Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 3(001)-55/2025 06.01.2025 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin hakimi Bağırov Zamiq Rəşid oğlu, Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsi ilə tərtib edilmiş inzibati xəta haqqında protokol əsasında toplanmış materialın baxılmağa hazırlanması zamanı, müəyyən etdim: Məhkəmənin icraatına Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsi ilə tərtib edilmiş xx.xx.2025-ci il tarixli, MN ******* nömrəli inzibati xəta haqqında protokol və həmin protokol əsasında toplanmış materiallar daxil olmuşdur. İnzibati xəta haqqında işin materiallarını araşdıraraq hesab edirəm ki, Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsi ilə tərtib edilmiş xx.xx.2025-ci il tarixli, MN ******* nömrəli inzibati xəta haqqında protokol və həmin protokol əsasında toplanmış material geri qaytarılmalıdır. Belə ki, iş materiallarından görünür ki, Zərərçəkmiş şəxs müdür olaraq çalışdığı Oba marketin Binəqədi 2 fililalından 350 manat dəyərində “Ankor” kərə yağının oğurlamasına dair Zərərçəkmiş şəxs müraciəti əsasında toplanmış material üzrə vurulmuş ziyan beş yüz manatdan yuxarı olmadığı üçün cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərar qəbul edilmiş, əməli törətmiş şəxsin AR İXM-nin 227-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb edilməsi sahə inspektoruna həvalə edilmişdir. Məhkəmə qeyd edir ki, hadisə barədə şikayət etmiş Zərərçəkmiş şəxs həmin marketdə müdir vəzifəsində çalışsa da, zərərçəkmiş şəxs deyildir. Həmin iş üzrə zərərçəkmiş şəxs "xxxx" MMC-dir. Lakin səlahiyyətli orqan inzibati araşdırma apararaq zərər çəkmiş hüquqi şəxsin nümayəndəsini izahatının alınmasını təmin etməmişdir. Nəzərə alınmalıdır ki, İXM-nin 39.2-ci maddəsinə əsasən bu Məcəllənin 227 maddəsində nəzərdə tutulmuş inzibati xəta haqqında iş üzrə icraat zamanı inzibati xəta törətmiş şəxs vurulmuş ziyanı tamamilə ödədikdə və zərər çəkmiş şəxslə barışdıqda inzibati iş üzrə icraata xitam verilir. Zərər çəkmiş hüquqi şəxsin nümayəndəsi barəsində heç bir məlumat iş materiallarında olmadığı üçün onun qeyd edilən iş üzrə şikayətçi olubolmaması, dəymiş ziyanın ödənilməsini müəyyən etmək mümkün deyildir. Bununla da zərərçəkmiş şəxsin inzibati xəta haqqında iş ilə bağlı mövqeyini (barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs ilə barışması, eləcə də inzibati xəta haqqında iş üzrə icraata etiraz edib-etməməsi) təsdiq edən hər hansı bir dəlil məhkəməyə təqdim edilməmişdir. Hazırki iş üzrə zərərçəkmiş şəxslə barışıq, ona dəymiş ziyan ödənildiyi təqdirdə iş üzrə icraata xitam verilməsi nəzərdə tutulduğu üçün bununla bağlı məlumatlar iş materiallarında mövcud olmadığından işə mahiyyəti üzrə baxıb tamamlamaq mümkün deyildir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsinə əsasən xırda talama, yəni oğurlama, mənimsəmə, israfçılıq, qulluq mövqeyindən sui-istifadə və ya dələduzluq yolu ilə özgəsinin əmlakını talamağa görə yüz altmış saatdan iki yüz qırx saatadək ictimai işlər və ya işin hallarına görə, xətanı törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət sayılmadıqda isə üç ayadək müddətə inzibati həbs tətbiq edilir. Bundan başqa İXM-nin 100.1.6-cı maddəsinə əsasən olduğu halda, şahidlərin və zərər çəkmiş şəxslərin adı, atasının adı, soyadı və onların yaşadığı yerin ünvanı inzibati xəta haqqında protokolda göstərilir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 102-ci maddəsinə əsasən sağlamlıq əleyhinə, yaxud maliyyə, vergi, rüsum, gömrük işi, ətraf mühitin mühafizəsi, yanğın təhlükəsizliyi və cinayət yolu ilə əldə edilmiş digər əmlakın leqallaşdırılmasına və terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizə sahəsində, habelə yol hərəkəti qaydaları, yol hərəkəti təhlükəsizliyinin təmin edilməsi və avtomobil yollarından istifadə qaydaları, hərbi xidmət əleyhinə və bu Məcəllənin 227-ci, 232-1-ci, 351-1-ci, 371-1-ci, 398-ci, 602.1-ci, 602.2-ci və 602-3-cü maddələrində nəzərdə tutulmuş inzibati xəta aşkar edildikdən sonra kifayət qədər vaxt tələb edən ekspertizanın və ya digər prosessual hərəkətlərin aparılması zərurəti yarandıqda inzibati araşdırma aparılır. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 102.2-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə icraatın başlanması və inzibati araşdırma aparılması haqqında qərardad bu Məcəllənin 42.2 və 43.2-ci maddələrinə müvafiq olaraq inzibati xəta haqqında protokol tərtib etmək və inzibati xətalar haqqında işlərə baxmaq səlahiyyəti olan vəzifəli şəxs tərəfindən qəbul edilir. Prokuror isə inzibati xəta haqqında iş üzrə icraatın başlanması və inzibati araşdırma aparılması haqqında qərar qəbul edir. Göstərilənlərə əsasən məhkəmə qeyd edir ki, Şəxs əməlinə düzgün hüquqi qiymət verilməsi üçün zərərçəkmiş şəxsə vurulmuş ziyanla bağlı heç bir inzibati araşdırılma aparılmamış, ekspert rəyi olmadan, vurulmuş ziyanın miqdarı belə dəqiqləşdirilməyərək protokol tərtib edilmiş və baxılması üçün məhkəməyə təqdim edilmişdir. Bu səbəblərdən dolayı Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsi ilə tərtib edilmiş xx.xx.2025-ci il tarixli, MN ******* nömrəli inzibati xəta haqqında protokol üzrə işə mahiyyəti üzrə baxıb tamamlamaq mümkün deyildir. Beləliklə də, təsvir olunanlarla müəyyən edilir ki, Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsi ilə tərtib edilmiş xx.xx.2025ci il tarixli, MN ******* nömrəli inzibati xəta haqqında protokol düzgün tərtib olunmayaraq məhkəməyə təqdim olunmuşdur. Buna görə də, inzibati xəta haqqında tərtib edilmiş protokol onu göndərmiş orqana geri qaytarılmalıdır. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 106.0.3-cü maddəsinə əsasən hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xətalar haqqında işlərə baxarkən inzibati xəta haqqında protokol və işin digər materialları bu Məcəllənin tələblərinə müvafiq olaraq tərtib edilməsi məsələsini həll edir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 106.0.5-ci maddəsinə əsasən hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xətalar haqqında işlərə baxarkən mahiyyəti üzrə baxılması üçün işdə kifayət qədər sübutların toplanması məsələsini həll edir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 109.1.6-cı maddəsinə əsasən protokol və ya digər materiallar səlahiyyəti olmayan şəxslər tərəfindən tərtib olunduqda, protokol və digər sənədlər düzgün tərtib olunmadıqda, yaxud təqdim edilmiş materiallar natamam olduqda, işə baxılarkən tamamlamaq mümkün olmadıqda, inzibati xətalar haqqında protokollar və ya digər sənədlərin onu tərtib etmiş orqana, vəzifəli şəxsə geri qaytarılır. “Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 129.1.3-cü maddəsinin şərh olunmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 04 noyabr 2020-ci il tarixli Qərarına əsasən inzibati xətalar qanunvericiliyinin ümumi və xüsusi normalarında məhkəmə qərardadlarından şikayət verilməsi nəzərdə tutulmamışdır. X1 Məcəlləsinin 128-ci maddəsinin tələbləri baxımından həmin Məcəllənin 109-cu maddəsində nəzərdə tutulmuş inzibati xətalar haqqında işin baxılmasına hazırlanması zamanı qəbul edilən qərardadlardan apellyasiya şikayəti vermək hüququ istisna edilir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 106 və 109-cu maddələrini rəhbər tutaraq, qərara aldım: Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsi ilə tərtib edilmiş xx.xx.2025-ci il tarixli, MN ******* nömrəli inzibati xəta haqqında protokol və əlavə edilmiş sənədlər Bakı şəhəri Binəqədi Rayon Polis İdarəsinə geri qaytarılsın. Qərarddadan şikayət verilə bilməz. Sədrlik edən Zamiq Bağırov
Məhkəmə qərarları › İş №3(001)-55/2025
Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qərardad — İş №3(001)-55/2025
06.01.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver