Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(001)-5617/2024 08.10.2024 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Hakim Sadıqova Aynurə Vahid qızının sədrliyi, Bəbirov Qədir Nadir oğlunun katibliyi, X1 iştirakı ilə, X2 tərəfindən Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş X9 İdarəsinin xx.xx.2024-cü il tarixli, EQ 22934351 nömrəli inzibati tənbeh vermə haqqında qərarından verilmiş şikayətə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: X4 tərəfindən Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş X9 İdarəsi xx.xx.2024-cü il tarixli, EQ 22934351 nömrəli inzibati tənbeh vermə haqqında qərarından verilmiş şikayət baxılması üçün Binəqədi Rayon Məhkəməsinə göndərilmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, 12 avqust 2024-cü il tarixdə, saat 14:46 radələrində mülkiyyətində olan ** LB *** dövlət qeydiyyat nişanlı, “HYUNDAİ SANTA FE” minik markalı avtomobil barədə Azərbaycan Respublikası DİN DYPİ-ni əməkdaşları tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 346.6-ci maddəsi ilə inzibati protokol tərtib olunaraq 40 manat məbləğində cərimə olunmuşdur. ** LB *** dövlət qeydiyyat nişanlı, “HYUNDAİ SANTA FE” minik markalı avtomobil onun mülkiyyətindədir. Avtomobillə hərəkətdə olarkən 12 avqust 2024-cü il tarixdə, saat 14:46 radələrində Bakı şəhəri Nərimanov rayonu Təbriz küçəsində yerləşən taksi duracağından 17 metr aralıda avtomobili saxladığı zaman qaydaları pozduğu səbəbi ilə Azərbaycan Respublikası DİN DYPİ-nin əməkdaşları tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 346.6-ci maddəsi ilə EQ 22934351 nömrəli protokol tərtib edilmişdir. Həmin protokol əsasında qərar çıxarılaraq, video və foto şəkillər ona elektron qaydada göndərilmişdir. Həmin protokol 5.14 yol nişanına istinad edilərək tərtib edilmişdir. Belə ki, AR İXM-nin 346.6-cı maddəsi taksi duracaqlarında taksi minik avtomobili olmayan nəqliyyat vasitələrinin dayanmasına və ya durması tənzimlənir. Lakin qanunda bununla bağlı xüsusi müddəa nəzərdə tutulmamışdır. Qeyd edir ki, küçə başdan başa taksi duracağından ibarət deyil. Həmçinin qanunvericilikdə də həmin yol nişanından nə qədər aralı məsafədə avtomobil saxlamaq barədə də heç bir qeyd mövcud deyil. Lakin 5.12 və 5.13 yol nişanları duracağdan nə qədər aralı məsafədə “Yol hərəkəti haqqında Azərbaycan Respublikasının Qanunu” nun İV bölməsinin 7-ci bəndində dayanacaq meydançasına, meydança olmadıqda isə ümumi istifadədə olan nəqliyyat vasitələrinin dayanacaq yerini işarə edən 5.12 və ya 5.13 yol nişanlarına 15 metrdən az yaxınlıqda avtomobili saxlamaq barədə qeyd olunmuşdur. Göründüyü kimi tərtib olunmuş protokol qanunsuz və əsassızdır. Protokolla nəzərdə tutulan yol nişanı barədə qanuni məsuliyyət yol hərəkəti haqqında qanunda öz əksini tapmamışdır. Lakin buna baxmayaraq avtomobil sözügedən taksi duracağından 17 m aralıda saxlanılmışdır. Qeyd olunmuş şəkillərdə bu əksini tapsa da, qanunsuz olaraq cərimə yazılmışdır. Bildirir ki, sözügedən protokol barədə məlumat ona elektron şəkildə telefonuna göndərilmişdir. Həmin protokoldan elektron qaydada dərhal şikayət vermişdir. Şikayət ərizəsi 3-13-16/1-M-1314xx/xx/2024 sənəd nömrəsi ilə qeydiyyata alınsa da, bu günə kimi şikayətinə baxılmamış, ona rəsmi şəkildə heç bir cavab verilməmişdir. Ona görə məhkəməyə müraciət etməyə məcbur olmuşdur. Hesab edir ki, X5 tərtib etdiyi İnzibati Xəta haqqında protokol əsasında çıxarılmış qərar ləğv edilməlidir. Məhkəmə iclasında X2 şikayət ərizəsinin məzmununa uyğun çıxış edərək şikayətin təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə AR DİN Baş X8 İdarəsinə məlumat verilsə də, nümayəndəsi məhkəmə iclasına gəlməmiş və gəlməməsinin üzürlü səbələri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə şikayətə Bakı şəhər Baş Polis İdarəsi X8 İdarəsinin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə, işdə iştirak edən şəxsin izahatını dinləyib, inzibati xəta haqqında iş üzrə qərardan verilmiş şikayəti və ona əlavə edilmiş sənədləri nəzərdən keçirərək hesab edir ki, şikayət təmin edilməməlidir. Belə ki, iş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: xx.xx.2024-cü il tarixli, EQ 22934351 nömrəli inzibati tənbeh vermə haqqında qərardan görünür ki, X4 tərəfindən İXM-in 346.6-cı maddəsində nəzərdə tutulmuş inzibati xəta törədildiyi üçün 40 manat məbləğində inzibati cərimə olunmuşdur. Baş X8 İdarəsinin inzibati tənbeh vermə haqqında qərara əlavə etdiyi fotoşəkillərdən görünür ki, “HYUNDAİ SANTA FE” minik markalı, **-LB-*** dövlət qeydiyyat nişanlı avtomobil taksi duracağı üçün nəzərdə tutulan duracaqda saxlanılmışdır. Belə ki, məhkəmə iclasında X3 şikayət ərizəsi inzibati xəta haqqında iş üzrə materiala əlavə edilmiş sənədlərlə qarşılıqlı şəkildə araşdırılaraq müəyyən edildi ki, X4 nəqliyyat vasitələrinin dayanma və ya durma qaydalarını pozmuş və bu pozuntu inzibati tənbeh vermə haqqında qərara əlavə olunmuş foto-şəkillərlə də təsdiq olunmuşdur. İXM-in 346.6-cı maddəsinə əsasən taksi duracaqlarında taksi minik avtomobili olmayan nəqliyyat vasitələrinin dayanmasına və ya durmasına görə qırx manat məbləğində cərimə edilir. “Yol-hərəkəti haqqında” Azərbaycan Respublikası qanununun 52-ci maddəsinin 4cü hissəsinin 10-2-ci bəndinə əsasən taksi minik avtomobili olmayan nəqliyyat vasitələrinin 5.14 nişanı ilə işarələnmiş duracaq yerlərində dayanması qadağandır. Belə ki, məhkəmə yuxarıda göstərilənlərə əsasən belə nəticəyə gəlir ki, X3 şikayətdə və izahatında göstərdiyi xüsusatlar barəsində Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Bakı şəhər X9 İdarəsi tərəfindən qəbul edilmiş xx.xx.2024-cü il tarixli, EQ 22934351 nömrəli inzibati tənbeh vermə haqqında qərarın ləğv edilməsi üçün əsas olmamaqla yanaşı, mübahisələndirilən inzibati tənbeh vermə haqqında qərarın ləğv edilməsi üçün heç bir hal yoxdur. Ona görə də, məhkəmə X4 tərəfindən verilmiş şikayətin təmin olunmaması qənaətinə gəlmişdir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 12.1-ci maddəsinə əsasən bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 134.1.1-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayət və ya protest baxıldıqda qərarın dəyişdirilmədən, şikayətin və ya protestin isə təmin edilmədən saxlanılması haqqında qərarlardan biri qəbul edilir. Beləliklə məhkəmə, qanunvericiliyin tələblərini rəhbər tutaraq hesab edir ki, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş X9 İdarəsi tərəfindən qəbul edilmiş xx.xx.2024-cü il tarixli, EQ 22934351 nömrəli inzibati tənbeh vermə haqqında qərarın qanuniliyini şübhə altına ala biləcək əsaslar müəyyən edilmədiyindən, X3 həmin qərardan verdiyi şikayət təmin edilməməli, həmin qərar dəyişdirilmədən saxlanılmalıdır. Qeyd olunanlara əsasən və İXM-in 128-137-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: X4 tərəfindən Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş X9 İdarəsi xx.xx.2024-cü il tarixli, EQ 22934351 nömrəli inzibati tənbeh vermə haqqında qərarından verilmiş şikayət təmin edilməsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində işə baxan Bakı şəhəri Binəqədi Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Aynurə Sadıqova
Məhkəmə qərarları › İş №3(001)-5617/2024
Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qərar — İş №3(001)-5617/2024
08.10.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver