Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(001)-553/2021 17.02.2021 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Hakim Məmmədov Vüqar Nemət oğlunun sədirliyi, Məhkəmə iclas katibi Almazov Pərviz Məhərrəm oğlunun katibliyi, Şəxs MMC-nin Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 347-ci maddəsi ilə müəyyən olunmuş inzibati xətanı törətməsinə dair Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Bakı şəhəri Səbail RPİ-dən daxil olmuş inzibati xəta haqqında materiala Binəqədi rayon Məhkəməsinin inzibati binasında baxaraq, MÜƏYYƏN ETDİM: Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Bakı şəhəri Səbail RPİ-dən Bakı şəhəri Binəqədi rayon Məhkəməsinə baxılması üçün Şəxs MMC-nin Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 347-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair İXP ******* saylı inzibati xəta haqqında protokol daxil olmuşdur. Bakı şəhər Binəqədi Rayon Məhkəməsinin (hakim A.Rzayev) xx.xx.2020-ci il tarixli 3(001)-2681/2020 saylı qərarı ilə Şəxs MMC Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 347-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta törətməkdə təqsirli bilinərək 300 (üç yüz) məbləğində inzibati qaydada cərimə edilmişdir. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli, 3(001)-2681/2020 saylı sözügedən qərarından barəsində inzibati xəta haqqında iş üzrə qərar çıxarılmış hüquqi şəxs Şəxs MMC apellyasiya qaydasında şikayət verərək həmin qərarın ləğv edilməsini və inzibati iş üzrə icraata xitam verilməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir. Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2020-ci il tarixli 3(103)-2057/2020 saylı qərarı Şəxs MMC tərəfindən verilmiş şikayət qismən təmin edilmiş, Şəxs MMC-nin Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli, 3(001)-2681/2020 saylı qərarı ləğv edilərək iş yenidən baxılması üçün həmin məhkəməyə göndərilməsi qərara alınmışdır. İnzibati xəta haqqında material xx.xx.2021-ci il tarixində yenidən Binəqədi Rayon Məhkəməsinin icraatına daxil olmuşdur. İnzibati xəta haqqında protokol onunla əsaslandırılmışdır ki, Şəxs MMC tərəfindən xx.xx.2020-ci il tarixdə qəbul edilmiş sorğuya əsasən mülkiyyətində olan nəqliyyat vasitəsinə («MİTSUBİSHİ L200” markalı, ** AV *** dövlət qeydiyyat nişanlı) dair inzibati xəta törətmiş fiziki şəxs barəsində məlumatı 5 gün müddətində sorğu göndərmiş Səbail RPİ-nin YPŞ-nə göndərməmişdir. Bununla da Şəxs MMC tərəfindən Azərbaycan Respublikası İXM-nin 347-ci maddəsinin tələbləri pozulmuş və xx xxxx 2020-ci il tarixdə MMC barəsində İXP ******* saylı inzibati xəta haqqında protokol tərtib olunmuşdur. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Bakı şəhəri Səbail RPİ-yə inzibati xəta haqqında işə baxılmasının vaxtı və yeri barədə qanunla müəyyən olunmuş qaydada məlumat verilmiş, lakin İdarənin nümayəndəsi məhkəməyə gəlməmiş, işə baxılmasının təxirə salınması haqqında vəsatət verməmişlər. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 112.1.4-cü maddəsinə əsasən inzibati xəta haqqında işə İdarənin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab edirəm. Şəxs MMC-yə tərəfindən məhkəməyə göndərilmiş etirazdan görünür ki, Şəxs MMC ilə “xxxx” MMC arasında imzalanmış xx.xx.2019-cu il tarixli 19-AİS-027 saylı icarə müqaviləsinə əsasən Şəxs MMC-nin mülkiyyətində olan “Mitsubishi L 200” markalı ** AV *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi “xxxx” MMC-yə icarəyə verilmişdir. Həmin icarə müqaviləsinin 2.16-cı bəndinə əsasən icarəçi sərəncamında olan müddətdə sürücü və operatorlar tərəfindən yol hərəkəti qaydalarının pozulması nəticəsində məsuliyyəti və tərtib olunmuş inzibati xəta haqqında protokolda müəyyən edilmiş cərimələri 7 (yeddi) gün ərzində ödəməyi öz öhdəsinə götürmüşdür. Həmçinin qeyd olunan xx.xx.2019-cu il tarixli 19-AİS-027 saylı icarə müqaviləsi qeydiyata alınması üçün Şəxs MMC-nin xx.xx.2019-cu il tarixli 273 saylı məktubu ilə rəsmi qaydada Azərbaycan Respublikası Baş Dövlət X1 xx.xx.2019-cu il tarixdə təqdim edilmişdir. Göstərilənlərə əsasən iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. İş materiallarında olan Şəxs MMC-nin xx.xx.2019-cu il tarixli, 273 saylı məktubundan görünür ki, həqiqətən MMC-nin balansında olan avtomobilin xx.xx.2019-cu il tarixli icarə müqaviləsi ilə «8 nömrəli X2 İstismarı» MMC-nin balansına verilməsi barədə məlumat xx.xx.2019-ci il tarixdə Azərbaycan Respublikası Baş Dövlət X1 göndərilmişdir. İş materiallarında olan xx.xx.2019-cu il tarixli icarə müqaviləsindən görünür ki, (“MİTSUBİSHİ L200” markalı, ** AV *** dövlət qeydiyyat nişanlı avtomobil Şəxs MMC tərəfindən «8 nömrəli X2 İstismarı» MMC-yə müvəqqəti istifadəyə verilmişdir. İcarə müqaviləsi xx.xx.2019-cu il tarixdən xx.xx.2019-cu il tarixinədək qüvvədədir. İş materiallarına əlavə edilmiş xx.xx.2020-ci tarixli, İXP ******* saylı inzibati xəta haqqında protokolda qeyd edilmişdir ki, Şəxs MMC nəqliyyat vasitəsini (mülkiyyətində və ya istifadəsində olan) inzibati xətanın törədilməsi zamanı idarə etmiş fiziki şəxs haqqında məlumatı səlahiyyətli orqanın (vəzifəli şəxsin) bu barədə sorğusu daxil olduğu vaxtdan 5 gün müddətində verməmişdir. İş materiallarında olan poçt sənədindən məlum olur ki, xx.xx.2020-ci ildə Şəxs MMC-nin nümayəndəsi “Əliyeva” soyadlı şəxs tərəfindən imza edilməklə Səbail RPİ-dən daxil olmuş məktub qəbul edilmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 347-ci maddəsinə əsasən hüquqi şəxsin mülkiyyətində və ya istifadəsində, yaxud dövlət qurumunun istifadəsində olan nəqliyyat vasitəsini inzibati xətanın törədilməsi zamanı idarə etmiş fiziki şəxs haqqında məlumatın səlahiyyətli orqanın (vəzifəli şəxsin) bu barədə sorğusu daxil olduğu vaxtdan 5 gün müddətində verilməməsinə görə vəzifəli şəxslər yüz əlli manat məbləğində, hüquqi şəxslər üç yüz manat məbləğində cərimə edilir. Həmin Məcəllənin 8.2-ci maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. Həmin Məcəllənin 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etməkdən ötrü hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 53.0.2-ci maddəsinə əsasən inzibati xəta tərkibi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. Məhkəmə prosesində müəyyən olundu ki, xx.xx.2019-ci il tarixli məktubla Azərbaycan Respublikası Baş Dövlət X1 (“MİTSUBİSHİ L200” markalı, ** AV *** dövlət qeydiyyat nişanlı avtomobilin Şəxs MMC tərəfindən «8 nömrəli X2 İstismarı» MMC-yə istifadəsinə verilməsi ilə bağlı məlumat verilmişdir. Həmçinin iş materiallarında olan Şəxs MMC ilə «8 nömrəli X2 İstismarı» MMC arasında bağlanan xx.xx.2019-cu il tarixli 19-AİS- 027 saylı icarə müqaviləsindən görünür ki, “MİTSUBİSHİ L200” markalı, ** AV *** dövlət qeydiyyat nişanlı avtomobil Şəxs MMC tərəfindən həqiqətən «8 nömrəli X2 İstismarı» MMC-nin istifadəsinə verilmişdir. Belə ki, “MİTSUBİSHİ L200” markalı, ** AV *** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü barədə məlumat «8 nömrəli X2 İstismarı» MMC tərəfindən DİN-nin DYP-nə verilməlidir. Beləliklə, Şəxs MMC-nin əməlində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 347-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xəta tərkibi müəyyən edilmədiyindən iş üzrə icraata xitam verilməsi barədə qərar qəbul edilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 43, 48, 53, 110-112, 552-ci maddələrini rəhbər tutaraq, QƏRARA ALDİM: Şəxs Açıq Səhmdar Cəmiyyətinin Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 347-ci maddəsi ilə müəyyən olunmuş inzibati xətanı törətməsinə dair Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Bakı şəhəri Səbail RPİ-dən daxil olmuş xx xxxx 2020-ci il tarixli, İXP №3394356 saylı inzibati xəta haqqında protokol üzrə icraata xitam verilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətində Bakı Apellyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. Hakim: Vüqar Məmmədov
Məhkəmə qərarları › İş №3(001)-553/2021
Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qərar — İş №3(001)-553/2021
17.02.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver