Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 3(001)-5583/2025 04.08.2025 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Mən, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin hakimi Nəsibov Samir Nadir oğlu X1 Baş Dövlət Yol Polisi İdarəsinin 25 iyun 2025-ci il tarixli, EQ 28828914 saylı inzibati tənbeh vermə haqqında qərarından şikayətini işin baxılmasına hazırlanması mərhələsində nəzərdən keçirərək, M Ü Ə Y Y Ə N E T D İ M: X2 Baş Dövlət Yol Polisi İdarəsinin 25 iyun 2025-ci il tarixli, EQ 28828914 saylı inzibati tənbeh vermə haqqında qərarından şikayətlə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinə müraciət etmişdir. Şikayəti və əlavə edilmiş sənədləri nəzərdən keçirərək, hesab edirəm ki, şikayət baxılması üçün Kürdəmir Rayon Məhkəməsinə göndərilməlidir. Belə ki, Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin (İXM) 129.1.3-cü maddəsinə əsasən, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qərarından məhkəməyə verilən şikayət - inzibati xətanın törədildiyi yer üzrə rayon (şəhər) məhkəməsinə (bu Məcəllənin 129.1.3-1-ci maddəsində nəzərdə tutulmuş hal istisna olmaqla) verilir. Hazırki halda inzibati xəta hadisəsi Kürdəmir rayonu ərazisində törədildiyindən, həmçinin, şikayət verən şəxsin şikayətə onun yaşayış ünvanı üzrə baxılmasına dair vəsatəti mövcud olmadığından, şikayət baxılması üçün aidiyyəti məhkəməyə göndərilməlidir. İXM-nin 132.1.1-ci maddəsinə əsasən, inzibati xəta haqqında işin hakimə aid olubolmaması inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxmağa hazırlıq zamanı hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) tərəfindən həll edilir. İXM-nin 132.2-ci maddəsinə uyğun olaraq şikayətə və ya protestə baxılma hakimin səlahiyyətinə aid olmadıqda, şikayət və ya protest bütün materiallarla birlikdə aidiyyəti üzrə göndərilir. Yuxarıda göstərilənlərə əsaslanaraq və İXM-nin 132.2-ci maddəsini rəhbər tutaraq Q Ə R A R A A L D İ M: X1 Baş Dövlət Yol Polisi İdarəsinin 25 iyun 2025-ci il tarixli, EQ 28828914 saylı inzibati tənbeh vermə haqqında elektron qərarından şikayəti aidiyyəti üzrə baxılması üçün iş materialları ilə birlikdə Kürdəmir Rayon Məhkəməsinə göndərilsin. Qərardaddan şikayət verilə bilməz. Hakim Samir Nəsibov
Məhkəmə qərarları › İş №3(001)-5583/2025
Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qərardad — İş №3(001)-5583/2025
04.08.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver