Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(001)-551/2025 27.01.2025 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin hakimi Nəsibov Samir Nadir oğlunun sədrliyi, məhkəmə iclas katibi Bayramov Tural Ural oğlunun katibliyi ilə, Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin (bundan sonra - İXM) 198.3-cü maddəsi ilə inzibati xəta haqqında iş üzrə icraatın başlanması haqqında qərar əsasında toplanmış materiala məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: Məhkəmənin icraatına Bakı şəhəri Binəqədi rayon prokuroru baş ədliyyə müşaviri X3 tərəfindən Şəxs barəsində İXM-in 198.3-cü maddəsi ilə xx.xx.2025-ci il tarixli inzibati xəta haqqında iş üzrə icraatın başlanması haqqında qəbul edilmiş qərar əsasında toplanmış material daxil olmuşdur. Həmin qərar əsasən, texniki təhlükəsizlik və əmək mühafizəsinin başqa qaydalarına riayət edilməsi vəzifəsi həvalə edilmiş Şəxs tərəfindən bu qaydaların pozulması nəticəsində ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin sağlamlığına az ağır zərər vurulmuşdur. Qərardan və iş materiallarından görünür ki, vəzifəli şəxs Şəxs "xxxx" MMC-də birqadir vəzifəsində işləmiş, 03 oktyabr 2024-cü il tarixdə, saat 16:00 radələrində Bakı şəhəri, Binəqədi rayoun, Baksol yolunda yerləşən "xxxx" MMC-yə məxsus satış obyektində yükləmə işlərinin icrası zamanı texniki təhlükəsizlik və ya əməyin mühafizəsinin başqa qaydalarına riayət edilməsi vəzifəsi ona həvalə olunduğu halda, həmin qaydaları pozmaqla, işin təhlükəsiz aparılması üçün yüklərin yerdəyişməsi zamanı ilməkçi işini yerinə yetirən fəhlənin yükün bilavasitə yaxınlığında olmasına yol verildiyinə, yeri dəyişdirilən uzun ölmülü və iri qabaritli yükün (armatur bağlamanın) çevrilməsini və ya sürüşməsini istisna edən tədbirlər görülmədiyinə və yükün uzaqda dayanmaqla tənzimlənməsi üçün müvafiq uzunluqda qarmaq və ya dartıcı burazlar tətbiq etmədiyinə görə ehtiyatsızlıqdan fəhlə vəzifəsində işləyən X1 üzərinə armatur bağlaması düşməsi nəticəsində az-ağır xəsarət almasına səbəb olmuşdur. Məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumatlandırılmasına baxmayaraq, tərəflər məhkəməyə gəlməmiş və məhkəməyə işə baxılmanın təxirə salınması barədə vəsatət verilməmişdir. Məhkəmə, qanunvericiliyin tələblərini rəhbər tutaraq, tərəflərin iştirakı olmadan işə baxılmanı mümkün hesab etmişdir. Məhkəmə iş üzrə toplanmış sübutların və onların məcmusunu tam, hərtərəfli və obyektiv baxılmasına əsaslanmaqla belə nəticəyə gəlir ki Şəxs İXM-in 198.3-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanın törətməsi inzibati xəta haqqında protokol və ona əlavə edilmiş digər sübutlarla tam sübuta yetirilmiş və onun əməli düzgün olaraq həmin Məcəllənin 198.3-cü maddəsi ilə tövsif edilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin “Əmək təhlükəsizliyinin tədqiqi”nə dair 20 dekabr 2024-cü il tarixli 10/9303 ekspert rəyindən görünür ki: - "xxxx" MMC-yə məxsus satış obyektində (iş sahəsində) kranlarla aparılan işlərin icrasına cavabdeh şəxs təyin olunmadığına (cavabdeh şəxsin iştirakı və rəhbərliyi ilə aparılmadığına), kranla yükün yerdəyişməsi (bağlanması, açılması, yerləşdirilməsi) işinə xüsusi (ilməkçi peşəsi üzrə) təhsili olmayan və bilik səviyyələri ixtisas komissiyası tərəfindən yoxlanılmamış işçilər cəlb edildiyinə, yüklərin yerdəyişməsi zamanı ilməkçi işini yerinə yetirən fəhlənin yükün bilavasitə yaxınlığında olmasına yol verildiyinə, yeri dəyişdirilən yükün çevrilməsini və ya sürüşməsini istisna edən tədbirlər görülmədiyinə, uzun ölçülü və iri qabaritli yükün (armatur bağlamanın) yerləşdirilməsi üçün müvafiq uzunluqlu qarmaq və ya dartıcı burazlar tətbiq olunmadığına görə baş vermiş hadisə ilə əlaqədar “Yükqaldırıcı kranların quruluşu və təhlükəsiz istismarı qaydaları”nın 9.4.4, 9.4.11, 9.4.16, 9.4.19, 9.5.12, 9.5.18, 9.5.19 bəndlərinin tələbləri pozulmuşdur və bu da hadisənin təşkilati və texniki səbəbi olmuşdur; - Satış obyektində (iş sahəsində) əmrlə kranlarla aparılan işlərin icrasına cavabdeh şəxs təyin olunmadığına (cavabdeh şəxsin iştirakı və rəhbərliyi ilə aparılmadığına), kranla yükün yerdəyişməsi (bağlanması, açılması, yerləşdirilməsi) işinə xüsusi (ilməkçi peşəsi üzrə) təhsili olmayan və bilik səviyyələri ixtisas komissiyası tərəfindən yoxlanılmamış işçilər cəlb edildiyinə görə “Yükqaldırıcı kranların quruluşu və təhlükəsiz istismarı qaydaları”nın 9.4.4, 9.4.11, 9.4.14, 9.4.16, 9.4.19, 9.5.12 bəndlərinin tələbləri "xxxx" MMCnin rəhbəri tərəfindən pozulmuşdur və bu da hadisənin təşkilati səbəbi olmuşdur; - Kranla yüklərin yerdəyişməsi zamanı ilməkçi işini yerinə yetirən fəhlənin yükün bilavasitə yaxınlığında olmasına yol verildiyinə, yeri dəyişdirilən uzun ölçülü və iri qabaritli yükün (armatur bağlamanın) çevrilməsini və ya sürüşməsini istisna edən tədbirlər görülmədiyinə və yükün uzaqda dayanmaqla tənzimlənməsi üçün müvafiq uzunluqda qarmaq və ya dartıcı burazlar tətbiq olunmadığına görə “Yükqaldırıcı kranların quruluşu və təhlükəsiz istismarı qaydaları”nın 9.5.18, 9.5.19 bəndələrinin tələbləri "xxxx" MMC-yə məxsus satış obyektində briqadir vəzifəsində işləməklə aparılan işlərə ümumi nəzarəti həyata keçirən Şəxs tərəfindən pozulmuşdur və bu da hadisənin bilavasitə texniki səbəbi olmuşdur. İş materiallarında olan "xxxx" MMC ilə Şəxs arasında bağlanmış “Əmək müqaviləsi”ndən görünür ki, Şəxs həmin müəssisədə briqadir vəzifəsində çalışır. İş materiallarında olan və "xxxx" MMC-nin direktoru tərəfindən təsdiq edilmiş “Vəzifə Təlimatı”ndan görünür ki, işçilərə iş öncəsi təhlükəsizlik və görüləcək işlər haqqında təlimat vermək, fəhlələri işin təhlükəsizliklə yerinə yetirilməsi metodları ilə tanış etmək, bilavasitə iş yerlərində onları təlimatlandırmaq və bu barədə fəhlələrin təlimat keçməsi üzrə xüsusi jurnalda qeydlər aparmaq, texnoloji ləvazimatların, (taxta-şalban, ayaqaltılar və digər qurğular) tikinti maşınları, nəqliyyat vasitələri və işçilərin qoruyucu vasitələrinin təyinatına uyğun istifadə edilməsini təmin və nəzarət etmək, tabeliyində olan işçilərin iş sahəsinə tikinti norma və qaydalarına uyğun xüsusi geyim, xüsusi ayaqqabı və digər fərdi mühafizə vasitələri ilə daxil olmasına nəzarət etmək briqadirin vəzifələrinə aid edilmişdir. Məhkəmə, Şəxs istinad edilən və inzibati məsuliyyətə səbəb olan əmələ inzibati xətalar qanunvericiliyin sübutlar və sübutetmə ilə bağlı müddəaları baxımından yanaşaraq hesab edir ki, məhkəmə araşdırmalarında tədqiq edilmiş sübutlar həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına görə sübut kimi qəbul ediləndir, sübutların hüquqi qüvvəsini şübhə altına alan hallar yoxdur və sübutların məcmusu Şəxs istinad edilən inzibati məsuliyyətə səbəb olan əmələ qiymət verilməsi baxımından kifayət edir. Qeyd olunanlara əsasən məhkəmə belə qənaətə gəlir ki, Şəxs hərəkətlərinə münasibətdə əməlin inzibati xəta olmasını aradan qaldıran hallar, həmçinin inzibati məsuliyyətdən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, Şəxs təqsiri tam sübuta yetirildiyinə görə inzibati məsuliyyətinə cəlb edilməli və tənbeh edilməlidir. Məhkəmədə, Şəxs məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran hallar müəyyən edilməmişdir. İXM-in 2-ci maddəsinə əsasən Azərbaycan Respublikasının inzibati xətalar qanunvericiliyin vəzifələri insan və vətəndaş hüquqlarını və azadlıqlarını, onun sağlamlığını, əhalinin sanitariya-epidemioloji salamatlığını, ictimai mənəviyyatı, mülkiyyəti, şəxslərin iqtisadi maraqlarını, ictimai qaydanı və ictimai təhlükəsizliyi, ətraf mühiti, idarəçilik qaydalarını qorumaqdan, qanunçuluğu möhkəmləndirməkdən və inzibati xətaların qarşısını almaqdan ibarətdir. İXM-in 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan (hərəkət və hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir. İXM-in 9.1-ci maddəsinə əsasən inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına uyğun, qanuni və əsaslı olmalıdır. İXM-in 21-ci maddəsində təsbit edilmişdir ki, inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. İXM-in 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, inzibati xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakterizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. İXM-nin 55.2-ci maddəsinə əsasən fiziki şəxslər barəsində inzibati xətalar haqqında işlər üzrə məsrəflər dövlət hesabına ödənilir. Beləliklə, məhkəmə inzibati xətanın xarakterini, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakterizə edən halları, onun təqsirinin dərəcəsini, əmlak vəziyyətini, məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran halların olmamasını nəzərə alaraq hesab edir ki, Şəxs İXM-in 198.3-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək barəsində həmin maddənin sanksiyası həddində cərimə növündə inzibati tənbeh tədbiri tətbiq edilməlidir. Göstərilənlərə əsasən və İXM-in 17, 40, 43, 48-51, 55.2, 110, 114-117, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə R A R A A L D İ: Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 198.3-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinib, 1500 (min beş yüz) manat məbləğində inzibati cərimə edilsin. İş üzrə aparılmış ekspertiza tədqiqatının dəyəri olan 102 (yüz iki) manat dövlət büdcəsi hesabına Məhkəmə Ekspertizası Mərkəzinin (X2 KOD 210005, VÖEN **********, Müxbir hesab AZ41NABZ ******************** S.W.İ.F.T. BİK CTREAZ 22, Məhkəmə Ekspertizası Mərkəzi VÖEN ********** hesab AZ34CTRE********************) hesabına köçürülsün. Qərarın surəti, rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 129-cu maddəsində müəyyən edilmiş qaydada Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Samir Nəsibov
Məhkəmə qərarları › İş №3(001)-551/2025
Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qərar — İş №3(001)-551/2025
27.01.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver