Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(001)-5607/2025 13.08.2025 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin hakimi Bağırov Zamiq Rəşid oğlunun sədrliyi, məhkəmə iclas katibi Hümbətov Məmmədəli Qafqaz oğlunun katibliyi, inzibati xəta haqqında protokol tərtib etmiş şəxs Bakı şəhəri Binəqədi rayon İcra şöbəsinin icra məmuru X2, Bakı şəhəri 12 saylı Vəkil Bürosunun vəkili Vəkil, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakları ilə, xx.xx.1979-cu il tarixdə Kəlbəcər rayonu, Bağlıpəyə kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, ailəli, orta təhsilli, işləməyən, Kəlbəcər rayonu, Çərəktar kəndində qeydiyyatda olan, Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin (bundan sonra - İXM) 528.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməsi haqqında Bakı şəhəri Binəqədi rayon İcra şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiala məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: Bakı şəhəri Binəqədi rayon İcra şöbəsindən Şəxs İXM-in 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair xx.xx.2025-ci il tarixli, MN ******* nömrəli inzibati xəta haqqında protokol və ona əlavə edilmiş sənədlər baxılması üçün aidiyyəti üzrə məhkəməyə göndərilmişdir. xx.xx.2025-ci il tarixli məhkəmə iclasında inzibati xəta haqqında protokol tərtib etmiş Bakı şəhəri Binəqədi rayon İcra şöbəsinin icra məmuru X7 izahatında bildirmişdir ki, Binəqədi Rayon Məhkəməsinin 08 noyabr 2013-cü il tarixli icra vərəqəsinə əsasən Şəxs ümumilikdə 37525 ABŞ dolları tutularaq Azərbaycan Beynəlxalq Bankın xeyrinə ödənilməsi tətbiq olunmuşdur. Tutma icra vərəqəsində göstərilən ipoteka ilə yüklü edilmiş “X9” markalı ** MV *** qeydiyyat nişanlı avtomobilə yönəldilməsi qeyd edilmişdir. Göstərilən avtomobil Şəxs özündə olmuşdur. Daha sonra hərac keçirilmişdir. Həracda avtomobil X5 tərəfindən alınmışdır. Avtomobil alıcı olan Aytən Eynullayeva təhvil verilməsi zamanı Hicran bildirmişdir ki, avtomobil onda deyil. Ona görə də Şəxs barəsində avtomobili təhvil verməməsi ilə bağlı protokol tərtib edilərək məhkəməyə göndərilmişdir. Məhkəmə iclasında inzibati xəta haqqında protokol tərtib etmiş Bakı şəhəri Binəqədi rayon İcra şöbəsinin icra məmuru X7 izahatında bildirmişdir ki, Şəxs həmin avtomobili icra şöbəsinə təhvil vermişdir. Məhkəmə iclasında Şəxs avtomobili icra şöbəsinə aparıb təhvil verdiyini və bu barədə müvafiq akt tərtib olunduğunu bildirməklə məhkəmədən barəsində aparılan inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Məhkəmə iclasında Bakı şəhəri 12 saylı Vəkil Bürosunun vəkili Vəkil Şəxs barəsində aparılan inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. İş materiallarına əlavə olunmuş və məhkəmədə tədqiq edilmiş: Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx.xx.2013-cü il tarixli, 2(001)- 6321/2013 saylı icra vərəqəsindən görünür ki, Əmiraslanova (Əliyeva) Hicran Həsən qızından "xxxx" Açıq Səhmdar Cəmiyyətinin xeyrinə 35981 (otuz beş min doqquz yüz səksən bir) ABŞ dolları əsas 1444,0 (bir min dörd yüz qırx dörd) ABŞ dolları faiz, 100 (bir yüz) ABŞ dolları cərimə borcu qətnamənin icra edildiyi gün üçün Azərbaycan Respublikası Mərkəzi Bankının müəyyən etdiyi dolların manata olan məzənnəsi üzrə manat hesabı ilə və iddia qaldırılması üçün ödənilmiş 30 (otuz) manat dövlət rüsumu tutulması, tələbin ipoteka ilə yüklü edilmiş və cavabdeh Əmiraslanova (Əliyeva) Hicran Həsən qızına məxsus “X9” markalı 90MV890 qeydiyyat nişanlı buraxılış ili 2011, tip universal, Ban- 1J4RR5GG6BC684979, mühərrik BWKJ24867355 qara rəngli avtomobilə yönəldilməsi, həmin avtomobilin açıq hərracdan satılması, satışdan əldə olunan vəsait hesabına "xxxx" Açıq Səhmdar Cəmiyyətinin xeyrinə 35981 (otuz beş min doqquz yüz səksən bir) ABŞ dolları əsas 1444.0 (bir min dörd yüz qırx dörd) ABŞ dolları faiz, 100 (bir yüz ) ABŞ dolları cərimə borcu qətnamənin icra edildiyi gün üçün Azərbaycan Respublikası Mərkəzi Bankının müəyyən etdiyi dolların manata olan məzənnəsi üzrə manat hesabı ilə və iddia qaldırılması üçün ödənilmiş 30 (otuz) manat dövlət rüsumu ödənilməsi, avtomaşının satışından əldə olunmuş vəsait borcun ödənilməsi üçün yetərli olmasa qalan məbləğin Əmiraslanova (Əliyeva) Hicran Həsən qızından tutulması qət edilmişdir. xx.xx.2013-cü il tarixli “İcraata başlamaq haqqında” qərardan görünür ki, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx.xx.2013-cü il tarixli, 2(001)-6321/2013 saylı icra vərəqəsinə əsasən icraata başlanılmışdır. xx.xx.2025-ci il tarixli aktdan görünür ki, Şəxs Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx.xx.2013-cü il tarixli, 2(001)-6321/2013 saylı icra vərəqəsində qeyd edilən “X9” markalı avtomobili icra məmurunun iştirakı ilə hərracın qalibi X3 təhvil vermişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 528.1-ci maddəsinə əsasən icra sənədindəki tələbin üzrsüz səbəbdən icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə icra edilməməsinə və ya icra məmurunun məhkəmə və ya başqa dövlət orqanlarının qərarlarının icrası ilə əlaqədar digər qanuni tələblərinin yerinə yetirilməməsinə görə fiziki şəxslər beş yüz manatdan min manatadək məbləğdə cərimə edilir və ya işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bir ayadək müddətə inzibati həbs tətbiq olunur, vəzifəli şəxslər min iki yüz manatdan iki min beş yüz manatadək məbləğdə, hüquqi şəxslər üç min manatdan beş min manatadək məbləğdə cərimə edilir. 53.1.2-ci maddəsinə əsasən inzibati xəta tərkibi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir; 105.1-ci maddəsinə əsasən Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri olduqda, icraatında inzibati xəta haqqında iş olan hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir; 114.2.1-ci maddəsinə əsasən Məcəllənin 53-cü maddəsində nəzərdə tutulan hallardan biri mövcud olduqda inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar qəbul edilir. Məhkəmə icra məmurunun, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin izahatlarını, eləcə də inzibati materialda olan sənədləri nəzərə alıb, icra işini nəzərdən keçirərək, iş üzrə sübutları qiymətləndirərək hesab edir ki, Şəxs əməlində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın tərkibi mövcud deyil. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsinə əsasən, icra sənədindəki tələbin üzrsüz səbəbdən icra edilməməsinə görə fiziki şəxslər inzibati məsuliyyətə cəlb edilə bilər. Bu normanın tətbiqi üçün əsas şərt – məcburi icra sənədinin borclu tərəfindən üzrsüz səbəbdən və ya qərəzli şəkildə icra olunmamasıdır. Burada "üzrsüz səbəb" anlayışı icra sənədinin yerinə yetirilməməsinin obyektiv əsaslara söykənmədiyini, borclunun icra öhdəliyini bilərəkdən, mümkün olduğu halda yerinə yetirmədiyini nəzərdə tutur. Hazırkı iş üzrə, barəsində icraat aparılan Şəxs barəsində inzibati xəta haqqında protokol X9” markalı 90MV890 qeydiyyat nişanlı buraxılış ili 2011, tip universal, Ban- 1J4RR5GG6BC684979, mühərrik BWKJ24867355 qara rəngli avtomobilin hərracda qalib olmuş şəxs X3 verilməməsi ilə bağlı tərtib olunmuşdur. Lakin xx.xx.2025-ci il tarixdə Şəxs icra məmurunun iştirakı ilə həmin avtomobili hərracın qalibi X3 təhvil vermişdir. X1 təhvil verilməsi xx.xx.2025-ci il tarixli akt, o cümlədən icra məmurunun və barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin izahatları ilə öz təsdiqini tapır. Belə olan halda, Şəxs tərəfindən icra sənədindəki tələbin üzrsüz səbəbdən və ya qərəzli şəkildə icra edilməməsi istisna edilir. Yuxarıda sadalanan qanunun tələbləri və işin həqiqi halları baxımından məhkəmə belə qənaətə gəlir ki, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsinin dispozisiyasına əsasən icra sənədinin borclu tərəfindən üzürsüz səbəbdən icra edilməməsi inzibati məsuliyyətə səbəb olduğundan, hazırkı halda isə borclu Şəxs tərəfindən icra sənədindəki tələb üzrsüz səbəblərdən icra edilməməsi halının mövcudluğu istisna edildiyindən Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair inzibati xəta haqqında iş üzrə icraata onun əməlində inzibati xəta tərkibi olmadığından xitam verilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 43, 48-51, 53, 114, 115, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: Bakı şəhəri Binəqədi rayon İcra Şöbəsi tərəfindən tərtib olunmuş xx.xx.2025-ci il tarixli, MN ******* nömrəli inzibati xəta haqqında protokola dair Şəxs əməlində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsinin tərkibi olmadığından inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin və o qeyd edilən əməli törətməkdə təqsirsiz hesab edilsin. Qərarın surəti rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 129-cu maddəsində müəyyən edilmiş qaydada Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Zamiq Bağırov
Məhkəmə qərarları › İş №3(001)-5607/2025
Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qərar — İş №3(001)-5607/2025
13.08.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver