Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(001)-55/2024 19.01.2024 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin hakimi Əmirəliyev Fərid Mübariz oğlunun sədrliyi, məhkəmənin məsləhətçisi (məhkəmə iclas katibi) Almazov Pərviz Məhərrəm oğlunun katibliyi, Azərbaycan Respublikası Əmək və Əhalinin sosial Müdafiəsi Nazirliyi yanında X3 Xidmətinin nümayəndəsi Nümayəndə Əlayıf oğlunun, Şəxs nümayəndəsi X1 iştirakları ilə, Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin (bundan sonra - İXM) 192.1-ci maddəsi ilə tərtib edilmiş inzibati xəta haqqında protokol əsasında toplanmış materiala məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: Məhkəmənin icraatına Azərbaycan Respublikası Əmək və Əhalinin sosial Müdafiəsi Nazirliyi yanında X3 Xidməti Bakı şəhər İdarəsi tərəfindən Şəxs barəsində İXM-in 192.1-ci maddəsi ilə tərtib edilmiş xx.xx.2023-cü il tarixli, MN ******* nömrəli inzibati xəta haqqında protokol əsasında toplanmış material daxil olmuşdur. Həmin inzibati xəta haqqında protokola əsasən, Şəxs tərəfindən vətəndaş Şahid2 xx.xx.2023-cü il tarixdən əmək müqaviləsu hüquqi qüvvəyə minmədən isə (xidmətə) cəlb olunmuş, onunla əmək müqaviləsi bağlanılması elektron informasiya sisteminə daxil edilməməsi faktı aşkar edilmişdir. Məhkəmə iclasında Azərbaycan Respublikası Əmək və Əhalinin sosial Müdafiəsi Nazirliyi yanında X3 Xidmətinin nümayəndəsi Nümayəndə Əlayıf oğlu bildirmişdir ki, Şahid2 ərizə ilə X3 Xidmətinə müraciət edərək xx.xx.2023-cü il tarixdə Şəxsndə əmək müqaviləsi bağlanmadan sınaq müddətinə satış təmsilçisi kimi işə düzəldiyini, bir müddət işlədikdən sonra isə ondan sənədlərinin tələb edilməsinə baxmayaraq xx.xx.2023-cü il tarixdən işdən çıxarıldığını, habelə işlədiyi müddtin əmək haqqını belə almadığını bildirmişdir. Şahid2 həmçinin müraciətində şirkətdə satış təmsilçisi kimi işləməklə şirkətin məhsullarını kafe və restoranlara təklif etdiyini bildirmişdir. Tərəflərindən müraciət əsasında aparılmış araşdırma zamanı müəyyən edilmişdir ki, Şahid2 Şəxsndə işləsə də, onunla yazılı əmək müqaviləsi bağlanılmamış, sonuncu işə qəbul olarkən heç bir sənədə imza etməmiş, eləcə də nə işə qəbul olunması üçün, nə də işdən azad olunması üçün ərizə ilə müraciət etməmişdir. Aşkar edilmiş həmin fakt əsasında Şəxs barəsində İXM-in 192.1-ci maddəsi ilə inzibati xəta haqqında protokol tərtib edilmişdir. Ona görə də, məhkəmədən Şəxs inzibati qaydada məsuliyyətə cəlb edilməsini xahiş etmişdir. Məhkəmə iclasında Şəxs nümayəndəsi X2 bildirmişdir ki, cəmiyyət barəsində tərtib edilmiş inzibati xəta haqqında protokol əsassızdır. Çünki şikayətçi Şahid2 Şəxs tərəfindən işə qəbul edilməmiş, sonuncu həmin şirkətdə işləməmişdir. Şahid2 iş üçün həmin şirkətə müraciət etsə də, satış təmsilçisi kimi işləyə biləcəyini yoxlamaq üçün və işi öyrənməsi məqsədilə bir neçə gün şirkətə gəlib getmiş və şirkətin məhsullarını kafe və restoranlara təklif etmişdir. Şirkətdə işləyən Məhəmmədəli Talıbov tərəfindən Şahid2 şirkətin məhsullarının şəkilləri göndərilmiş, işə düzələcəyi halda məhsulları verə biləcəyi yerlər barədə məlumat verilmişdir. Nəticədə Şahid2 satış təmsilçisi işinə uyğun olmadağına həmin işə götürülməmişdir. Bu səbəbdən də o, şirkətdən şikayət etmişdir. Şahid1 isə xx.xx.2022-ci il tarixdə satış təmsilçisi kimi Şəxsndə işə düzəlmiş, işdə yol verdiyi nöqsanlara görə işdən azad edilmişdir. Şirkətdə aparılmış audit yoxlaması zamanı Şahid1 tərəfindən 65000 manat mənimsəməyə yol verildiyi müəyyən edilmişdir. Bu səbəbdən Şahid1 qərəzli olaraq X3 Xidmətinə yalan izahat vermişdir. Odur ki, məhkəmədən Şəxs barəsində olan inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Məhkəmə iş üzrə toplanmış sübutların və onların məcmusunu tam, hərtərəfli və obyektiv baxılmasına əsaslanmaqla belə nəticəyə gəlir ki Şəxs İXM-in 192.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın törədilməsi inzibati xəta haqqında protokol, ona əlavə edilmiş digər sübutlarla, eləcə də məhkəmə iclasında toplanmış sübutlarla tam sübuta yetirilmiş və onun əməli düzgün olaraq həmin Məcəllənin 192.1-ci maddəsi ilə tövsif edilmişdir. Belə ki, məhkəmə iclasında toplanmış sübutlardan müəyyən edilmişdir ki, Şahid2 Əli oğlu ərizə ilə Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X3 Xidmətinə müraciət edərək Şəxsndə sınaq müddətinə işə qəbul edildiyini, lakin rəsmi olaraq işə qəbul edilmədiyini və əmək haqqının verilmədiyini bildirmişdir. Azərbaycan Respublikası Əmək və Əhalinin sosial Müdafiəsi Nazirliyi yanında X3 Xidməti Bakı şəhər İdarəsi tərəfindən həmin müraciət əsasında aparılmış araşdırma zamanı Şəxs Azərbaycan Respublikasının Əmək Məcəlləsində nəzərdə tutulmuş qaydada əmək müqaviləsi bağlanmadan işəgötürən tərəfindən Şahid2 işə cəlb olunması faktı aşkar edildiyindən cəmiyyət barəsində inzibati xəta haqqında protokol tərtib edilmişdir. Qeyd edilməlidir ki, Şahid2 Azərbaycan Respublikası Əmək və Əhalinin sosial Müdafiəsi Nazirliyi yanında X3 Xidməti Bakı şəhər İdarəsinə müraciətindən daha sonra Şəxs barəsində olan inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsini xahiş etməsi, həmin cəmiyyətin nümayəndəsinin məhkəmə iclasında Şahid2 Şəxs tərəfindən işə qəbul edilmədiyini, sonuncunin şirkətə müraciətilə əlaqədar satış təmsilçisi kimi işləyə biləcəyini yoxlamaq və işi öyrənməsi məqsədilə bir neçə gün şirkətə gəlib-getdiyini, işə düzələcəyi halda məhsulları verə biləcəyi yerlər barədə ona məlumatlar verildiyini, lakin Şahid2 satış təmsilçisi işinə uyğun olmadağından həmin işə götürülmədiyini bildirməsi Cəmiyyətin İXMin 192.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta tərkibinin olmasını istisna etmir. Çünki alınmış izahatlarla müəyyən edilir ki, Şahid2 Şəxsndə əmək müqaviləsi bağlanmadan müəyyən işə cəlb edilmiş və həmin iş üzrə cəmiyyətin vəzifəli şəxsi tərəfindən sınaq müddəti keçmişdir. Halbuki, Əmək qanunvericiliyinin tələblərinə əsasən əmək müqaviləsi işçinin peşəkarlıq səviyyəsini və müvafiq əmək funksiyasını icra etmək bacarığını yoxlamaq məqsədilə sınaq müddəti müəyyən edilməklə bağlanıla bilər. Altı ay müddətinədək bağlanılmış əmək müqaviləsində ən çoxu iki həftə, digər əmək müqavilələrində isə ən çoxu üç ay sınaq müddəti müəyyən edilir. Eləcə də sınaq müddəti işçinin faktiki olaraq əmək funksiyasını icra etdiyi iş vaxtından ibarətdir. Göründüyü kimi, işəgötürən tərəfdən əvvəlcə işçi ilə əmək müqaviləsi bağlanmalı, bundan sonra isə işçi sınaq müddətinə cəlb edilməlidir. Lakin cəmiyyətin nümayəndəsinin izahatından Şahid2 cəmiyyətdə işə götürülmədiyi, onun işi öyrənməsi məqsədi ilə sınaq müddətində olması, lakin işə uyğun gəlmədiyindən sonuncunun işə götürülməməsi müəyyən edilmişdir. Qeyd olunanlara əsasən məhkəmə, barəsində inzibati xəta haqqında protokol tərtib edilmiş şəxs Şəxsnə istinad edilən və inzibati məsuliyyətə səbəb olan əmələ inzibati xətalar qanunvericiliyin sübutlar və sübutetmə ilə bağlı müddəaları baxımından yanaşaraq hesab edir ki, məhkəmə araşdırmalarında tədqiq edilmiş sübutlar həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına görə sübut kimi qəbul ediləndir, sübutların hüquqi qüvvəsini şübhə altına alan hallar yoxdur və sübutların məcmusu Şəxsnə istinad edilən inzibati məsuliyyətə səbəb olan əmələ qiymət verilməsi baxımından kifayət edir. Qeyd edilməlidir ki, Şəxs hərəkətlərinə münasibətdə əməlin inzibati xəta olmasını aradan qaldıran hallar, həmçinin inzibati məsuliyyətdən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, təqsiri tam sübuta yetirildiyinə görə inzibati məsuliyyətinə cəlb edilməli və tənbeh edilməlidir. Məhkəmə, Şəxs məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran hal müəyyən etmir. Həmçinin məhkəmə Şəxsnə inzibati tənbeh təyin etmək məsələsini həll edərkən qanunun aşağıdakı prinsip və müddəalarını rəhbər tutur. İXM-in 2-ci maddəsinə əsasən Azərbaycan Respublikasının inzibati xətalar qanunvericiliyin vəzifələri insan və vətəndaş hüquqlarını və azadlıqlarını, onun sağlamlığını, əhalinin sanitariya-epidemioloji salamatlığını, ictimai mənəviyyatı, mülkiyyəti, şəxslərin iqtisadi maraqlarını, ictimai qaydanı və ictimai təhlükəsizliyi, ətraf mühiti, idarəçilik qaydalarını qorumaqdan, qanunçuluğu möhkəmləndirməkdən və inzibati xətaların qarşısını almaqdan ibarətdir. İXM-in 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan (hərəkət və hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir. İXM-in 9.1-ci maddəsinə əsasən inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına uyğun, qanuni və əsaslı olmalıdır. İXM-in 18.1-ci maddəsinə əsasən hüquqi şəxslər, o cümlədən xarici hüquqi şəxslər və xarici hüquqi şəxslərin filial və nümayəndəlikləri bu Məcəllənin Xüsusi hissəsində nəzərdə tutulmuş inzibati xətalara görə inzibati məsuliyyətə cəlb olunurlar. İXM-in 18.5-ci maddəsinə əsasən hüquqi şəxs barəsində inzibati tənbeh yalnız hakim tərəfindən tətbiq edilir. İXM-in 21-ci maddəsində təsbit edilmişdir ki, inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. İXM-in 31.3-cü maddəsinə əsasən, hüquqi şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, inzibati xətanın xarakteri, inzibati xəta nəticəsində hüquqi şəxsin əldə etdiyi xeyrin həcmi və ya onun maraqlarının təmin edilməsinin xarakteri və dərəcəsi, hüquqi şəxsi xarakterizə edən hallar, o cümlədən onun maliyyə və əmlak vəziyyəti, xeyriyyəçilik və ya digər ictimai faydalı fəaliyyətlə məşğul olması, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. İXM-in 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) informasiya sistemində, habelə digər dövlət informasiya sistemlərində (ehtiyatlarında) aşkar olunan məlumatlarla, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Beləliklə, məhkəmə inzibati xətanın xarakterini, inzibati xəta nəticəsində hüquqi şəxsin əldə etdiyi xeyrin həcmini və ya onun maraqlarının təmin edilməsinin xarakterini və dərəcəsini, hüquqi şəxsi xarakterizə edən halları, o cümlədən onun maliyyə və əmlak vəziyyətini, habelə məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran halların olmamasını nəzərə alaraq hesab edir ki, Şəxs İXM-in 192.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək, barəsində cərimə növündə tənbeh tədbiri tətbiq edilməlidir. Göstərilənlərə əsasən və İXM-in 18, 40, 43, 48-50, 114-115 və 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 192.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinib, 20000 (iyirmi min) manat məbləğində inzibati cərimə olunsun. Qərarın surəti, rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 129-cu maddəsində müəyyən edilmiş qaydada Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Fərid Əmirəliyev
Məhkəmə qərarları › İş №3(001)-55/2024
Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qərar — İş №3(001)-55/2024
19.01.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver