Məhkəmə qərarları › İş №3(001)-5612/2025

Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qərar — İş №3(001)-5612/2025

14.08.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(001)-5612/2025 14.08.2025 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin hakimi Sadıqova Aynurə Vahid qızının sədrliyi, məhkəmənin məsləhətçisi (məhkəmə iclas katibi) Bəbirov Qədir Nadir oğlunun katibliyi, inzibati tənbeh vermə haqqında qərardan şikayət vermiş şəxs X7 iştirakı ilə, X7 Daxili İşlər Nazirliyi Baş X14 İdarəsi tərəfindən qəbul edilmiş 16 iyul 2025-ci il tarixli, EQ 29300928 nömrəli inzibati tənbeh vermə haqqında qərardan verdiyi şikayətə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: X1 Daxili İşlər Nazirliyi Baş X14 İdarəsi tərəfindən qəbul edilmiş 16 iyul 2025-ci il tarixli, EQ 29300928 nömrəli inzibati tənbeh vermə haqqında qərarından verdiyi şikayət məhkəməyə daxil olmuşdur. X11 şikayətini onunla əsaslandırmışdır ki, xx.xx.2025-ci il tarixdə məlum olmuşdur ki, DİN Baş DYPİ tərəfindən ona xx.xx.2025-ci tarixli, EQ 29300928 nömrəli protokol üzrə həmin tarixdə inzibati tənbeh vermə haqqında qərar qəbul edilmişdir. Qeyd edilən qərarı xx.xx.2025-ci il tarixdə rəsmi şəkildə əldə etmişdir. BŞDYPİ-nin əməkdaşı tərəfindən təqdim edilmiş qərarın çap edildiyi tarix bu faktı təsdiq edir. Aşağıda göstərilən səbəblərdən Bakı şəhər Baş Polis İdarəsinin X14 idarəsinin inzibati tənbeh vermə haqqında xx.xx.2025-ci il tarixli, EQ 29300928 nömrəli qərarı ləğv olunmalıdır. Qeyd edilən qərarda xx.xx.2025-ci il tarixdə, saat 17:55:02-də “Hyundai Santafe” markalı, **-XC-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin svetoforun və ya nizamlayıcının qadağan edici işarəsi verilərkən hərəkətin davam etdirməsi göstərilmişdir. Lakin “Hyundai Santafe" markalı, **-XC-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsini göstərilən tarixdə idarə edən şəxs o olmamışdır. Həmin avtomobil dayısı X2 həyat yoldaşı X3 adına qeydə alınmaqla dayısı X6 tərəfindən idarə olunmaqdadır. X5 tərəfindən həmin avtomobili idarə etmək üçün ona etibarnamə verilsə də, o, çox təsadüf hallarda “Hyundai Santafe” markalı, **-XC-*** dövlət qeydiyyat nişanlı avtomobili idarə edir. Yəni DİN Baş X14 İdarəsinin "İnzibati tənbeh vermə haqqında" nömrəsiz, xx.xx.2025-ci il tarixli, EQ 29300928 nömrəli qərarının barəsində tərtib edilməsi tamamən əsassızdır. Məhkəmə iclasında inzibati tənbeh vermə haqqında qərardan şikayət vermiş şəxs X11 şikayətin məzmununa uyğun izahat verərək barəsində qəbul edilmiş 16 iyul 2025-ci il tarixli, EQ 29300928 nömrəli inzibati tənbeh vermə haqqında qərarın ləğv edilməsini xahiş etmişdir. İnzibati tənbeh vermə haqqında qərarı çıxarmış Daxili İşlər Nazirliyi Baş X14 İdarəsinə məhkəmə iclasının yeri və vaxtı barədə poçt vasitəsi ilə bildiriş göndərilmişdir. Həmçinin, “AZEMİS” elektron informasiya sistemi vasitəsi ilə inzibati tənbeh vermə haqqında qərarı qəbul etmiş Daxili İşlər Nazirliyi Baş X14 İdarəsinin nümayəndəsinin əlaqə nömrələrinə “sms” bildiriş göndərilmiş və həmin “sms” bildiriş ona çatdırılmışdır. Buna baxmayaraq, inzibati tənbeh vermə haqqında qərarı qəbul etmiş şəxs məhkəmə iclasında iştirak etməmişdir. Bu səbəbdən, məhkəmə işə qeyd olunan şəxsin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iş materiallarını araşdıraraq, şikayət vermiş şəxsin izahatını dinləyərək belə nəticəyə gəlir ki, X11 tərəfindən verilmiş şikayət təmin edilməlidir. İş materiallarına əlavə edilmiş və məhkəmə iclasında tədqiq edilmiş: Daxili İşlər Nazirliyi Baş X14 İdarəsi tərəfindən qəbul edilmiş 16 iyul 2025-ci il tarixli, EQ 29300928 nömrəli inzibati tənbeh vermə haqqında qərardan görünür ki, X11 İXM-in 327.2-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinib, 100 manat məbləğində cərimə növündə tənbeh tətbiq edilmişdir. BA 133637 nömrəli nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsindən görünür ki, “Hyundai Santa FE” minik markalı, ** CX *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi X3 mülkiyyətindədir. xx.xx.2022-ci il tarixli etibarnamədən görünür ki, mülkiyyətçi X5 tərəfindən “Hyundai Santa FE” minik markalı, ** CX *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsini idarə etmək .10.2026-cı il tarixədək X4 etibar edilmişdir. xx.xx.2024-cü il tarixli etibarnamədən görünür ki, mülkiyyətçi X5 tərəfindən “Hyundai Santa FE” minik markalı, ** CX *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsini idarə etmək xx.xx.2030-cu il tarixədək X8 etibar edilmiş və həmin etibarnamə 18 iyul 2025-ci il tarixdə ləğv edilmişdir. xx.xx.2025-ci il tarixli X6 tərəfindən verilmiş ərizədən görünür ki, o, Daxili İşlər Nazirliyi Baş X14 İdarəsi tərəfindən qəbul edilmiş 16 iyul 2025-ci il tarixli, EQ 29300928 nömrəli inzibati tənbeh vermə haqqında qərardan verilmiş şikayətlə bağlı bildirmişdir ki, qeyd edilən avtomobil həyat yoldaşı X3 adına qeydə alınmaqla, etibarnamə əsasında onun tərəfindən idarə olunur. Həmçinin xx.xx.2025-ci il tarixdə də onun tərəfindən idarə olunmuşdur. Beləliklə, işin təsvir edilmiş hallarından mübahisəsiz qaydada görünür ki, şikayət verən X11 Azərbaycan Respublikası İXM-in 327.2-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməkdə təqsirli bilinib 10 manat cərimə edilsə də, onun inzibati xətanın törədildiyi vaxt «“Hyundai Santa FE” minik markalı, ** CX *** dövlət qeydiyyat nişanlı avtomobili idarə etməsi təsdiq olunmur. Belə ki, sözügedən avtomobilə dair mülkiyyətçi X5 tərəfindən xx.xx.2022-ci il tarixdə xx.xx.2026-cı il tarixədək X4 və son olaraq xx.xx.2024-cü il tarixdə xx.xx.2030-cu il tarixədək X8 nəqliyyat vasitəsini idarə etmək hüququ etibar edilmiş və X8 verilmiş həmin etibarnamə 18 iyul 2025-ci il tarixdə ləğv edilmişdir. Bundan başqa, “Hyundai Santa FE” minik markalı, ** CX *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsini etibarnamə əsasında idarə edən X6 məhkəməyə ərizə ilə müraciət edərək və məhkəmə iclasında iştirak edərək, “Hyundai Santa FE” minik markalı, ** CX *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin xx.xx.2025-ci il tarixdə tərəfindən idarə olunduğunu və Daxili İşlər Nazirliyi Baş X14 İdarəsi tərəfindən qəbul edilmiş 16 iyul 2025-ci il tarixli, EQ 29300928 nömrəli inzibati tənbeh vermə haqqında qərarda nəzərdə tutulmuş inzibati xətanın tərəfindən törədildiyini etiraf etmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 8-ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllədə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsirsiz hesab edilir. İnzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. İnzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində şübhələr onun xeyrinə həll edilir. 12.1-ci maddəsinə əsasən bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. 75-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə aşağıdakılar müəyyən edilməlidir: inzibati xəta hadisəsi (inzibati xəta törədilmişdirmi); inzibati xəta törətmiş şəxs; inzibati xəta törətməkdə şəxsin təqsiri. Beləliklə məhkəmə iclasında müəyyən olunmuşdur ki, DİN Baş Dövlət Yol Polis İdarəsi tərəfindən 16 iyul 2025-ci il tarixli inzibati tənbehvermə haqqında qərar qəbul edilən zaman **-XC-*** dövlə qeydiyyat nişanlı nəqliyyat vasitəsinin X11 tərəfindən idarə edilməsi faktı tam araşdırılmamış, sadəcə olaraq nəqliyyat vasitəsinin idarə edilməsinə dair mülkiyyətçi tərəfindən son olaraq ona etibarnamə verildiyindən inzibati tənbehvermə haqqında qərar onun barəsində qəbul edilmişdir. İXM-nin 135.1.6-cı maddəsinə əsasən bu Məcəllə ilə müəyyən edilmiş tələblərin işin hallarının hərtərəfli, tam və obyektiv araşdırılmasına maneə törədəcək dərəcədə pozulması inzibati xəta haqqında iş üzrə qərarın ləğv edilməsi üçün əsasdır. İXM-nin 134.1-ci və 134.1.4-cü maddələrinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayət və ya protest baxıldıqda bu Məcəllənin 135.1.1 və 135.1.6-cı maddələri ilə müəyyən edilmiş hallarda qərarın ləğv edilməsi və inzibati xəta haqqında işin yenidən baxılmaq üçün hakimə, səlahiyyətli orqana (vəzifəli şəxsə) göndərilməsi haqqında qərar qəbul edilir. Beləliklə, məhkəmə hesab edir ki, İXM-lə müəyyən edilmiş tələblər işin hallarının hərtərəfli, tam və obyektiv araşdırılmasına maneə törədəcək dərəcədə pozulduğundan Daxili İşlər Nazirliyi Baş X14 İdarəsi tərəfindən qəbul edilmiş 16 iyul 2025-ci il tarixli, EQ 29300928 nömrəli inzibati tənbeh vermə haqqında qərar ləğv edilməli və inzibati xəta haqqında iş yenidən baxılması üçün Daxili İşlər Nazirliyi Baş X14 İdarəsinə göndərilməlidir. Səlahiyyətli orqan işə yenidən baxarkən inzibati xətanın törədildiyi vaxtda “Hyundai Santa FE” minik markalı, ** CX *** dövlət qeydiyyat nişanlı avtomobili idarə edən şəxsi düzgün müəyyən etməli, nəticəsindən asılı olaraq inzibati tənbeh vermə haqqında qərar çıxarmalıdır. Qeyd olunanlara əsasən və İXM-in 128-130, 133-135-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şikayət qismən təmin edilsin. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş X14 İdarəsi tərəfindən qəbul edilmiş 16 iyul 2025-ci il tarixli, EQ 29300928 nömrəli inzibati tənbeh vermə haqqında qərar ləğv edilsin və iş yenidən baxılması üçün Daxili İşlər Nazirliyi Baş X14 İdarəsinə göndərilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində işə baxan Bakı şəhəri Binəqədi Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim: Aynurə Sadıqova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar