Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(001)-5604/2025 14.08.2025 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin hakimi Sadıqova Aynurə Vahid qızının sədrliyi, məhkəmənin məsləhətçisi (məhkəmə iclas katibi) Bəbirov Qədir Nadir oğlunun katibliyi, inzibati tənbeh vermə haqqında qərardan şikayət vermiş şəxs X2 iştirakı ilə, X2 Binəqədi rayon DYPŞ tərəfindən qəbul edilmiş 12 iyul 2025-ci il tarixli, TP ******* nömrəli inzibati tənbeh vermə haqqında qərardan verdiyi şikayətə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: X1 Binəqədi rayon DYPŞ tərəfindən qəbul edilmiş 12 iyul 2025-ci il tarixli, TP ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarından verdiyi şikayət baxılması üçün Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin icraatına daxil olmuşdur. X4 şikayətini onunla əsaslandırmışdır ki, 12 iyul 2025-ci il tarixində mülkiyyətində olan ** LP *** qeydiyyat nişanlı BMW 528 markalı avtomobillə Nərimanov Rayonu Əhməd Rəcəbli küçəsində hərəkətdə olarkən ** YP *** dövlət qeydiyyat nişanlı avto patrul maşını idarə etməsində olan nəqliyyat vasitəsinə saxla əmri vermişdir. ** YP *** dövlət qeydiyyat nişanlı yol patrul maşınında xidmət aparan Binəqədi Rayon Dövlət X9 Yol xidməti inspektoru polis serjantı X3 mülkiyyətində olan nəqliyyat vasitəsini saxlayarkən, barəsində İnzibati Xətalar Məcəlləsinin 329.3 , 332.3 maddələri ilə protokol tərtib etmiş və qərar qəbul etmişdir.Lakin hesab edir ki, hər iki maddənin tətbiqi əsassızdır. İlk öncə, protokol tərtib edilərkən, o qərarsız tərtib olunmasını, yəni qərarın sonradan verilməsini tələb etmişdir.Buna baxmayaraq Binəqədi Rayon DYPŞ-nin əməkdaşı X3 qanunsuz olaraq dərhal qərarla tərtiq etmişdir, bu isə onun özünü müdafiə etmək hüququnu pozur. Qərar 16 gün gizlədilərək, yalnız 28 iyul 2025-ci ildə ona təqdim olunub.Bu da ayrıca qanun pozuntusudur. Qərar 12 iyulda yazılsa da, ona 28 iyulda- tam 16 gün sonra ona təqdim olunmuşdur. Bu, İXM-in 75.1 və 75.2 maddələrinin kobud şəkildə pozulmasıdır. Qərarın rəsmi təqdim edilmə tarixi hüquqi nəticələrin başlanma tarixidir.Əgər qərar bu müddət ərzində ona təqdim edilməyibsə, şikayət müddəti də başlamamış hesab olunur. Deməli, bu qərarın icrası hüquqi qüvvəyə minməmişdir və icraya yönəldilməsi qanunsuzdur. Binəqədi Rayon DYPŞ-nin əməkdaşı saxlama səbəbi olaraq İXM 329.3(işıq cihazlarından istifadə qaydalarının pozulması) rəhbər tutmuşdur. Lakin hesab edir ki, Binəqədi Rayon DYPŞ əməkdaşının ilk növbədə işıq cihazlarından istifadə qaydasının pozulması ilə bağlı iddiaları onun öz şəxsi müddəalarıdır və protokol əsasında qərarı əsassızdır.Çünki, heç bir işıq cihazlarından istifadə qaydasından pozulmasına tərəfindən yol verilməmişdir(avtomobildə videoregistrator çəkilişlər vardır məhkəməyə təqdim olunacaqdır). Ona qarşı tərtib olunmuş protokolda həmçinin İnzibati Xətalar Məcəlləsinin 332.3 maddəsinə əsasəndə inzibati protokol və qərar tətbiq olunmuşdur.Bildirir ki, həmin vaxt o, formal olaraq sürücülük hüququndan məhrum edilmiş sayılmışdır. Lakin 24 İyul 2025-ci tarixində Xətai Rayon Məhkəməsi tərəfindən verilmiş 3(011)-4807/2025 iş nömrəsi üzrə məhkəmə qərarı əsasında bu məhrumiyyət qanunsuz hesab edilmiş və ləğv olunmuşdur. Sürücülük hüququndan məhrumiyyət geriyə dönük olaraq hüquqi qüvvədən düşmüşdür. Deməli, həmin dövrdə o, hüquqi baxımdan “məhrum edilmiş şəxs” sayılmır. Bu isə İXM-in 332.3-cü maddəsinin tətbiqinə hüquqi əsas qoymur. Tərtib olunmuş protokola əsasən, hadisə Bakı şəhəri, Nərimanov rayonu, Əhməd Rəcəbli küçəsində baş vermişdir.Lakin protokol Binəqədi Rayon Dövlət X7 əməkdaşı tərəfindən tərtib edilmişdir.Bu hal “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 33-cü maddəsinin tələblərinə, həmçinin inzibati hüquq üzrə ərazi yurisdiksiyası prinsipinə açıq-aşkar ziddir. Bu deməkdir ki, Nərimanov rayonu ərazisində yalnız həmin rayon üzrə təhkim olunmuş DYP əməkdaşları inzibati protokol tərtib edə bilər. İnzibati hüquq sistemində səlahiyyətin yer, zaman və məzmun baxımından düzgün tətbiqi vacibdir. Məhkəmə iclasında inzibati tənbeh vermə haqqında qərardan şikayət vermiş şəxs X4 şikayətin məzmununa uyğun izahat verərək, barəsində qəbul edilmiş 12 iyul 2025-ci il tarixli, TP ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarın ləğv edilməsini xahiş etmişdir. İnzibati tənbeh vermə haqqında qərarı çıxarmış Daxili İşlər Nazirliyi Binəqədi rayon DYPŞ-nə məhkəmə iclasının yeri və vaxtı barədə poçt vasitəsi ilə bildiriş göndərilmişdir. Həmçinin, “AZEMİS” elektron informasiya sistemi vasitəsi ilə inzibati tənbeh vermə haqqında qərarı qəbul etmiş Daxili İşlər Nazirliyi Binəqədi rayon DYPŞ-nin nümayəndəsinin əlaqə nömrələrinə “sms” bildiriş göndərilmiş və həmin “sms” bildiriş ona çatdırılmışdır. Buna baxmayaraq, inzibati tənbeh vermə haqqında qərarı qəbul etmiş şəxs məhkəmə iclasında iştirak etməmişdir. Bu səbəbdən, məhkəmə işə qeyd olunan şəxsin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İş materiallarına əlavə edilmiş və məhkəmə iclasında tədqiq edilmiş: Azərbaycan Respublikası DİN Binəqədi rayon DYPŞ tərəfindən qəbul edilmiş 12 iyul 2025-ci il tarixli, TP ******* nömrəli inzibati tənbeh vermə haqqında qərardan görünür ki, X4 İXM-in 329.3 və 332.3-cü maddələrində nəzərdə tutulmuş inzibati xətaları törətməkdə təqsirli bilinib, ona 400 (dörd yüz) manat məbləğində cərimə növündə tənbeh tətbiq edilmişdir. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 3(011)-4807/2025 saylı, xx.xx.2025-ci il tarixli qərardan görünür ki, X2 İXM-nin 327.1-1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməsinə dair xx.xx.2025-ci il tarixli EQ ********* saylı inzibati tənbeh vermə haqqında qərar ləğv edilmiş və iş baxılması üçün həmin quruma göndərilmişdir. Məhkəmə inzibati tənbeh vermə haqqında qərardan şikayəti və ona əlavə edilmiş sənədləri qarşılıqlı şəkildə araşdıraraq hesab edir ki, verilmiş şikayət qismən təmin edilməli, 12 iyul 2025-ci il tarixli, TP ******* nömrəli inzibati tənbeh vermə haqqında qərar ləğv edilməli və iş materialları yenidən baxılması üçün inzibati tənbeh vermə haqqında qərarı qəbul etmiş orqana göndərilməlidir. Belə ki, inzibati tənbehvermə haqqında qərar və ona əlavə edilmiş sənədlər tədqiq edilərkən müəyyən olundu ki, şəxs barəsində xx.xx.2025-ci il tarixli, İXP ******* nömrəli inzibati xəta haqqında protokol tərtib edilən zaman barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs X4 inzibati xəta hadisəsinin mövcudluğu ilə razılaşmayaraq inzibati xəta haqqında protokolu imza etməkdən imtina etməsinə baxmayaraq, şəxsin həqiqətən İXM-nin 329.3, 332.3-cü maddələrində nəzərdə tutulmuş inzibati xətaları törətməsində təqsiri sübuta yetirilmədən həmin tarixdə TP ******* nömrəli inzibati tənbeh vermə haqqında qərar qəbul edilmişdir. Belə olduğu təqdirdə onun barəsində inzibati tənbeh vermə haqqında qərar araşdırma aparılmaqla tərtib edilməli idi. Buna baxmayaraq, inzibati tənbeh vermə haqqında qərar heç bir araşdırma aparılmadan inzibati xəta haqqında protokolun tərtib edildiyi gün, yəni xx.xx.2025-ci il tarixdə qəbul edilmişdir. İXM-nin 100.2-ci maddəsinə əsasən protokol tərtib edilərkən, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan fiziki şəxsə və ya hüquqi şəxsin nümayəndəsinə, habelə inzibati xəta haqqında iş üzrə icraatın digər iştirakçılarına bu Məcəllədə nəzərdə tutulmuş hüquqları və vəzifələri izah edilir və bu barədə protokolda müvafiq qeyd aparılır. İXM-nin 100.3-cü maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan fiziki şəxsə və ya hüquqi şəxsin nümayəndəsinə inzibati xəta haqqında protokolun surəti verilir. İnzibati xəta haqqında iş üzrə zərər çəkmiş şəxsin də inzibati xəta haqqında protokolun surətini almaq hüququ vardır. İXM-nin 124.3-cü maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs inzibati xəta hadisəsinin mövcudluğu ilə razılaşmadıqda, səlahiyyətli vəzifəli şəxs inzibati xəta haqqında protokol tərtib edir. İXM-nin 124.4-cü maddəsinə əsasən inzibati tənbeh vermə haqqında qərar və ya inzibati xəta haqqında protokol operativ nəqliyyat vasitəsində quraşdırılmış bortkompüter vasitəsilə bu Məcəllənin 45-2.3-cü maddəsinə uyğun olaraq “İCMAL” informasiya sistemi tərəfindən unikal nömrə verilməklə tərtib olunur və dərhal müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) müvafiq informasiya sistemində yerləşdirilərək, nömrələnmiş blankda çap edilərək imzalanır. Bort-kompüter olmadıqda əl ilə nömrələnmiş blankda tərtib edilmiş protokol və ya qərar 24 saat müddətində müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) müvafiq informasiya sisteminə daxil edilir və bu Məcəllənin 45-2.1-ci maddəsinə uyğun olaraq bu barədə məlumat dərhal “İCMAL” informasiya sisteminə ötürülür. Bu məlumatlar əsasında həmin protokola və qərara “İCMAL” informasiya sistemində real vaxt rejimində və avtomatlaşdırılmış qaydada unikal nömrə verildikdən sonra həmin protokol və qərar real vaxt rejimində müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) müvafiq informasiya sisteminə göndərilir. İXM-nin 124.4-1-ci maddəsinə əsasən bu Məcəllənin 124.4-cü maddəsində nəzərdə tutulmuş qaydada tərtib edilmiş inzibati tənbeh vermə haqqında qərarın və ya inzibati xəta haqqında protokolun kağız daşıyıcıda surəti səlahiyyətli orqan (vəzifəli şəxs) tərəfindən yerində barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsə, həmçinin belə müraciəti olduqda inzibati xəta haqqında iş üzrə zərərçəkmiş şəxsə verilir. Bu Məcəllənin 124.3-cü maddəsində nəzərdə tutulmuş hallarda inzibati xəta haqqında protokol baxılması üçün yuxarı səlahiyyətli orqana (vəzifəli şəxsə) göndərilir. Yuxarı səlahiyyətli orqan (vəzifəli şəxs) həmin iş üzrə bu Məcəllənin 124.4-cü maddəsinə uyğun olaraq əl ilə nömrələnmiş blankda tərtib edilmiş qərar qəbul edir. Göründüyü kimi, hazırki iş üzrə inzibati tənbeh vermə haqqında qərar qəbul etmiş şəxs tərəfindən İXM-in 100 və 124-cü maddələrinin tələbləri pozulmuşdur ki, bu isə öz növbəsində işin hallarının hərtərəfli, tam və obyektiv araşdırılmasına maneə törətmişdir. Bundan əlavə şikayətçi tərəfindən şikayətə əlavə edilmiş Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 3(011)-4807/2025 saylı qərarından görünür ki, onun barəsində İXM-nin 327.1-1-ci maddəsi ilə təqsirli bilinməsinə dair qəbul edilmiş 05 iyul 2025-ci il tarixli EQ 29046016 saylı inzibati tənbehvermə haqqında qərar ləğv edilmiş və iş yenidən baxılması üçün qərarı qəbul etmiş orqana göndərilmişdir. Hazırki halda məhkəmə hesab edir ki, inzibati tənbeh vermə haqqında qərarı qəbul etmiş orqan tərəfindən şikayətçi barəsində qəbul edilmiş 05 iyul 2025-ci il tarixli EQ 29046016 saylı inzibati tənbehvermə haqqında qərarın qüvvədə olubolmaması məsələsi də araşdırılmalı, bundan sonra şəxsin əməlində İXM-nin 329.3 və 332.3-cü maddələrinin tərkib əlamətlərinin olub-olmaması məsələsinə qiymət verilməlidir. İXM-nin 8.1-ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllədə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsirsiz hesab edilir. İXM-nin 8.2-ci maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. İXM-nin 8.3-cü maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində şübhələr onun xeyrinə həll edilir. İXM-nin 48-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlər üzrə icraatın vəzifələri şəxslərin hüquqlarını və azadlıqlarını, onların qanuni mənafelərini qorumaqdan, inzibati xəta haqqında hər bir işin hallarını vaxtında, hərtərəfli, tam və obyektiv surətdə aydınlaşdırmaqdan, inzibati xəta törətmiş şəxsi aşkar etməkdən və onu inzibati məsuliyyətə cəlb etməkdən, çıxarılmış qərarın icrasını təmin etməkdən, habelə inzibati xətanın törədilməsinə kömək edən səbəbləri və şəraiti aşkar etməkdən və inzibati xətaların qarşısını almaqdan ibarətdir. İXM-nin 134.1 və 134.1.4-cü maddələrinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə baxılaraq qəbul edilən qərarlardan biri də bu Məcəllənin 135.1.1 və 135.1.6-cı maddələri ilə müəyyən edilmiş hallarda qərarın ləğv edilməsi və inzibati xəta haqqında işin yenidən baxılmaq üçün hakimə, səlahiyyətli orqana (vəzifəli şəxsə) göndərilməsidir; İXM-nin 135.1 və 135.1.6-cı maddələrinə əsasən bu Məcəllə ilə müəyyən edilmiş tələblərin işin hallarının hərtərəfli, tam və obyektiv araşdırılmasına maneə törədəcək dərəcədə pozulması inzibati xəta haqqında iş üzrə qərarın ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsasdır. Beləliklə, məhkəmə hesab edir ki, İXM-lə müəyyən edilmiş tələblər işin hallarının hərtərəfli, tam və obyektiv araşdırılmasına maneə törədəcək dərəcədə pozulduğundan Daxili İşlər Nazirliyi Binəqədi rayon DYPŞ tərəfindən qəbul edilmiş 12 iyul 2025-ci il tarixli, TP ******* nömrəli inzibati tənbeh vermə haqqında qərar ləğv edilməli və inzibati xəta haqqında iş yenidən baxılması üçün Daxili İşlər Nazirliyi Binəqədi rayon DYPŞ-nə göndərilməlidir. Bundan başqa hazırki inzibati xəta haqqında işə yenidən baxılması zamanı Bakı şəhəri Xətai rayon Məhkəməsinin 3(011)-4807/2025 saylı, xx.xx.2025-ci il tarixli qərarı ilə ləğv edilərək yenidən araşdırılması üçün göndərilmiş X2 İXM-nin 327.1-1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməsinə dair inzibati xəta haqqında işə baxılmasının nəticələri nəzərə alınaraq müvafiq qərar qəbul edilməlidir. Qeyd olunanlara əsasən və İXM-in 128-130, 133-135-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şikayət qismən təmin edilsin. Azərbaycan Respublikası DİN Binəqədi rayon DYPŞ tərəfindən qəbul edilmiş 12 iyul 2025-ci il tarixli, TP ******* nömrəli inzibati tənbeh vermə haqqında qərar ləğv edilsin və iş yenidən baxılması üçün Binəqədi rayon DYPŞ-nə göndərilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində işə baxan Bakı şəhəri Binəqədi Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim: Aynurə Sadıqova
Məhkəmə qərarları › İş №3(001)-5604/2025
Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qərar — İş №3(001)-5604/2025
14.08.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver