Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(001)-5622/2025 07.08.2025 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin hakimi Bağırov Zamiq Rəşid oğlunun sədrliyi, məhkəmə iclas katibi Hümbətov Məmmədəli Qafqaz oğlunun katibliyi, inzibati xəta haqqında protokol tərtib etmiş şəxs Bakı şəhəri Binəqədi Rayon Polis İdarəsinin 6-cı Polis Bölməsinin sahə rəisi, polis mayoru X1, Zərərçəkmiş şəxs və onun qanuni nümayəndəsi (anası) Qanuni nümayəndə, barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Şəxs iştirakları ilə, xx.xx.1972-ci il tarixdə Daşkəsən rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, ailəli, ünvan 1 ünvanında qeydiyyatda olmaqla yaşayan, Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin (bundan sonra - İXM) 157-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməsi haqqında Bakı şəhəri Binəqədi Rayon Polis İdarəsindən daxil olmuş inzibati xəta haqqında materiala məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməsi barədə Bakı şəhəri Binəqədi Rayon Polis İdarəsinin 6-cı Polis Bölməsinin sahə rəisi, polis mayoru X4 tərəfindən tərtib edilmiş xx.xx.2025-ci il tarixli, MN ******* nömrəli inzibati xəta haqqında protokol baxılması üçün iş materialları ilə birlikdə aidiyyəti üzrə məhkəməyə göndərilmişdir. xx.xx.2025-ci il tarixli, MN ******* nömrəli inzibati xəta haqqında protokola əsasən Şəxs xx.xx.2025-ci il tarixdə , Bakı şəhəri, Binəqədi rayonu, Biləcəri qəsəbəsi, T.Yaqubov küçəsində xx.xx.2014-cü il təvəllüdlü Zərərçəkmiş şəxs döymüşdür. Məhkəmə iclasında inzibati xəta haqqında protokolu tərtib etmiş şəxs Bakı şəhəri Binəqədi Rayon Polis İdarəsinin 6-cı Polis Bölməsinin sahə rəisi, polis mayoru X3 bildirmişdir ki, Bakı şəhəri Binəqədi Rayon Polis İdarəsinin 6-cı Polis Bölməsinin təhqiqatçısı, polis kapitanı Nicat Qasımov tərəfindən qəbul edilmiş qərarda Şəxsnin əməlində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsinin tərkib əlamətlərinin olduğu göstərilmişdir. Həmin qərara əsasən tərəfindən Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsi ilə inzibati xəta haqqında protokol tərtib edilmiş və baxılması üçün məhkəməyə təqdim edilmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs izahatında bildirmişdir ki, üzü də keçmiş polis işçisidir. Zərərçəkmiş şəxsi və onun anasını tanımır, qonşuluqda hansı tərəfdə qaldıqlarını bilmir. Qanuni nümayəndə oğlu 2-3 ildir onu yorub. O, həmin uşağın bircə dəfə arxa hissəsinə bir sillə vurmuşdur. O, həyətinin qapısını açanda uşaqlar qaçmış, Zərərçəkmiş şəxs isə qaçanda yıxılmışdır. O, həmin zaman Zərərçəkmiş şəxs köynəyindən tutub arxa hissəsinə bir sillə vurmuşdur. Buna səbəb isə ətrafda yaşayan uşaqlar həmin uşaqla birlikdə onun evinin qarşısında oynayıb səs küy salırlar və eyni zamanda onun qapı və pəncərələrini daşlayırlar. Uşağın arxa hissəsinə şillə vurduqdan bir neçə saat sonra polisdən ona zəng edərək uşağı döyməsi ilə bağlı şikayət olduğu bildirilmişdir. Lakin o sadəcə Zərərçəkmiş şəxs arxa nahiyyəsindən bir dəfə sillə vurmuşdur. Uşaq qaçanda özünün ayağı ilişib yıxılmışdır. Ona verilmiş suallara cavab olaraq bildirmişdir ki, o, zərərçəkmiş şəxsə 4-5 təpik vursa idi, uşaq salamat qalmazdı. O, sadəcə uşağın arxasına bir dəfə sillə vurmuşdur. Uşaqların narahatlıq vermələri ilə bağlı qonşularla birlikdə hadisədən bir həftə sonra polisə ərizə yazmışlar. Bu məsələ ilə bağlı tanımadığı üçün uşağın valideyninə heç nə bildirə bilməmişdir. Uşaqların üstünə dağılışıb getməkləri üçün su da atmışdır. Məhkəmə iclasında zərərçəkmiş şəxsin qanuni nümayəndəsi (anası) Qanuni nümayəndə izahat verərək bildirmişdir ki, Şəxs danışdıqları doğru deyildir. Belə ki, bu hadisədən 2-3 gün əvvəl barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs 3-cü sinifdə oxuyan uşağın üstünə bıçaqla hücum etmişdir. Onun uşağını da döyən zaman, kənardan görmüşlər və uşağı niyə elə döydüyünü soruşmuşlar. Şəxs “yaxşı edirəm” deyə cavab vermişdir. Eyni zamanda qeyd etməlidir ki, orada bir yol vardır, həmin yol da uşağının məktəbinə gedən yoldur. İstəsələr də, istəməsələr də o yoldan keçməlidirlər. Şəxs da uşağı hər dəfə görür və nalayiq ifadələr işlədir. Göstərilənlərə əsasən, məhkəmədən Şəxs inzibati məsuliyyətə cəlb edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında Zərərçəkmiş şəxs bildirmişdir ki, təxminən 1 ay əvvəl, saat 19:00 radələrində uşaqlarla birilkdə evlərinin arxa tərəfində küçədə futbol oynamışlar. Həmin zaman onun arxa tərəfi Şəxs həyətinin qapısına tərəf olmuşdur. Şəxs həyətdən çıxmış, lakin o, görməmişdir. Uşaqlar qışqırmağa başlamışdır ki, o qaçsın. Şəxs onu tutmaq istəsə də, o qaçmış, lakin Şəxs onun arxasınca gəlmiş, o, məhəllədən çıxa bilməmiş və Şəxs onun köynəyindən tutaraq yerə yıxmış, həmin zaman köynəyi də cırılmışdır. Şəxs onun üzünə sillə vurmuş, o da yerə yıxılmışdır. Onun arxa nahiyəsindən sillə vurmamış, onu yerə yıxdıqdan sonra təpiklə vurmuşdur. Daha sonra Şəxs çubuq götürüb onu çubuqla döymək üçün evə keçmiş, həmin vaxtı onun orada olan Nuray adlı dostu onu oradan götürmüş və onlar qaçmışlar. O, heç vaxt Şəxs qapısına daş atmamışdır, küçədə futbol oynasalar da Nizami Nuriyevin evinin qapısına top dəyməmişdir. Həmin vaxtı heç kim qapıya daş da atmamışdır. Onlar əvvəllər həmin yerdə oynayanda Şəxs həyətindən onların üstünə su da tökmüşdür. Hadisədən bir gün sonra Şəxs onu həmin yerdə təkrar gördükdə ona “Bura yenə gəlmisən. Bir də səni burada görsəm o birisindən pis günə qoyacam.” Demişdir. Onun sol tərəfi yıxılanda göyərmiş, digər tərəfinə isə Şəxs təpiklə vurmuşdur. Gözünün qıraqları da qızarmış, sillə vurduğu üçün sol gözünün üstü qızarmışdır. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: xx.xx.2025-ci il tarixli “Cinayət işinin başlanmasının rədd edilməsi haqqında” qərardan görünür ki, Qanuni nümayəndə müraciəti əsasında toplanmış material üzrə cinayət işinin başlanması rədd edilmişdir. Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsi ilə məsuliyyətə cəlb olunması üçün qərarın Bakı şəhəri Binəqədi Rayon Polis İdarəsinin 6-cı Polis Bölməsinin aidiyyəti əməkdaşına raportla təhvil verilməsi qərara alınmışdır. Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin “Məhkəmə-Tibbi Ekspertiza və X2” X5 canlı şəxsin ekspertizası barədə xx.xx.2025-ci il tarixli, 970 nömrəli rəyindən görünür ki, Zərərçəkmiş şəxs bədən səthində aşkar olunmuş xəsarətlər - sol göz qapaqları və gözaltı nahiyəsinin qançır-şişkinliyi, boyun nahiyəsinin, sağ said nahiyəsinin, bel nahiyəsinin qançırları, sağ said nahiyəsinin sıyrıqları bərk küt əşyanın (əşyaların) təsirindən əmələ gəlmişdirlər, qərarın təsviri hissəsində göstərilən xx.xx.2025-ci il tarixdə əmələ gələ bilərdilər və sağlamlığa zərər vurmayan xəsarətlərə aid edildiklərindən dərəcələri təyin olunmur. Zərərçəkmiş şəxs bədən səthində aşkar olunmuş xəsarətlərin xarakterini və lokalizasiyasını nəzərə alaraq demək olar ki, həmin xəsarətlər qərarın təsviri hissəsində göstərilən şəraitdə, yəni insan bədəninin hissələri (əl, yumruq, təpik və s.) ilə endirilmiş zərbələrin təsirindən və eləcə də digər şəxs tərəfindən itələnərək yerin bərk səthinə və ya bərk küt əşyalara zərblə dəyməsi nəticəsində əmələ gələ bilərdilər. Zərərçəkmiş şəxs bədən səthində aşkar olunmuş xəsarətlərin bədənin əlçatan nahiyələrində yerləşmələrinə baxmayaraq, şəxsin özü tərəfindən yetirilmələri az inandırıcıdır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. 12-ci maddəsinə əsasən bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıq üzündən törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur; 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. 157 maddəsinə əsasən döymə və ya sair zorakı hərəkətlərlə qəsdən fiziki ağrı yetirməyə görə - üç yüz manatdan beş yüz manatadək məbləğdə cərimə edilir və ya işin hallarına görə, xətanı törədənin şəxsiyyəti nəzərə alınmaqla, iki ayadək müddətə inzibati həbs tətbiq olunur. Məhkəmə iclasında müəyyən edilmişdir ki, Qanuni nümayəndə oğlu Zərərçəkmiş şəxs Şəxs tərəfindən döyülməsi barədə Bakı şəhəri Binəqədi Rayon Polis İdarəsinin 6-cı Polis Bölməsinə ərizə ilə müraciət etmiş, xx.xx.2025-ci il tarixdə toplanmış material üzrə həmin bölmənin təhqiqatçısı Nicat Qasımov tərəfindən “Cinayət işinin başlanmasının rədd edilməsi haqqında” qərar qəbul edilmiş və qərarda Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsi ilə məsuliyyətə cəlb olunması üçün qərarın Bakı şəhəri Binəqədi Rayon Polis İdarəsinin 6-cı Polis Bölməsinin aidiyyəti əməkdaşına raportla təhvil verilməsi göstərilmişdir. Bununla bağlı Bakı şəhəri Binəqədi Rayon Polis İdarəsinin 6-cı Polis Bölməsinin sahə rəisi, polis mayoru X3 tərəfindən inzibati xəta haqqında iş üzrə icraatın başlanılması haqqında qərar qəbul edilmiş və Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsi ilə inzibati xəta haqqında protokol tərtib edilmişdir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsinin qeyd hissəsində göstərilmişdir ki, bu maddədə nəzərdə tutulmuş əməl sağlamlığa ağır, az ağır və ya yüngül zərər vurmaqla törədildikdə, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin müvafiq maddələrinə əsasən cinayət məsuliyyətinə səbəb olur. Hazırki iş üzrə isə qeyd edilməlidir ki, Zərərçəkmiş şəxs xəsarətlərinin dərəcəsi sağlamlığa zərər vurmayan xəsarətlərə aid edildiklərindən dərəcəsi təyin olunmamışdır. Buna görə də, qeyd olunan xəsarətlərin yetirilməsi İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsi ilə xəta tərkibi yaradır. Odur ki, Şəxs əməlinin düzgün hüquqi tövsifi düzgün olmuşdur. Məhkəmənin gəldiyi qənaətə görə Şəxs tərəfindən Zərərçəkmiş şəxs döyülməsi və bununla da, Şəxs AR İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsi faktı zərərçəkmiş şəxsin izahatı, iş materiallarına əlavə edilmiş qüvvədə olan cinayət işinin başlanmasının rədd edilməsi barədə qərar, Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin “Məhkəmə-Tibbi Ekspertiza və X2” X5 canlı şəxsin ekspertizası barədə xx.xx.2025-ci il tarixli, 970 nömrəli rəyi və məhkəmə iclasında tədqiq edilmiş digər sübutların bir-biri ilə müqayisəli şəkildə tədqiqi nəticəsində öz təsdiqini tapmışdır. Məhkəmə iclasında Şəxs zərərçəkmiş şəxsin yalnız arxa nahiyəsini bir sillə vurmasını göstərsə də, onun özünün müdafiəsi üçün gətirdiyi dəlillər iş materiallarında olan və yuxarıda sadalanan sübutların məcmusu ilə təkzib edilmişdir. Məhkəmə Şəxs verdiyi izahatı özünümüdafiə xarakterli verilmiş izahat kimi qiymətləndirir. Belə ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs yalnız zərərçəkmiş şəxsin arxa nahiyəsinə sillə vurduğunu bildirsə də, ekspert rəyində zərərçəkmiş şəxsin xəsarətləri “bədən səthində aşkar olunmuş xəsarətlər - sol göz qapaqları və gözaltı nahiyəsinin qançır-şişkinliyi, boyun nahiyəsinin, sağ said nahiyəsinin, bel nahiyəsinin qançırları, sağ said nahiyəsinin sıyrıqları” kimi qeyd edilmişdir. Göründüyü kimi sonuncunun arxa nahiyəsində iz aşkar olunmamışdır. Qeyd olunan xəsarətlərin zərərçəkmiş şəxsin izahatında bildirdiyi şəraitdə alınması daha inandırıcıdır. Bununda məntiqi nəticəsidir ki, ekspert rəyində “Zərərçəkmiş şəxs bədən səthində aşkar olunmuş xəsarətlərin xarakterini və lokalizasiyasını nəzərə alaraq demək olar ki, həmin xəsarətlər qərarın təsviri hissəsində göstərilən şəraitdə, yəni insan bədəninin hissələri (əl, yumruq, təpik və s.) ilə endirilmiş zərbələrin təsirindən və eləcə də digər şəxs tərəfindən itələnərək yerin bərk səthinə və ya bərk küt əşyalara zərblə dəyməsi nəticəsində əmələ gələ bilərdilər.” ifadəsi qeyd olunmuşdur. Məhkəmə qeyd etməyi zəruri hesab edir ki, zərərçəkmiş şəxsin qanuni nümayəndəsi xx.xx.2025-ci il tarixdə təhqiqatçıya verdiyi izahatında övladı barəsində “qabırğa, qol və sifət nahiyələrindən xəsarət alıb” bildirmişdir. Həmin izahatdan iki gün sonra verilmiş ekspert rəyində göstərilən xəsarətlərin lokalizasiyası Qanuni nümayəndə izahatında övladının bədənində müşahidə etdiyi xəsarətlərlə uyğun olmuşdur. Məhkəmə hesab edir ki, zərərçəkmiş şəxsin qanuni nümayəndəsinin təhqiqat araşdırması zamanı izahatında övladının bədənində aşkar etdiyini bildirdiyi xəsarətlərin ekspert rəyi ilə uyğunluq təşkil etməsi, zərərçəkmiş şəxsin izahatında bildirdiyi hallar Şəxs yalan izahat verərək məsuliyyətdən boyun qaçırmağa çalışmasını təsdiq edir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 9.1-ci maddəsinə əsasən inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. 21-ci maddəsinə əsasən inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakretizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Məhkəmədə Şəxs məsuliyyətini yüngülləşdirən hal müəyyən edilməmişdir. Məhkəmə Şəxs tərəfindən inzibati xətanın yetkinlik yaşına çatmayan şəxsə qarşı törədilməsini onun məsuliyyətini ağırlaşdıran hal kimi (AR İXM 33.1.4) qiymətləndirir. Məhkəmə AR İXM-nin 157-ci maddəsinə münasibətdə törədilmiş inzibati xətanın xarakterini nəzərə alaraq iş üzrə sübutları qiymətləndirərək hesab edir ki, Şəxs AR İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinməli və barəsində həmin maddənin sanksiyasının hədləri daxilində inzibati cərimə növündə inzibati tənbeh tədbiri tətbiq edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və İXM-in 39, 40, 43, 48-50, 53, 61, 114-115, 117, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157- ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək barəsində 400 manat məbləğində inzibati cərimə növündə inzibati tənbeh tədbiri tətbiq edilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 129-cu maddəsində müəyyən edilmiş qaydada Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Zamiq Bağırov
Məhkəmə qərarları › İş №3(001)-5622/2025
Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qərar — İş №3(001)-5622/2025
07.08.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver