Məhkəmə qərarları › İş №3(001)-5645/2025

Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qərardad — İş №3(001)-5645/2025

29.08.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 3(001)-5645/2025 29.08.2025 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Hakim Nəsibov Samir Nadir oğlunun sədrliyi, Bayramov Tural Ural oğlunun katibliyi, İnzibati xəta haqqında protokolu tərtib etmiş səlahiyyətli qurumun nümayəndəsi X5, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxsin nümayəndəsi X1 iştirakları ilə Şəxs (MMC) barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin (İXM) 539.3-cü maddəsi ilə tərtib edilmiş inzibati xəta haqqında protokola açıq məhkəmə iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X7 Xidməti Bakı şəhər İdarəsi tərəfindən Şəxs MMC barəsində İXM-nin 539.3-cü maddəsi ilə tərtib edilmiş 04 avqust 2025-ci il tarixli, MN ******* nömrəli “inzibati xəta haqqında protokol” baxılması üçün məhkəməyə göndərilmişdir. Şəxs MMC barəsində həmin maddə ilə tərtib edilmiş protokolda göstərilmişdir ki, vətəndaş X2 şikayəti əsasında Əmək Məcəlləsinin 15-ci maddəsinin 2-ci hissəsinə əsasən, Şəxs MMC-yə 3-17-5/2-53649/2025 nömrəli, xx.xx.2025-ci il tarixli məktub göndərilərək, məktubda qeyd olunan sənədlərin 7 iş günü ərzində X3 Bakı Şəhər İdarəsinə təqdim edilməsi tələb olunmuşdur. Sorğu məktubunun xx.xx.2025-ci il tarixdə çatdırılmasına baxmayaraq, xx.xx.2025-ci il tarixə qədər müvafiq sənədlər təqdim olunmamışdır. Məhkəmənin iclasında iştirak edən inzibati xəta haqqında protokolu tərtib etmiş səlahiyyətli qurumun nümayəndəsi X9 çıxış edərək bildirmişdir ki, vətəndaş X6 Şəxs MMC-nin rəhbərliyi tərəfindən əmək hüquqlarının pozulması barədə ərizə ilə X7 Xidmətinə müraciət etmişdir. Xidmət isə öz növbəsində xx.xx.2025-ci il tarixli məktubla Şəxs MMC-yə müraciət edərək, Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 15.2-ci maddəsinin tələblərinə müvafiq olaraq X2 müraciətinə münasibət bildirilməsini və vətəndaşa aid məktubda göstərilən sənədlərin 7 (yeddi) iş günü ərzində Xidmətə təqdim edilməsini tələb etmişdir. Buna baxmayaraq, Şəxs MMC Xidmətin tələb etdiyi sənədləri təqdim etməmişdir. Bu səbəbdən Şəxs MMC barəsində inzibati xəta haqqında protokol tərtib edilərək, baxılması üçün məhkəməyə göndərilmişdir. Məhkəmə iclasında Şəxs MMC-nin nümayəndəsi X4 çıxış edərək bildirmişdir ki, X7 Xidməti Bakı şəhər İdarəsinin xx.xx.2025-ci il tarixli məktubu MMC-yə xx.xx.2025-ci il tarixdə daxil olmuşdur. MMC isə məktubda tələb olunan sənədləri xx.xx.2025-ci il tarixdə, yəni məktubun alınmasından 7 iş günü keçməmiş İdarəyə təqdim etmişdir. Bu səbəbdəb hesab edir ki, MMC-nin əməlində İXM-nin 539.3-cü maddəsinin tərkib əlamətləri mövcud olmadığından, iş üzrə icraata xitam verilməlidir. İş materiallarında olan: - xx.xx.2025-ci il tarixli MN ******* nömrəli inzibati xəta haqqında protokoldan görünür ki, vətəndaş X2 şikayəti əsasında AR ƏM-nin 15-ci maddəsinin 2-ci hissəsinə əsasən Şəxs MMC-yə 3-17-5/2-53649/2025 nömrəli xx.xx.2025-ci il tarixli məktub göndərilərək, məktubda göndərilən sənədləri 7 iş günü ərzində DƏMK BŞİ-yə təqdim edilməsi tələb olunmuşdur. Sorğu məktubu xx.xx.2025-ci il tarixdə çatdırılmasına baxmayaraq xx.xx.2025-ci il tarixə qədər müvafiq sənədlər təqdim olunmamışdır; - X7 Xidmətinin Bakı şəhər idarəsinin 3-17-5/2-53649/2025 nömrəli məktuba cavab olaraq Şəxs MMC tərəfindən həmin İdarəyə xx.xx.2025-ci il tarixli 0630 nömrəli məktub ünvanlanmış və müvafiq sənədlər həmin məktuba əlavə olunmuşdur; - X7 Xidməti tərəfindən təqdim edilmiş xx.xx.2025-ci il tarixli “Xidmətin inzibati binasına vətəndaşlar tərəfindən birbaşa təqdim olunan müraciətlər” adlı A4 vərəqdən görünür ki, xx.xx.2025-ci il tarixdə Şəxs MMC tərəfindən Xidmətə “digər” adı ilə qeyd edilmiş müraciət (sənəd) təqdim edilmişdir; - X7 Xidməti tərəfindən təqdim edilmiş qeydiyyat nəzarət vərəqəsindən görünür ki, Şəxs MMC-in xx.xx.2025-ci il tarixli 0630 nömrəli məktubunun qeydiyyat tarixi kimi xx.xx.2025-ci il göstərilmişdir. Göründüyü kimi, Şəxs MMC-in barəsində İXM-nin 539.3-cü maddəsi ilə tərtib edilmiş və baxılması üçün məhkəməyə göndərilmiş protokolla iş materiallarında olan sənədlər arasında kəskin uyğunsuzluqlar mövcuddur və protokol düzgün tərtib olunmamışdır. Belə ki, inzibati xəta haqqında protokolun tərtib edilməsi əsası kimi Şəxs MMC-nin tələb olunan sənədləri xx.xx.2025-ci il tarixə kimi təqdim edilmədiyi göstərilsə də, işin faktiki halları ilə (hətta X7 tərəfindən təqdim edilən sənədlər əsas götürüldükdə belə) müəyyən edilir ki, müvafiq sənədlər həmin tarixədək Xidmətə təqdim olunmuşdur. İXM-nin 109.1.6-cı maddəsinə əsasən protokol və digər materiallar səlahiyyəti olmayan şəxslər tərəfindən tərtib edildikdə, protokol və digər sənədlər düzgün tərtib olunmadıqda, yaxud təqdim edilmiş materiallar natamam olduqda, işə baxılarkən tamamlamaq mümkün olmadıqda, inzibati xətalar haqqında protokolun və ya digər sənədlərin onu tərtib etmiş orqana, vəzifəli şəxsə geri qaytarılması barədə qərardad qəbul edilir. Beləliklə, yuxarıda göstərilənlərə əsaslanaraq, habelə İXM-nin 109, 114, 118 və 130cu maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə R A R A A L D İ: Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X7 Xidməti Bakı şəhər İdarəsi tərəfindən Şəxs MMC barəsində İXM-nin 539.3-cü maddəsi ilə tərtib edilmiş 04 avqust 2025-ci il tarixli, MN ******* nömrəli “inzibati xəta haqqında protokol” və ona əlavə edilmiş sənədlər geri qaytarılsın. Sədrlik edən Samir Nəsibov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar