Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(001)-5622/2024 08.10.2024 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin hakimi Sadıqova Aynurə Vahid qızının sədrliyi, Bəbirov Qədir Nadir oğlunun katibliyi, inzibati xəta haqqında protokolu tərtib etmiş orqanın nümayəndəsi X3, barəsində inzibati xəta haqqında icraat aparılan hüquqi şəxs Şəxs MMC-nin qanuni təmsilçisi X1 iştirakı ilə, Şəxs MMC barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin (bundan sonra - İXM) 215.4-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair Azərbaycan Respublikasının Səhiyyə Nazirliyindən daxil olmuş inzibati xəta haqqında materiala məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: Azərbaycan Respublikasının Səhiyyə Nazirliyi tərəfindən Şəxs MMC tərəfindən İXM-in 215.4-cü maddəsində nəzərdə tutulmuş xətanı törətməsinə dair 23 sentyabr 2024cü il tarixli, MN seriyalı ******* nömrəli inzibati xəta haqqında protokol tərtib edilərək baxılması üçün məhkəməyə göndərilmişdir. xx.xx.2024-cü il tarixli, MN seriyalı ******* nömrəli inzibati xəta haqqında protokoldan görünür ki, 23 sentyabr 2024-cü il tarixdə saat 13:50-də ünvan 1 ünvanında yerləşən Şəxs MMC-yə məxsus klinikada keçirilən planlı yoxlama zamanı sertifikatsız tibbi praktiki fəaliyyət ilə məşğul olma faktı aşkar edilmişdir. Məhkəmə iclasında Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin nümayəndəsi İntiqam Hacıyev inzibati xəta haqqında protokolun məzmununa uyğun çıxış edərək Şəxs MMC-nin İXM-in 215.4-cü maddəsi ilə inzibati məsuliyyətə cəlb edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında Şəxs MMC-nin qanuni təmsilçisi X2 izahat verərək bildirmişdir ki, 23 sentyabr 2024-cü il tarixli inzibati xəta haqqında protokolda X5 tərəfindən sertifikatsız tibbi praktiki fəaliyyətlə məşğul olma faktı aşkar olunduğu qeyd olunsa da, X5 1 sentyabr 2024-cü il tarixdə işdən çıxarılmışdır. Odur ki, fəaliyyətinə xitam verilmiş işçinin hərəkətlərinə görə klinikanın məsuliyyətə cəlb olunması ilə razılaşmır. Qeyd edilənlərin nəzərə alınaraq inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. İş materiallarına əlavə edilmiş və məhkəmə iclasında tədqiq edilmiş sənədlərdən görünür ki: “Sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid məlumat reyestri”ndən 09 sentyabr 2024-cü il tarixli, KY242150788 nömrəli çıxarışdan görünür ki, yoxlayıcı orqanın adı Azərbaycan Respublikası Səhiyyə Nazirliyi, yoxlanılan subyekt Şəxs MMC, yoxlamanın müddəti xx.xx.2024-xx.xx.2024, yoxlanılan dövr cari fəaliyyətdir. Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Analitik Ekspertiza Mərkəzi tərəfindən plandanlı (növbəti) yoxlamanın keçirilməsi haqqında 09 sentyabr 2024-cü il tarixli, 1018/2024 nömrəli qərardan görünür ki, Şəxs MMC-də xx.xx.2024—xx.xx.2024-cü il tarixlərdə planlı (növbəti) yoxlama aparılması qərara alınmışdır. xx.xx.2024-cü il tarixli bildirişdən görünür ki, xx.xx.2024—xx.xx.2024-cü il tarixlərdə keçiriləcək planlı (növbəti) yoxlama barədə məlumat Şəxs MMC-yə göndərilmişdir. Xəbərnamədən görünür ki, bildiriş xx.xx.2024-cü il tarixdə Hüseynov Mirdamət tərəfindən təhvil alınmışdır. xx.xx.2024-cü il tarixli, 574 nömrəli planlı (növbəti) yoxlama aktından görünür ki, Şəxs MMC-də lisenziya şərtlərinə riayət olunmaması və özəl tibb fəaliyyəti subyekti tabeliyində çalışan tibb mütəxəssis(lər)ini sertifikasiyaya cəlb edilməməsi faktı aşkar edilmişdir. xx.xx.2024-cü il tarixli, 088238 nömrəli Lisenziya və ona əlavədən görünür ki, Şəxs MMC-yə özəl tibb fəaliyyətini həyata keçirməsi üçün icazə verilmişdir. xx.xx.2024-cü il tarixli, 13 nömrəli əmrdən görünür ki, “Diş kabineti” bölməsində həkim-stomotoloq vəzifəsində işləyən X4 ilə bağlanmış 3591ZB5000100 nömrəli əmək müqaviləsinə AR ƏM-in 68.2 “a”– tərəflərdən birinin təşəbbüsü maddəsinə əsasən xx.xx.2024-cü il tarixindən xitam verilmişdir. xx.xx.2022-ci il tarixli 000006 nömrəli əmrdən görünür ki, X5 ilə direktor Hüseynov M.M. arasında əmək müqaviləsi bağlanılmışdır. Məhkəmə, iş materiallarını və məhkəmə iclasında toplanmış sübutları hərtərəfli və əhatəli şəkildə tədqiq edərək belə nəticəyə gəlir ki, Şəxs MMC-nin əməlində İXM-in 215.4cü maddəsində nəzərdə tutulmuş inzibati xəta tərkibi olmadığından başlanılmış inzibati xəta haqqında icraata xitam verilməlidir. Belə ki, Azərbaycan Respublikasının Səhiyyə Nazirliyi tərəfindən Şəxs MMC barəsində tərtib olunmuş İXM-in 215.4-cü maddəsində nəzərdə tutulmuş xətanı törətməsinə dair 23 sentyabr 2024-cü il tarixli, MN seriyalı ******* nömrəli inzibati xəta haqqında protokolda törədilmiş inzibati xətanın işçi X5 tərəfindən sertifikatsız tibbi praktiki fəaliyyət ilə məşğul olması faktı göstərilmişdir. Lakin iş materiallarından görünür ki, inzibati xəta haqqında protokolun tərtib olunmasına əsas olmuş işçinin fəaliyyətinə Şəxs MMC tərəfindən 01 sentyabr 2024-cü il tarixli əmrlə xitam verilmişdir. Həmçinin planlı(növbəti) yoxlamanın keçirilməsi haqqında 09 sentyabr 2024-cü il tarixli qərardan görünür ki, Şəxs MMC-də növbəti(planlı) yoxlamanın keçirilməsi müddəti xx.xx.2024-xx.xx.2024-cü il tarixlərini əhatə etməklə, müəssisənin cari fəaliyyətinin yoxlanılması qərara alınmışdır. xx.xx.2024-cü il tarixli planlı (növbəti) yoxlama aktı da bu faktı təsdiq edir. Məhkəmə iclasında Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin nümayəndəsi ona verilmiş suallara cavab olaraq bildirmişdir ki, sözügedən yoxlama keçirilən zaman X5 tərəfindən faktiki olaraq tibbi praktiki fəaliyyətin həyata keçirilməsi faktı və ya xəstələri müayinə kağızlarında belə fakt aşkar olunmamışdır. Odur ki, inzibati xəta haqqında protokolun tərtib olunmasına hər hansı əsas olmamış, Şəxs MMC-nin əməlində inzibati xəta tərkibi olmamışdır. Bu isə onu göstərir ki, Şəxs barəsində tərtib edilmiş 23 sentyabr 2024-cü il tarixli, MN seriyalı ******* nömrəli inzibati xəta haqqında protokol üzrə əməlində inzibati xəta tərkibi yoxdur. Ona görə də, məhkəmə "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin əməlində İXM-in 215.4-cü maddəsində nəzərdə tutulmuş inzibati xəta tərkibinin olmaması səbəbi ilə onun barəsində başlanmış inzibati xəta haqqında icraata xitam verilməsi qənaətinə gəlmişdir. İXM-in 8.1-ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllə ilə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsiri olmayan hesab edilir. İXM-in 12.1-ci maddəsinə əsasən bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. İXM-in 53.1.2-ci maddəsinə əsasən inzibati xəta tərkibi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. İXM-in 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. İXM-in 105.1-ci maddəsinə əsasən bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri olduqda, icraatında inzibati xəta haqqında iş olan hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir. İXM-in 114.2.1-ci maddəsinə əsasən bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulan hallardan biri mövcud olduqda məhkəmə inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar çıxarır. Beləliklə, məhkəmə hesab edir ki, Azərbaycan Respublikasının Səhiyyə Nazirliyi tərəfindən tərtib olunmuş 23 sentyabr 2024-cü il tarixli, MN seriyalı ******* inzibati xəta haqqında protokola dair Şəxs MMC-nin əməlində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 215.4-cü maddəsinin tərkib əlamətləri olmadığından iş üzrə icraata həmin Məcəllənin 53.1.2-ci maddəsinə əsasən xitam verilməlidir. Yuxarıda göstərilənlərə əsasən və İXM-in 38, 43, 53-cü maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: Azərbaycan Respublikasının Səhiyyə Nazirliyi tərəfindən tərtib 23 sentyabr 2024-cü il tarixli, MN seriyalı ******* nömrəli inzibati xəta haqqında protokola dair Şəxs əməlində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 215.4-cü maddəsinin tərkib əlamətləri olmadığından inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 129-cu maddəsində müəyyən edilmiş qaydada Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim: Aynurə Sadıqova
Məhkəmə qərarları › İş №3(001)-5622/2024
Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qərar — İş №3(001)-5622/2024
08.10.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver