Məhkəmə qərarları › İş №3(001)-563/2021

Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qərar — İş №3(001)-563/2021

04.05.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(001)-563/2021 04.05.2021 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin hakimi Kərimova Mahirə Nəzər qızının sədrliyi, Məhkəmənin məsləhətçisi (məhkəmə iclas katibi) Rəhimov Elçin Əhəd oğlunun katibliyi, Şikayət vermiş şəxs X2 və inzibati xəta haqqında protokolu tərtib etmiş şəxs X3 iştirakı ilə, 30.03.1981-ci il tarixdə Vartaşen rayonu, Sincan kəndində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, ailəli, orta təhsilli, Oğuz rayonu, Sincan kəndində qeydiyyatda olan və ünvan 1 ünvanında yaşayan, 2BAR90T fərdi identifikasiya nömrəsinə malik olan, X2 inzibati tənbeh edilməsinə dair Bakı şəhər Binəqədi rayon Polis İdarəsinin DYPŞ tərəfindən qəbul edilmiş 08.01.2021-ci il tarixli, TP ******* nömrəli inzibati tənbeh vermə haqqında qərardan şikayətinə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: X7 Bakı şəhəri Binəqədi rayon Məhkəməsinə müraciət edərək, Bakı şəhər Binəqədi rayon Polis İdarəsinin DYPŞ tərəfindən qəbul edilmiş 08.01.2021-ci il tarixli, TP ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarın ləğv olunmasına dair qərar qəbul edilməsini xahiş etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, o, etibarnamə əsasında X4 məxsus “BMW 5201” markalı, **-GA-*** dövlət qeydiyyat nişanlı avtomobili 08.12.2020-ci il tarixdə, saat 18-00-da Binəqədi istiqamətində hərəkət edən zaman ondan qabaqda yolun hərəkət hissəsini qanunsuz olaraq saxlayan avtomobili keçib saxlamışdır. Sonradan Binəqədi rayon yol polis şpbəsinin əməkdaşı X8 ona zəng edərək 100 manat cərimə olunduğunu bildirmiş və şikayətçi Orxan Yunislinin DYPİ-nin rəisi Ramiz Zeynalova ünvanladığı məktubun surətini atmışdır. Dərhal o, qərarla razı olmadığını bildirmiş və DİN-nin 102 xidmətinə məlumat vermişdir. Belə ki, “şərti” şikayətçi” özü “Yol hərəkəti haqqında” Qanunun tələbini pozaraq yolun hərəkət istiqamətində nəqliyyat vasitəsinin mühərrikini söndürmüş, onu müşayiət edən nəqliyyat vasitəsi isə ondan qabaqda üfüqi nişanlama xəttinin tələbinə məhəl qoymayaraq **-CU-*** markalı maşını saxlamış, bilərəkdən və məqsədyönlü şəkildə özləri qurduğu oyuna kimlərin düşməsini və öz bildiyi kimi də “istədikləri” haqqında məlumatı X15 ötürməklə inzibati xəta törədən şəxslərdir. İşi araşdıran Binəqədi rayon Yol Polisinin əməkdaşı video görüntüdə “şərti” şikayətçinin, motoskiletçi və onun qarşısında dayanan qoşa xəttin tələbini pozan qara “Hyundai Tukson” markalı **-CU-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi barədə qanun pozuntusuna əhəmiyyət verilməməsi, “şərti” şikayətçinin özünün inzibati məsuliyyətə cəlb edilməməsi işin faktiki hallarının araşdırılmamasından xəbər verir. Belə ki, o, idarə etdiyi nəqliyyat vasitəsi ilə “şərti” şikayətçinin sönmüş halda olan nəqliyyat vasitəsini keçərək yenidən öz yoluna düzəlmiş və hərəkəti davam etdirmişdir. İş materiallarında olan İXP ******* saylı protokoldan görünür ki, inzibati araşdırma inzibati xəta törədilən yerdə aparılmamış, aşkar olunan video görüntünü təqdim edən “şərti” şikayətçidən qarşısında qoşa xəttin tələbini pozan avtomobillər, motosikletçi və ** CU *** dövlət qeydiyyat nişanlı avtomobillər barədə məlumat verməməsi araşdırılmamışdır. Qeyd olunanların nəzərə alınaraq mübahisələndirilən qərar ləğv edilməlidir. Məhkəmə iclasında X7 şikayət ərizəsini müdafiə edib əlavə olaraq izahatında bildirmişdir ki, Bakı şəhər Binəqədi rayon Polis İdarəsinin DYPŞ tərəfindən düzgün araşdırma aparılmamış və barəsində qərəzli qərar qəbul edilmişdir. Belə ki, videogörüntü edən və “şərti” şikayətçi olan şəxs özü qaydanı pozaraq avtomobillərin sərbəst hərəkətinə mane olaraq yolun hərəkət hissəsində nəqliyyat vasitəsini saxlamış və bu yolla tələ qurmuşdur. Bununla bağlı DİN-nin 102 xidmətinə məlumat versə də, onun iştirakı təmin edilmədən müraciətinə baxılmış və natamam araşdırma aparılaraq hüquqları pozulmuş, eləcə də barəsində qərəzli qərar qəbul edilmişdir. Ona görə də, məhkəmədən qeyd olunanların nəzərə alınmasını və barəsində Bakı şəhər Binəqədi rayon Polis İdarəsinin DYPŞ tərəfindən qəbul edilmiş 08.01.2021-ci il tarixli, TP ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarın ləğv edilməsini xahiş etmişdir. İnzibati xəta haqqında protokol tərtib etmiş şəxs Binəqədi Rayon DYPŞ-nin polis mayoru X12 oğlu məhkəmə iclasında bildirmişdir ki, X11 oğlu barəsində İXP ******* saylı, 26.12.2021-ci il tarixli protokol və onun əsasında qəbul edilmiş 08.01.2021-ci il tarixli, TP ******* nömrəli inzibati tənbeh vermə haqqında qərar qanuni və əsaslıdır. E.Süleymanovun şikayətində göstərdiyi dəlillər əsassızdır. Belə ki, videoblogger X10 DİNnin 102 xidmətinə zəng etməklə inzibati xətalar barəsində məlumat vermişdir. Həmin inzibati xətaları törədən digər sürücülər barəsində də inzibati protokol tərtib olunmuş və heç bir şikayət daxil olmamışdır. T.B.Yunisli tərəfindən çəkilmiş videogörüntüdə aydın şəkildə görsənir ki, E.R.Süleymanov avtomaşınını tam olaraq əks istiqamətli nəqliyyat axınının hərəkət zolağına keçərək yol hərəkəti qaydalarını pozmuşdur. Həmin zaman yolda sıxlıq olmuş, avtomaşınlarda texniki bir nasazlığın olması görüntülərdə öz təsdiqini tapmır. Göstərilənlərə əsasən E.Süleymanovun inzibati tənbeh edilməsinə dair Bakı şəhər Binəqədi rayon Polis İdarəsinin DYPŞ tərəfindən qəbul edilmiş 08.01.2021-ci il tarixli, TP ******* nömrəli inzibati tənbeh vermə haqqında qərardan verdiyi şikayətin təmin edilməməsini xahiş edir. Məhkəmə şikayət vermiş şəxsin izahatını dinləyib, iş materiallarını araşdırıb hesab edir ki, şikayət əsassız olduğundan təmin edilməməli, Bakı şəhər Binəqədi rayon Polis İdarəsinin DYPŞ tərəfindən qəbul edilmiş 08.01.2021-ci il tarixli, TP ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarı dəyişdirilmədən saxlanmalıdır. İş materiallarına əlavə olunmuş və məhkəmə iclasında tədqiq olunmuş: Binəqədi rayon Polis İdarəsinin 07.01.2020-ci il tarixli məktubundan görünür ki, X2 Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 327.4-cü maddəsi ilə inzibat xətanı törətməsinə dair toplanmış material üzrə araşdırma aparılaraq inzibati xəta haqqında protokolun tərtib edilməsi zamanı hər hansı qanun pozuntusunun aşkar edilməməsi və hüquqazidd hərəkətin aparılmaması barədə X5 məlumat verilmişdir. 08.01.2021-ci il tarixli, TP ******* nömrəli inzibati tənbeh vermə haqqında qərardan görünür ki, X7 “BMW 5201” markalı, **-GA-*** dövlət qeydiyyat nişanlı avtomobil ilə üfüqi nişanlanma xətlərinin tələblərini pozmaqla nəqliyyat vasitəsini tam olaraq əks istiqamətli nəqliyyat axınının hərəkət zolağına keçirərək nəqliyyat axınına əks istiqamətdə hərəkət etmişdir. X1 Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 327.4-cü maddəsi ilə təqsirli bilinib, 100 manat məbləğində inzibati cərimə olunmuşdur. Bakı Apellyasiya Məhkəməsinin 3(103)-709/2021 saylı 29.03.2021-ci il tarixli qərarına əsasən Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 3(001)-563/2021 saylı, 28.01.2021-ci il tarixli qərarı ləğv edilərək iş yenidən baxılması üçün məhkəməyə göndərilmişdir. Qərara əsasən müəyyən edilmişdir ki, birinci instansiya məhkəməsi əhəmiyyətli ziddiyyətləri aradan qaldırmaqla tam, hərtərəfli və obyektiv araşdırma aparmaq əvəzinə, yalnız təqdim olunmuş sənədləri nəzərdən keçirib Bakı şəhər Binəqədi rayon Polis İdarəsinin Dövlət X16 nümayəndəsinin məhkəmə baxışında iştirakını təmin etmədən və göstərilən məsələləri araşdırmadan və onlara hüquqi qiymət vermədən iş üzrə yekun nəticəyə gəlmişdir. İş materiallarına əlavə olunmuş vidoagörüntülərlə müəyyən olunur ki, E.R.Süleymanov “BMW 5201” markalı, **-GA-*** dövlət qeydiyyat nişanlı avtomobil ilə üfüqi nişanlanma xətlərinin tələblərini pozmaqla nəqliyyat vasitəsini tam olaraq əks istiqamətli nəqliyyat axınının hərəkət zolağına keçirərək nəqliyyat axınına əks istiqamətdə hərəkət etmişdir. X6 20.12.2020-ci il tarixli izahatlarından da görünür ki, avtomobilində hərəkətdə olarkən yolun sıxlığından istifadə edərək əks istiqamətli yola çıxan **-GA-*** dövlət qeydiyyat nişanlı avtomobil yol hərəkəti haqqında qanunun tələblərini pozaraq üfüqi nişanlanma xətlərinə məhəl qoymadan hərəkəti davam etdirməsi onun tərəfindən video görüntü və şəkil formasında qeydə alınmışdır. Həmin vaxt onun idarə etdiyi avtomobildə nasazlıq olmamış və hərəkətini normal şəkildə davam etdirmişdir. İXM-in 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. İnzibati xətanın törədilməsi faktı videogörüntüdə, protokol tərtib etmiş şəxsin, T.B.Yunislinin izahatlarında öz təsdiqini tapır. E.R.Süleymanov şikayətində göstərdiyi, avtomobillərin hərəkət etmək imkanının olmasına baxmayaraq hərəkətsiz qalması, həmin nəqliyyat vasitələrinin sürücülərinin digər sürücülərin sərbəst hərəkətinə mane olması kimi dəlillərini təsdiq edən sübutlar məhkəməyə təqdim edə bilmədi. Məhkəmə şikayət verən şəxs E.R.Süleymanova istinad edilən inzibati xətaya münasibətdə hesab edir ki, inzibati məsuliyyətə səbəb olan əməlin əsası kimi məhkəmədə tədqiq edilmiş sübutlar həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına görə sübut kimi qəbul ediləndir, şikayətin dəlilləri sözügedən qərarın ləğv edilməsi üçün əsas kimi çıxış etmir. Onun hərəkətlərinə münasibətdə əməlin inzibati xəta olmasını aradan qaldıran hallar, həmçinin inzibati məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 128.1-ci maddəsinə əsasən barəsində qərar çıxarılmış fiziki şəxs, yetkinlik yaşına çatmayanların qanuni nümayəndəsi, hüquqi şəxsin nümayəndəsi, zərər çəkmiş şəxs, habelə müdafiəçi və nümayəndə tərəfindən inzibati xətalar haqqında işlər üzrə qərarlardan şikayət, prokuror isə protest verə bilər. İXM-nin 134.1-ci və 134.1.1-ci maddələrinə görə inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılaraq aşağıdakı qərarlardan biri qəbul edilir: qərarın dəyişdirilmədən, şikayətin və ya protestin isə təmin edilmədən saxlanılması haqqında. Təsvir edilənlərə əsasən məhkəmə hesab edir ki, X2 inzibati tənbeh edilməsinə dair Bakı şəhər Binəqədi rayon Polis İdarəsinin DYPŞ tərəfindən qəbul edilmiş 08.01.2021-ci il tarixli, TP ******* nömrəli inzibati tənbeh vermə haqqında qərardan verdiyi şikayət əsassız olduğundan təmin edilməməli, həmin qərar dəyişdirilmədən saxlanmalıdır. Yuxarıda göstərilənləri və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 128, 129, 133-137-ci maddələrinin tələblərini rəhbər tutaraq, məhkəmə qərara aldı: X2 inzibati tənbeh edilməsinə dair Bakı şəhər Binəqədi rayon Polis İdarəsinin DYPŞ tərəfindən qəbul edilmiş 08.01.2021-ci il tarixli, TP ******* nömrəli inzibati tənbeh vermə haqqında qərardan verdiyi şikayət təmin edilməsin və həmin qərar dəyişdirilmədən saxlanılsın. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Mahirə Kərimova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar