Məhkəmə qərarları › İş №3(001)-552/2021

Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qərar — İş №3(001)-552/2021

04.02.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(001)-552/2021 04.02.2021 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin hakimi Tağıyev Vüsal Adıgözəl oğlunun sədrliyi, məhkəmənin məsləhətçisi (məhkəmə iclas katibi) Mirzəyev Anar Əkrəm oğlunun katibliyi, Bakı şəhər Nərimanov rayon İcra və Probasiya şöbəsinin icra məmuru Əliyev Azər Söhrab oğlunun, Şəxs nümayəndəsi X1 iştirakı ilə, Şəxs qanuni təmsilçisi X7 barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin (bundan sonra – İXM) 528.1-ci maddəsi ilə tərtib edilmiş inzibati xəta haqqında protokola dair toplanmış materiala məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: Bakı şəhər Nərimanov rayon İcra və Probasiya şöbəsi tərəfindən Şəxs qanuni təmsilçisi X7 barəsində İXM-in 528.1-ci maddəsi ilə tərtib edilmiş xx.xx.2019-cu il tarixli, MN ******* nömrəli inzibati xəta haqqında protokol əsasında toplanmış material Bakı şəhəri Nərimanov Rayon Məhkəməsi tərəfindən aidiyyəti baxılması üçün məhkəməyə göndərilmişdir. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli, 3(001)-340/2020 nömrəli qərarı ilə Şəxs qanuni təmsilçisi X7 İXM-in 528.1-ci maddəsi ilə təqsirli bilinərək, 1200 (bir min iki yüz) manat məbləğində inzibati qaydada cərimə edilmişdir. Şəxs qanuni təmsilçisi X7 tərəfindən Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli, 3(001)-340/2020 nömrəli qərarından verilmiş apelyasiya şikayəti əsasında inzibati xəta haqqında material xx.xx.2020-ci il tarixdə Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir. Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2020-ci il tarixli, 3(103)-2287/2020 nömrəli qərarı ilə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli, 3(001)- 340/2020 nömrəli qərarı ləğv edilərək işə yenidən baxılması üçün material Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinə göndərilmişdir. Məhkəmə iclasında Bakı şəhər Nərimanov rayon İcra və Probasiya şöbəsinin icra məmuru Əliyev Azər Söhrab oğlu bildirmişdir ki, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin xx.xx.2017-ci il tarixli, 2(005)-2685/2017 nömrəli icra sənədinə əsasən borclu Şəxsndən 3156 manat pulun və ödənilmiş 30 manat dövlət rüsumunun tutularaq X6 ödənilməsi qət edilmişdir. Şəxs barəsində tərtib edilmiş protokolda cəmiyyət tərəfindən cəmi 3186 manat pulun tam şəkildə ödənilmədiyini göstərmişdir. Çünki cəmiyyət tərəfindən qeyd olunan məbləğ tələbkara hissə-hissə ödənilmiş və hazırda cəmiyyətin 1840 manat borcu qalmışdır. Lakin buna baxmayaraq cəmiyyət tərəfindən müxtəlif bəhanələr gətirilmiş və borcun qalan hissəsinin hissə-hissə ödəniləcəyi barədə vədlər verilmiş. Hazırkı vaxtadək isə Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin xx.xx.2017-ci il tarixli, 2(005)-2685/2017 nömrəli icra sənədi tam icra edilməmişdir. Ona görə də, məhkəmədən Şəxs qanuni təmsilçisi X2 inzibati qaydada məsuliyyətə cəlb edilməsini xahiş etmişdir. Məhkəmə iclasında Şəxs nümayəndəsi X3 bildirmişdir ki, Bakı şəhər Nərimanov rayon İcra və Probasiya şöbəsi tərəfindən Şəxs qanuni təmsilçisi X7 barəsində İXM-in 528.1-ci maddəsi ilə tərtib edilmiş xx.xx.2019-cu il tarixli, MN ******* nömrəli inzibati xəta haqqında protokol əsassızdır. Belə ki, onlar icra sənədi əsasında olan borcu ödəməkdən yayınmamışlar və hissə-hissə ödəniş etmişlər. Hazırda qalıq borcu da hissə-hissə icra etməyə hazırdırlar. Bundan başqa Şəxs qanuni təmsilçisi X2 əməlində İXM-in 528.1-ci maddəsi ilə inzibati xəta tərkibi olsa belə, inzibati tənbeh vermə ilə bağlı müddət keçdiyindən başlanmış inzibati xəta haqqına iş üzrə icraata xitam verilməlidir. Ona görə də, məhkəmədən Şəxs qanuni təmsilçisi X7 barəsində olan iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Məhkəmə, proses iştirakçılarının fikirlərini dinləyib, iş materiallarını hərtərəfli və əhatəli şəkildə tədqiq edərək belə nəticəyə gəlir ki, Şəxs qanuni təmsilçisi X2 əməlində İXM-in 528.1-ci maddəsinin tərkibi olsa da, onun məsuliyyətə cəlb etmə müddəti keçdiyindən inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Belə ki, məhkəmədə tədqiq edilmiş və işdə olan Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin xx.xx.2017-ci il tarixli, 2(005)-2685/2017 nömrəli icra sənədindən görünür ki, Şəxs Biznes Mərkəzindən 3156 manat pulun və ödənilmiş 30 manat dövlət rüsumunun X4 xeyrinə tutulması qət edilmişdir. Məhkəmədə tədqiq edilmiş və işdə olan xx.xx.2019-cu il tarixli, MN ******* nömrəli inzibati xəta haqqında protokoldan görünür ki, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin xx.xx.2017-ci il tarixli, 2(005)-2685/2017 nömrəli icra sənədinə əsasən 3186 manat pul tələbi Şəxs rəhbəri tərəfindən qərəzli şəkildə tələbkara ödənilməmişdir. Məhkəmədə tədqiq edilmiş və işdə olan ödəniş qəbzlərindən və aktdan görünür ki, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin xx.xx.2017-ci il tarixli, 2(005)-2685/2017 nömrəli icra sənədi üzrə ümumilikdə 3186 manat olan borcdan 2640 manat dəyərində olan əmlak üzərinə həbs qoyulmuş qalan məbləğ isə ödənilmişdir. İXM-in 528.1-ci maddəsinə əsasən məhkəmə və ya digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərinin yerinə yetirilməməsinə və ya icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə borclunu müəyyən hərəkətləri etməyə və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə məcbur edən icra sənədinin üzrsüz səbəbdən icra edilməməsinə görə məsuliyyət nəzərdə tutulmuşdur. Yuxarıda qeyd olunan iş materiallarından və müvafiq qanunvericiliyin tələblərindən göründüyü kimi, Şəxs qanuni təmsilçisi X7 tərəfindən Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin xx.xx.2017-ci il tarixli, 2(005)-2685/2017 nömrəli icra sənədi üzrə ümumilikdə 3186 manat olan borcdan hissə-hissə ödənilmiş, hazırda cəmiyyətin 1840 manat borc qalmışdır. Bununla yanaşı, həmin borc 2017-ci il tarixdən hazırkı vaxtadək tamamilə icra edilməmişdir ki, bu da sözügedən icra sənədinin icra olunması məqsədi ilə icra məmurunun qanuni tələblərinin üzrsüz səbəbdən icra olunmamasını göstərir. Məhkəmə hesab edir ki, qeyd olunan hal Şəxs qanuni təmsilçisi X2 əməlində İXM-in 528.1-ci maddəsinin tərkib əlamətlərinin olmasına dəlalət edir. Digər tərəfdən qeyd edilməlidir ki, Şəxs qanuni təmsilçisi X2 əməlində İXM-in 528.1ci maddəsinin tərkib əlamətləri olsa belə, sonuncu barəsində xx.xx.2019-cu il tarixli, MN ******* nömrəli inzibati xəta haqqında protokol tərtib edilmiş və həmin vaxtdan hazıradək 1 ildən artıq müddət keçmişdir. Bu isə onu göstərir ki, şəxsin əməlində İXM-in 528.1-ci maddəsi ilə inzibati xəta tərkibi olsa belə, qeyd olunan inzibati xəta haqqında protokol üzrə həmin əmələ görə, yəni inzibati xətanın törədildiyi gündən 3 aydan artıq müddət keçdiyindən Şəxs qanuni təmsilçisi X7 inzibati məsuliyyətə cəlb edilə bilməz. Belə ki, İXM-in 38.1-ci maddəsinə əsasən inzibati tənbeh inzibati xətanın törədildiyi gündən ən geci üç ay keçənədək verilə bilər. Yol hərəkəti qaydaları, gömrük qaydaları, ətraf mühitin qorunması qaydaları, xarici dövlətlərin qeyri-hökumət təşkilatlarının filial və ya nümayəndəliklərinin fəaliyyət göstərməsi qaydaları, qrant müqavilələrinin (qərarlarının) qeydə alınması qaydaları, eləcə də maliyyə, vergilərin və rüsumların ödənilməsi qaydaları əleyhinə olan inzibati xətalara görə, habelə hüquqi şəxslərin dövlət reyestri üçün zəruri məlumatların verilməməsinə, hüquqi şəxslərin dövlət qeydiyyatı zamanı yanlış məlumatların verilməsinə, qeyri-hökumət təşkilatları haqqında, həmçinin dərman vasitələri haqqında və cinayət yolu ilə əldə edilmiş pul vəsaitlərinin və ya digər əmlakın leqallaşdırılmasına və terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizə haqqında qanunvericiliyin, habelə əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin Azərbaycan Respublikasında olması və yaşaması qaydalarının pozulmasına, xırda talamaya görə inzibati tənbeh inzibati xətanın törədildiyi gündən ən geci bir il keçənədək verilə bilər. Məhkəmə qeyd etməyi zəruri hesab edir ki, İXM-in 528.1-ci maddəsi həmin Məcəllənin “İdarəçilik qaydaları əleyhinə olan inzibati xətalar” adlı 39-cu fəslinə aid olmaqla sözügedən inzibati xətaya görə inzibati məsuliyyətə cəlb etmə müddətinin yuxarıda göstərilən İXM-in 38.1-ci maddəsinin üç aylıq hissəsinə daxil olduğunu göstərir. Ona görə də, məhkəmə Şəxs qanuni təmsilçisi X7 barəsində olan inzibati xəta haqqında işin icraatına xitam verilməsi qənaətinə gəlmişdir. İXM-in 53.0.6-cı maddəsinə əsasən həmin Məcəllənin 38-ci maddəsində nəzərdə tutulmuş müddətlər başa çatdıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. İXM-in 105.1-ci maddəsinə əsasən, həmin Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri olduqda, icraatında inzibati xəta haqqında iş olan hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir. İXM-in 114.2.1-ci maddəsinə əsasən, bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulan hallardan biri mövcud olduqda inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar çıxarılır. Beləliklə, məhkəmə hesab edir ki, Şəxs qanuni təmsilçisi X7 Bakı şəhər Nərimanov rayon İcra və Probasiya şöbəsi tərəfindən tərtib edilmiş xx.xx.2019-cu il tarixli, MN ******* nömrəli inzibati xəta haqqında protokol üzrə İXM-in 528.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinməli, barəsində inzibati tənbeh tətbiq edilməsi üçün müddət keçdiyindən inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Yuxarıda göstərilənlərə əsasən və İXM-in 38, 43, 53, 105, 114-115, 117, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: Şəxs qanuni təmsilçisi X7 Bakı şəhər Nərimanov rayon İcra və Probasiya şöbəsi tərəfindən tərtib edilmiş xx.xx.2019-cu il tarixli MN ******* nömrəli inzibati xəta haqqında protokol üzrə Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinsin. İnzibati xəta törətmiş Şəxs qanuni təmsilçisi X5 inzibati tənbeh tətbiq edilməsi üçün müddət keçdiyindən inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 129-cu maddəsində müəyyən edilmiş qaydada Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Vüsal Tağıyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar