Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 3(001)-561/2025 23.01.2025 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Hakim Bağırov Zamiq Rəşid oğlunun sədrliyi, məhkəmə iclas katibi Hümbətov Məmmədəli Qafqaz oğlunun katibliyi, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X4 Xidmətinin Bakı şəhər İdarəsinin nümayəndəsi X2 iştirakı ilə, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X4 Xidmətinin Bakı şəhər İdarəsi tərəfindən qəbul edilmiş xx.xx.2024-cü il tarixli, MN ******* nömrəli inzibati tənbeh vermə haqqında qərardan şikayət vermə müddətinin bərpa edilməsinə dair X3 tərəfindən verilmiş vəsatətə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: X3 məhkəməyə vəsatətlə müraciət edərək Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X4 Xidmətinin Bakı şəhər İdarəsi tərəfindən qəbul edilmiş xx.xx.2024-cü il tarixli, MN ******* nömrəli inzibati tənbeh vermə haqqında qərardan şikayət verilməsi üçün buraxılmış müddətin üzürlü hesab edilərək bərpa edilməsi barədə qərardad qəbul olunmasını xahiş etmişdir. Buraxılmış prosessual müddətin bərpa edilməsi barədə vəsatət onunla əsaslandırılmışdır ki, X4 Xidməti tərəfindən AR İnzibati Xətalar Məcəlləsinin 192.4-cü maddəsində nəzərdə tutulan inzibati xətanın törədilməsinə görə barəsində qəbul edilmiş inzibati tənbeh vermə haqqında 21 may 2024-cü il tarixli, MN ******* nömrəli qərardan məhkəməyə şikayət ərizəsi təqdim olunmuşdur. Müvafiq qərardan daha əvvəl vaxtında məhkəməyə eyni məzmunlu şikayət ərizəsi ünvanlasa da, şikayət ərizəsinə baxılmasının nəticəsi haqqında heç bir bildiriş əldə edə bilməmişdir. Daha sonradan barəsində tətbiq olunmuş inzibati cərimə növündə tənbeh tədbirinin icrası ilə bağlı məktublar əldə etmişdir. Barəsində qanunsuz formada qəbul olunmuş inzibati tənbeh vermə haqqında qərarı məhkəmə qaydasında mübahisələndirmək istəyir. Bu zaman daha əvvəl inzibati tənbeh vermə haqqında qərardan vaxtında şikayət verilməsini, həmin vaxtdan indiyə kimi keçən müddətin onun iradəsindən kənar və obyektiv hallarla bağlı olmasını nəzərə almaqla məhkəmədən müvafiq şikayət ərizəsinin icraata götürülməsini və inzibati xəta haqqında işə baxaraq ədalətli qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumatlandırılmasına baxmayaraq barəsində inzibati tənbeh vermə haqqında qərar qəbul edilmiş şəxs məhkəmə iclasında iştirak etməmişdir. Məhkəmə, qanunvericiliyin tələblərini rəhbər tutaraq barəsində inzibati tənbeh vermə haqqında qərar qəbul edilmiş şəxsin iştirakı olmadan vəsatətə baxılmasını mümkün hesab edir. Məhkəmə iclasında tədqiq edilmiş və iş materiallarında olan: xx.xx.2024-cü il tarixli MN ******* saylı “İnzibati tənbeh vermə haqqında” qərardan görünür ki, X3 İXM-nin 192.4-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək 900 manat məbləğində inzibati cərimə edilmişdir. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 3(001)- 4975/2024 saylı qərardadından görünür ki, X1 Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X4 Xidmətinin Bakı şəhər İdarəsi tərəfindən qəbul edilmiş xx.xx.2024-cü il tarixli, MN ******* nömrəli inzibati tənbeh vermə haqqında qərardan verdiyi şikayət baxılması üçün aidiyyəti üzrə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinə göndərilmişdir. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 3(006)-3831/2024 saylı qərardadından görünür ki, X1 Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X4 Xidmətinin Bakı şəhər İdarəsi tərəfindən qəbul edilmiş xx.xx.2024-cü il tarixli, MN ******* nömrəli inzibati tənbeh vermə haqqında qərardan verdiyi şikayət geri qaytarılmışdır. Məhkəmə vəsatəti və iş materiallarını araşdırıb belə nəticəyə gəlir ki, X3 tərəfindən Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X4 Xidmətinin Bakı şəhər İdarəsinin xx.xx.2024-cü il tarixli, MN ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarından şikayət verilməsi üçün ötürülmüş prosessual müddətin bərpa edilməsi barədə vəsatəti təmin edilməməlidir. Belə ki, X1 şikayətinin geri qaytarılması barədə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsi xx.xx.2024-cü il tarixdə qərardad qəbul etmişdir. Lakin şikayətə əlavə edilmiş müddətin bərpasına dair vəsatətin tarixi isə xx.xx.2024-cü il olaraq göstərilmişdir. Poçt zərfinin üzərində olan möhürdən isə görünür ki, şikayət ərizəsi və sənədlər 2025-ci ilin yanvar ayında poçta təqdim edilmiş, xx.xx.2025-ci il tarixdə isə məhkəməyə daxil olmuşdur. Poçt zərfinin üzərində SX036855117AZ ştrix kodu qeyd olunsa da, “azerpost.az” saytında göndərişi izləmək mümkün olmamışdır. Belə olan halda, şikayətin nə zaman poçta təqdim edilməsi müəyyən edilə bilməmişdir. Həmçinin məhkəmə iclasının yeri və vaxtı barədə məlumatlandırılmasına baxmayaraq, vəsatət vermiş şəxs məhkəmə iclasına gəlməyərək şikayəti nə zaman poçta təqdim etdiyini, müddəti ötürməsinin üzürlü səbəblərini bildirməmişdir. Şikayətə əlavə edilmiş vəsatətdə də şikayət vermənin üzürlü səbəbləri göstərilməmiş, ümumi ifadələrə istinad edilərək məhkəmədən müddətin bərpa edilərək şikayətin icraata götürülməsi xahiş edilmişdir. X3 vəsatətində keçən müddətin onun iradəsindən kənar və obyektiv hallarla bağlı olmasını göstərmiş, lakin həmin iradəsindən kənar və obyektiv halların nədən ibarət olmasını göstərməmişdir. Odur ki, məhkəmə hesab edir ki, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X4 Xidmətinin Bakı şəhər İdarəsi tərəfindən qəbul edilmiş xx.xx.2024-cü il tarixli, MN ******* nömrəli inzibati tənbeh vermə haqqında qərardan şikayət vermə müddətinin üzürlü səbəbdən ötürülməsi təsdiqini tapmamışdır. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 130.1-ci maddəsinə əsasən bu Məcəllənin 126.1-ci maddəsində nəzərdə tutulmuş hallar istisna olmaqla, qərarın surəti bu Məcəllənin 57.1 – 57.5-ci maddələrində nəzərdə tutulmuş rəsmi qaydada verildiyi vaxtdan on gün müddətində inzibati xəta haqqında iş üzrə qərardan şikayət və ya protest verilə bilər. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 130.3-cü maddəsinə əsasən buraxılmış müddətin bərpası qeyri-mümkün hesab edildikdə, bu halda vəsatəti rədd etmə haqqında qərardad qəbul edilir. Məhkəmə vəsatətin dəlillərini və iş materiallarını araşdıraraq hesab edir ki, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X4 Xidmətinin Bakı şəhər İdarəsi tərəfindən qəbul edilmiş xx.xx.2024-cü il tarixli, MN ******* nömrəli inzibati tənbeh vermə haqqında qərardan şikayət vermə müddətinin bərpası barədə vəsatət rədd edilməli, şikayət iş materialları ilə birlikdə geri qaytarılmalıdır. Qeyd edilənləri və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 130-cu maddəsinin tələblərini rəhbər tutaraq, qərara aldı: Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X4 Xidmətinin Bakı şəhər İdarəsi tərəfindən qəbul edilmiş xx.xx.2024-cü il tarixli, MN ******* nömrəli inzibati tənbeh vermə haqqında qərardan şikayət vermək üçün ötürülmüş prosessual müddətinin bərpa edilməsinə dair X1 vəsatəti rədd edilsin. Şikayət və əlavə edilmiş sənədlər geri qaytarılsın. Qərardaddan 10 (on) gün müddətində Bakı şəhəri Binəqədi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Zamiq Bağırov
Məhkəmə qərarları › İş №3(001)-561/2025
Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qərardad — İş №3(001)-561/2025
23.01.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver