Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(001)-565/2025 05.02.2025 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Hakim Nəsibov Samir Nadir oğlunun sədrliyi, məhkəmə iclas katibi Bayramov Tural Ural oğlunun katibliyi, şikayət vermiş şəxs X1 iştirakı ilə X1 Sumqayıt şəhər Polis İdarəsinin Dövlət X5 polis polkovnik leytenantı X3 tərəfindən qəbul edilmiş 23 dekabr 2024-cü il tarixli, TP ******* saylı “inzibati tənbeh vermə haqqında” qərardan şikayətinə açıq məhkəmə iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: Sumqayıt şəhər Dövlət X5 polis polkovnik leytenantı X3 tərəfindən qəbul edilmiş 23 dekabr 2024-cü il tarixli, TP ******* saylı “inzibati tənbeh vermə haqqında” qərara əsasən, X2 Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin (İXM) 327.1-ci maddəsi ilə təqsirli bilinərək 40 manat cərimə edilmişdir. İXM-nin 327.1-ci maddəsinə əsasən, yol nişanlarının və ya yolların hərəkət hissəsinin işarələrinin tələblərinə riayət edilməməsinə, yaxud nəqliyyat vasitəsinin yolların hərəkət hissələrində yerləşdirilməsi, yaxud ara məsafəsi, yedəyə alma, yük daşıma, sürmə təlimi keçmə, yaşayış zonasında hərəkət etmə, əks istiqamətli hərəkət zolağına çıxmadan ötmə və ya manevr etmə qaydalarının pozulmasına, səkilərlə və “Yol hərəkəti haqqında” Azərbaycan Respublikasının Qanunu ilə nəzərdə tutulmamış hallarda yolun çiyni ilə hərəkət edilməsinə görə qırx manat məbləğində cərimə edilir. V.N.Piriyev həmin qərardan şikayət verərək, qərarın ləğv edilməsini xahiş etmiş, şikayət onunla əsaslandırılmışdır ki, V.N.Piriyev 28 noyabr 2024-cü il tarixdə inzibati xəta ilə bağlı onun da iştirakı ilə videogörüntüyə baxış keçirilərək inzibati tənbeh vermə haqqında qərarın rəsmi qaydada göndərilməsi ilə bağlı müraciət etsə də, inzibati orqan tərəfindən müvafiq cavab almamışdır. İnzibati icraata dəvət olunma barədə bildiriş həmin icraatın keçirildiyi vaxtdan 3 gün sonra ona təqdim olunmuşdur. Qeydə alınmış videogörüntü qərəzli olaraq ona təqdim olunmamışdır. Buna səbəb isə həmin videogörüntünün qanunamüvafiq formada qeydə alınmamasıdır. İnzibati Xətalar Məcəlləsinin 81-ci maddəsi ilə müəyyən olunmuş qaydada xüsusi texniki vasitənin köməyi ilə qeydə alınmış inzibati xəta üzrə araşdırma üzrə qəbul olunmuş qərar 24 saat müddətində elektron sistemə inteqrasiya olunmalıdır. Həmin xüsusi texniki vasitənin köməyi ilə qeydə alınmayan, qərarsız qaydada tərtib olunan inzibati xəta haqqında protokol həmin gün elektron sistemə vurulsa belə, müvafiq qərar qəbul olunmadan vurulmuşdur. Bu səbəbdən sözügedən qərarın qəbul olunması proseduruna düzgün əməl olunmamışdır.Qeyd olunan hallar inzibati xətanı rədd edən hallardır. Həmçinin, ona rəsmi qaydada 04 yanvar 2025-ci il tarixdə təqdim olunmuş inzibati tənbeh tədbiri barədə qərar üzrə 27 dekabr 2024-cü il tarixdə ünvanına bildiriş göndərilmişdir. Lakin, həmin bildirişin məzmununda inzibati icraata baxılma tarixi və vaxtı dəqiq şəkildə göstərilməmişdir. Həmin bildiriş ona qeyri-rəsmi formada zəng edib dəvət etdikdən 3 gün sonra təqdim olunmuşdur. Məhkəmə iclasında şikayət vermiş şəxs V.N.Piriyev şikayətində göstərilənlərə uyğun izahat verərək, sözügedən ərazidə yol nişanlanmasının düzgün aparılmadığını bildirib, şikayətin təmin edilməsini, qərarın ləğv edilərək iş üzrə icraata xitam verilməsini xahiş etdi. Qərarından şikayət verilmiş şəxs məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumatlandırılmasına baxmayaraq, məhkəməyə gəlməmişdir. Məhkəmə şikayət vermiş şəxsin izahatını dinləyib, iş materiallarını araşdıraraq, hesab edir ki, şikayətin qismən təmin edilməsi üçün əsas vardır. Belə ki, İXM-nin: - 61.3-cü maddəsinə əsasən, inzibati xəta haqqında işə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin iştirakı ilə baxılır. Həmin işə şəxsin iştirakı olmadan, yalnız o hallarda baxılır ki, işə baxılmasının yeri və müddətinin ona vaxtında bildirilməsi barədə məlumat olsun və ya işə baxılmasını təxirə salmaq haqqında ondan vəsatət daxil olmasın, yaxud belə vəsatət rədd edilmiş olsun. - 122.1-ci maddəsinə əsasən, bu Məcəllənin 327.1 - 327.5, 328, 329.1, 329.2, 330, 339.1-1, 346, 346-1, 353.1, 353.2, 353.4, 353.5 və 469.3-cü maddələrində nəzərdə tutulmuş xətalar foto və ya video qeydiyyat funksiyalarına malik xüsusi texniki vasitələrin köməyi ilə aşkar edildikdə, xüsusi texniki vasitələrin məlumatları müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) müvafiq informasiya sisteminin proqram təminatı əsasında real vaxt rejimində elektron formada birbaşa həmin informasiya sisteminə ötürülür, inzibati xətanı törətmiş şəxsin iştirakı olmadan real vaxt rejimində, “Elektron imza və elektron sənəd haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş qaydada elektron sənəd şəklində inzibati tənbeh vermə haqqında elektron qərar çıxarılır və həmin informasiya sisteminin müvafiq səlahiyyətli əməkdaşının elektron imzası ilə təsdiqlənir. Təsdiq edilmiş həmin qərar real vaxt rejimində, xüsusi texniki vasitələrin məlumatları əlavə edilməklə, elektron qaydada müvafiq icra hakimiyyəti orqanının informasiya sisteminə göndərilir. Bu Məcəllənin 346- 1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətaların törədilməsi barədə təsdiq edilmiş qərarlar real vaxt rejimində həmçinin müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) müvafiq informasiya sisteminə göndərilir. - 122.8-ci maddəsinə əsasən, inzibati tənbeh vermə haqqında elektron qərardan şikayət vermiş şəxsin tələbi ilə ona həmin inzibati xətanın qeydə alınmasının texnologiyası əyani şəkildə göstərilməlidir. - 124.2-ci maddəsinə əsasən, inzibati xətalar haqqında işlərə baxmaq hüququ səlahiyyətli orqana (vəzifəli şəxsə) aid edilmiş yol hərəkəti qaydaları, yol hərəkəti təhlükəsizliyinin təmin edilməsi və avtomobil yollarından istifadə qaydaları əleyhinə olan inzibati xətalar səlahiyyətli vəzifəli şəxs tərəfindən bilavasitə aşkar edildikdə və barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs inzibati xəta hadisəsinin mövcudluğu ilə razılaşdıqda, inzibati tənbeh tətbiq etmə haqqında qərar çıxarılır. - 124.3-cü maddəsinə əsasən, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs inzibati xəta hadisəsinin mövcudluğu ilə razılaşmadıqda, səlahiyyətli vəzifəli şəxs inzibati xəta haqqında protokol tərtib edir. - 124.4-cü maddəsinə əsasən, inzibati tənbeh tətbiq etmə haqqında qərar və ya inzibati xəta haqqında protokol operativ nəqliyyat vasitəsində quraşdırılmış bortkompüter vasitəsilə tərtib olunaraq dərhal, yaxud belə kompüter olmadıqda həmin günün sonunadək müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) müvafiq informasiya sistemində yerləşdirilir və barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsə bu Məcəllənin 125.2.1-ci maddəsində nəzərdə tutulmuş qaydada bu barədə məlumat verilir. İnzibati tənbeh tətbiq etmə haqqında qərarın və ya inzibati xəta haqqında protokolun kağız daşıyıcıda surəti səlahiyyətli orqan (vəzifəli şəxs) tərəfindən yerindəcə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsə, həmçinin belə müraciəti olduqda inzibati xəta haqqında iş üzrə zərər çəkmiş şəxsə verilir. Bu Məcəllənin 124.3-cü maddəsində nəzərdə tutulmuş hallarda inzibati xəta haqqında protokol baxılması üçün yuxarı səlahiyyətli orqana (vəzifəli şəxsə) göndərilir. Yuxarı səlahiyyətli orqan (vəzifəli şəxs) tərəfindən həmin iş üzrə qəbul edilən qərar qəbul edildiyi gün müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) müvafiq informasiya sistemində yerləşdirilir və barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsə həmin qərar barədə bu Məcəllənin 125.2-ci maddəsində nəzərdə tutulmuş qaydada məlumat verilir. Göründüyü kimi, İXM-də barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin icraatda iştirakını təmin etmək zərurəti, habelə onun işinə baxılması ilə bağlı məlumatlandırılma qaydaları kifayət qədər geniş məzmunda öz əksini tapmışdır. İşin faktiki halları ilə müəyyən edilir ki, V.N.Piriyev barəsində 26 noyabr 2024-cü il tarixdə İXM-nin 327.1-ci maddəsi ilə İXP ******* saylı protokol tərtib edilməsinə baxmayaraq, V.N.Piriyev protokolla razı olmadığından iş üzrə qərar inzibati araşdırmanın nəticəsi olaraq 23 dekabr 2024-cü il tarixdə qəbul edilmişdir. Lakin, V.N.Piriyevin inzibati orqan tərəfindən aparılan icraat barədə lazımi qaydada məlumatlandırılması ilə bağlı iş materiallarında kifayət qədər sübut mövcud deyil. Belə ki, Sumqayıt şəhər Polis İdarəsinin X8 Şöbəsi tərəfindən V.N.Piriyevə ünvanlanmış 13 dekabr 2024-cü il tarixli məktubda onun Sumqayıt ŞPİ-nin DYPŞ-yə dəvət edildiyi göstərilmiş, habelə bu bildirişi aldıqdan sonra çağırışa 10 gün ərzində gəlməyəcəyi halda araşdırmanın onun iştirakı olmadan aparılacağı qeyd edilmişdir. Göründüyü kimi, bildirişdə həmin bildirişin alındığı tarixdən etibarən 10 gün ərzində iştirak təklif olunduğu halda, onun V.N.Piriyevə nə vaxt çatması müəyyən edilmədən, bildirişin göndərildiyi tarixdən 10 gün sonra müvafiq qərar qəbul edilmişdir. Bu isə, araşdırma zamanı V.N.Piriyevin iştirakının təmin edilməməsi ilə bağlı inzibati orqanın hərəkətlərində İXM-nin yuxarıda göstərilən tələblərinin pozulduğu aşkar edilir. Belə olan halda, İXM-nin 61.3-cü maddəsinin tələbləri nəzərə alınmaqla, məhkəmə hesab edir ki, hazırki şikayət qismən təmin edilməli, haqqında şikayət verilmiş qərar ləğv edilməli və inzibati xəta hadisəsi üzrə toplanmış materiallar inzibati xəta hadisəsinin V.N.Piriyevin iştirakı ilə yenidən araşdırılması üçün Sumqayıt ŞPİ-nin DYPŞ-yə göndərilməlidir. Məsələ ilə bağlı məhkəmə İXM-nin aşağıdakı maddələrini qeyd etməyi zəruri hesab edir: 8.2. İnzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. 75.0. İnzibati xəta haqqında iş üzrə aşağıdakılar müəyyən edilməlidir: 75.0.1. inzibati xəta hadisəsi (inzibati xəta törədilmişdirmi); 75.0.2. inzibati xəta törətmiş şəxs; 75.0.3. inzibati xəta törətməkdə şəxsin təqsiri; 75.0.4. inzibati məsuliyyəti ağırlaşdıran və yüngülləşdirən hallar; 75.0.5. inzibati xəta nəticəsində vurulan zərərin xarakteri və miqdarı; 75.0.6. inzibati xətalar haqqında işlər üzrə icraatı rədd edən hallar; 75.0.7. işin düzgün həlli üçün əhəmiyyətli olan digər hallar, habelə inzibati xətanın törədilməsinə kömək edən səbəblər və şərait. 76.1. İnzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) informasiya sistemində, habelə digər dövlət informasiya sistemlərində (ehtiyatlarında) aşkar olunan məlumatlarla, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. 80.1. Sənədlərdə müəssisələrin, idarələrin, təşkilatların, vəzifəli şəxslərin və fiziki şəxslərin təsdiq etdikləri və ya şərh etdikləri məlumatların inzibati xəta haqqında iş üzrə icraat üçün əhəmiyyəti vardırsa, bu sənədlər iş üzrə sübutlar hesab edilir. 80.2. Sənədlər yazılı və ya digər formada müəyyən edilmiş məlumatları özündə əks etdirə bilər. Fotoşəkillər, səsyazma və ya videoyazı materialları, məlumat bazası və məlumat bankı və digər məlumatları olan müvafiq daşıyıcılar sənədlər hesab olunur. 84.1. İnzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. 84.2. Heç bir sübutun qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. 126.1. Barəsində inzibati xəta haqqında iş üzrə qərar qəbul edilmiş şəxs yol hərəkəti qaydaları, yol hərəkəti təhlükəsizliyinin təmin edilməsi və avtomobil yollarından istifadə qaydaları əleyhinə olan inzibati xətaların törədilməsinə görə inzibati tənbeh tətbiq etmə haqqında qərar ona bu Məcəllənin 57-ci maddəsində nəzərdə tutulmuş rəsmi qaydada verildiyi vaxtdan 20 (iyirmi) gün müddətində yuxarı səlahiyyətli orqana (vəzifəli şəxsə) və ya məhkəməyə şikayət edə bilər. 134.1. İnzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılaraq aşağıdakı qərarlardan biri qəbul edilir: 134.1.4. bu Məcəllənin 135.1.1 və 135.1.6-cı maddələri ilə müəyyən edilmiş hallarda qərarın ləğv edilməsi və inzibati xəta haqqında işin yenidən baxılmaq üçün hakimə, səlahiyyətli orqana (vəzifəli şəxsə) göndərilməsi haqqında; 135.1. İnzibati xəta haqqında iş üzrə qərarın ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsaslar aşağıdakılardır: 135.1.1. hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) gəldiyi nəticələr üzrə mühüm əhəmiyyət kəsb edən bütün faktiki halların araşdırılmaması; 135.1.6. bu Məcəllə ilə müəyyən edilmiş tələblərin işin hallarının hərtərəfli, tam və obyektiv araşdırılmasına maneə törədəcək dərəcədə pozulması. Beləliklə, məhkəmə yuxarıda göstərilənlərə əsaslanaraq və İXM-nin 134.1.4-cü maddəsini rəhbər tutmaqla, Q Ə R A R A A L D İ: X1 Sumqayıt şəhər Polis İdarəsinin Dövlət X5 polis polkovnik leytenantı X3 tərəfindən qəbul edilmiş 23 dekabr 2024-cü il tarixli, TP ******* saylı “inzibati tənbeh vermə haqqında” qərardan verdiyi şikayət qismən təmin edilsin, həmin qərar ləğv edilərək, iş yenidən baxılması üçün Sumqayıt şəhər Polis İdarəsinin Dövlət X6 göndərilsin. Şikayət qalan hissədə təmin edilməsin. Qərardan onun rəsmi qaydada təqdim edildiyi tarixdən 10 (on) gün müddətinə onu qəbul etmiş məhkəmə vasitəsilə və ya birbaşa Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Sədrlik edən Samir Nəsibov
Məhkəmə qərarları › İş №3(001)-565/2025
Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qərar — İş №3(001)-565/2025
05.02.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver