Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(001)-559/2025 27.01.2025 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin hakimi Sadıqova Aynurə Vahid qızının sədrliyi, Bəbirov Qədir Nadir oğlunun katibliyi, Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X14 Xidmətinin məsləhətçisi X3, Nərimanov rayon prokurorunun köməkçisi, İİİ dərəcəli hüquqşünas X4 iştirakları ilə, Nərimanov rayon Prokurorluğunun Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X14 Xidmətinin 02 dekabr 2024-cü il tarixli, MN ******* nömrəli inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərarından verdiyi protest əsasında toplanmış materiala məhkəmənin inzibati binasında baxaraq, müəyyən etdi: Nərimanov rayon Prokurorluğunun Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X14 Xidmətinin 02 dekabr 2024-cü il tarixli, MN ******* nömrəli inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərarından verdiyi protest baxılması üçün məhkəməyə göndərilmişdir. Protest onunla əsaslandırılmışdır ki, ünvan 1 ünvanında qeydiyyatda olmaqla yaşayan X11 ərizə ilə rayon prokurorluğuna müraciət edərək, xx.xx.2024-cü il tarixdə ünvan 2 ünvanında yerləşən "xxxx" ASC-nin ərazisində əmək müqaviləsi olmadan fəhlə kimi işlədiyi "xxxx" MMC üçün gətirilmiş şüşələrin yük avtomobilindən boşaldılması işini icra edərkən həmin şüşələrin üzərinə aşması nəticəsində qol və baş nahiyəsindən xəsarət almasını bildirmişdir. Həmin material rayon prokurorluğunda 335-C-24 nömrəsi ilə qeydiyyata alınaraq ilkin yoxlamanın aparılması rayon prokurorluğunun müstəntiqi, İİİ dərəcəli hüquqşünas Pərviz İmanova nəvalə edilmişdir. Araşdırma zamanı müəyyən edilmişdir ki, xx.xx.2024-cü il tarixdə ünvan 4 ünvanında yerləşən "xxxx" ASC-nin ərazisində yük avtomobilinin içərisində "xxxx" MMC üçün gətirilmiş şüşələrin boşaldılması işini icra edərkən işini icra edərkən həmin şüşələrin üzərlərinə aşması nəticəsində X1 qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərər vurmaya aid, X2 qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərər vurmaya aid, X16 isə, sağlamlığın uzun müddətə pozulmasına səbəb olan az ağır zərər vurmaya aid xəsarət almışdır. Odur ki, aparılmış araşdırma nəticəsində toplanmış material üzrə hər-hansı şəxsin əməlində Azərbaycan Respublikası CM-in 162-ci maddəsinin tərkib əlamətləri olmadığından Azərbaycan Respublikası CPM-nin 39.1.2-ci maddəsinə əsasən cinayət işinin başlanması rədd edilmişdir. Bundan başqa, "xxxx" MMCnin barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 192.1-ci maddəsi ilə, “Mega Concept" MMC-nin vəzifəli şəxsi-direktoru X5 barəsində isə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 198.3-cü maddəsi ilə inzibati xəta haqqında iş üzrə icraat başlanılaraq baxılması üçün aidiyyəti üzrə Nərimanov rayon məhkəməsinə göndərilmiş, Nərimanov rayon məhkəməsinin 26.11,2024-cü il tarixli, 3(005)-3493/2024 saylı qərarı ilə MMC Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 192.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək barəsində 20000 manat məbləğində, xx.xx.2024-cü il tarixli, 3(005)-3492/2024 saylı qərarı ilə MMC-in vəzifəli şəxsi-direktoru X12 Azərbaycan Respublikası inzibati Xətalar Məcəlləsinin 198.3cü maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək barəsində 1500 manat məbləğində cərimə növündə inzibati tənbeh tədbiri tətbiq edilmişdir. Bundan başqa, "xxxx" MMC-nin vəzifəli şəxsi-direktoru X5 barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 192.1 və 555.1-ci maddələri ilə inzibati xəta haqqında iş üzrə icraat başlanılaraq baxılması üçün aidiyyəti üzrə Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X14 Xidmətinə göndərilmiş, Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X14 Xidmətinin 28.11,2024-cü il tarixli, ******* nömrəli qərarı ilə MMC-in vəzifəli şəxsi-direktoru X12 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 192.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək barəsində 3000 manat məbləğində cərimə növündə inzibati tənbeh tədbiri tətbiq edilmiş, lakin Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X14 Xidməti hadisə baş verdiyi dövrdə, yəni xx.xx.2024-cü il tarixdə X13 və X16 ilə "xxxx" MMC arasında əmək münasibətləri mövcud olmadığını əsas gətirərək 02 dekabr 2024-cü il tarixli, MN ******* nömrəli qərarı ilə MMC-in vəzifəli şəxsi-direktoru X12 barəsində Azərbaycan Respublikası İXM- nin 555.1-ci maddəsi ilə başlanaraq aidiyyəti üzrə göndərilmiş inzibati xəta haqqında iş üzrə icraata həmin Məcəllənin 53.1.2-ci maddəsinə əsasən xitam verilmişdir. Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X14 Xidmətinin inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında 02 dekabr 2024-cü il tarixli, MN ******* nömrəli qərarı xx.xx.2024-cü il tarixdə Nərimanov rayon prokurorluğuna göndərilmişdir. Həmin qərar əsassız olduğundan aşağıdakı hallara görə ləğv edilməlidir. Belə ki, vəzifəli şəxs X12 hüquqi ünvanı ünvan 6MC-in direktoru vəzifəsində işləyən zaman xx.xx.2024-cü il tarixdə X13 və X10 ünvan 7 ünvanında yerləşən "xxxx" ASC-nin ərazisində fəhlə kimi işə cəlb olunduqları "xxxx" MMC üçün gətirilmiş şüşələrin yük avtomobilindən boşaldılması işini icra edərkən Ramil Məmmədovun özünün sol alın gicgah nahiyəsinin çapıq toxuması (kəsilmiş yara izi) nəticəsində dərəcəsinə görə sağlamlığa yüngül zərər vurmaya aid xəsarətlər, Teymur Eyvazovun başının təpə nahiyəsi və sağ əlinin kəsilməsi nəticəsində dərəcəsinə görə sağlamlığa yüngül zərər vurmaya aid xəsarətlər, Cavad Atayevin isə sol əlinin bükücü vətərinin said nahiyəsinin, mil sinirinin, dirsək sinirlərinin, dirsək arteriyasının kəsilməsi nəticəsində baş vermiş hadisə zamanı dərəcəsinə görə sağlamlığa az ağır zərər vurmaya aid xəsarətlər alması ilə nəticələnmiş hadisə ilə bağlı müvafiq icra hakimiyyəti orqanına hadisə barədə məlumat verməmiş, oununla da Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 555.1-ci maddəsi ilə nəzərdə tutulmuş istehsalatda baş verən bədbəxt hadisələrin araşdırılması üçün hadisə baş verən gün işəgötürən tərəfindən əmək qanunvericiliyinə əməl olunmasına dövlət nəzarətini həyata keçirən müvafiq era hakimiyyəti orqanına bu barədə məlumatın verilməməsi inzibati xətasını törətmişdir. Qeyd olunanlar X6 ərizə və izahatı, X16, X5 izahatları, xx.xx.2024-cü il tarixli, 925 nömrəli, xx.xx.2024-cü il tarixli, 954 nömrəli və xx.xx.2024-cü il tarixli 957 nömrəli məhkəmə-tibbi ekspertizasının rəyləri, xx.xx.2024-cü il tarixli, 10/6377 nömrəli məhkəmə-təhlükəsizlik texnikası ekspertizasının rəyi, İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Milli Gəlirlər Baş İdarəsinin Hüquqi şəxslərin dövlət qeydiyyatı idarəsinin xx.xx.2023-cü il tarixli, **********270200 nömrəli çıxarışı ilə sübut olunur. Göründüyü kimi, xx.xx.2024-cü il tarixdə X13 və X10 ünvan 7 ünvanında yerləşən "xxxx" ASC-nin ərazisində fəhlə kimi işə cəlb olunduqları "xxxx" MMC üçün gətirilmiş şüşələrin yük avtomobilindən boşaldılması işini icra edərkən Ramil Məmmədovun, Teymur Eyvazovun, Cavad Atayevin xəsarətlər alması ilə nəticələnmiş bədbəxt hadisənin araşdırılması üçün hadisə baş verən gün MMC-in direktoru X12 tərəfindən əmək qanunvericiliyinə əməl olunmasına dövlət nəzarətini nəyata keçirən müvafiq icra hakimiyyəti orqanına bu barədə məlumat verməməsinə baxmayaraq, Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X14 Xidməti inzibati xəta haqqında işə baxan zaman iş üzrə mühüm əhəmiyyət kəsb edən bütün faktiki halları araşdırmadan, işə baxılan zaman müəyyən edilmiş iş üçün əhəmiyyətli olan halları sübuta yetirmədən, inzibati məsuliyyət müəyyən edən qanunun normasının düzgün tətbiq etmədən, hadisə baş verdiyi dövrdə Teymur Eyvazov və Cavad Atayev ilə "xxxx" MMC arasında əmək münasibətləri mövcud olmadığını formal əsas gətirərək iş üzrə icraata xitam verilməsi haqqında qərar qəbul etmişdir. Məhkəmə iclasında Nərimanov rayon prokurorunun köməkçisi, İİİ dərəcəli hüquqşünas X8 protestin məzmununa uyğun çıxış edərək, protestin təmin olunması, Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X14 Xidmətinin 02 dekabr 2024-cü il tarixli, MN ******* nömrəli inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərarın ləğv olunmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X14 Xidmətinin məsləhətçisi X7 əmək qanunvericiliyinə əssaən, əmək münasibətlərinin əmək müqaviləsi əsasında yarandığını, sözügedən faktda tərəflər arasında əmək müqaviləsi olmadığına görə əmək münasibətlərinin yaranmadığını bildirmişdir. Odur ki, "xxxx" MMC-nin əməlində inzibati xəta tərkibi yaranmadığını nəzərə alaraq, protestin təmin olunmamasını məhkəmədən xahiş etmişdir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq olunmuş: Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Məhkəmə-Tibbi Ekspertiza və X9” X18 xx.xx.2024-cü il tarixli, 957 nömrəli rəyindən görünür ki, vətəndaş X10 bədənindəki xəsarətlər xx.xx.2024-cü il tarixdə və şəraitdə əmələ gələ bilərdi və dərəcəsinə görə sağlamlığın uzun müddətə pozulmasına səbəb olan sağlamlığa az ağır zərər vurmaya aiddir. Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Məhkəmə-Tibbi Ekspertiza və X9” X18 xx.xx.2024-cü il tarixli, 925 nömrəli rəyindən görünür ki, vətəndaş X6 bədənindəki xəsarətlər xx.xx.2024-cü il tarixdə və şəraitdə əmələ gələ bilərdi və dərəcəsinə görə sağlamlığın uzun müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərər vurmaya aiddir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2024-cü il tarixli, 10/6377 nömrəli ekspert rəyindən görünür ki, baş vermiş hadisə ilə əlaqədar “Yükləmə-boşaltma işləri. Təhlükəsizliyin ümumi tələbləri” 12.3.009-76 DÜST-ün 1.3, 5.4 bəndlərinin tələbləri pozulmuşdur ki, bu da hadisənin baş verməsinin səbəbi olmuşdur. Həmçinin hadisənin yük avtomobilinin yük yerindən şüşə blokların boşaldılması işinin təhlükəsiz aparılması üçün qaldırıcı-nəqliyyat və kiçik mexanizasiya vasitələrinin istifadəsinin təmin edilməməsi nəticəsində baş verməsini nəzərə alaraq, zərərçəkmiş(lərin) özü tərəfindən qayda və təlimatların tələblərinin pozulması halı müəyyən olunmadığı qeyd olunmuşdur. Bakı şəhəri Nərimanov rayon Məhkəməsinin 3(005)-3493/2024 saylı, xx.xx.2024-cü il tarixli qərarından görünür ki, "xxxx" MMC Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 192.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinmiş və barəsində 20000(iyirmi min) manat məbləğində cərimə növündə tənbeh tədbiri tətbiq edilmişdir. Bakı şəhəri Nərimanov rayon Məhkəməsinin 3(005)-3492/2024 saylı, xx.xx.2024-cü il tarixli qərarından görünür ki, X12 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 198.3-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinmiş və barəsində 1500(min beş yüz) manat məbləğində cərimə növündə inzibati tənbeh tədbiri tətbiq edilmişdir. Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X14 Xidmətinin 02 dekabr 2024-cü il tarixli, MN ******* nömrəli inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərarından görünür ki, X12 barəsində AR İXM-nin 555.1-ci maddəsi üzrə başlanılmış icraata İXM-nin 53.1.2-ci maddəsinə əsasən xitam verilmişdir. Məhkəmə iş materiallarını araşdıraraq, tərəfləri dinləyərək hesab edir ki, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X14 Xidmətinin Bakı Şəhər İdarəsi tərəfindən inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar əsassız olduğundan ləğv edilməli yenidən araşdırılması üçün Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X14 Xidmətinin Bakı Şəhər İdarəsinə göndərilməlidir. Belə ki, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X14 Xidmətinin Bakı Şəhər İdarəsi tərəfindən tərtib olunmuş xx.xx.2024-cü il tarixli, MN ******* nömrəli inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərarda göstərilmişdir ki, X12 barəsində inzibati xəta haqqında iş üzrə icraata İXM-nin 53.1.2-ci maddəsinə əsasən, yəni X5 əməlində inzibati xəta tərkibi olmadığından xitam verilmişdir. Lakin "xxxx" MMC-nin direktoru X12 həm MMC-nin direktoru olaraq, həm də istehsalatda baş vermiş bədbəxt hadisə ilə əlaqədar olaraq işəgötürən kimi dövlət nəzarətini həyata keçirən müvafiq icra hakimiyyəti orqanına məlumat verməmişdir. Məhkəmə qeyd etməyi zəruri hesab edir ki, "xxxx" MMC ilə X16 və X13 arasında əmək qanunvericiliyinin tələblərinə uyğun olaraq əmək müqaviləsi bağlanmasa da, aralarında faktiki əmək münasibətləri olmuşdur.Odur ki, əmək müqaviləsinin olmaması "xxxx" MMC-nin direktoru qismində X5 Azərbaycan Respublikası İXM-nin 555.1-ci maddəsi ilə məsuliyyətini istisna etmir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. 15-ci maddəsinə əsasən bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıq üzündən törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur; 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir; 555.1-ci maddəsinə əsasən bədbəxt hadisənin baş vermə faktının işəgötürən tərəfindən gizlədilməsinə və ya aparılan araşdırılma barədə müvafiq akt tərtib etməkdən boyun qaçırılmasına görə min səkkiz yüz manatdan iki min iki yüz manatadək məbləğdə cərimə edilir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 134.1.4-cü maddəsinə əsasən bu Məcəllənin 135.1.1 və 135.1.6-cı maddələri ilə müəyyən edilmiş hallarda qərarın ləğv edilməsi və inzibati xəta haqqında işin yenidən baxılmaq üçün hakimə, səlahiyyətli orqana (vəzifəli şəxsə) göndərilməsi haqqında qərar qəbul edilir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 135.1-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərarın ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsaslar aşağıdakılardır: 135.1.1. hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) gəldiyi nəticələr üzrə mühüm əhəmiyyət kəsb edən bütün faktiki halların araşdırılmaması; 135.1.6. bu Məcəllə ilə müəyyən edilmiş tələblərin işin hallarının hərtərəfli, tam və obyektiv araşdırılmasına maneə törədəcək dərəcədə pozulması... Beləliklə, məhkəmə hesab edir ki, qəbul edilmiş inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar əsassız olaraq qəbul edildiyindən Nərimanov rayon Prokurorluğu tərəfindən verilmiş protest təmin edilməli, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X14 Xidmətinin Bakı Şəhər İdarəsi tərəfindən qəbul edilmiş 02 dekabr 2024-cü il tarixli, MN ******* saylı inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar ləğv edilməli və iş Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsi ilə nəzərdə tutulmuş proseduralara tam əməl edilməklə və işin bütün faktiki halları araşdırılmaqla yenidən baxılması üçün müvafiq səlahiyyətli orqana geri göndərilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İXM-nin 38, 40.0.1, 43, 48-51, 53, 55, 105, 114.1.4, 115,128-130 maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: Nərimanov rayon Prokurorluğu tərəfindən verilmiş protest təmin edilsin. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X14 Xidmətinin Bakı Şəhər İdarəsi tərəfindən qəbul edilmiş inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında 02 dekabr 2024-cü il tarixli, MN ******* saylı inzibati tənbeh vermə haqqında qərar ləğv edilsin və iş Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsi ilə nəzərdə tutulmuş proseduralara tam əməl edilməklə və işin bütün faktiki halları araşdırılmaqla yenidən baxılması üçün müvafiq səlahiyyətli orqana geri göndərilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 gün müddətində işə baxan Bakı şəhəri Binəqədi Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Bakı Apellyasiya Məhkəməsinə apellyasiya qaydasında şikayət verilə bilər. Hakim: Aynurə Sadıqova
Məhkəmə qərarları › İş №3(001)-559/2025
Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qərar — İş №3(001)-559/2025
27.01.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver