Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(001)-565/2022 14.02.2022 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin hakimi Tağıyev Vüsal Adıgözəl oğlunun sədrliyi, məhkəmənin məsləhətçisi (məhkəmə iclas katibi) Mirzəyev Anar Əkrəm oğlunun katibliyi, inzibati xəta haqqında protokol tərtib etmiş şəxs Bakı şəhəri Binəqədi rayon İcra şöbəsinin icra məmuru X12, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakları ilə, xx.xx.1964-cü il tarixdə Göyçay şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, ailəli, işləməyən, ünvan 1 ünvanında qeydiyyatda olmaqla, Bakı şəhəri, Binəqədi rayonu, Xocasən qəsəbəsində yerləşən fərdi yaşayış evində yaşayan, Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin (bundan sonra – İXM) 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair Bakı şəhəri Binəqədi rayon İcra Şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiala məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: Məhkəmənin icraatına Şəxs İXM-in 528.1-cı maddəsində nəzərdə tutulan inzibati xətanı törətməsinə dair Bakı şəhəri Binəqədi rayon İcra Şöbəsi tərəfindən tərtib olunmuş 14.02.2022-ci il tarixli, MN ******* nömrəli inzibati xəta haqqında protokol üzrə toplanmış material daxil olmuşdur. Məhkəmə iclasında inzibati xəta haqqında protokolu müdafiə edən Bakı şəhəri Binəqədi rayon İcra şöbəsinin icra məmuru X15 izahat verərək bildirmişdir ki, Şəki Apellyasiya Məhkəməsinin 04.07.2013-cü il tarixli, 2(107)-20/2013 nömrəli icra sənədinə əsasən ünvan 3 ünvanda yerləşən 65.8 kvm ümumi, 42.7 kvm yaşayış sahəsindən ibarət 3 otaqlı 2 saylı mənzilinə dair X7 ilə Şəxs arasında bağlanmış və Ucar rayon DNK tərəfindən 14 dekabr 2009-cu il tarixdə 4-Ə-352 saylı reyestrlə təsdiq edilmiş bağışlama müqaviləsi, həmin bağışlama müqaviləsi əsasında Ucar rayon Ərazi İdarəsi tərəfindən Şəxs adına verilmiş 19 Fevral 2010-cu il tarixli, ******* saylı çıxarış etibarsız hesab edilməsi, ünvan 3 ünvanda yerləşən 65.8 kvm ümumi, 42.7 kvm yaşayış sahəsindən ibarət 3 otaqlı 2 saylı mənzili ilə bağlı Şəxs ilə X14 arasında bağlanmış və Ucar rayon DNK tərəfindən 26 fevral 2010-cu il tarixdə 4-Ə-59 reyestrlə təsdiq edilmiş alqı-satqı müqaviləsi, həmin alqı-satqı müqaviləsi əsasında Ucar rayon Ərazi İdarəsi tərəfindən X8 adına verilmiş 03 mart 2010-cu il tarixli, ******* saylı çıxarış etibarsız hesab edilməsi, X14, X9 və X1 şəhəri, H.Əliyev prospekti, 84 saylı evin, 2 saylı mənzilindən çıxarılması, mənzilin təmirinə çəkilmiş xərcin əvəzi olaraq X6 14000 manat pul alınaraq X13, X4 və X5 verilməsi, X8, X2 və X3 ünvan 3 evin, 2 saylı mənzilindən çıxarılması ilə Şəxs 32000 manat, X6 isə 14000 manat pulun alınaraq X13, X4 və X5 verilməsi eyni vaxtda icra olunması qət edilmişdir. Qeyd olunan icra sənədi Göyçay rayon İcra və Probasiya şöbəsindən aidiyyəti üzrə 2019-cu il tarixdə Binəqədi rayon İcra şöbəsinə daxil olmuş və icra sənədinin icrası ilə əlaqədar zəruri icra tədbirləri görülməsi üçün Şəxs qeydiyyatda olduğu ünvana baxış keçirilmiş, baxış keçirilən zaman sonuncunun orada yaşamadığı müəyyən edilmişdir. Bundan sonra Şəxs Şəki Apellyasiya Məhkəməsinin 04.07.2013-cü il tarixli, 2(107)-20/2013 nömrəli icra sənədi üzrə olan borcunu icra etməsi üçün barəsində axtarış elan edilmiş və sonuncu bu gün polis əməkdaşları tərəfindən saxlanılaraq ona təqdim edilmişdir. Ona görə də, Şəxs barəsində İXM-in 528.1-ci maddəsi ilə inzibati xəta haqqında protokol tərtib edilmişdir. Odur ki, məhkəmədən Şəxs inzibati qaydada tənbeh olunmasını xahiş etmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs izahat verərək bildirmişdir ki, Şəki Apellyasiya Məhkəməsinin 04.07.2013-cü il tarixli, 2(107)-20/2013 nömrəli qətnaməsindən məlumatı olmuş, lakin qətnamə üzrə borcunu övladı xəstə olduğu və maddi imkanı olmadığı üçün icra etməmişdir. Bu səbəbdən də, icra məmurunun çağırışlarına gedə bilməmişdir. Müəyyən vaxt verilərsə borcunu hissə-hissə olsa da ödəyəcəkdir. Hazırda əməlindən peşman olmasını bildirərək barəsində yüngül inzibati tənbeh tətbiq edilməsini xahiş etmişdir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: Şəki Apellyasiya Məhkəməsinin 04.07.2013-cü il tarixli, 2(107)-20/2013 nömrəli icra sənədinə əsasən ünvan 3 ünvanda yerləşən 65.8 kvm ümumi, 42.7 kvm yaşayış sahəsindən ibarət 3 otaqlı 2 saylı mənzilinə dair X7 ilə Şəxs arasında bağlanmış və Ucar rayon DNK tərəfindən 14 Dekabr 2009-cu il tarixdə 4-Ə-352 saylı reyestrlə təsdiq edilmiş bağışlama müqaviləsi, həmin bağışlama müqaviləsi əsasında Ucar rayon Ərazi İdarəsi tərəfindən Şəxs adına verilmiş 19 Fevral 2010-cu il tarixli, ******* saylı çıxarış etibarsız hesab edilməsi, ünvan 3 ünvanda yerləşən 65.8 kvm ümumi, 42.7 kvm yaşayış sahəsindən ibarət 3 otaqlı 2 saylı mənzili ilə bağlı Şəxs ilə X14 arasında bağlanmış və Ucar rayon DNK tərəfindən 26 fevral 2010-cu il tarixdə 4-Ə-59 reyestrlə təsdiq edilmiş alqısatqı müqaviləsi, həmin alqı-satqı müqaviləsi əsasında Ucar rayon Ərazi İdarəsi tərəfindən X8 adına verilmiş 03 mart 2010-cu il tarixli, ******* saylı çıxarış etibarsız hesab edilməsi, X14, X9 və X1 şəhəri, H.Əliyev prospekti, 84 saylı evin, 2 saylı mənzilindən çıxarılması, mənzilin təmirinə çəkilmiş xərcin əvəzi olaraq X6 14000 manat pul alınaraq X13, X4 və X5 verilməsi, X8, X2 və X3 ünvan 3 evin, 2 saylı mənzilindən çıxarılması ilə Şəxs 32000 manat, X6 isə 14000 manat pulun alınaraq X13, X4 və X5 verilməsi eyni vaxtda icra olunması qət edilmişdir. 25.07.2013-cü il tarixli icraata başlamaq haqqında qərardan və bildirişdən görünür ki, Şəxs barəsində olan icra işi üzrə icraata başlanılmış və ona tələbin könüllü icrası barədə rəsmi bildiriş göndərilmişdir. Bakı şəhəri Binəqədi Rayon İcra və Probasiya şöbəsinin 06 may 2020-ci il tarixli qərarın surətindən görünür ki, borclu Şəxs barəsində axtarış elan edilmişdir. 14.02.2022-ci il tarixli, MN ******* nömrəli inzibati xəta haqqında protokoldan görünür ki, Şəxs tələbkarlar X13, X4 və X5 Şəki Apellyasiya Məhkəməsinin 04.07.2013-cü il tarixli, 2(107)-20/2013 nömrəli icra sənədi üzrə olan borcu ödəməmişdir. Nəticədə Şəxs barəsində İXM-in 528.1-ci maddəsi ilə inzibati xəta haqqında protokol tərtib edilmişdir. Məhkəmə, proses iştirakçılarını dinləyib, habelə inzibati xəta haqqında işin materiallarını nəzərdən keçirərək hesab edir ki, Şəxs barəsində İXM-in 528.1-ci maddəsi ilə olan inzibati protokol əsaslı olaraq tərtib edilmişdir. Belə ki, məhkəmə iclasında toplanmış və tədqiq edilmiş sübutlarla müəyyən edilmişdir ki, Şəxs Şəki Apellyasiya Məhkəməsinin 04.07.2013-cü il tarixli, 2(107)-20/2013 nömrəli icra sənədi üzrə müəyyən edilmiş borcunu ödəməyərək sözügedən icra sənədini icra etməmiş və borcunu maddi imkanının olmadığına görə ödəmədiyini bildirmişdir. Lakin məhkəmə qeyd olunan halı icra sənədinin üzrsüz icra edilməməsi kimi qiymətləndirir və bu səbəblə də, Şəxs İXM-in 528.1-ci maddəsi ilə inzibati qaydada məsuliyyətə cəlb edilməsi qənaətinə gəlir. İXM-in 2-ci maddəsinə əsasən Azərbaycan Respublikasının inzibati xətalar qanunvericiliyin vəzifələri insan və vətəndaş hüquqlarını və azadlıqlarını, onun sağlamlığını, əhalinin sanitariya-epidemioloji salamatlığını, ictimai mənəviyyatı, mülkiyyəti, şəxslərin iqtisadi maraqlarını, ictimai qaydanı və ictimai təhlükəsizliyi, ətraf mühiti, idarəçilik qaydalarını qorumaqdan, qanunçuluğu möhkəmləndirməkdən və inzibati xətaların qarşısını almaqdan ibarətdir. İXM-in 3-cü maddəsinə əsasən yalnız həmin Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. İXM-in 4-cü maddəsinə əsasən bu məcəllə insan və vətəndaş hüquqlarına və azadlıqlarına hörmət edilməsi, qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirsizlik prezumpsiyası, ədalətlilik və inzibati xətaların qarşısının alınması prinsiplərinə əsaslanır. İXM-in 9.1-ci maddəsinə əsasən inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. İXM-in 12.1-ci maddəsinə əsasən həmin Məcəllə ilə qorunun ictimai münasibətlərə qəsd edən, hüquqa zidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıqdan törədilən) inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və hərəkətsizlik) inzibati xəta hesab olunur. İXM-in 21-ci maddəsində göstərilir ki, inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. İXM-in 31.1-ci maddəsinə əsəsən inzibati xətaya görə tənbeh İnzibati Xətalar Məcəlləsinə uyğun olaraq tətbiq edilir. İXM-in 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, inzibati xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakterizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Məhkəmə, İXM-in 32.1.1-ci maddəsinə əsasən Şəxs səmimi peşmançılığını onun məsuliyyətini yüngülləşdirən hal kimi nəzərə alır. Məhkəmədə, Şəxs əməlində İXM-in 33-cü maddəsində nəzərdə tutulmuş məsuliyyəti ağırlaşdıran hallar müəyyən edilməmişdir. İXM-in 528.1-ci maddəsinə əsasən məhkəmə və ya digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərinin yerinə yetirilməməsinə və ya icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə borclunu müəyyən hərəkətləri etməyə və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə məcbur edən icra sənədinin üzrsüz səbəbdən icra edilməməsinə görə fiziki şəxslər beş yüz manatdan min manatadək məbləğdə cərimə edilir və ya işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bir ayadək müddətə inzibati həbs tətbiq olunur, vəzifəli şəxslər min iki yüz manatdan iki min beş yüz manatadək məbləğdə, hüquqi şəxslər üç min manatdan beş min manatadək məbləğdə cərimə edilir. Məhkəmə, Şəxs şəxsiyyətini, məsuliyyətini yüngülləşdirən halı və ağırlaşdıran halın olmamasını, törətmiş olduğu inzibati xətanın xarakterini və inzibati tənbehin məqsədlərinə nail olunmasını nəzərə alaraq hesab edir ki, Şəxs İXM-in 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək, ona inzibati cərimə növündə inzibati tənbeh tədbiri tətbiq edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və İXM-in 40, 43, 48, 48-51, 73, 114, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinib, 500 (beş yüz) manat məbləğində inzibati cərimə edilsin. Qərarın surəti rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 129-cu maddəsində müəyyən edilmiş qaydada Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim: Vüsal Tağıyev
Məhkəmə qərarları › İş №3(001)-565/2022
Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qərar — İş №3(001)-565/2022
14.02.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver