Məhkəmə qərarları › İş №3(001)-5586/2024

Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qərar — İş №3(001)-5586/2024

14.10.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(001)-5586/2024 14.10.2024 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Hakim Bağırov Zamiq Rəşid oğlunun sədrliyi, Hümbətov Məmmədəli Qafqaz oğlunun katibliyi ilə, şikayət vermiş şəxs X2 iştirakları ilə, X2 Bakı Şəhər Baş Polis İdarəsinin Dövlət Yol Polisi İdarəsi tərəfindən qəbul edilmiş xx.xx.2024-cü il tarixli, TP ******* nömrəli inzibati tənbeh vermə haqqında qərardan verdiyi şikayətə baxaraq, məhkəmə müəyyən etdi: X3 Bakı Şəhər Baş Polis İdarəsinin Dövlət Yol Polisi İdarəsinin xx.xx.2024-cü il tarixli, TP ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarından şikayət verərək həmin qərarın ləğv edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. X3 şikayətini onunla əsaslandırmışdır ki, Bakı DYP-nin TP ******* saylı, xx.xx.2024-cü il tarixli inzibati tənbeh vermə haqqında qərarı ilə o qanunsuz və əsassız olaraq, İnzibati Xətalar Məcəlləsinin 327.2-ci maddəsi ilə 100 manat məbləğində cərimə edilmişdir. Əsas kimi xx.xx.2024-cü il tarixli, İXP ******* nömrəli protokol və inzibati xəta haqqında işin digər materialları götürülmüşdür. Guya xx.xx.2024-cü il tarixdə Bakı şəhəri, Binəqədi rayonu, Azadlıq pr, 15/168, GPS “40.41513xx.xx.8356559 Ts 8002” ərazidə Honda İnsight (HİBRİD) MİNİK markalı, “10LY795” dövlət qeydiyyat nişanlı maşını idarə edərkən yolayrıcını keçmə qaydalarını pozulmaqla idarə etmişdir. İdarə etdiyi avtomobillə onun barəsində çıxarılmış qərarda qeyd edilən İnzibati Xətalar Məcəlləsinin 327.2-ci maddəsində nəzərdə tutulan xətanı törətməmişdir. İnzibati protokol tərtib edilmiş ərazidə yerləşən kameraya baxış keçirilərsə, onun inzibati xəta törətmədiyi bəlli olacaqdır. Yol polisi əməkdaşı bu protokolu tərtib etdiyi zaman haqlı olduğu halda, onu günahkar çıxartmış, barəsində protokol tərtib etmişdir. Hesab edir ki, inzibati orqanın əməli qanunsuzdur və həmin qərar məhkəmə tərəfindən ləğv edilməli, DYP işçisi barəsində isə xüsusi qərar çıxarılaraq, aidiyyatı üzrə Daxili İşlər Nazirliyinə göndərilməlidir. Göstərilənlərə əsasən xx.xx.2024-cü il tarixli, TP ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarın ləğv edilməsinə dair qərar qəbul olunmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında şikayət vermiş şəxs X3 izahatında bildirmişdir ki, Bakı DYP-nin TP ******* saylı, xx.xx.2024-cü il tarixli inzibati tənbeh vermə haqqında qərarının əsassızdır, yol ayrıcından keçərkən heç bir qəza şəraiti törətməmişdir. “Qoşa Zapravka” adlanan ərazidə işıqfordan sola dönəndə yük maşınlarını gözləmiş, sonra dönmüşdür, o keçəndən 2 dəqiqə sonra 2 maşın da keçmişdir. Polis əməkdaşları yaxınlaşaraq digər iki maşını da gözləməli olduğunu bildirmiş və buna görə əsassız olaraq qərar tərtib edilmişdir. Qeyd edilənləri nəzərə alaraq barəsində tərtib edilmiş qərarın ləğv edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasının yeri və vaxtı barədə məlumat verilməsinə baxmayaraq səlahiyyətli orqanın nümayəndəsi məhkəmə iclasına gəlməmiş və məhkəməyə iclasın təxirə salınması barədə vəsatət verilməmişdir. Məhkəmə qanunvericiliyin tələblərini rəhbər tutaraq səlahiyyətli orqanın nümayəndəsi olmadan məhkəmə iclasının keçirilməsini mümkün hesab etmişdir. İş materiallarında olan və məhkəmədə tədqiq edilmiş: xx.xx.2024-cü il tarixli, TP ******* nömrəli inzibati tənbeh vermə haqqında qərardan görünür ki, X1 və ya nizamlayıcının qadağanedici işarəsi verilərkən hərəkətin davam etdirilməsinə görə İXM-nin 327.2-ci maddəsi ilə təqsirli bilinib, 100 (yüz) manat məbləğində inzibati cərimə edilmişdir. Səlahiyyətli orqanın nümayəndəsi tərəfindən məhkəməyə təqdim olunmuş diskə baxış zamanı müəyyən edilmişdir ki, diskdə videogörüntü mövcuddur. Videogörüntünün 6cı saniyəsində “Honda İnsight (HİBRİD) minik” qarşıdan gələn avtomobillərə yol verməyək markalı yolayrıcını keçir onun ardınca yol-patrul xidməti avtomobili həmin istiqamətdə hərəkət edir. Məhkəmə şikayət vermiş şəxsi dinləyib, şikayəti və materialları nəzərdən keçirərək hesab edir ki, aşağıdakı əsaslara görə şikayət təmin edilməməlidir. Belə ki, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.2-ci maddəsinə əsasən svetoforun və ya nizamlayıcının qadağanedici işarəsi verilərkən hərəkətin davam etdirilməsinə, 3.1 “Giriş qadağandır” yol nişanının tələblərinin və ya sərnişin daşıma, əks istiqamətli hərəkət zolağına çıxmaqla ötmə və ya manevr etmə, yolayrıcını keçmə qaydalarının pozulmasına, ümumi istifadədə olan nəqliyyat vasitələrinin, yaxud adamlar daşınan yük avtomobillərinin sərnişinlərlə yanacaqdoldurma məntəqəsinə daxil olmasına, 1.1, 1.3 və 1.11 üfüqi nişanlanma xətlərinin tələblərinə riayət etməyərək sola və ya geriyə dönməyə, yaxud maneəni kənardan keçməyə görə inzibati məsuliyyət müəyyən edilmişdir. “Yol hərəkəti haqqında” qanunun 76-cı maddəsinin İ bəndinə əsasən relssiz nəqliyyat vasitəsinin sürücüsü svetoforun yaşıl işığında sola və ya geriyə dönərkən, qarşıdan düzünə və ya sağa gedən nəqliyyat vasitələrinə yol verməlidir. Tramvay sürücüləri də öz aralarında bu qaydanı əsas tutmalıdırlar. Beləliklə, məhkəmə iclasında tədqiq edilmiş sübutlara və tərəflərin izahatlarına əsasən məhkəmə hesab edir ki, X3 idarə etdiyi ** LY *** dövlət qeydiyyat nişanlı, “Honda İnsight (HİBRİD) minik” markalı nəqliyyat vasitəsi ilə yolayrıcında sola dönərkən qarşıdan düzünə gedən nəqliyyat vasitələrinə yol verməməklə “Yol hərəkəti haqqında” qanunun 76-cı maddəsinin İ bəndinin tələblərini pozmuş və bununla da İXM-nin 327.2-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin: 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. 12.1-ci maddəsinə əsasən bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. 48-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlər üzrə icraatın vəzifələri şəxslərin hüquqlarını və azadlıqlarını, onların qanuni mənafelərini qorumaqdan, inzibati xəta haqqında hər bir işin hallarını vaxtında, hərtərəfli, tam və obyektiv surətdə aydınlaşdırmaqdan, inzibati xəta törətmiş şəxsi aşkar etməkdən və onu inzibati məsuliyyətə cəlb etməkdən, çıxarılmış qərarın icrasını təmin etməkdən, habelə inzibati xətanın törədilməsinə kömək edən səbəbləri və şəraiti aşkar etməkdən və inzibati xətaların qarşısını almaqdan ibarətdir. Həmin Məcəllənin 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. 134.1.1-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayət və ya protest baxıldıqda qərarın dəyişdirilmədən, şikayətin və ya protestin isə təmin edilmədən saxlanılması haqqında qərarlardan biri qəbul edilir. Beləliklə məhkəmə qanunvericiliyin tələblərini rəhbər tutaraq hesab edir ki, X2 Аzərbаycаn Rеspublikаsı İХM-nin 327.2-ci mаddəsi ilə təqsirli bilinib, inzibаti tənbeh еdilməsinə dаir Bakı Şəhər Baş Polis İdarəsinin Dövlət Yol Polisi İdarəsi tərəfindən qəbul edilmiş xx.xx.2024-cü il tarixli, TP ******* nömrəli inzibati tənbeh vermə barədə qərarın ləğv olunmasına qanuni əsaslar yoxdur. İş üzrə Bakı Şəhər Baş Polis İdarəsinin Dövlət Yol Polisi İdarəsi tərəfindən qəbul edilmiş xx.xx.2024-cü il tarixli, TP ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarın qanuniliyini şübhə altına ala biləcək əsaslar müəyyən edilmədiyindən və qərarda göstərilən inzibati xətanın şikayət vermiş şəxs tərəfindən törədilməsi müəyyən edildiyindən X2 həmin qərardan verdiyi şikayət təmin edilməməlidir. Yuxarıda göstərilənlərə və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 128-137-ci maddərini rəhbər tutaraq, qərara aldı: X2 Bakı Şəhər Baş Polis İdarəsinin Dövlət Yol Polisi İdarəsi tərəfindən qəbul edilmiş xx.xx.2024-cü il tarixli, TP ******* nömrəli inzibati tənbeh vermə haqqında qərardan verdiyi şikayət təmin edilməsin, həmin qərar dəyişdirilmədən saxlanılsın. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində işə baxan Bakı şəhəri Binəqədi Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Hakim: Zamiq Bağırov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar