Məhkəmə qərarları › İş №3(001)-5590/2025

Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qərar — İş №3(001)-5590/2025

28.08.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(001)-5590/2025 28.08.2025 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin hakimi Sadıqova Aynurə Vahid qızının sədrliyi, məhkəmənin məsləhətçisi (məhkəmə iclas katibi) Bəbirov Qədir Nadir oğlunun katibliyi, şikayət vermiş şəxs X7 və onun nümayəndəsi və vəkili Vəkil iştirakları ilə, X7 Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X21 Xidmətinin Bakı şəhər İdarəsi tərəfindən qəbul edilmiş xx.xx.2025-ci il tarixli, MN ******* nömrəli inzibati tənbeh vermə haqqında qərardan verdiyi şikayətə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: X1 Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X21 Xidmətinin Bakı şəhər İdarəsi tərəfindən qəbul edilmiş inzibati tənbeh vermə haqqında qərardan verdiyi şikayət məhkəməyə daxil olmuşdur. X10 şikayətini onunla əsaslandırmışdır ki, Bakı şəhəri, Binəqədi rayon Prokurorluğu vətəndaşlar - X25, X9 şikayət ərizələri əsasında xx.xx.2025-ci il tarixli dəqiqləşdirilməmiş müəyyən qərar qəbul etmişdir. Həmin qərarda deyilir: X6 Sisteminə baxış protokolundan görünür ki, xx.xx.2024-cü il tarixdən xx.xx.2024-cü il tarixədək olan müddətdə X25 və X16 ilə X11 arasında əmək müqaviləsi bağlanmamışdır. İnzibati xəta haqqında iş üzrə icraatın başlanmasına əsas isə X17 və X9 müraciətləri əsasında aparılan araşdırma zamanı Azərbaycan Respublikası İXM-nin 192.1-ci maddəsində nəzərdə tutulan xətaların əlamətlərin olması və inzibati xəta haqqında iş üzrə icraatı rədd edən halların olmaması olmuşdur. Vəzifəli şəxs X10 (FİN: 50QJEBM) - xx.xx.1968-ci ildə Bakı şəhərində anadan olmuş. Azərbaycan Respublikası vətəndaşı, evil, Tovuz rayonu, Sarıtala kəndində qeydiyyatda olmaqla ünvan 1 ünvanında yaşayan - barəsində Azərbaycan Respublikası İXM-nin 192.1-ci maddəsi ilə inzibati xəta haqqında iş üzrə icraat başlanılsın. Qərar və material baxılması üçün aidiyyəti üzrə Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə göndərilsin. DƏMX öz növbəsində əsassız olaraq onun 3000 manat məbləğində cərimə olunması barədə qərar qəbul etmişdir. O nə prokurorluğun, nə də ki, X14 qərarı ilə razı deyil. Belə ki, o, xx.xx.2023-cü il tarixdən xx.xx.2023-cü il tarixədək, yəni 9 ay ərzində “X24” MTK ilə müqavilə əsasında işləmişdir, ancaq Qqərarda göstərildiyi kimi 2024-cü ilin iyul ayından 01 noyabr 2024-cü il tarixədək müddət ərzində o MTK-da işi olmadığına görə rəsmi müqavilə bağlamamışdır. Şahin və Məmməd 2023-cü də həmin MTK-da işlədiyi müddətdə davamsız ara sıra 10-15 gün ərzində günəmuzd qaydada işləyərək pullarını almışlar. Onlara heç bir borcu qalmamışdır. Etdikləri şikayət də böhtandan başqa bir şey deyil. Məhkəmə iclasında şikayətçi X10 şikayətin məzmununa uyğun çıxış edərək, Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X21 Xidmətinin Bakı şəhər İdarəsi tərəfindən qəbul edilmiş xx.xx.2025-ci il tarixli, MN ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarın ləğv edilməsini və inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Məhkəmə iclasında X1 nümayəndəsi və vəkili Vəkil çıxış edərək bildirmişdir ki, xx.xx.2025-ci il tarixli, MN ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarın qəbul edilməsinə əsas olmuş X9 və X17 2024-cü il tarixdə Eibar Kazımzadə tərəfindən işlərin görülməsinə cəlb edilməsi heç bir heç bir mötəbər dəlillə sübuta yetirilmir. DƏMX tərəfindən yalnız X9 və X17 izahatları rəhbər tutularaq inzibati tənbeh vermə haqqında qərar qəbul edilmişdir. Odur ki, xx.xx.2025-ci il tarixli, MN ******* nömrəli inzibati tənbeh vermə haqqında qərar əsassız olduğundan ləğv edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmənin xx.xx.2025-ci il ta iclasında inzibati tənbeh vermə haqqında qərar qəbul etmiş Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X21 Xidmətinin Bakı şəhər İdarəsinin baş məsləhətçisi Nümayəndə2 inzibati tənbeh vermə haqqında qərarın məzmununa uyğun çıxış edərək, şikayət ərizəsinin təmin edilməməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iş materiallarını araşdıraraq, tərəflərin izahatlarını dinləyərək belə nəticəyə gəlir ki, X10 tərəfindən verilmiş şikayət qismən təmin edilməli, X10 barəsində tərtib edilmiş inzibati tənbehvermə haqqında qərar ləğv edilməli və iş materialları yenidən araşdırılması üçün Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X21 Xidmətinin Bakı şəhər İdarəsinə göndərilməlidir. İş materiallarına əlavə edilmiş və məhkəmə iclasında tədqiq edilmiş: 11 iyul 2025-ci il tarixli, MN ******* nömrəli inzibati tənbeh vermə haqqında qərardan görünür ki, vəzifəli şəxs X10 əmək münasibətləri elektron informasiya sisteminə gücləndirilmiş elektron imza vasitəsilə daxil etmədən, əmək müqaviləsi hüquqi qüvvəyə minmədən Bakı şəhəri, Sumqayıt şossesi 10 ünvanında "xxxx" MMC tərəfindən inşa edilən binalarda podratçı kimi işlədiyi zaman X16 və X19 2024-cü ilin iyul ayının ortalarından 01 noyabr 2024-cü il tarixinədək tikintidə usta vəzifəsində işlərin (xidmətlərin) görülməsinə cəlb etmişdir. X3 tərəfindən Azərbaycan Respublikası İXM-nin 192.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta törədilmişdir. 19 iyun 2025-ci il tarixli qərardan görünür ki, qərarın təsviri hissəsində şərh edilənlərə əsasən X7 barəsində Azərbaycan Respublikası CM-162-1.1-ci maddəsi ilə cinayət işinin başlanması Azərbaycan Respublikası CPM-nin 39.1.2-ci maddəsinə əsasən, yəni əməldə cinayət tərkibinin olmaması əsası ilə rədd edilmiş, Azərbaycan Respublikası İXM-nin 192.1-ci maddəsi ilı inzibati xəta barədə iş üzrə icraatın başlanılmasına dair qərar qəbul edilməsi məsələsinə baxılması üçün toplanmış material ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora göndərilmişdir. X16 və X25 tərəfindən Azərbaycan Respublikasının Baş Prokuroruna ünvanlanmış xx.xx.2025-ci il tarixli ərizədən görünür ki, onlar 20 iyul tarixdən 26 avqust tarixədək “C” blokunda işləmiş və 26 avqust tarixdən 01 noyabradək “B” blokunda işləmişlər. Gördüyü işlərlə bağlı onlara ödənilməli olan 3000 (üç min) manat məbləğində pul vəsaiti X10 tərəfindən mənimsənilmiş və ödənilməmişdir. X5 rayon prokurorluğunda verdiyi izahatında göstərmişdir ki, o, X10 ilə tanış olmuş, Etibar Kazımzadə podratçı kimi "xxxx" MMC-də və "xxxx" MMC-yə xidmət göstərmişdir. Etibar ona və Məmmədə onunla birgə işləməyi təklif etmiş, onlar da razılaşmışdır. Lakin aralarında əmək müqaviləsi bağlanmamışdır. 20 iyul 2024-cü il tarixdən 26 avqust 2024-cü il tarixədək C blokunda, 26 avqust 2024-cü il tarixdən 01 noyabr 2024-cü il tarixədək “B” blokunda işləmişdir. Etibar onlara gördükləri işlərin pulunu əvvəllər vaxtında vermiş, lakin sonradan yerdə qalan Məmmədə və ona çatası olan 3000 manat pulu verməmişdir. X4 rayon prokurorluğunda verdiyi izahatında göstərmişdir ki, o, X10 ilə tanış olmuş, Etibar Kazımzadə podratçı kimi "xxxx" MMC-də və "xxxx" MMC-yə xidmət göstərmişdir. Etibar ona və Şahinə onunla birgə işləməyi təklif etmiş, onlar da razılaşmışdır. Lakin aralarında əmək müqaviləsi bağlanmamışdır. 20 iyul 2024-cü il tarixdən 26 avqust 2024-cü il tarixədək C blokunda, 26 avqust 2024-cü il tarixdən 01 noyabr 2024-cü il tarixədək “B” blokunda işləmişdir. Etibar onlara gördükləri işlərin pulunu əvvəllər vaxtında vermiş, lakin sonradan yerdə qalan Şahinə və ona çatası olan 3000 manat pulu verməmişdir. X2 rayon prokurorluğunda verdiyi izahatında göstərmişdir ki, o, X25 və X16 ilə 2023-cü ilin əvvəli tanış olmuş, həmin şəxslər onunla günə muzd qaydada 10-15 gün işlədikləri üçün, onlarla əmək müqaviləsi bağlamamışdır. Həmçinin "xxxx" MMC arasında bağlanmış podrat müqaviləsinə 2023-cü ilin dekabr ayında xitam verilmişdir. O, 2024-cü ildə "xxxx" MMC-yə xidmət göstərməmişdir. xx.xx.2025-ci il tarixli “inzibati xəta haqqında iş üzrə icraatın başlanması haqqında” qərardan görünür ki, vəzifəli şəxs X10 barəsində Azərbaycan Respublikası İXM-nin 192.1ci maddəsi ilə inzibati xəta haqqında iş üzrə icraat başlanılmış və qərar və material baxılması üçün aidiyyəti üzrə Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə göndərilmişdir. “X24” MTK-nın 17 iyul 2025-ci il tarixli, 61/25 nömrəli məktubdan görünür ki, onlar tərəfindən “Greenville Residence” çoxmərtəbəli yaşayış kompleksinin inşası ilə əlaqədar xx.xx.2023-cü il tarixində fiziki şəxs X10 ilə keramika vurulması işlərinin icrasına dair BGVP-031/23 nömrəli podrat müqaviləsi bağlanmışdır. Podrat müqaviləsi ilə nəzərdə tutulmuş işlərin icrası xx.xx.2023-cü il tarixində tamamlanmış və tərəflər müqavilə üzrə öhdəliklərini yerinə yetirdiklərinə görə podrat münasibətlərinə xitam verilmişdir. Belə ki, iş materiallarında olan sənədlərin tədqiqi zamanı müəyyən edilmişdir ki, vətəndaş X16 və X10 Azərbaycan Respublikası Baş Prokuroruna ünvanladığı ərizəsində və Binəqədi rayon prokurorluğuna verdikləri izahatlarında 20 iyul 2024-cü il tarixdən 26 avqust 2024-cü il tarixədək C blokunda, 26 avqust 2024-cü il tarixdən 01 noyabr 2024-cü il tarixədək “B” blokunda podratçı X10 ilə əmək müqaviləsi bağlamadan işləmiş, işlədikdən sonra X10 onların əməkhaqqı olan 3000 manat məbləğində pulu onlara ödəməmişdir. xx.xx.2025-ci il tarixli “inzibati xəta haqqında iş üzrə icraatın başlanması haqqında” qərardan görünür ki, qərarda qeyd olunanlar X16 və X7 izahatları, X6 Sisteminə baxış protokolu ilə təsdiq edilir. Lakin “X24” MTK-nın 17 iyul 2025-ci il tarixli, 61/25 nömrəli məktuba münasibət bildirilməmiş, məktubda göstərilən xüsusatlar araşdırılmadan, vəzifəli şəxs X10 barəsində 11 iyul 2025-ci il tarixli, MN ******* nömrəli inzibati tənbeh vermə haqqında qərar qəbul edilmişdir. Belə ki, sözügedən məktubda göstərilmişdir ki, “Greenville Residence” çıxmərtəbəli yaşayış kompleksinin inşası ilə əlaqədar xx.xx.2023-cü il tarixində fiziki şəxs X10 ilə keramika vurulması işlərinin icrasına dair BGVP-031/23 nömrəli podrat müqaviləsi bağlanmış, podrat müqaviləsi ilə nəzərdə tutulmuş işlərin icrası xx.xx.2023-cü il tarixində tamamlanmış və tərəflər müqavilə üzrə öhdəliklərini yerinə yetirdiklərinə görə podrat münasibətlərinə xitam verilmişdir. Göründüyü kimi, X10 tərəfindən podratçı kimi işçi X16 və X8 əmək münasibətləri elektron informasiya sisteminə gücləndirilmiş elektron imza vasitəsilə daxil etmədən, əmək müqaviləsi hüquqi qüvvəyə minmədən 2024-cü ilin iyul ayının ortalarından 01 noyabr 2024-cü il tarixinədək işlərin (xidmətlərin) görülməsinə cəlb edilməsi faktını müəyyən edərkən X21 tərəfindən natamam, səthi araşdırma aparılmış, işin faktiki hallarına düzgün hüquqi qiymət verilməmişdir. X21 vəzifəli şəxs kimi X7 İXM-in 192.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanın törədilməsi barədə nəticəyə gəlsə də, inzibati xəta haqqında iş üzrə bütün halları tam, hərtərəfli və obyektiv araşdırmamışdır. Göstərilənlərə əsasən məhkəmə belə nəticəyə gəlir ki, X10 barəsində tərtib edilmiş inzibati tənbeh vermə haqqında qərar ləğv edilməli, X7 əməlində inzibati xəta olubolmaması məsələsi araşdırılaraq müəyyən edilməlidir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 48-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlər üzrə icraatın vəzifələri şəxslərin hüquqlarını və azadlıqlarını, onların qanuni mənafelərini qorumaqdan, inzibati xəta haqqında hər bir işin hallarını vaxtında, hərtərəfli, tam və obyektiv surətdə aydınlaşdırmaqdan, inzibati xəta törətmiş şəxsi aşkar etməkdən və onu inzibati məsuliyyətə cəlb etməkdən, çıxarılmış qərarın icrasını təmin etməkdən, habelə inzibati xətanın törədilməsinə kömək edən səbəbləri və şəraiti aşkar etməkdən və inzibati xətaların qarşısını almaqdan ibarətdir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 75-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərin icraatı üzrə inzibati xəta hadisəsinin törədilibtörədilməməsi, inzibati xəta törətməkdə şəxsin təqsiri və s. müəyyən edilməlidir; Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etməkdən ötrü hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 134.1.4-cü maddəsinə əsasən bu Məcəllənin 135.1.1 və 135.1.6-cı maddələri ilə müəyyən edilmiş hallarda qərarın ləğv edilməsi və inzibati xəta haqqında işin yenidən baxılmaq üçün hakimə, səlahiyyətli orqana (vəzifəli şəxsə) göndərilməsi haqqında qərar qəbul edilir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 135.1-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərarın ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsaslar aşağıdakılardır: 135.1.1. hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) gəldiyi nəticələr üzrə mühüm əhəmiyyət kəsb edən bütün faktiki halların araşdırılmaması; 135.1.6. bu Məcəllə ilə müəyyən edilmiş tələblərin işin hallarının hərtərəfli, tam və obyektiv araşdırılmasına maneə törədəcək dərəcədə pozulması... Beləliklə, məhkəmə hesab edir ki, X10 tərəfindən verilmiş şikayət qismən təmin edilməli, X10 barəsində qəbul edilmiş inzibati tənbeh vermə haqqında qərar ləğv edilməli, iş Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsi ilə nəzərdə tutulmuş proseduralara tam əməl edilməklə və işin bütün faktiki halları araşdırılmaqla yenidən baxılması üçün müvafiq səlahiyyətli orqana geri göndərilməlidir. Qeyd olunanlara əsasən və İXM-in 128-130, 133-135-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şikayət qismən təmin edilsin. Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X21 Xidmətinin Bakı şəhər İdarəsi tərəfindən qəbul edilmiş 11 iyul 2025-ci il tarixli, MN ******* nömrəli inzibati tənbeh vermə haqqında qərar ləğv edilsin və iş Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsi ilə nəzərdə tutulmuş proseduralara tam əməl edilməklə və işin bütün faktiki halları araşdırılmaqla yenidən baxılması üçün müvafiq səlahiyyətli orqana geri göndərilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində işə baxan Bakı şəhəri Binəqədi Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim: Aynurə Sadıqova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar