.2022-ci il tarixli GSX-WM**********-1 müqaviləyə əsasən model nömrəsi GSCS060HY2 olan bir ədəd şarj cihazına görə invoys təqdim edilmiş, həmin malın dəyəri 8000 ABŞ dolları qeyd edilərək ödənişin malın göndərilməsindən əvvəl edilməli olması qeyd edilmişdir. xx.xx.2022-ci il tarixli GSX-WM**********-2l saylı invoysdan görünür ki, “X2 Technology CO., LTD” şirkəti tərəfindən Şəxs MMC- ilə aralarında olan xx.xx.2022-ci il tarixli GSX-WM**********-2 müqaviləyə əsasən model nömrəsi GSCS060HY2 olan 3 ədəd şarj cihazına görə invoys təqdim edilmiş, bir ədədinin dəyəri 7500 ABŞ dolları olmaqla ümumilikdə malın dəyərinin 22500 ABŞ dolları qeyd edilərək ödənişin malın göndərilməsindən əvvəl edilməli olması qeyd edilmişdir. Məhkəmə, səlahiyyətli orqanın və barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxsin nümayəndəsinin izahatını dinləyib, iş materiallarını və məhkəmə iclasında toplanmış sübutları hərtərəfli və əhatəli şəkildə tədqiq edərək belə nəticəyə gəlir ki, inzibati xəta hadisəsi olmadığından hüquqi şəxs Şəxs barəsində İXM-nin 430.4-cü maddəsi aparılan inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Belə ki, hüquqi şəxs barəsində inzibati xəta haqqında iş üzrə icraatın başlanmasına səbəb o olmuşdur ki, səlahiyyətli orqan tərəfindən Şəxs 18000.00 ABŞ dolları məbləğində vəsaiti 02 avqust 2022-ci il tarixdə xaricə köçürməsi və 2 il müddət keçsə də, həmin vəsait hesabına alınan malları (xidməti) ölkəyə idxal etməməsi, valyuta vəsaitini geri qaytarmaması qənaətinə gəlinmişdir. Halbuki, məhkəmə araşdırması zamanı cəmiyyət tərəfindən İXM-nin 430.4-cü maddəsində nəzərdə tutulmuş əməlin törədilməsi sübut olunmamışdır. Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, Şəxs ilə Çin Xalq Respublikasında yerləşən “X2 Technology CO., LTD” şirkəti arasında xx.xx.2022-ci il tarixdə bir ədəd model nömrəsi GSCS060HY2 olan, invoys dəyəri 8000 ABŞ dolları təşkil edən şarj cihazının alınması ilə əlaqədar GSX-WM**********-1 saylı müqavilə bağlanmış, həmin müqaviləyə əsasən şirkət tərəfindən xx.xx.2022-ci il tarixli GSX-WM**********-1l seriyalı invoys təqdim edilmişdir. Daha sonra iki şirkət arasında xx.xx.2022-ci il tarixdə əlavə olaraq üç ədəd model nömrəsi GSCS060HY2 olan, bir ədədənin dəyəri 7500 ABŞ dolları olmaqla ümumilikdə 3 ədəd şarj cihazının 22500 ABŞ dollarına alınması ilə əlaqədar GSX-WM**********-2 saylı müqavilə tərtib edilmiş, həmin müqaviləyə əsasən xx.xx.2022-ci il tarixdə ümumi dəyəri 22500 ABŞ dolları olan GSX-WM**********-2l invoys təqdim edilmişdir. İki müqavilə üzrə alınmış malların eyni vaxta göndərilməsi, gömrük və transport xərclərinə qənaət edilməsi üçün iki şirkət arasında xx.xx.2022-ci il tarixdə razılıq əldə edilərək hər iki müqavilə birləşdirilərək, ümumilikdə 4 ədəd model nömrəsi GSCS060HY2 olan, invoys dəyəri ümumilikdə 30500 ABŞ dolları təşkil edən şarj cihazının alqı satqısı ilə əlaqədar yeni müqavilə tərtib edilmiş və həmin müqavilənin nömrəsinin GSX-WM**********-1 olması razılaşdırılmış, həmin 4 ədəd şarj cihazına görə Şəxs MMC tərəfindən bank hesabının olduğu “Respublika Bank “ ASC vasitəsi ilə malların alındığı “X2 Technology CO., LTD” şirkətinə xx.xx.2022-ci il tarixdə 4500 ABŞ dolları, xx.xx.2022-ci il tarixdə 7000 ABŞ dolları, xx.xx.2022-ci il tarixdə isə 18000 ABŞ dolları olmaqla ümumilikdə 29500 ABŞ dolları ödəniş edilmiş, həmin razılaşmalara və ödənişlərə uyğun olaraq “X2 Technology CO., LTD” şirkəti tərəfoindən Şəxs MMC-yə ümumilikdə 4 ədəd olmaqla model nomrəsi GSCS060HY2 olan, ümumi invoys dəyəri 30500 ABŞ dolları təçkil edən şarj cihazları göndərilmiş, Şəxs MMC tərəfindən isə həmin mallar xx.xx.2022-ci il tarixdə **********7303 saylı yük gömrük bəyannaməsi ilə rəsmiləşdirilmişdir. Eyni zamanda həmin bəyannamənin 20-ci qrafasında da idxal edilmiş malların ödəniş kodu 100 olaraq göstərilmiş, yəni idxal edilmiş malların dəyərinin mallar göndərilməmişdən əvvəl ödənilməsi bəyan edilmişdir. Bundan əlavə olaraq məhkəmə qeyd edir ki, göndərilmiş ümumi 29500 ABŞ dolları müqabilində 30500 ABŞ dolları dəyərində malın gətirilməsi müəyyən edilir. Qeyd edilənlərdən də göründüyü kimi Şəxs MMC tərəfindən göndərilmiş vəsait hesabına alınmış mallar vaxtında ölkə ərazsinə idxal edilmişdir. Məhkəmə eyni zamanda qeyd etməyi zəruri hesab edir ki, malların idxal edilməsi zamanı bəyannamədə ödəniş kodunun 100 olaraq qeyd edilməsi, yəni idxal edilmiş malların dəyərinin malların idxalından əvvəl tam olaraq ödənilməsi göndərilmiş 18000 ABŞ dolları vəsaiti hesabına malların idxal edilməsini təsdiq edir ki, bu da cəmiyyət batəsində İXM-nin 430.4-cü maddəsi ilə əsasız protokol tərib edilməsi mənasına gəlir. Göstərilənləri ümumiləşdirirək məhkəmə qeyd edir ki, Şəxs MMC tərəfindən İXM-nin 430.4-cü maddəsində göstərilən inzibati xəta hadisəsinə yol verilməmişdir. İXM-in 430.4-cü maddəsinə əsasən avans yolu ilə ödənilmiş valyuta vəsaitinin müqabilində müəyyən edilmiş müddətlərdə müvafiq mallar idxal edilmədikdə, işlər görülmədikdə və ya xidmətlər göstərilmədikdə ödənilmiş valyuta vəsaitinin xaricdən geri qaytarılmamasına görə- vəzifəli şəxslər inzibati xətanın bilavasitə obyekti olmuş valyuta vəsaiti məbləğinin on faizindən iyirmi faizinədək məbləğdə, hüquqi şəxslər inzibati xətanın obyekti olmuş valyuta vəsaiti məbləğinin iyirmi faizindən otuz faizinədək məbləğdə cərimə edilir. Qeyd olunanlar onu göstərir ki, xx.xx.2024-cü il tarixli, EP ******* nömrəli inzibati xəta haqqında protokol üzrə başlanmış inzibati xəta haqqında iş üzrə icraata inzibati xəta hadisəsi olmadığından xitam verilməlidir. Şəxs tərəfindən ödənilmiş valyuta vəsaitinin müqabilində müəyyən edilmiş müddətlərdə müvafiq mallar idxal edilmişdir. Bunun əksini isə məhkəmə iclasında səlahiyyətli orqan mötəbər sübutlarla isbat edə bilməmişdir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 38.1 və 430.4-cü maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” 19 dekabr 2019-cu il tarixli qərarında göstərilmişdir ki, məhkəmələr Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 430.4-cü maddəsində nəzərdə tutulmuş məsuliyyət tədbirlərini tətbiq edərkən inzibati xətanı törədən şəxsin təqsirini Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin tələblərinə uyğun müəyyən etməlidirlər. Azərbaycan Respublikası Mərkəzi X1 xx.xx.2016-cı il tarixli 45/1 nömrəli Qərarı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının rezidentlərinin xarici valyutada, habelə qeyrirezidentlərin milli və xarici valyutada əməliyyatlarının aparılması Qaydaları”nın 4.3.1.3-cü bəndinə əsasən qabaqcadan ödəniş aparıldıqda banka ödənişin təyinatını, şərtlərini və məbləğini əks etdirən sənəd təqdim edilir. Qabaqcadan ödəniş müqabilində malların ölkəyə idxalını (xidmətlərin göstərilməsini) təsdiq edən gömrük bəyannaməsi (xidmətlərin göstərilməsini təsdiq edən sənəd) banka təqdim olunmalıdır və ya xeyrinə qabaqcadan ödənişin edildiyi şəxs və ya üçüncü şəxs tərəfindən qabaqcadan ödənilmiş məbləğ geri qaytarılmalıdır. Müvafiq sənədlər ödənişin aparıldığı gündən ən geci 2 (iki) il müddətində (idxal hava, dəmiryol və dəniz nəqliyyatı vasitələri, habelə kosmik obyektlər ilə əlaqədar olduqda və onların təchizat müddəti 2 (iki) ildən çox olduqda müqavilədə nəzərdə tutulan təchizat müddəti bitdikdən sonra ən geci 3 (üç) ay müddətində) banka təqdim edilmədikdə və ya qabaqcadan ödənilmiş məbləğ geri qaytarılmadıqda və bu zaman idxal edilməyən malların (göstərilməyən xidmətlərin) və ya geri qaytarılmayan məbləğin qalıq dəyəri 10000 (on min) ABŞ dolları ekvivalenti məbləğindən çox olduqda, bank tərəfindən qabaqcadan ödəniş əməliyyatına dair bütün sənədlər 5 (beş) iş günü ərzində Azərbaycan Respublikasının Mərkəzi Bankına təqdim edilir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 8.1-ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllədə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsirsiz hesab edilir. 12.1-ci maddəsinə əsasən bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. 53.1.1-ci maddəsinə əsasən inzibati xəta hadisəsi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. 105.1-ci maddəsinə əsasən bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri olduqda, icraatında inzibati xəta haqqında iş olan hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir. 114.2.1-ci maddəsinə əsasən bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulan hallardan biri mövcud olduqda məhkəmə inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar çıxarır. Beləliklə, məhkəmə hesab edir ki, Azərbaycan Respublikasının Mərkəzi Bankı tərəfindən tərtib olunmuş xx.xx.2024-cü il tarixli, EP ******* nömrəli inzibati xəta haqqında protokola dair inzibati xəta hadisəsi olmadığından Şəxs barəsində İXM-in 430.4-cü maddəsi ilə başlanmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir Qeyd olunanlara əsasən və İXM-in 18.5, 40, 43, 48-50, 53, 105, 114-115 və 128- 130-cu maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: Azərbaycan Respublikasının Mərkəzi Bankı tərəfindən tərtib olunmuş xx.xx.2024-cü il tarixli, EP ******* nömrəli inzibati xəta haqqında protokola dair inzibati xəta hadisəsi olmadığından Şəxs barəsində İXM-in 430.4-cü maddəsi ilə başlanmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 129-cu maddəsində müəyyən edilmiş qaydada Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Zamiq Bağırov
Məhkəmə qərarları › İş №3(001)-5447/2024
Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qərar — İş №3(001)-5447/2024
08.10.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver