Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(001)-5623/2024 22.10.2024 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin hakimi Bağırov Zamiq Rəşid oğlunun sədrliyi, məhkəmə iclas katibi Hümbətov Məmmədəli Qafqaz oğlunun katibliyi, Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiə Nazirliyi yanında X12 Xidmətinin Bakı şəhər İdarəsinin nümayəndəsi X3, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan vəzifəli şəxs Şəxs iştirakları ilə, "xxxx" Firmasının briqadiri Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin (bundan sonra - İXM) 198.2-ci maddəsi ilə tərtib olunmuş inzibati xəta haqqında protokol üzrə toplanmış materiala məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: AR ƏƏSMN yanında X12 Xidməti Bakı şəhər İdarəsi tərəfindən "xxxx" Firmasının briqadiri Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin (bundan sonra İXM-nin) 198.3-cü maddəsinə uyğun olaraq inzibati xəta haqqında xx.xx.2024-cü il tarixli, MN seriyalı ******* saylı protokol tərtib olunmuş, baxılması üçün Bakı Şəhər Binəqədi Rayon Məhkəməsinə təqdim edilmişdir. İnzibati xəta haqqında protokoldan və ona əlavə edilmiş sənədlərdən görünür ki, "xxxx" Firmasında fəhlə işləyən X7 xx.xx.2024-cü il tarixdə iş vaxtı xəsarət alması ilə nəticələnmiş bədbəxt hadisə üzrə əmək mühafizəsinin başqa qaydalarına riayət edilməsi vəzifəsi həvalə edilmiş Şəxs tərəfindən bu qaydaların pozulması nəticəsində ehtiyatsızlıqdan insan sağlamlığına yüngül zərər vurulması nəticəsində Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 198.2-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. 11 oktyabr 2024-cü il tarixdə keçirilmiş məhkəmə iclasında Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiə Nazirliyi yanında X12 Xidmətinin Bakı şəhər İdarəsinin nümayəndəsi X5 bildirmişdir ki, "xxxx" Firmasının işçisi X7 xəsarət alması ilə bağlı məlumat daxil olmuşdur. Həmin hadisə ilə bağlı araşdırılma başlanılmış, 20 iyun 2024-cü il tarixli əmrə əsasən təhqiqat araşdırması başlanılmışdır. Təhqiqatın nəticəsi olaraq orada hadisənin baş verməsinin səbəbləri qismində şəxsin özünün ehtiyatsızlığı və briqadir Şəxs tərəfindən işə nəzarətin tam yerinə yetirilməməsi olmuş, nəticədə zərərçəkmiş şəxs yüngül xəsarət almışdır. Akt tərtib edilmiş, 2 nəfər şəxsin təqsiri müəyyən edilmidir. Belə ki, şəxsin özündə təqsir olmuşdur, çünki zərər çəkən həmin işi görməyə də bilərdi, vəzifəsinə aid olmayan işləri görmüş, eyni zamanda eynəkdən də istifadə etməmişdir. Briqadirin də təqsiri mövcud olmuşdur. Belə ki, təlimatla Şəxs üzərinə vəzifə qoyulmuşdur ki, sonuncu işçilərə nəzarət etməlidir. Lakin Şəxs həmin hissədə təlimatı pozmuş, yəni nəzarəti həyata keçirməmişdir. 11 oktyabr 2024-cü il tarixdə keçirilmiş məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs bildirmişdir ki, 2023-cü ildən "xxxx" Firmada briqadir vəzifəsində işləmişdir. Lakin hazırda həmin firmada işəmir öz ərizəsi əsasında işdən ayrılmışdır. "xxxx" Firması tərəfindən Mənzil İnşaat Dövlət Agentliyinin sifarişi əsasında Bakı şəhəri, Binəqədi rayonu, Binəqədi Şossesi, Mədən 1, korpus 5 ünvanında "xxxx" Firması tərəfindən sosial mənzillərin tikintisi ilə əlaqədar 23, 24, 25, 26, 27, 28 nömrəli olmaqla 6 binanın inşası həyata keçirilir. Hadisənin baş verdiyi gün briqadir vəzifəsində o işləmişdir. Onun vəzifəsi təmizlik işlərinin görünlməsinə, materialların ustalara çatdırılmasına nəzarət etməkdən ibarət olmuşdur. Tabeçiliyində Rəhim, Baba, Əbülfəz Elçin adlı şəxslər olmuşdur. Onların işləri ərazidə təmizlik işlərini görməkdən, materialları çeşidləməkdən, daşımaqdan ibarət olmuşdur. İşə qəbul olunan zaman firmanın Sağlamlıq, Əməyin Mühafizəsi, Təhlükəsizlik, Ətraf Mühit üzrə mühəndis tərəfindən hər bir işçi ilə giriş təlimatı keçirilir. İş zamanı isə iş icraçısı və onun tərəfindən texniki təhlükəsizlik və əmək mühafizəsinin qaydalarına dair təlimat keçirilir, bu barədə kitablarda qeydiyyat aparılır, hər bir işçi imzası ilə təlimat keçməsini təsdiq edir. Bütün işçilər fərdi mühafizə vasitələri ilə, yəni əlcək, ayaqqabı, dəbilqə, forma, eynək, hündürlükdə işləmək üçün kəmərlə təmin olunur. Hər gün iş icraçılarının iştirakı ilə briqadirlər arasında görüləcək işlər barədə tapşırıqlar verilir, briqadirlər isə öz növbələrində işçilər arasında iş bölgüsü aparırlar. X11 "xxxx" Firmasında fəhlə vəzifəsində işləmişdir. Rəhim onun tabeçiliyində olan briqadada təmizlik işlərinin görülməsi, materialların çeşidlənməsi və daşınması işlərini icra etmişdir. xx.xx.2024-cü il tarixdə səhər saatlarında təlimat keçirilərək iş bölgüsü aparılmışdır. Həmin gün o, Rəhimə binanın qarşısında armaturları çeşidləməyi, lazımsız armaturları ərazidən çıxarmağı tapşırmışdır. Rəhimə tapşırıq verdikdən sonra digər işçilərin gördüyü işlərə nəzarət etmək üçün digər binaya getmişdir. O digər binada işləyən işçilərə nəzarət etmək üçün getdiyi vaxt Nəzirov Rəhim ona tapşırılmamış işi icra edərkən öz ehtiyatsılığından özünə ziyan yetirmişdir. Belə ki, Rəhim armaturları çeşidləyən vaxt bir armaturun əyri olduğunu görüb öz təşəbbüsü ilə armaturu aparatla kəsərkən həmin vaxt armatur ayağının altından çıxaraq sol gözünə xəsarət yetirmişdir. Əslində Rəhimin vəzifəsi armaturları çeşidləmək olmuşdur. Lakin ona heç kim belə bir göstəriş vermədiyi halda həmçinin ona verilmiş eynəyi gözündən çxarmaqla armaturu özbaşına kəsmək istəyərkən bədbəxt hadisə baş vermişdir. Həmin hadisə onun digər işçilərin gördüyü işlərə nəzarət etmək üçün Rəhim Nəzərovun yanından ayrldqıdan qısa sonra baş vermişdir. Onun barəsində tərtib edilmiş protokolla razı deyildir. Belə ki, bununla bağlı Binəqədi Rayon Prokurorluğu tərəfindən də araşdırma aparılmış, cinayət işinin başlanması, eyni zamanda İXM-nin 198.3-cü maddəsi ilə iş üzrə icraatın başlanması rədd edilmişdir. Həmin araşdırma zamanı baş verən bədbəxt hadisə zamanı sadəcə Rəhim Nəzirovun özünün ehtiyatsızlığı ucbatından baş verdiyi müəyyən edilmiş, onun hər hansı günahının olmadığı müəyyən edilmişdir. Prokuroluqda aparılan araşdırma zamanı o, o cümlədən digər işşilər ətraflı izahat vermiş, bununla bağlı ekspertiza rəyi də alınmışdır. Daha sonra” Cinayət işinin başlanmasının rədd edilməsi barədə” xx.xx.2024-cü il tarixli qərarı və 20 avqust 2024-cü il tarixli qərarı məhkəməyə təqdim edərək barəsində əsassız başlanmış icraata xitam verilməsini məhkəmədən xahiş etmişdir. 22 oktyabr 2024-cü il tarixdə keçirilmiş məhkəmə iclasında X11 bildirmişdir ki,hadisə günü "xxxx" Firması tərəfindən Bakı şəhəri, Binəqədi rayonu, Binəqədi Şossesi, Mədən 1, korpus 5 ünvanında 6 binanın inşasında rəsmi əmək müqaviləsi ilə fəhlə işləmişdir. İşə qəbul olunan zaman onunla giriş təlimatı keçirilmişdir. İş zamanı isə iş icraçıları tərəfindən təlimat keçirilmişdir. Briqadir Şəxs tərəfindən isə texniki təhlükəsizlik və əmək mühafizəsinin qaydalarına dair təlimat keçirilərək bu barədə kitablarda qeydiyyatlar aparılmış, hər bir işçi o cümlədən də o imzası ilə təlimat keçməsini təsdiq etmişdir. İşə başlamazdan əvvəl hər bir işçiyə, o cümlədən də ona fərdi mühafizə vasitələri, yəni əlcək, ayaqqabı, dəbilqə, forma, eynək verilmişdir. Fəhlə olaraq onun əsas işi yüklərinin daşınması, təmizlik işlərinin görülməsi, ustalara materialların verilməsi, armaturların çeşidlənməsi olmuşdur. Ondan başqa fəhlə kimi Baba, Elçin, Rüfət, Seyidağa və digər şəxslər işləmişdir. xx.xx.2024-cü il tarixdə səhər saatlarında işə gələrkən yenə də ona təlimat keçirilərək iş bölgüsü aparılmışdır. Briqadir Etibar ona ərazidə olan armaturları çeşidləməyi tapşırmışdır. O, uzun armaturları bir yerə, balaca armaturları isə başqa yerə yığmışdır. Armaturları yığan zaman yerdəki armaturun birinin uzun və uclarının əyri olduğunu görmüşdür. Əlində əyri armaturlar ustalar tərəfindən kəsilsə də həmin armaturu özbaşına, heç kimə demədən kəsmək istəmişdir. Ona səhər işə gələrkən fərdi qoruyucu vasitələr eyni zamanda eynək verilmişdir. Birqadir Şəxs ona işı tapşırarkən eynək gözündə olmuşdur. Etibar ona işi tapşırdıqdan sonra görülən işlərə də nəzarət etmişdir. Şəxs digər işlçilərə nəzarət etmək üçün digər binaya keçdikdən qısa müddət sonra gözü tərlədiyi üçün eynəyi çıxarmış və armaturu kəsərkən fikirli olduğuu üçün eynəyi təkrar taxmağı unutmuşdur. O, armaturu orada olan aparatda kəsmək istəyəndə armatur ayağının altından çıxaraq onun sol gözünə xəsarət yetirmişdir. Hadisə vaxtı yanında heç kim olmamışdır. Daha sonra onu X13 adına Milli Oftalmologiya Mərkəzinə aparmışlar və gözündən əməliyyat olmuşdur. Hadisə gününə qədər fəhlə kimi işlədiyi həmin tikintidə armatur kəsməmiş, armatur kəsməyi heç kim ona tapşırmamışdır. O, özbaşına olaraq armatur uzun və uclarının əyri olduğundan kəsmək istəmiş, hadisə də özünün ehtiyatsızlığından baş verdiyindən heç kimdən heç bir şikayət və tələbi yoxdur. Verilmiş suallara cavab olaraq bildirmişdir ki, birqadir Şəxs tərəfindən ona ancaq armaturları çeişidləmək tapşırılmış, armaturları kəsmək kimi ona hər hansı tapşırıq və ya göstəriş verilməmişdir. Hadisə birqadir Etibarın digər işçilərə nəzarət etmək üçün digər binaya keçdikdən 5-10 dəqiqə sonra baş vermişdir. Şəxs eyni anda bir neçə fəhləyə nəzarət etdiyindən və tikinti aparılan ərazi böyük olduğundan həmin anda onun armaturu kəsməyini görməsi mümkün deyildir. 22 oktyabr 2024-cü il tarixdə keçirilmiş məhkəmə iclasında Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiə Nazirliyi yanında X12 Xidmətinin Bakı şəhər İdarəsinin nümayəndəsi X4 bildirmişdir ki, X7 iş vaxtı sağlamlığına yüngül zərər vurulması birqadir Şəxs nəzarətsizliyindən olduğundan onun inzibati məsuliyyətə cəlb edilməsini xahiş etmişdir. İş materiallarında olan və məhkəmədə tədqiq edilmiş: xx.xx.2024-cü il tarixli, MN ******* nömrəli inzibati xəta haqqında protokoldan görünür ki, Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 198.2-ci maddəsi ilə inzibati xəta haqqında protokol tərtib edilmişdir. "xxxx" Firmasının fəhləsi X7 xx.xx.2024-cü il tarixdə, saat 11:30 radələrində xəsarət alması ilə nəticələnmiş bədbəxt hadisənin təhqiqat aktının, 6-cı bəndindən, yəni “Əməyin mühafizə üzrə qanunvericlik aktlarının və qaydalarının pozulmasına yol vermiş şəxslər haqqında komissiyanın rəyindən görünür ki, Komissiya bədbəxt hadisənin baş verməsində təhqiqat aktının 4.1-ci bəndinə əsasən "xxxx" Firmasının fəhləsi X7 cavabdehliyini və 4.2ci bəndinə əsasən "xxxx" Firmasının briqadiri Şəxs nəzarətsizliyini müəyyən etmişdir. X7 xəsarət alması ilə nəticələnmiş bədbəxt hadisə istehsalatla əlaqəlidir, Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2000-ci il tarixli 27 nömrəli Qərarı ilə təsdiq edilmiş “İstehsalatda baş verən bədbəxt hadisələrin təhqiqi və uçota alınması Qaydaları”na müvafiq olaraq İZ formalı aktla rəsmiləşdirilməli və "xxxx" Firması tərəfindən uçota alınmalıdır. “X9 Haqqında” 01/2024 nömrəli aktdan görünür ki, bədbəxt hadisənin səbəbləri olaraq "Hünər İnşaat” firmasının rəhbərliyi tərəfindən təsdiq edilmiş "Fəhlələrin əməyin mühafizəsi və təhlükəsizlik texnikası üzrə təlimatı"nın (№ 53) "Fəhlələrdən tələb olunur" bölməsinin 5-ci abzasının (verilmiş xüsusi paltar, ayaqqabı və fərdi mühafizə vasitələrindən istifadə etməklə işləmək), 7-ci abzasının (idarənin daxili intizam qaydalarına, işin təhlükəsiz icrası, təhlükəsizlik texnikası, isstehsalat sanitariyası və yanğın təhlükəsizliyi qaydalarına əməl etmək) və "4. İş vaxtı fəhlələrin vəzifə borcları" bölməsinin 1-ci hissəsinin (ancaq tapşırılmış işi yerinə yetirməli) tələblərinə riayət olunmaması və "Hünər İnşaat” firmasının rəhbərliyi tərəfindən təsdiq edilmiş "Briqadirlərin Əməyin mühafizəsi və Təhlükəsizlik Texnikası üzrə təlimatı"nın (№ 54) 2-ci bəndinin (briqadir işinə qəbul olunmuş şəxslər borcludurlar) 6-cı abzasının (fəhlələrin texniki təhlükəsizlik qaydalarına riayət etmələrinə nəzarət etmək) tələblərinə riayət olunmaması göstərilmişdir. Əmək qanunvericiliyi pozuntusuna yol vermiş şəxslərin isə X11 və Şəxs olması qənaətinə gəlinmişdir. Məhkəmə-Tibbi Ekspertiza və Pataloji Anatomiya Birliyi X15 24 iyul 2024-cü il tarixli, 1549 nömrəli ekspert rəyindən görünür ki, həmin ekspertiza Binəqədi rayon prokurorluğununun müstəntiqi, 2-ci dərəcəli hüquqşünas Xəyal Şamxayzadənin xx.xx.2024-cü il tarixli 1445-xid saylı qərarı əsasında keçirilmişdir. Qeyd edilən ekspert rəyinin nəticə hissəsində göstərilmişdir ki, vət. R.G.Nəzirovun bədənində aşkar olunmuş xəsarət - sol gözün ön kamerasına qansızma ilə müşayiət olunan sol gözün sklerasının dəlib keçən yaralanması (görmə itiliyi hər iki gözdə 1,0 olmaqla) bərk küt əşyanın təsirindən onun tibbi yardım üçün “Ak. Z.Əliyeva adına Milli Oftolmologiya Mərkəzi”nə müraciət etdiyi xx.xx.2024-cü il tarixdə əmələ gələ bilərdi və dərəcəsinə görə sağlamlığı qısa müddətə pozan sağlamlığa yüngül zərərvurmaya aiddir. Vət. R.G.Nəzirovun bədənində aşkar olunmuş xəsarətin xarakterini və lokalizasiyasını nəzərə alaraq demək olar ki, həmin xəsarət qərarda göstərilən tarixdə və şəraitdə, yəni xx.xx.2024-cü il tarixdə armaturun onun sol gözünə dəyməsi nəticəsində əmələ gələ bilərdi. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin 20 avqust 2024-cü il tarixli 10/6096 saylı “Əmək təhlükəsizliyinin tədqiqi” ekspertizası rəyindən görünür ki, həmin ekspertiza Binəqədi rayon prokurorluğunun müstəntiqi Xəyal Şamxayzadə tərəfindən xx.xx.2024-cü il tarixli qərarla 338C-24 sayı material üzrə təyin edilərək ekspert qarşısında aşağıdakı suallar qoyulmuşdur.
1. Baş vermiş hadisənin texniki səbəbi nədən ibarət olmuşdur?
2. Hadisə zamanı kim tərəfindən hansı normativ aktların, əməyin mühafizəsi və təhlükəsizlik texnikasının hansı qaydaları pozulmuşdur? Əgər pozulmuşdursa nədən ibarətdir və baş vermiş hadisə ilə səbəbli əlaqəsi vardırmı?
3. Əməyin mühafizəsi və təhlükəsizlik texnikasının qaydalarl pozulmuşdursa bu pozuntu kim tərəfindən yol verilmişdi və ya zərəçəkmiş şəxsin özü tərəfindən pozulmuşdurmu?
4. Baş vermiş hadisə ilə əlaqədar əməyin mühafizəsi və təhlükəsizlik-texnikası qaydaları və təlimatın hansı bəndləri kim (kimlər) tərəfindən pozulmuşdur? Qoyulmuş suallara cavab olaraq ekspert rəyinin nəticə hissəsində göstərilmişdir ki, baş vermiş hadisə ilə əlaqədar, “Təşkilat, idarə, müəssisələrin fəhlə və qulluqçuları üçün nümunəvi daxili nizam qaydaları”nın 11-ci bəndinin “b” və “d” abzaslarının tələbləri pozulmuşdur ki, bu da hadisənin baş verməsinin səbəbidir. "xxxx" MMC-də fəhlə işləyən X11 iş zamanı armaturların çeşidlənməsi işini görərkən özbaşına olaraq tapşırılan işdən kənar, yəni “Afacan H36” adlı armaturqıran mexanizmdə armaturdan birinin (uzun olması səbəbindən) qırma (kəsmə) işini həyata keçirdiyinə və həmin işin icrası zamanı öz fərdi təhlükəsizliyini qorumadığına görə, onun tərəfindən Təşkilat, idarə, müəssisələrin fəhlə və qulluqçuları üçün nümunəvi daxili nizam qaydaları”nın 11-ci bəndinin “b” və “d” abzaslarının tələbləri pozulmuşdur. xx.xx.2024-cü il tarixli “Cinayət işi başlanmasının rədd edilməsi haqqında” qərardan görünür ki, X7 xəsarət alması faktına dair toplanmış 338C-24 sayı material üzrə cinayət işinin başlanması Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 39.1.2-ci maddəsinə əsasən, yəni əməldə cinayət tərkibi olmaması əsası ilə, eyni zamanda Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 198.3-cü maddəsinin tərkib əlamətləri olmadığından inzibati xəta barədə iş üzrə icraatın başlanılması rədd edilmişdir. Məhkəmə iş materiallarını araşdıraraq, belə nəticəyə gəlir ki, "xxxx" Firmasının briqadiri Şəxs barəsində Azərbaycan Respublikası İXM-nin 198.2-ci maddəsi ilə başlanılmış inzibati xəta haqqında iş üzrə əməldə inzibati xəta tərkibi olmadığından icraata xitam verilməlidir. Belə ki, İXM-nin 198.2-ci maddəsinə əsasən texniki təhlükəsizlik və ya əmək mühafizəsinin başqa qaydalarına riayət edilməsi vəzifəsi həvalə edilmiş şəxs tərəfindən bu qaydaların pozulması nəticəsində ehtiyatsızlıqdan insan sağlamlığına yüngül zərərin vurulmasına görə - min manatdan min beş yüz manatadək məbləğdə cərimə edilir. İXM-nin 198.3-cü maddəsinə əsasən həmin Məcəllənin 198.2-ci maddəsində nəzərdə tutulmuş əməllər zərərçəkmiş şəxsin sağlamlığına az ağır zərər vurulmasına səbəb olduqda-min beş yüz manatdan iki min manatadək məbləğdə cərimə edilir. Cinayət Məcəlləsinin 162.1-ci maddəsinə əsasən texniki təhlükəsizlik və ya əmək mühafizəsinin başqa qaydalarına riayət edilməsi vəzifəsi həvalə edilmiş şəxs tərəfindən bu qaydaların pozulması nəticəsində ehtiyatsızlıqdan insan sağlamlığına ağır zərər vurularsa- iki min manatdan üç min manatadək miqdarda cərimə və ya iki ilədək müddətə islah işləri və ya bir ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya altı ayadək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Göründüyü kimi qanunverici tərəfindən texniki təhlükəsizlik və ya əmək mühafizəsinin başqa qaydalarına riayət edilməsi vəzifəsi həvalə edilmiş şəxs tərəfindən həmin qaydaların pozulması nəticəsində insan sağlamlığına yüngül zərər yetirilməsi İXM-nin 198.2-ci, az ağır zərər yetirilməsi İXM-nin 198.3-cü, ağır zərər yetirilməsi isə Cinayət Məcəlləsinin 162.1-ci maddəsi ilə məsuliyyətə səbəb olur. Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, "xxxx" Firması tərəfindən Bakı şəhəri, Binəqədi rayonu, Binəqədi Şossesi, Mədən 1, korpus 5 ünvanında inşa edilən binalarda rəsmi əmək müqaviləsi əsasında fəhlə işləyən X10 xx.xx.2024-cü il tarixdə işə başlamamışdan əvvəl firmanın birqadiri Şəxs tərəfindən texniki təhlükəsizlik və əmək mühafizəsinin qaydalarına dair təlimat keçirilərək o fərdi mühafizə vasitələri, yəni əlcək, ayaqqabı, dəbilqə, forma, eynəklə təmin edilmiş, daha sonra birqadir Şəxs tərəfindən ona ərazidə olan armaturları çeşidlək tapşırılmışdır. Birqadir Şəxs digər işçilərə nəzarət etmək üçün digər binaya keçdikdən qısa müddət sonra X11 tərlədiyindən gözündə olan eynəyi silmək üçün çıxarmış və təkrar taxmağı unudaraq ona tapşırlmadığı halda özbaşına olaraq uzun olduğunu və uclarının əyri olduğunu düşündüyü armaturu kəsmək istəyərkən armatur ayağının altından çıxaraq sol gözünə xəsarət yetirmiş və bu xəsarət ekspert rəyinə əsasən dərəcəsinə görə sağlamılığa yüngül zərəvurmaya aid edilmişdir. X1 yetirilmiş zərərlə bağlı Binəqədi rayon prokurorluğunda 338-c-24 saylı material üzrə araşdırma aparılaraq xx.xx.2024-cü il tarixdə “Cinayət işinin başlanmasının rədd edilməsi barədə” qərar qəbul edilmiş, AR ƏƏSMN yanında X12 Xidməti Bakı şəhər İdarəsi tərəfindən isə xx.xx.2024-cü il tarixdə Şəxs barəsində İXM-nin 198.2-ci maddəsinə əsasən MN 211824 saylı inzibati xəta haqqında protokol tərtib edilmişdir. "xxxx" Firmasının briqadiri Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 198.2-ci maddəsi ilə tərtib olunmuş MN 211824 saylı inzibati xəta haqqında protokolda həmin faktın xx.xx.2024-cü il tarixdə tərtib edilmiş X9 Haqqında” təhqiqat aktı və Məhkəmə tibbi ekspertizasının xx.xx.2024-cü il tarixli 1549 saylı rəyi ilə təsdiq edildiyi göstərilmişdir. Lakin məhkəmə bununla bağlı qeyd edir ki, xx.xx.2024-cü il tarixli 1549 saylı ekspert rəyi yalnız X2 vurulmuş ziyanın dərəcəsini təsdiq edir və barəsində protokol tərtib edilmiş Şəxs təqsirliliyini təsdiq edən sübut kimi qəbul edilə bilməz. Protokolda Şəxs təqsirliliyini subut edən fakt kimi xx.xx.2024-cü il tarixdə tərtib edilmiş “X9 Haqqında” təhqiqat aktı göstərilmişdir. Lakin məhkəmə qeyd edilən təhqiqat aktını mötəbər sübut kimi qəbul etmir. Belə ki, protokolu tərtib edən orqan toplanmış materiala Binəqədi rayon prokurorluğununun müstəntiqi, 2-ci dərəcəli hüquqşünas Xəyal Şamxayzadənin xx.xx.2024-cü il tarixli 1445-xid saylı qərarı əsasında 338C-24 sayı material üzrə keçirilərək verilmiş xx.xx.2024-cü il tarixli 1549 saylı ekspert rəyini əlavə etsə də (sağlamlığıa vurulmuş xəsarətin dərəcəsi barədə) , nədənsə həmin müstəntiqin eyni material üzrə xx.xx.2024-cü il tarixli “Əmək təhlükəsizliyinin tədqiqi ekspertizasının” təyin edilməsi haqqında qərarına əsasən verilmiş Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin 20 avqust 2024-cü il tarixli 10/6096 saylı ekspert rəyini (texniki təhülkəsizilik və əmək mühafizəsi qaydalarının kim tərəfindən pozulması barədə) araşdırma materiallarına əlavə etməmiş, həmin rəyi barəsində icraat aparılan şəxs məhkəməyə təqdim etmişdir. Görünür protokolu tərtib etmiş orqan həmin rəyin iş materiallarına əlavə edilməsini Şəxs barəsində başlanmış inzibati icraata xitam verilməsinə əsas kimi qəbul etdiyindən əlavə etməmişdir. Məhkəmə qeyd edir ki, prokurorluğun müstəntiqi tərəfindən ekspertiza təyin edilməsi barədə qərarında kifayət qədər geniş və ətraflı suallar qoyulmuş və ekspert tərəfindən həmin suallara ətraflı cavab verilərək X1 dərəcəsinə görə yüngül xəsarət almasında yalnız onun özünün təqsiri müəyyən edilmiş, "xxxx" Firmasının digər vəzifəli şəxslərininin, o cümlədən də hazırda barəsində icraat aparılan Şəxs texniki təhlükəsizlik və ya əmək mühafizəsinin başqa qaydalarını pozması müəyyən edilməmişdir. Bundan başqa məhkəmə qeyd edir ki, Binəqədi rayon prokurluğunda X7 xəsarət alması barədə 338C-24 sayı araşdırma materialı üzrə xx.xx.2024-cü il tarixdə “Cinayət İşinin başlanmasının rədd edilməsi” barədə qərar qəbul edilmiş həmin qərarda eyni zamanda İXM-nin 198.3-cü maddəsinin tərkib əlamətləri olmadığından inzibati xata barədə iş üzrə icratın başlanması rədd edilmişdir. Məhkəmə bununla bağlı qeyd edir ki, İXM-nin 198.2-ci və 198.3-cü maddələrində, habelə Cinayət Məcəlləsinin 162.1-ci maddəsində nəzərdə tutulmuş məsuliyyətin yaranması əsası yalnız sağlamlığa vurulmuş ziyanın dərəcəsinə görə bir birindən fərqləndirilmişdir. Yəni İXM-nin 198.2-ci maddəsi ilə məsuliyyət texniki təhlükəsizlik və ya əmək mühafizəsinin başqa qaydalarına riayət edilməsi vəzifəsi həvalə edilmiş şəxs tərəfindən bu qaydaların pozulması nəticəsində ehtiyatsızlıqdan insan sağlamlığına yüngül zərərin vurulmasına görə, 198.3-cü maddəsi ilə məsuliyyət az ağır zərə vurulmasına görə, Cinayət Məcəlləsinin 162.1-ci maddəsi ilə məsuliyyət isə ağır zərər vurulmasına görə yaranır. Göründüyü kimi qeyd edilən maddələr üzrə məsuliyyətin yaranması üçün texniki təhlükəsizlik və ya əmək mühafizəsinin başqa qaydalarına riayət edilməsi vəzifəsi həvalə edilmiş şəxs tərəfindən bu qaydaların pozulması nəzərdə tutulmuşdur. Binəqədi rayon prokurorluğunda aparılmış araşdırma zamanı isə X7 yüngül xəsarət almasında onun özündən başqa "xxxx" Firmasının digər vəzifəli şəxslərinin təqsiri müəyyən edilməmişdir. Bundan başqa məhkəmə onu da qeyd edir ki, briqadirlərin Əməyin mühafizəsi və Təhlükəsizlik Texnikası üzrə təlimatı"nın qeyd olunan bəndinin tələblərinə əsasən fəhlələrin texniki təhlükəsizlik qaydalarına riayət etmələrinə nəzarət Şəxs vəzifəsi olmuşdur. Lakin, fəhlələrin texniki təhlükəsizlik qaydalarına riayət etmələrinə nəzarət etmək - briqadir vəzifəsində çalışan şəxsin iş saatı boyunca iş görən fəhlənin hər saniyə işini müşahidə etmək mənasına gəlmir. Nəzərə alınmalıdır ki, həmin istehsalatda 6 binada iş gedir və orada çox sayıda fəhlə çalışır, bir nəfər şəxsin, yəni Şəxs bütün fəhlələrin işinin hər anına nəzarət etməsi fiziki olaraq mümkün deyildir. Belə ki, ayrı-ayrı binalarda çalışan fəhlələrin bütün iş prosesinin hər anını müşahidə etmək mümkünsüzdür, Şəxs eyni anda bir neçə yerdə olması imkansızdır. Qeyd edilməlidir ki, İXM-nin 198.2-ci maddəsində nəzərdə tutulmuş əməl həm hərəkətlə, həm də hərəkətsizliklə törədilə bilər. Həmin inzibati xəta təqsirin ehtiyatsızlıq formasında özünü göstərir. Şəxsin inzibati məsuliyyətə cəlb olunması üçün texniki təhlükəsizlik və ya əmək mühafizəsinin başqa qaydalarına riayət edilməsi vəzifəsi həvalə edilmiş şəxs tərəfindən həmin qaydalar pozulmalı, qaydaların pozulması insan sağlamlığına yüngül zərərin vurulmasına səbəb olmalı, həmçinin qaydaların pozulması ilə baş vermiş nəticə arasında səbəbli əlaqə olmalıdır. Hazırki iş üzrə göründüyü kimi X1 yüngül zərərin vurulmasına səbəb yalnız onun özbaşına gördüyü işin icrası zamanı öz fərdi təhlükəsizliyini qorumaması olmuşdur ki, bu da Binəqədi rayon prokuroluğunda aparılan 338C-24 sayı araşdırma zamanı təyin edilərək alınmış Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin 20 avqust 2024-cü il tarixli 10/6096 saylı “Əmək təhlükəsizliyinin tədqiqi” barədə ekspert rəyi ilə öz təsdiqini tapmışdır. Yuxarıda sadalananlarla əlaqədar məhkəmə qeyd edir ki, əməllərin (hərəkət və ya hərəkətsizliyin) inzibati xəta hesab olunması üçün Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsilə müəyyən edilmiş əlamətlərin hər biri mövcud olmalıdır, yəni həmin əməllərlə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsi ilə qorunan ictimai münasibətlərə qəsd edilməli, əməl hüquqazidd olmalı, təqsirli sayılmalı (qəsdən və ya ehtiyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olmalıdır. Təqsirliliyi sübut etmək yükü məhkəmənin və ya barəsində protokol tərtib edilmiş şəxsin üzərinə düşmür. Bu yük protokol tərtib etmiş səlahiyyətli orqanın üzərinə düşür. Barəsində protokol tərtib edilmiş şəxs sübut etməli deyildir ki, inzibati xəta törədilməyib. Şəxs təqsirsizliyini sübut edə bilməməsi əsası ilə inzibati məsuliyyətə cəlb edilə bilməz. Göründüyü kimi "xxxx" Firmasının briqadiri Şəxs hərəkətlərində Azərbaycan Respublikası İXM-nin 198.2-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xəta tərkibi aşkar edilməmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 2-ci maddəsinə əsasən Azərbaycan Respublikasının inzibati xətalar qanunvericiliyinin vəzifələri insan və vətəndaş hüquqlarını və azadlıqlarını, onların sağlamlığını, əhalinin sanitariya-epidemioloji salamatlığını, ictimai mənəviyyatı, mülkiyyəti, şəxslərin iqtisadi maraqlarını, ictimai qaydanı və ictimai təhlükəsizliyi, ətraf mühiti, idarəçilik qaydalarını qorumaqdan, qanunçuluğu möhkəmləndirməkdən və inzibati xətaların qarşısını almaqdan ibarətdir. 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir. 8.1-ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllə ilə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsiri olmayan hesab edilir. 12-ci maddəsinə əsasən həmin Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ehtiyatsızlıq üzündən törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. 21-ci maddəsinin tələbinə görə inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. 31.3-cü maddəsinin tələbinə əsasən hüquqi şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, inzibati xətanın xarakteri, inzibati xəta nəticəsində hüquqi şəxsin əldə etdiyi xeyrin həcmi və ya onun maraqlarının təmin edilməsinin xarakteri və dərəcəsi, hüquqi şəxsi xarakterizə edən hallar, o cümlədən onun maliyyə və əmlak vəziyyəti, xeyriyyəçilik və ya digər ictimai faydalı fəaliyyətlə məşğul olması, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. 48-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlər üzrə icraatın vəzifələri şəxslərin hüquqlarını və azadlıqlarını, onların qanuni mənafelərini qorumaqdan, inzibati xəta haqqında hər bir işin hallarını vaxtında, hərtərəfli, tam və obyektiv surətdə aydınlaşdırmaqdan, inzibati xəta törətmiş şəxsi aşkar etməkdən və onu inzibati məsuliyyətə cəlb etməkdən, çıxarılmış qərarın icrasını təmin etməkdən, habelə inzibati xətanın törədilməsinə kömək edən səbəbləri və şəraiti aşkar etməkdən və inzibati xətaların qarşısını almaqdan ibarətdir. 53.1.2-ci maddəsinin tələbinə görə inzibati xəta tərkibi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. İXM-in 105.1-ci İnzibati Xətalar Məcəlləsinin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri olduqda, icraatında inzibati xəta haqqında iş olan hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir. İXM-in 114.2.1-ci maddəsinə əsasən bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulan hallardan biri mövcud olduqda İnzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar çıxarılır. Beləliklə məhkəmə hesab edir ki, "xxxx" Firmasının briqadiri Şəxs barəsində Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiə Nazirliyi yanında X12 Xidmətinin Bakı şəhər İdarəsi tərəfindən tərtib edilmiş xx.xx.2024-cü il tarixli, MN ******* nömrəli protokol əsasında Azərbaycan Respublikası İXM-nin 198.2-ci maddəsi ilə başlanılmış inzibati xəta haqqında iş üzrə icraata inzibati xəta tərkibi olmadığından xitam verilməlidir. Qeyd olunanlara əsasən və İXM-in 40, 43, 48-50, 53, 105, 114-115 və 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə
qərara aldı:
"xxxx" Firmasının briqadiri Şəxs barəsində Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiə Nazirliyi yanında X12 Xidmətinin Bakı şəhər İdarəsi tərəfindən tərtib edilmiş xx.xx.2024-cü il tarixli, MN ******* nömrəli inzibati xəta haqqında protokol əsasında Azərbaycan Respublikası İXM-nin 198.2-ci maddəsi ilə başlanılmış inzibati xəta haqqında iş üzrə icraata inzibati xəta tərkibi olmadığından xitam verilsin. Qərarın surəti, rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 129-cu maddəsində müəyyən edilmiş qaydada Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər.
Hakim: Zamiq Bağırov