Məhkəmə qərarları › İş №3(001)-5618/2025

Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qərardad — İş №3(001)-5618/2025

07.08.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 3(001)-5618/2025 07.08.2025 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Mən, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin hakimi Nəsibov Samir Nadir oğlu X1 Baş Dövlət Yol Polisi İdarəsinin 02 avqust 2025-ci il tarixli, EQ 29669604 saylı inzibati tənbeh vermə haqqında qərarından şikayətini işin baxılmasına hazırlanması mərhələsində nəzərdən keçirərək, M Ü Ə Y Y Ə N E T D İ M: X2 Baş Dövlət Yol Polisi İdarəsinin 02 avqust 2025-ci il tarixli, EQ 29669604 saylı inzibati tənbeh vermə haqqında elektron qərarından şikayətlə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinə müraciət etmişdir. Şikayəti və əlavə edilmiş sənədləri nəzərdən keçirərək, hesab edirəm ki, şikayət baxılması üçün Bakı şəhəri Xətai Rayon Məhkəməsinə göndərilməlidir. Belə ki, Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin (İXM) 129.1.3- 1-ci maddəsinə əsasən, bu Məcəllənin 122.1-ci və 127-3.2-ci maddələrində nəzərdə tutulmuş inzibati tənbeh vermə haqqında elektron qərarlardan məhkəməyə verilən şikayət – şikayət verən şəxsin yaşayış yeri və ya hüquqi şəxsin ünvanının olduğu yer üzrə rayon (şəhər) məhkəməsinə verilir. “Elektron məhkəmə informasiya sistemi”ndən əldə edilmiş məlumatlardan görünür ki, X1 yaşayış yeri Bakı şəhəri, Xətai rayonu, N.Tusi küçəsi, ev 49, mənzil 46-dır. İXM-nin 132.1.1-ci maddəsinə əsasən, inzibati xəta haqqında işin hakimə aid olub-olmaması inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxmağa hazırlıq zamanı hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) tərəfindən həll edilir. İXM-nin 132.2-ci maddəsinə uyğun olaraq şikayətə və ya protestə baxılma hakimin səlahiyyətinə aid olmadıqda, şikayət və ya protest bütün materiallarla birlikdə aidiyyəti üzrə göndərilir. Yuxarıda göstərilənlərə əsaslanaraq və İXM-nin 132.2-ci maddəsini rəhbər tutaraq Q Ə R A R A A L D İ M: X1 Baş Dövlət Yol Polisi İdarəsinin 02 avqust 2025-ci il tarixli, EQ 29669604 saylı inzibati tənbeh vermə haqqında elektron qərarından şikayəti aidiyyəti üzrə baxılması üçün iş materialları ilə birlikdə Bakı şəhəri Xətai Rayon Məhkəməsinə göndərilsin. Qərardaddan şikayət verilə bilməz. Hakim Samir Nəsibov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar