Məhkəmə qərarları › İş №3(001)-5599/2024

Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qərardad — İş №3(001)-5599/2024

30.09.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 3(001)-5599/2024 30.09.2024 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Hakim Ağayev Elçin Zəkəriyə oğlu, X1 Zaqatala RPŞ-in DYPB-in inzibati tənbeh vermə haqqında xx.xx.2024-cü il tarixli TP ******* nömrəli qərarından verdiyi şikayətin icraata qəbulu məsələsinə baxaraq, M Ü Ə Y Y Ə N E T D İ M: Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinə X1 Zaqatala RPŞ-in DYPB-in inzibati tənbeh vermə haqqında xx.xx.2024-cü il tarixli TP ******* nömrəli qərarından verdiyi şikayət daxil olmuşdur. Şikayəti nəzərdən keçirərək hesab edirəm ki, aşağıda göstərilənlərə görə şikayət icraata qəbul edilmədən geri qaytarılmalıdır. Belə ki, X3 həmin şikayətlə xx.xx.2024-cü ildə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinə müraciət etmiş, onun şikayəti məhkəmənin eyni tarixli qərardadı əsasında inzibati xətanın törədildiyi yer üzrə baxılması üçün Zaqatala Rayon Məhkəməsinə göndərilmişdir. X3 xx.xx.2024-cü il tarixdə eyni şikayətlə yenidən Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinə müraciət etmiş, bu dəfə şikayətinə işə yaşadığı yer üzrə baxılmasına dair vəsatət əlavə etmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 53.1.7-ci maddəsinə görə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsə aid eyni fakt üzrə inzibati tənbeh etmək haqqında hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qərarı olduqda, yaxud inzibati xəta haqqında işə xitam verilməsi barəsində ləğv edilməmiş qərar olduqda, habelə həmin fakt üzrə cinayət işi başlamaq haqqında qərar olduqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. Həmin Məcəllənin 110.1-ci maddəsinə görə inzibati xəta haqqında işə onun törədildiyi yerdə baxılır. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin vəsatətinə əsasən inzibati xəta haqqında işə onun yaşadığı yer üzrə baxıla bilər. Belə olan halda, yəni X3 inzibati xəta haqqında işə onun yaşadığı yer üzrə baxılmasını istədiyi halda, yenidən şikayətlə yaşadığı yer üzrə məhkəməyə müraciət etməməli, icraatında həmin iş olan məhkəməyə (Zaqatala Rayon Məhkəməsinə) vəsatətlə müraciət edərək, inzibati xəta haqqında işin onun yaşadığı yer üzrə məhkəməyə göndərilməsini xahiş etməlidir. X3 isə bunun əksinə, yəni Zaqatala Rayon Məhkəməsinin icraatında inzibati tənbeh vermə haqqında xx.xx.2024-cü il tarixli TP ******* nömrəli qərardan verdiyi şikayət olduğu halda, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinə də eyni qərardan şikayət vermişdir. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, X1 Zaqatala RPŞ-in DYPB-in inzibati tənbeh vermə haqqında xx.xx.2024-cü il tarixli TP ******* nömrəli qərarından verdiyi şikayət icraata qəbul edilmədən geri qaytarılmalı, ona Zaqatala Rayon Məhkəməsinə inzibati xəta haqqında işin onun yaşadığı yer üzrə məhkəməyə göndərilməsinə dair vəsatətlə müraciət etmək hüququ izah olunmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 130-137-ci maddələrini rəhbər tutaraq, Q Ə R A R A A L D İ M: X1 Zaqatala RPŞ-in DYPB-in inzibati tənbeh vermə haqqında xx.xx.2024-cü il tarixli TP ******* nömrəli qərarından verdiyi şikayət icraata qəbul edilmədən geri qaytarılsın. X2 izah edilsin ki, Zaqatala Rayon Məhkəməsinə inzibati xəta haqqında işin (xx.xx.2024-cü il tarixli TP ******* nömrəli qərardan verdiyi şikayətin) onun yaşadığı yer üzrə məhkəməyə göndərilməsinə dair vəsatətlə müraciət etmək hüququ var. Qərardaddan şikayət verilə bilməz. Hakim Elçin Ağayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar