Məhkəmə qərarları › İş №3(001)-555/2023

Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qərar — İş №3(001)-555/2023

13.02.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(001)-555/2023 13.02.2023 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Hakim Ağayev Elçin Zəkəriyə oğlunun sədrliyi, Həsənzadə Fuad Fərhad oğlunun katibliyi ilə, Şikayət verən X1 iştirakı ilə, X1 Azərbaycan Respublikası DİN Baş Dövlət Yol Polis İdarəsinin TP ******* nömrəli xx.xx.2023-cü il tarixli inzibati tənbeh vermə haqqında qərarından verdiyi şikayətə baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: Şikayət verən X2 məhkəməyə müraciət edərək, Azərbaycan Respublikası DİN Baş Dövlət Yol Polis İdarəsinin TP ******* nömrəli xx.xx.2023-cü il tarixli inzibati tənbeh vermə haqqında qərarının ləğv edilməsini və iş üzrə icraata xitam verilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında X2 şikayətini onunla əsaslandırmışdır ki, Azərbaycan Respublikası DİN Baş Dövlət Yol Polis İdarəsinin TP ******* nömrəli xx.xx.2023-cü il tarixli inzibati tənbeh vermə haqqında qərarına əsasən Azərbaycan Respublikası İXM-in 329.1ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməkdə təqsirli bilinib 40 (qırx) manat cərimə edilmişdir. Halbuki o, “Hyundai Accent” minik markalı **-PH-*** dövlət qeydiyyat nişanlı avtomobili xx.xx.2022-ci ildə Binəqədi rayonu S.S.Axundov küçəsində idarə edərkən təhlükəsizlik kəmərindən istifadə etmişdir. Qeyd edilənlərə əsasən şikayətin təmin edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə rəsmi qaydada məlumatlandırılmış Azərbaycan Respublikası DİN Baş Dövlət Yol Polis İdarəsinin nümayəndəsi məhkəmə iclasında iştirak etməmişdir. Məhkəmə işə Azərbaycan Respublikası DİN Baş Dövlət Yol Polis İdarəsinin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə şikayəti iş materialları ilə əlaqəli şəkildə araşdırıb hesab edir ki, şikayət qismən əsaslı olduğundan qismən təmin edilməlidir. Belə ki, iş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: İXP ******* nömrəli xx.xx.2022-ci il tarixli X5 Protokoldan görünür ki, Azərbaycan Respublikası DİN Baş Dövlət Yol Polis İdarəsinin Yol patrul xidməti inspektoru polis kiçik serjantı X3 tərəfindən “Hyundai Accent” minik markalı **-PH-*** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü X2 barəsində Azərbaycan Respublikası İXM-in 329.1-ci maddəsi ilə protokol tərtib edilmişdir ondan ötrü ki, R.Ç.Rəsulzadə xx.xx.2022-ci ildə saat 17:08-də Binəqədi rayonu S.S.Axundov küçəsində “Hyundai Accent” minik markalı **-PH-*** dövlət qeydiyyat nişanlı avtomobili idarə edərkən təhlükəsizlik kəmərindən istifadə etməmişdir. TP ******* nömrəli xx.xx.2023-cü il tarixli İnzibati Tənbeh vermə haqqında Qərardan görünür ki, Azərbaycan Respublikası DİN Baş Dövlət Yol Polis İdarəsinin Yol patrul xidməti inspektoru polis kiçik serjantı X3 “Hyundai Accent” minik markalı **-PH-*** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü X1 Azərbaycan Respublikası İXM-in 329.1-ci maddəsi ilə təqsirli bililib 40 (qırx) manat cərimə edilməsi barədə qərar qəbul etmişdir ondan ötrü ki, R.Ç.Rəsulzadə xx.xx.2022-ci ildə saat 17:08-də Binəqədi rayonu S.S.Axundov küçəsində “Hyundai Accent” minik markalı **-PH-*** dövlət qeydiyyat nişanlı avtomobili idarə edərkən təhlükəsizlik kəmərindən istifadə etməmişdir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin: 124.2-ci maddəsinə görə İnzibati xətalar haqqında işlərə baxmaq hüququ səlahiyyətli orqana (vəzifəli şəxsə) aid edilmiş yol hərəkəti qaydaları, yol hərəkəti təhlükəsizliyinin təmin edilməsi və avtomobil yollarından istifadə qaydaları əleyhinə olan inzibati xətalar səlahiyyətli vəzifəli şəxs tərəfindən bilavasitə aşkar edildikdə və barəsində X5 iş üzrə icraat aparılan şəxs inzibati xəta hadisəsinin mövcudluğu ilə razılaşdıqda, inzibati tənbeh tətbiq etmə haqqında qərar çıxarılır. 124.3-cü maddəsinə görə barəsində X5 iş üzrə icraat aparılan şəxs inzibati xəta hadisəsinin mövcudluğu ilə razılaşmadıqda, səlahiyyətli vəzifəli şəxs X5 protokol tərtib edir. 124.4-cü maddəsinə görə İnzibati tənbeh tətbiq etmə haqqında qərar və ya X5 protokol operativ nəqliyyat vasitəsində quraşdırılmış bort-kompüter vasitəsilə tərtib olunaraq dərhal, yaxud belə kompüter olmadıqda həmin günün sonunadək müvafiq icra hakimiyyəti orqanının mərkəzi informasiya sistemində yerləşdirilir və barəsində X5 iş üzrə icraat aparılan şəxsə bu Məcəllənin 125.2.1-ci maddəsində nəzərdə tutulmuş qaydada bu barədə məlumat verilir. İnzibati tənbeh tətbiq etmə haqqında qərarın və ya X5 protokolun kağız daşıyıcıda surəti səlahiyyətli orqan (vəzifəli şəxs) tərəfindən yerindəcə barəsində X5 iş üzrə icraat aparılan şəxsə, həmçinin belə müraciəti olduqda X5 iş üzrə zərər çəkmiş şəxsə verilir. Bu Məcəllənin 124.3-cü maddəsində nəzərdə tutulmuş hallarda X5 protokol baxılması üçün yuxarı səlahiyyətli orqana (vəzifəli şəxsə) göndərilir. Yuxarı səlahiyyətli orqan (vəzifəli şəxs) tərəfindən həmin iş üzrə qəbul edilən qərar qəbul edildiyi gün müvafiq icra hakimiyyəti orqanının mərkəzi informasiya sistemində yerləşdirilir və barəsində X5 iş üzrə icraat aparılan şəxsə həmin qərar barədə bu Məcəllənin 125.2-ci maddəsində nəzərdə tutulmuş qaydada məlumat verilir. İşin təsvir edilmiş hallarından göründüyü kimi X2 inzibati xəta hadisəsinin mövcudluğu ilə razılaşmamış, buna görə Azərbaycan Respublikası DİN Baş Dövlət Yol Polis İdarəsinin Yol patrul xidməti inspektoru polis kiçik serjantı X3 X5 protokol tərtib edərək baxılması üçün yuxarı səlahiyyətli orqana (vəzifəli şəxsə) göndərsə də, xx.xx.2023-cü ildə həmin işə (xx.xx.2022-ci il tarixdə tərtib etdiyi protokola) özü baxmaqla Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 124.4-cü maddəsinin tələbini pozmuşdur. Çünki, barəsində X5 iş üzrə icraat aparılan şəxs inzibati xəta hadisəsinin mövcudluğu ilə razılaşmadıqda, inzibati xəta hadisəsini bilavasitə aşkar etmiş səlahiyyətli vəzifəli şəxs tərəfindən inzibati tənbeh tətbiq etmə haqqında qərar çıxarılmasını qanun qadağan edir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin: 135.1.5-2-ci maddəsinə görə X5 iş üzrə qərarın buna səlahiyyəti çatmayan hakim və ya orqan (vəzifəli şəxs) tərəfindən qəbul edilməsi X5 iş üzrə qərarın ləğv edilməsi üçün əsasdır. 134.1-ci və 135.1.5-2-ci maddələrinə əsasən X5 iş üzrə qərardan verilən şikayət və ya protestə baxılarkən bu Məcəllənin 135.1.5-2-ci maddəsində nəzərdə tutulan hallar müəyyən olunduqda, qərarın ləğv edilməsi və işin aidiyyəti üzrə baxılmaq üçün göndərilməsi haqqında qərar qəbul edilir. Təsvir edilənlərə əsasən məhkəmə hesab edir ki, X1 Azərbaycan Respublikası DİN Baş Dövlət Yol Polis İdarəsinin TP ******* nömrəli xx.xx.2023-cü il tarixli inzibati tənbeh vermə haqqında qərarından verdiyi şikayət qismən təmin edilməli, həmin qərar ləğv edilərək X5 baxılmaq üçün yuxarı səlahiyyətli orqana (vəzifəli şəxsə) göndərilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 134-135-ci maddələrini rəhbər tutaraq QƏRARA ALDI: Şikayət qismən təmin edilsin. Azərbaycan Respublikası DİN Baş Dövlət Yol Polis İdarəsinin TP ******* nömrəli xx.xx.2023-cü il tarixli inzibati tənbeh vermə haqqında qərarı (X1 Azərbaycan Respublikası İXM-in 329.1-ci maddəsi ilə 40 (qırx) manat cərimə edilməsi barədə) ləğv edilsin, X5 iş baxılmaq üçün yuxarı səlahiyyətli orqana - Azərbaycan Respublikası DİN Baş Dövlət Yol Polis İdarəsinə göndərilsin. Qərardan rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən Elçin Ağayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar