Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(001)-5461/2024 04.10.2024 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin hakimi Bağırov Zamiq Rəşid oğlunun sədrliyi, məhkəmə iclas katibi Hümbətov Məmmədəli Qafqaz oğlunun katibliyi, Şəxs Qapalı Səhmdar Cəmiyyətinin nümayəndəsi X1 iştirakı ilə, Şəxs Qapalı Səhmdar Cəmiyyətinin barəsində Bakı Şəhəri Binəqədi Rayon Polis İdarəsinin X6 Şöbəsi tərəfindən tərtib edilmiş xx.xx.2024-cü il tarixli, İXP ******* nömrəli inzibati xəta haqqında protokola məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Şəxs Qapalı Səhmdar Cəmiyyətinin barəsində Bakı Şəhəri Binəqədi Rayon Polis İdarəsinin X6 Şöbəsi tərəfindən tərtib edilmiş xx.xx.2024-cü il tarixli, İXP ******* nömrəli inzibati xəta haqqında protokol baxılması üçün məhkəmənin icraatına daxil olmuşdur. Məhkəmə iclasında Şəxs Qapalı Səhmdar Cəmiyyətinin nümayəndəsi X2 izahatında bildirmişdir ki, cəmiyyət olaraq hər dəfə cəmiyyətin mülkiyyətində olan nəqliyyat vasitələrinin sürücüləri barədə YPX-ya məlumat vermişlər. Buna baxmayaraq YPX həmişə onların ünvanına məktub göndərir. xx.xx.2024-cü il tarixli, İXP ******* nömrəli inzibati xəta haqqında protokola dair qeyd etmək istəyir ki, 17 iyul 2023-cü il tarixdə səlahiyyətli orqanın sorğusunu qəbul etmişlər. Elə həmin tarixdə də nəqliyyat vasitəsinin sürücüsü barədə məlumat vermişlər. Lakin həmin məktub artıq onların eyni nəqliyyat vasitəsinə dair 4-cü məktubu idi. Buna baxmayaraq yenə də sorğuya cavab vermişlər. Göstərilənlərə əsasən inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi barədə qərar qəbul olunmasını məhkəmədən xahiş etmişdir. İnzibati xəta haqqında işə baxılmanın vaxtı və yeri barədə qanunla müəyyən olunmuş qaydada Bakı Şəhəri Binəqədi Rayon Polis İdarəsinə məlumat verilməsinə baxmayaraq, səlahiyyətli orqan məhkəmədə nümayəndəsinin iştirakını təmin etməmiş və məhkəməyə işə baxılmasının təxirə salınması haqqında vəsatət verilməmişdir. Məhkəmə, qanunvericiliyin tələblərini rəhbər tutaraq, inzibati xəta haqqında protokolu tərtib etmiş orqanın nümayəndəsinin iştirakı olmadan işə baxılmanı mümkün hesab etmişdir. İş materiallarına əlavə edilmiş və məhkəmə iclasında tədqiq edilmiş: Bakı şəhəri Binəqədi rayon Polis İdarəsinin Dövlət X4 sorğu məktubundan görünür ki, hüquqi şəxs Şəxs QSC-nin mülkiyyətində olan “X5” markalı, 90PR177 dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsini idarə etmiş fiziki şəxs xx.xx.2024-cü il tarixdə İnzibati Xətalar Məcəlləsinin 346.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətdiyinə görə, Bakı şəhəri Binəqədi rayon Polis İdarəsinin X6 Şöbəsi tərəfindən “X5” markalı, 90PR177 dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsini inzibati xətanın törədilməsi zamanı idarə etmiş fiziki şəxs haqqında 5 gün müddətində məlumat verilməsi hüquqi şəxs Şəxs QSC-dən xahiş olunmuşdur; SX021039735AZ şrtix kodlu “Poçt göndərişinin verilməsi haqqında” xəbərnamədən görünür ki, xəbərnamədə "şəxsən Əliyev verildi” qeydi aparılmış, etibarnamə ilə verildi qrafasında isə “mobil nömrə və Əfqan” qeyd edilmişdir. xx.xx.2024-cü il tarixli, 78 nömrəli məktubdan görünür ki, Şəxs QSC tərəfindən Bakı şəhəri Binəqədi RPİ DYP şöbəsinə “X5” markalı, 90PR177 dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin sürücüsü barədə məlumat verilmiş, həmçinin sürücülük vəsiqəsinin seriya və nömrəsi, etibarnamənin müddəti göstərilmişdir. xx.xx.2024-cü il tarixli, ********* nömrəli poçt qəbzindən görünür ki, Şəxs QSC tərəfindən xx.xx.2024-cü il tarixdə Bakı şəhəri Binəqədi RPİ DYP şöbəsinə məktub göndərilmişdir. Binəqədi RPİ X6 Şöbəsi tərəfindən Şəxs QSC ünvanına göndərilmiş SX021053817AZ ştrix kodlu məktubun poçt zərfindən görünür ki, zərfin üzərində “90PR177” qeydi aparılmış, həmçinin zərfin üzərinə AZ1130 poçt şöbəsinin xx.xx.2024-cü il tarixli möhürü vurulmuşdur. xx.xx.2024-cü il tarixli, İXP ******* nömrəli inzibati xəta haqqında protokoldan görünür ki, “Şəxs” Qapalı Səhmdar Cəmiyyəti barəsində İXM-nin 347-ci maddəsi ilə inzibati xəta haqqında protokol tərtib edilmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 8.1-ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllədə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsirsiz hesab edilir; 8.2-ci maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir; 8.3-cü maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində şübhələr onun xeyrinə həll edilir; 53.1.1-ci maddəsinə əsasən inzibati xəta hadisəsi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir; 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir; 109.2-ci maddəsinə əsasən həmin Məcəllənin 53 və 104.1-ci maddələrində nəzərdə tutulmuş hallar olduqda inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi və ya inzibati xəta haqqında iş üzrə icraatın dayandırılması barədə qərar qəbul edilir; 114.2.1-ci maddəsinə əsasən bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulan hallardan biri mövcud olduqda inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar çıxarılır. 347-ci maddəsinə əsasən, hüquqi şəxsin mülkiyyətində və ya istifadəsində olan nəqliyyat vasitəsini inzibati xətanın törədilməsi zamanı idarə etmiş fiziki şəxs haqqında məlumatın səlahiyyətli orqanın (vəzifəli şəxsin) bu barədə sorğusu daxil olduğu vaxtdan 5 gün müddətində verilməməsinə görə- vəzifəli şəxslər yüz əlli manat məbləğində, hüquqi şəxslər üç yüz manat məbləğində cərimə edilir. Məhkəmə barəsində inzibati xəta haqqında icraat aparılan hüquqi şəxsin nümayəndəsinin izahatını dinləyib, inzibati xəta haqqında protokolu, ona əlavə edilmiş sənədləri və iş materiallarında olan digər sənədləri nəzərdən keçirərək hesab edir ki, inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Belə ki, məhkəmə iclasında müəyyəne edilmişdir ki, səlahiyyətli orqanın “X5” markalı, 90PR177 dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsini idarə etmiş fiziki şəxs barədə məlumat verilməsinə dair sorğusu xx.xx.2024-cü il tarixdə Şəxs QSC-yə çatmışdır. Bu fakt SX021053817AZ ştrix kodlu məktubun poçt zərfi ilə öz təsdiqini tapır. xx.xx.2024cü il tarixli, ********* nömrəli poçt qəbzi ilə isə müəyyən edilir ki, cəmiyyət tərəfindən həmin tarixdə Binəqədi RPİ DYPŞ-nə məktub göndərilmişdir. Məhkəmə araşdırması zamanı hüquqi şəxsin nümayəndəsinin dediklərinin iş materialları ilə uyğun təşkil etməsi müəyyən edilmiş, hüquqi şəxs tərəfindən İXM-nin 347ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsi isə təkzib olunmuşdur. Belə ki, məhkəməyə təqdim edilmiş xx.xx.2024-cü il tarixli məktubda cəmiyyət tərəfindən səlahiyyətli orqana nəqliyyat vasitəsinin sürücüsü barədə məlumat verilməsi müşahidə olunur, cəmiyyət tərəfindən həmin tarixdə səlahiyyətli orqana poçt vasitəsi ilə məktub göndərilməsi poçt qəbzi ilə də təsdiqini tapır. Göründüyü kimi hüquqi şəxs Şəxs QSC tərəfindən nəqliyyat vasitəsinin istifadəçisi barədə məlumat verilməməsi və bununla da, sonuncu tərəfindən İnzibati Xətalar Məcəlləsinin 347-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın tərkibini yaradan hərəkətlərə yol verilməsi obyektiv sübutların məcmusu ilə təkzib olunur. Belə ki, Bakı şəhəri Binəqədi Rayon Polis İdarəsinin Dövlət X4 sorğu məktubu xx.xx.2024-cü il tarixdə hüquqi şəxs Şəxs QSC tərəfindən qəbul edilmiş, sorğuya cavab məktubu da həmin tarixdə, yəni 5 gün keçmədən Binəqədi rayon Polis İdarəsinin DYPŞ-nə göndərilmişdir. Beləliklə, məhkəmə hüquqi şəxs tərəfindən məlumatın səlahiyyətli orqanın (vəzifəli şəxsin) bu barədə sorğusu daxil olduğu vaxtdan 5 gün müddətində verilməsini, işin obyektiv hallarını və yuxarıda sadalanan qanunun imperativ tələblərini nəzərə alıb belə qənaətə gəlir ki, inzibati xəta hadisəsi olmadığından hüquqi şəxs Şəxs QSC barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 347-ci maddəsi ilə nəzərdə tutulan inzibati iş üzrə icraata xitam verilməlidir. Göstərilənlərə əsasən və İXM-nin 53, 84, 105, 114, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Hüquqi şəxs Şəxs Qapalı Səhmdar Cəmiyyətinin Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 347-ci maddəsi ilə nəzərdə tutulan inzibati xətanı törətməsinə dair iş üzrə icraata inzibati xəta hadisəsi olmadığından xitam verilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində işə baxan Bakı şəhəri Binəqədi Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Zamiq Bağırov
Məhkəmə qərarları › İş №3(001)-5461/2024
Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qərar — İş №3(001)-5461/2024
04.10.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver