Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 3(001)-5469/2020 30.11.2020 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Hakim Məmmədov Vüqar Nemət oğlunun sədirliyi Almazov Pərviz Məhərrəm oğlunun katibliyi ilə, X1 barəsində tərtib olunmuş xx.xx.2020-ci il tarixli, MN №0794145 saylı qərarın ləğv edilməsi barədə şikayətinə baxaraq, M Ü Ə Y Y Ə N E T D İ M: X3 şikayət ilə müraciət edərək onun barəsində tərtib olunmuş xx.xx.2020-ci il tarixli, MN №0794145 saylı qərarın ləğv edilməsinə dair qərar qəbul edilməsini xahiş etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, o, xx.xx.2020-ci il tarixdə təxminən saat 10:00 radələrində evimin yaxınlığında, X5 köşəsində yerləşən meyvə tərəvəz dükanının qonşuluğundakı boş meyvə yeşikləri, meyvə tullantıları yığılması nəzərdə tutulan və istifadə olunmayan məkanda olan zaman, sahə müvəkkili Polis mayoru Arzu İsmayılov ora içəri daxil olaraq ona burda nə elədiyini soruwmuş və o, ona biraz bundan qabağ yaxınlıqdakı meyvə tərəvəz dükanından aldığı narların şirəsini sixdiğımı söyləmişdir. O onunla aqresiv danışaraq, niyə üzərindəki maska tam olaraq burnuvu örtməyib sualını vermiş və o da öz növbsində ona niyə ona əsassız yerə irad tutduğunu ona bildirmiş, tibbi maskanın tam olaraq nəzərdə tutulan qaydada üzərində olduğunu vurğulamışdır. Ondan sonra o onu, səki onun pandemiya qaydalarını pozmağını ona vurğulamış və onun həmin zaman tibbi maskadan istifadə eləməyinə baxmayaraq onun barəsində protokol tərtib etmək üçün şəxsiyətini təstiq edən sənədini istəmiş, lakin o, narazılığını bildirmiş və həmin həmin protokoldan şikayət edəcəyini bildirmiş, üstəlik dörd dəfə Arzu İsmayılovun hərəkindən 102 xidmətinə zəng edərək şikayət etmişdir. Sahə müvəkkili Arzu İsmayılov “get hara istəyirsən şikayət et, yaxşı edirəm” demiş, narazılığına baxmayaraq barəsində əsassız olaraq İnzibati Xətalar Məcəlləsinin 211.2-ci maddəsi ilə protokol tərtib edərək qərar qəbul etmiş, o həmin protokolu imzalamağdan imtina etmişdir. Hesab edir ki, sahə müvəkkili Arzu Rəhimovun barəsində qəbul etdiyi qərar tam olaraq əsasızdır və öz vəzifə səlahiyətlərindən sui istifadədir. Ölkədə baş verən bu dönəmdə, polis zabitinin onun barəsində əsasız olaraq inzibati xəta haqqında qərar qəbul etməsi, onun bir Azərbaycan vətəndaşı olaraq nəinki hüquqlarını pozması, əsas olmadan öz vəzifə səlahiyyətlərindən sui istifadə edərək bir vətəndaşı aşağılaması kimiqəbul edir. Görtərilənlərə əsasən onun barəsində tərtib olunmuş xx.xx.2020-ci il tarixli, MN №0794145 saylı qərarın ləğv edilməsi barədə qərar çıxarılmasını xahiş etmişdir. İş materiallarına əlavə edilmiş 1 saylı Asan xidməti tərəfindən xx.xx.2015-ci il tarixində X2 verilmiş Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsindən görünür ki, X1 qeydiyyat ünvanı Bakı şəhəri, Yasamal rayonu, Salamzadə küçəsi, məhəllə 1055-dir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 129.1.3-cü maddəsinə əsasən səlahiyyətli orqanın (vəzifəli şəxsin) qərarından məhkəməyə verilən şikayət – şikayət verən şəxsin yaşayış yeri üzrə rayon (şəhər) məhkəməsinə verilir. Məhkəmə şikayət vermiş şəxsin qeydiyyat və yaşayış ünvanının Bakı şəhəri, Yasamal rayonu, Salamzadə küçəsi, məhəllə 1055 olmasını nəzərə alaraq iş materiallarının Bakı şəhəri Yasamal Rayon Məhkəməsinə göndərilməsini məqsədəmüvafiq hesab edir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 18, 40, 43, 48-51, 110, 114-117, 128-131-ci maddələrini rəhbər tutaraq, QƏRARA ALDİM: X1 barəsində tərtib olunmuş xx.xx.2020-ci il tarixli, MN №0794145 saylı qərardan verdiyi şikayət ona əlavə olunmuş sənədlərlə birlikdə aidiyyəti üzrə baxılması üçün Bakı şəhər Yasamal Rayon Məhkəməsinə göndərilsin. Hakim: Vüqar Məmmədov
Məhkəmə qərarları › İş №3(001)-5469/2020
Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qərardad — İş №3(001)-5469/2020
30.11.2020 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver