Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(001)-545/2022 14.02.2022 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Hakim Rzayev Abbas Əhəd oğlunun sədrliyi, X7 iclas katibliyi, Bakı şəhəri Binəqədi rayon Polis İdarəsinin 40-cı Polis Bölməsinin sahə rəisi, polis mayoru X8, Zərərçəkmiş şəxs X5, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs, Müdafiəçi Bakı şəhər 11 saylı Vəkil Bürosunun vəkili X15 oğlunun iştirakı ilə, xx.xx.1965-ci il tarixdə Xaçmaz rayonunda doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, əvvəllər məhkum olunmamış, subay, ali təhsilli, fərdi əməklə məşğul olan, ünvan 1 ünvanında qeydiyyatda olan və Abşeron rayonu, Xırdalan şəhəri, Heydər Əliyev prospektində yerləşən fərdi tikili ünvanda yaşayan Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin (bundan sonra İXM-nin) 227ci maddəsi ilə inzibati xəta törətməsinə dair Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Bakı şəhəri Binəqədi rayon Polis İdarəsinin 40-cı Polis Bölməsindən daxil olmuş inzibati xəta haqqında materiala Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİM: Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs 2021-ci ilin avqust ayının əvvəllərində özünü jurnalist kimi təqdim etmiş, Bakı şəhəri, Binəqədi rayonu, 28 May qəsəbəsi fərdi yaşayış evində yaşayan zərərçəkmiş şəxs X5 mərhum həyat yoldaşı X2 adına kitab buraxdıracağı adı ilə onun 140 manat pulunu, həmçinin 07.02.2022-ci il tarixdə Bakı şəhəri, Binəqədi rayonu, Sulutəpə qəsəbəsi, R.Allahverdiyev küçəsi yeni yaşayış massivində yaşayan zərərçəkmiş şəxs X4 yaşadığı evə gələrək özünü müstəqil jurnalist kimi təqdim edərək ona şəhid oğlu X6 haqqında kitab yazacağını bildirərək ondan 70 manat pulunu dələduzluq yolu ilə ələ keçirməklə talamışdır. Bu əməlləri ilə o, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinir.Həmin hadisə ilə əlaqədar 14.02.2022-ci il tarixli, MN ******* saylı inzibati xəta haqqında protokol tərtib edilərək baxılması üçün Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinə göndərilmişdir. Bakı şəhəri Binəqədi rayon Polis İdarəsinin 40-cı Polis Bölməsinin sahə rəisi, polis mayoru X14 bildirdi ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs 2021-ci ilin avqust ayının əvvəllərində özünü jurnalist kimi təqdim etmiş, Bakı şəhəri, Binəqədi rayonu, 28 May qəsəbəsi fərdi yaşayış evində yaşayan zərərçəkmiş şəxs X5 mərhum həyat yoldaşı X2 adına kitab buraxdıracağı adı ilə onun 140 manat pulunu, həmçinin 07.02.2022-ci il tarixdə Bakı şəhəri, Binəqədi rayonu, Sulutəpə qəsəbəsi, R.Allahverdiyev küçəsi yeni yaşayış massivində yaşayan zərərçəkmiş şəxs X4 yaşadığı evə gələrək özünü müstəqil jurnalist kimi təqdim edərək ona şəhid oğlu X6 haqqında kitab yazacağını bildirərək ondan 70 manat pulunu dələduzluq yolu ilə ələ keçirməklə talamışdır.Qeyd edilən faktlar zərərçəkmiş şəxslərin izahatları ilə təsdiq edilir.Bununla əlaqədar qanunvericiliyin tələblərinə uyğun olaraq, Şəxs barəsində İXM-nin 227-ci maddədə nəzərdə tutulmuş inzibati xəta törətməsinə dair protokol tərtib edilmiş və aidiyyəti üzrə baxılması üçün Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinə təqdim edilmişdir.Hal-hazırda, o, həmin protokolu müdafiə edir və Şəxs barəsində inzibati tənbeh tətbiq edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında çıxış edən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs törətdiyi əməli etiraf etdiyini, əməlindən səmimi peşman olmasını, qadın olmasını nəzərə alaraq məhkəmədən ona həbslə bağlı olmayan cəza verilməsini xahiş etdi. Məhkəmə iclasında çıxış edən təqsirləndirilən şəxsin müdafiəçisi X9 hüquqlarını müdafiə etdiyi şəxs Şəxs barəsində etdiyi əməli etiraf etməsini, səmimi peşmançılığını və qadın olmasını nəzərə alaraq barəsində həbslə bağlı olmayan inzibati tənbeh tətbiq edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında çıxış edən zərərçəkmiş şəxs X12 barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs onun 140 manat pulunu dələdüzlüq yolu ilə ələ keçirdiyini bildirərək, onun barəsində inzibati qaydada tənbeh tətbiq edilməsini xahiş etdi. İş üzrə digər zərərçəkmiş şəxs X10 məhkəmə iclasının yeri və vaxtı barədə müvafiq qaydada xəbərdar edilməsinə baxayaraq məhkəmə iclasına gəlməmişdir.Buna görə də, məhkəmə həmin zərərçəkmiş şəxsin iştirakı olmadan məhkəmə iclasının keçirilməsini mümkün hesab etmişdir. İnzibati xəta haqqında protokolu tərtib etmiş şəxsi, zərərçəkmiş şəxsin, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin izahatını, onun müdafiəçisinin çıxışlarını dinləyib, iş materillarını araşdırıb, sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edirəm ki, Şəxs İXM-nin 227-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı təqsirli olaraq törətməsi sübuta yetirilmişdir. Belə ki, iş materiallarında olan Binəqədi Rayon Polis İdarəsinin 40-cı PŞ-nin baş təhqiqatçısı, polis mayoru İlkin Əsgərov tərəfindən qəbul edilmiş 22.12.2021-ci il tarixli qərarına əsasən məlum olur ki, qərarın təsviri hissəsində göstərilənlərə əsasən vətəndaş X5 müraciəti üzrə cinayət işinin başlanılması rədd edilmişdir.Həmçinin, qərarda qeyd olunmuşdur ki, 2021-ci ilin avqust ayının əvvəllərində özünü Nazilə jurnalist qadın kimi təqdim etmiş, X5 mərhum həyat yoldaşı X2 adına kitab buraxdıracağı adı ilə ondan 140 manat pul alaraq dələduzluq etmişdir. Həmçinin, iş materiallarında olan Binəqədi Rayon Polis İdarəsinin 40-cı PŞ-nin baş təhqiqatçısı, polis mayoru Ruslan Əsgərov tərəfindən qəbul edilmiş 13.02.2022-ci il tarixli qərarına əsasən məlum olur ki, qərarın təsviri hissəsində göstərilənlərə əsasən vətəndaş X4 müraciəti üzrə cinayət işinin başlanılması rədd edilmişdir. Həmçinin qərarda qeyd olunmuşdur ki, 13.02.2022-ci il tarixdə X1 rayon Polis İdarəsinin 40-cı Polis Bölməsinə ərizə ilə müraciət edərək bildirmişdir ki, Şəxs 07.02.2022-ci il tarixdə onun yaşadığı evə gələrək özünü müstəqil jurnalist kimi təqdim edərək ona şəhid oğlu X6 haqqında kitab yazacağını bildirərək ondan 70 manat pul alıb getmiş, lakin sonradan həmin şəxsin ona qarşı dələduzluq etdiyini anlamışdır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsinə əsasən əsasən xırda talama, yəni oğurlama, mənimsəmə, israfçılıq, qulluq mövqeyindən suiistifadə və ya dələduzluq yolu iləözgəsinin əmlakını talamağa görəiki yüz manatdan iki yüz əlli manatadək məbləğdə cərimə edilir və ya işin hallarına görə, xətanı törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət sayılmadıqda isə iki ayadək müddətə inzibati həbs tətbiq edilir. Azərbaycan Respublikası İXM-nin 11.1-ci maddəsinə əsasən Azərbaycan Respublikasında inzibati xətalar haqqında işlər üzrə icraatın aparılması, inzibati xətalar haqqında işlər üzrə qərarların qəbul və icra edilməsi həmin vaxtda qüvvədə olan Azərbaycan Respublikasının inzibati xətalar qanunvericiliyinə uyğun olaraq həyata keçirilir. Bundan başqa, İXM-nin 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyəti, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınmalıdır. İXM-nin 31.4-cü maddəsinə əsasən bu Məcəllənin Xüsusi hissəsində inzibati xətanın törədilməsinə görə müəyyən edilən inzibati tənbehin yalnız yuxarı həddi müəyyən edildikdə, tətbiq edilən inzibati tənbeh onun yuxarı həddinin dörddə birindən az ola bilməz. İXM-nin 34.2-ci maddəsinə əsasən şəxsin eyni və ya müxtəlif vaxtlarda törətdiyi bir neçə inzibati xətaya dair işlərə baxılması eyni orqanın səlahiyyətinə aiddirsə, həmin işlərə eyni vaxtda baxılmalıdır. İXM-nin 28.3-1-ci maddəsinə əsasən məhkəmə tərəfindən ictimai işlər növündə inzibati tənbeh tətbiq olunmuş şəxslərin üzərinə həmin işlərin yerinə yetirildiyi yerlərdə elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək vəzifəsi qoyulmalıdır. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin cəzasını yüngülləşdirən hallar kimi onun təqsirini etiraf etməsi, əməlindən səmimi peşman olmasını, il ərzində ilk dəfə inzibati xəta törətməsini və qadın olmasını nəzərə alınır. Məhkəmə tərəfindən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs əməlində cəzanı ağırlaşdıran hallar müəyyən edilməmişdir. Törədilmiş inzibati xətanın xarakterini, inzibati xəta törədən şəxsin səxsiyyətini, onun təqsirinin dərəcəsini və əmlak vəziyyətini, habelə cəzanı ağırlaşdıran halların olmamasını və yüngülləşdirən hallın məcmusunu nəzərə alaraq, hesab edirəm ki, Şəxs İXM-nin 227-ci maddəsinə əsasən inzibati məsuliyyətə cəlb edilməli, barəsində inzibati ictimai iş növündə inzibati tənbeh tətbiq edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və İXM-nin 21, 30, 31.2, 40, 43, 48-51, 110, 114-117, 128-130-cu və 227-ci maddələrini rəhbər tutaraq, QƏRARA ALDİM: Şəxs Azərbaycan Respublikası İXM-nin 227-ci maddəsi ilə inzibati xətanı törətməkdə təqsirli bilinsin və ona inzibati tənbeh olaraq 160 (bir yüz altmış) saat ictimai işlər cəzası təyin olunsun. Təyin edilmiş ictimai işlər cəzasının əvvəli Şəxs cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Təyin edilmiş ictimai işlər növündə inzibati tənbeh tətbiq olunmuş Şəxs üzərinə həmin işlərin yerinə yetirildiyi yerlərdə elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması vəzifəsi tapşırılsın. Şəxs təyin edilmiş ictimai işlər cəzasının icrası və onun davranışına nəzarəti həyata keçirmək Sumqayıt şəhər Probasiya Şöbəsinə həvalə edilsin. Şəxs inzibati qaydada tutmadan azad olunsun. Qərarın surəti tərəfə təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Bakı şəhəri Binəqədi Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. Hakim: Abbas Rzayev
Məhkəmə qərarları › İş №3(001)-545/2022
Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qərar — İş №3(001)-545/2022
14.02.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver