Məhkəmə qərarları › İş №3(001)-552/2025

Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qərar — İş №3(001)-552/2025

13.01.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(001)-552/2025 13.01.2025 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin hakimi Tağıyev Vüsal Adıgözəl oğlunun sədrliyi, məhkəmənin məsləhətçisi (məhkəmə iclas katibi) Almazov Pərviz Məhərrəm oğlunun katibliyi, inzibati xəta haqqında protokol tərtib etmiş şəxs Bakı şəhəri Binəqədi RPİ-nin 6-cı PB-nin polis sahə inspektoru, polis kapitanı X3, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakları ilə, xx.xx.1985-ci il tarixdə Ağdərə rayonunda doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, himayəsində 1 azyaşlı uşağı olan, orta təhsilli, işləməyən, Tərtər rayonu, Əskipara kəndində qeydiyyatda olmaqla, ünvan 1 ünvanında yaşayan, Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin (bundan sonra - İXM) 535.1-ci maddəsi ilə tərtib edilmiş inzibati xəta haqqında protokol əsasında toplanmış materiala məhkəmənin binasında, açıq məhkəmə iclasında baxıb, məhkəmə müəyyən etdi: Məhkəmənin icraatına Bakı şəhəri Binəqədi RPİ-nin 6-cı PB tərəfindən Şəxs barəsində İXM-in 535.1-ci maddəsi ilə tərtib edilmiş xx.xx.2025-ci il tarixli, MN ******* nömrəli inzibati xəta haqqında protokol əsasında toplanmış material daxil olmuşdur. Məhkəmə iclasında inzibati xəta haqqında protokol tərtib etmiş şəxs Bakı şəhəri Binəqədi RPİ-nin 6-cı PB-nin polis sahə inspektoru, polis kapitanı X6 izahat verərək bildirmişdir ki, 12 yanvar 2025-ci il tarixdə Şəxs sərnişin qismində əyləşdiyi avtomobilə saxla işarəsi verilmiş, lakin sürücü tabesizlik göstərərk avtomobili saxlamamış, qaçmağa cəhd göstərmişdir. Həmin avtomobilin YPX inspektorları tərəfindən saxlanıldıqdan həm sürücü, həm də Şəxs YPX inspektorları ilə mübahisə edərək avtomobilin saxlanılmasına etiraz etmişlər. YPX inspektorları onlara sakit olmalarını bildirsələr də, öz hərəkətlərini davam etdirmiş, nalayiq söyüşlər göstərərək YPX inspektorlarının qanuni tələblərinə tabe olmamışlar. YPX inspektorları tərəfindən əraziyə Binəqədi RPİ-nin PPXB-nin əməkdaşları çağırıldıqdan sonra hər iki şəxs Binəqədi RPİ-nin 6-cı polis bölməsinə gətirilmişlər. Bölmədə Şəxs izahatı alınaraq barəsində İXM-in 535.1-ci maddəsi ilə inzibati xəta haqqında protokol tərtib edilmişdir. Odur ki, məhkəmədən Şəxs inzibati qaydada məsuliyyətə cəlb olunmasını xahiş etmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs izahatında bildirmişdir ki, 12 yanvar 2025-ci il tarixdə saat 23:30 radələrində rəfiqəsi Amidə Kərimova tərəfindən idarə edilən avtomobildə Binəqədi rayonu, Biləcəri qəsəbəsində hərəkətdə olarkən YPX isnpektorları avtomobili saxlamış və sürücü Amidə Kərimovaya avtomobildə qanunsuz olaraq “led” işıqlar quraşdırıldığını bildirmişdir. YPX inspektoru idarə etdiyi avtomobillə onların arxasınca gəldiyindən Amidə Kərimovanın idarə etdiyi avtomobilin ön hissəsinə “led” işıqların quraşdırılmasını görə bilməzdir. Bu səbəbdən Amidə və o, YPX inspektoruna etiraz etmiş, aralarında mübahisə yaranmışdır. Lakin həmin vaxt nə o, nə də ki, rəfiqəsi YPX inspektorlarını təhqir etməmiş, tabesizlik göstərməmişdir. YPX inspektoru onun əlindən mobil telefonunu almaq istəmiş, o, imtina etdikdə, zorla telefonunu əlindən almışdır. O, da YPX inspektorlarına etiraz edərək mübahisə etmişdir. Bunda sonra YPX inspektorları köməyə polis əməkdaşlarını çağırmış və onları polis şöbəsinə aparmışlar. Polis şöbəsində izahatı alınaraq barəsində İXM-in 535.1-ci maddəsi ilə inzibati xəta haqqında protokol tərtib olunmuşdur. Hazırda əməlindən peşman olduğunu bildirib, məhkəmədən barəsində yüngül inzibati tənbeh tətbiq edilməsini xahiş etmişdir. Məhkəmə iclasında şahid Bakı şəhəri Binəqədi RPİ-nin DYPŞ-nin yol patrul xidməti baş inspektoru, polis baş leytenantı X4 izahatında bildirmişdir ki, 12 yanvar 2025-ci il tarixdə YPX inspektoru Sərxan Kərimovla birlikdə Binəqədi rayonu, Biləcəri qəsəbəsində xidmətdə olarkən **-CX-*** dövlət qeydiyyat nişanlı, “İnfinity” markalı avtomobildə duman işıqları yerində “led” işıqların quraşdırıldığını görüb, sürücüyə saxla işarəsi vermişlər. Lakin adını sonradan bildiyi sürücü Amidə Kərimova avtomobili saxlamyaraq, manevr qaydalarını pozmaqla uzaqlaşıb, məsuliyyətdən qaçmağa cəhd göstərmişdir. Buna baxmayaraq həmin avtomobili saxlamış, sürücüyə qayda pozuntusunu izahat etmişlər. Həmin vaxt sürücü və sərnişin Şəxs onlarla mübahisə etməyə başlamış, onların ünvanına nalayiq ifadələr işlətmişdir. Onlar dəfələrlə Amidə Kərimovaya və Aygün Qədmalıyevaya sakit olmalarını bildisələr də sonuncular öz hərəkətlərini davam etdirmişlər. Amidə Kərimova və Şəxs onların qanuni tələblərinə tabe olmadıqlarına görə köməyə PPXB-nin əməkdaşlarını çağırmışlar. Bundan sonra Amidə Kərimova və Şəxs 6-cı polis bölməsinə aparılmışdır. Onlar da polis şöbəsinə gedib baş vermiş hadisə ilə bağlı raport yazmışlar. Məhkəmə iclasında şahid Bakı şəhəri Binəqədi RPİ-nin DYPŞ-nin yol patrul xidməti inspektoru, polis serjantı X7 digər şahid X4 ilə oxşar məzmunda izahat verərək, sonuncunun göstərdiyi xüsusatları təsdiq etmişdir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: xx.xx.2025-ci il tarixli raportdan görünür ki, Şəxs Binəqədi RPİ-nin DYPŞ-nin YPX inspektorlarının qanuni tələblərinə qəsdən tabe olmadığı üçün Binəqədi RPİ-nin 4-cü polis şöbəsinə gətirilmiş, barəsində raport tərtib olunmuşdur. xx.xx.2025-ci il tarixli, AZA 019101 nömrəli inzibati qaydada tutma haqqında protokoldan görünür ki, Şəxs 13 yanvar 2025-ci il tarixdə, saat 01:30-da inzibati qaydada tutularaq növbətçi hissəyə təhvil verilmişdir. xx.xx.2025-ci il tarixli, MN ******* nömrəli inzibati xəta haqqında protokoldan görünür ki, Şəxs 13 yanvar 2025-ci il tarixdə Binəqədi rayonu, Biləcəri qəsəbəsi, Natavan küçəsində YPX inspektorlarının qanuni tələblərinə qəsdən tabe olmayaraq İXM-in 535.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətmişdir. Elektron Məhkəmə İnformasiya Sistemindən görünür ki, Şəxs himayəsində xx.xx.2015-ci il təvəllüdlü X1 adlı bir azyaşlı uşağı var. Məhkəmə, proses iştirakçılarını dinləyib, inzibati xəta haqqında iş materiallarını nəzərdən keçirərək hesab edir ki, Şəxs barəsində Binəqədi RPİ-nin 6-cı PB tərəfindən İXM-in 535.1-ci maddəsi ilə tərtib edilmiş inzibati xəta haqqında protokol əsaslıdır. Belə ki, istər məhkəmə iclasında tədqiq edilmiş sübutlarla, istərsə də barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs məhkəmə iclasında verdiyi etiraf edici izahatı ilə onun İXM-in 535.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməsi tam sübuta yetirilmişdir. İXM-in 2-ci maddəsinə əsasən Azərbaycan Respublikasının inzibati xətalar qanunvericiliyin vəzifələri insan və vətəndaş hüquqlarını və azadlıqlarını, onun sağlamlığını, əhalinin sanitariya-epidemioloji salamatlığını, ictimai mənəviyyatı, mülkiyyəti, şəxslərin iqtisadi maraqlarını, ictimai qaydanı və ictimai təhlükəsizliyi, ətraf mühiti, idarəçilik qaydalarını qorumaqdan, qanunçuluğu möhkəmləndirməkdən və inzibati xətaların qarşısını almaqdan ibarətdir. İXM-in 3-cü maddəsinə əsasən yalnız həmin Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. İXM-in 4-cü maddəsinə əsasən bu məcəllə insan və vətəndaş hüquqlarına və azadlıqlarına hörmət edilməsi, qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirsizlik prezumpsiyası, ədalətlilik və inzibati xətaların qarşısının alınması prinsiplərinə əsaslanır. İXM-in 9.1-ci maddəsinə əsasən inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. İXM-in 12.1-ci maddəsinə əsasən həmin Məcəllə ilə qorunun ictimai münasibətlərə qəsd edən, hüquqa zidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıqdan törədilən) inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və hərəkətsizlik) inzibati xəta hesab olunur. İXM-in 21-ci maddəsində göstərilir ki, inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. İXM-in 31.1-ci maddəsinə əsəsən inzibati xətaya görə tənbeh İnzibati Xətalar Məcəlləsinə uyğun olaraq tətbiq edilir. İXM-in 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, inzibati xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakterizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. İXM-in 31.4-1-ci maddəsinə əsasən inzibati qaydada tutulmuş şəxs barəsində inzibati həbs istisna olmaqla tətbiq edilən digər inzibati tənbehin həddi, bu Məcəllənin Xüsusi hissəsində inzibati xətanın törədilməsinə görə müəyyən edilən inzibati tənbehin yuxarı həddinin dörddə üçündən çox ola bilməz. Məhkəmə, İXM-in 32.1.1-ci maddəsinə əsasən Şəxs səmimi peşmançılığını və İXMin 32.1.3-cü maddəsinə əsasən himayəsində azyaşlı uşağının olmasını onun məsuliyyətini yüngülləşdirən hal kimi nəzərə alır. Məhkəmədə, Şəxs əməlində İXM-in 33-cü maddəsində nəzərdə tutulmuş məsuliyyəti ağırlaşdıran hallar müəyyən edilməmişdir. İXM-in 535.1-ci maddəsinə əsasən polis işçisi və ya hərbi qulluqçu ictimai qaydanın mühafizə vəzifələrini icra edərkən, onların qanuni tələblərinə qəsdən tabe olmamağa görə fiziki şəxslər iki yüz manat məbləğində cərimə edilir və ya işin halları və pozuntu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət hesab edilmədikdə bir ayadək müddətə inzibati həbs tətbiq olunur. Məhkəmə, Şəxs şəxsiyyətini, məsuliyyətini yüngülləşdirən halların olmasını və məsuliyyətini ağırlaşdıran halın olmamasını, törətmiş olduğu inzibati xətanın xarakterini, inzibati tənbehin məqsədlərinə nail olmasını nəzərə alaraq hesab edir ki, Şəxs İXM-in 535.1-ci maddəsi ilə təqsirli bilinərək, barəsində inzibati cərimə növündə tənbeh təyin edilməlidir. Məhkəmə, Şəxs şəxsiyyətini, məsuliyyətini yüngülləşdirən halların olmasını, məsuliyyətini ağırlaşdıran halın olmamasını, törətmiş olduğu inzibati xətanın xarakterini, inzibati tənbehin məqsədlərinə nail olmasını və inzibati qaydada tutulmasını nəzərə alaraq hesab edir ki, Şəxs İXM-in 535.1-ci maddəsi ilə təqsirli bilinərək, barəsində təqsirli bilindiyi maddənin sanksiyasında müəyyən edilən inzibati cərimə növündə tənbehin dörddə üçündən çox olmayan məbləğdə inzibati cərimə növündə tənbeh təyin edilməli və dərhal məhkəmə iclas zalından azad edilməlidir. Qeyd olunanları nəzərə alaraq və İXM-in 40, 43, 48, 48-51, 61, 73, 114, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinib, 150 (bir yüz əlli) manat məbləğində inzibati cərimə edilsin. Şəxs dərhal məhkəmə iclas zalından azad edilsin. Qərarın surəti rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 129-cu maddəsində müəyyən edilmiş qaydada Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim: Vüsal Tağıyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar