Məhkəmə qərarları › İş №3(001)-5657/2024

Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qərar — İş №3(001)-5657/2024

08.10.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(001)-5657/2024 08.10.2024 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin hakimi Sadıqova Aynurə Vahid qızının sədrliyi, məhkəmənin məsləhətçisi (məhkəmə iclas katibi) Bəbirov Qədir Nadir oğlunun katibliyi ilə, X3 AR DİN Baş Dövlət Yol Polisi İdarəsinin xx.xx.2024-cü il tarixli, 16/1-123825 saylı inzibati xəta haqqında qərarından verdiyi şikayətə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: X1 AR DİN Baş Dövlət Yol Polisi İdarəsinin xx.xx.2024-cü il tarixli, 16/1-123825 saylı inzibati xəta haqqında qərardan verdiyi şikayət məhkəməyə daxil olmuşdur. X2 şikayətini onunla əsaslandırmışdır ki, ona məxsus olan ** MO *** dövlət qeydiyyat nişanlı, “Kia Sportage” markalı nəqliyyat vasitəsini idarə edərkən, xx.xx.2024-cü il tarixdə, saat 10:04-də Bakı şəhəri, Ziya Bünyadov prospektində köməkçi yolda Azərbaycan Respublikası İXM-in 327.1 -ci maddəsi ilə “5.9 Ümumi istifadədə olan nəqliyyat vasitələri üçün zolaq nişanının tələbinə riayət edilməməsinə" görə 40 manat (protokol EQ********) cərimə olunmuşdur. Həmin yolda, ümumi istifadədə olan nəqliyyat vasitələri üçün zolağa saat 07:00-dan, saat 10:00-a kimi daxil olmaq qadağandır. Cərimə olunduğu vaxt 09:04 göstərilsə də, o, bu yoldan 10:04-də keçmişdir. Ona məlum olmayan səbəbdən bu vaxt 09:04 olaraq göstərilmişdir. DYP-nin sürət ölçən radarları, qazanalizatorları, alkotesterləri (alkoqol təyin edən) və sair texniki vasitələri, düzgün işlədiyinə əmin olmaq üçün yoxlamadan keçirlər. Yoxlamadan keçmədən, xüsusi texniki vasitərin istifadəsi qanunla qadağandır ve onlar ilə alınmış ölçmələrin nəticələrinin heç bir hüquqi əsası yoxdur. DYP bu qayda pozuntusunu TŞ8-249 saylı texniki vasitə ilə qeydə almışdır. Göründüyü kimi TŞ8-249 saylı texniki vasitə 1 saat fərqlə işləyir (o, bu yoldan 10:04-də keçmişdir). Əgər DYP-nin xüsusi texniki vasitəsi yoxlamadan keçmişsə, onun sənədi (şəhadətnaməsi və ya sertifikatı) təqdim edilməlidir. Hesab edir ki, həmin texniki vasitə yoxlamadan keçməmişdir, əks halda bu qədər fərqlə (1 saat) işləməz. Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli qərarı ilə onun Baş Dövlət Yol Polis İdarəsi tərəfindən qəbul edilmiş xx.xx.2024-cü il tarixli, EQ 20291988 nömrəli inzibati tənbeh vermə haqqında qərardan verdiyi şikayəti təmin edilməmiş, Baş Dövlət Yol Polis İdarəsi tərəfindən qəbul edilmiş xx.xx.2024-cü il tarixli, EQ 20291988 nömrəli inzibati tənbeh vermə haqqında qərarı dəyişdirilmədən saxlanılmışdır. O, həmin qərardan narazı olduğu üçün apellyasiya şikayəti verərək Baş Dövlət Yol Polis İdarəsi tərəfindən qəbul edilmiş xx.xx.2024-cü il tarixli, EQ 20291988 nömrəli qərarın ləğv olunmasını xahiş etmişdir. Apellyasiya şikayətini ilkin şikayətə uyğun əsaslandırmışdır. Onun tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilmiş, Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli qərarı ləğv edilib və iş materialları yenidən baxılması üçün həmin məhkəməyə göndərilmişdir. Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsinin 3(001)-2456/2024, xx.xx.2024-cü il tarixli qərarına əsasən onun inzibati tənbeh edilməyinə dair Daxili İşlər Nazirliyi Baş Dövlət Yol Polis İdarəsi tərəfindən qəbul edilmiş 01 aprel 2024-cü il tarixli, EQ 20291988 saylı inzibati tənbeh vermə haqqında qərar ləğv edilmişdir. İnzibati xəta haqqında işə yenidən baxılması üçün qərar Daxili İşlər Nazirliyi Baş Dövlət Yol Polis İdarəsinə göndərilmişdir. Daxili İşlər Nazirliyi Baş Dövlət Yol Polis İdarəsi işə yenidən (guya) baxmış və xx.xx.2024 cü il, 16/1-123825 saylı qərar qəbul etmişdir. İşə yenidən baxarkən TŞ8-249 saylı texniki vasitənin 1 saat fərqlə işləməsi barədə-texniki vasitənin yoxlanılması və ya kalibrlənməsi, texniki vasitənin hər hansı bir Dövlət qurumunda məsələn Azərbaycan Metrologiya İnstitutunda (Azərbaycanda etalon vaxt yalnız bu qurumdadır) sinxronlaşdırılması barədə heç bir söz açılmamışdır. Onun ümumi istifadədə olan nəqliyyat vasitələri üçün zolaqda hərəkət etməsi öz təsdiqini tapması bildirilmişdir. Bunu zatən özü (saat 10:04- də keçməyini) təsdiq edir. Azərbaycan Metrologiya İnstitutuna məktubla müraciət etmişdir. Azərbaycan Metrologiya İnstitutundan müraciətinə göndərdiyi cavabdan bəlli olur ki, Daxili İşlər Nazirliyi Baş Dövlət Yol Polis İdarəsinin heç bir texniki vasitəsi Azərbaycanın etalon vaxtı ilə sinxronlaşdırılmamışdır. Göründüyü kimi Daxili İşlər Nazirliyi Baş Dövlət Yol Polis İdarəsi TŞ8-249 saylı texniki vasitənin vaxtı həqiqətən də düz qeyd etdiyini sübut edə bilmir. Odur ki, xx.xx.2024 cü il, 16/1-123825 nömrəli qərarın ləğv olunması üçün qərar qəbul olunmasını xahiş etmişdir. Şikayət vermiş şəxs X4 məhkəməyə eyni zamanda ərizə ilə müraciət edərək inzibati tənbeh vermə haqqında qərardan vermiş olduğu şikayətə onun iştirakı olmadan baxılmasını və qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə şikayət vermiş şəxs və qərarından şikayət verilən orqanın nümayəndəsinə məlumat verilməsinə baxmayaraq, məhkəmə iclasına gəlməmiş və məhkəmə iclasının təxirə salınması barədə bildiriş daxil olmamışdır. Məhkəmə iclasının qərarından şikayətçi və şikayət verilən orqanın nümayəndəsinin iştirakı olmadan keçirilməsi mümkün hesab edilmişdir. İş materiallarına əlavə edilmiş və məhkəmə iclasında tədqiq edilmiş: xx.xx.2024-cü il tarixli, 16/1-123825 saylı inzibati xəta haqqında qərardan görünür ki, AR İXM-nin 327.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın törədilməsinə görə vətəndaş X4 barəsində 40(qırx) manat məbləğində inzibati cərimə növündə inzibati tənbeh tətbiq edilmişdir. Bakı Apelyasiya Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 3(103)-1176/2024 nömrəli qərarından görünür ki, X4 tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilmiş, Bakı şəhəri Binəqədi rayon Məhkəməsini xx.xx.2024-cü il tarixli qərarı ləğv edilmişdir. Bakı şəhəri Binəqədi rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 3(001)-2456/2024 nömrəli qərarından görünür ki, X4 barəsində DİN Baş Dövlət Yol Polis İdarəsi tərəfindən qəbul edilmiş 01 aprel 2024-cü il tarixli, EQ 20291988 saylı inzibati tənbeh vermə haqqında qərar ləğv edilərək, işə yenidən baxılması üçün qərar Baş Dövlət Yol Polis İdarəsinə göndərilmişdir. Məhkəmə inzibati xəta haqqında iş üzrə materialı şikayətin dəlilləri ilə əlaqəli şəkildə araşdıraraq belə nəticəyə gəlir ki, verilmiş şikayət təmin edilməli və X4 barəsində başlanılmış inzibati xəta haqqında iş üzrə üzrə icraata xitam verilməlidir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 8.1-ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllədə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsirsiz hesab edilir. Həmin Məcəllənin 8.2-ci maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. Həmin Məcəllənin 8.3-cü maddəsinə əsasən isə inzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində olan şübhələr onun xeyrinə həll olunur. İXM-nin 48-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlər üzrə icraatın vəzifələri şəxslərin hüquqlarını və azadlıqlarını, onların qanuni mənafelərini qorumaqdan, inzibati xəta haqqında hər bir işin hallarını vaxtında, hərtərəfli, tam və obyektiv surətdə aydınlaşdırmaqdan, inzibati xəta törətmiş şəxsi aşkar etməkdən və onu inzibati məsuliyyətə cəlb etməkdən, çıxarılmış qərarın icrasını təmin etməkdən, habelə inzibati xətanın törədilməsinə kömək edən səbəbləri və şəraiti aşkar etməkdən və inzibati xətaların qarşısını almaqdan ibarətdir. Həmin Məcəllənin 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Həmin Məcəllənin 327.1-ci maddəsinə əsasən ”Yol nişanlarının və ya yolların hərəkət hissəsinin işarələrinin tələblərinə riayət edilməməsinə, yaxud nəqliyyat vasitəsinin yolların hərəkət hissələrində yerləşdirilməsi, yaxud ara məsafəsi, yedəyə alma, yük daşıma, sürmə təlimi keçmə, yaşayış zonasında hərəkət etmə, əks istiqamətli hərəkət zolağına çıxmadan ötmə və ya manevr etmə qaydalarının pozulmasına, səkilərlə və “Yol hərəkəti haqqında” Azərbaycan Respublikasının Qanunu ilə nəzərdə tutulmamış hallarda yolun çiyni ilə hərəkət edilməsinə, nəqliyyat vasitələrindən bayıra hər hansı əşyanın atılmasına görə-qırx manat məbləğində cərimə edilir. Yuxarıda sadalanan normalarının tələblərindən görünür ki, şəxsin inzibati məsuliyyətə cəlb edilməsi üçün sübutların məcmusu tələb olunur və heç bir sübutun, o cümlədən sübutlardan biri olan inzibati xəta haqqında protokolun və qərarın qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Şikayətin dəlillərindən görünür ki, şikayət müəllifi onun tərəfindən hər hansı inzibati xətanın törədilmədiyini, TS8-249 saylı texniki vasitədə olan nasazlıq səbəbindən yanlışlıq baş verdiyi və barəsində qanunsuz inzibati xəta haqqında qərar qəbul olunduğunu göstərmişdir. Bakı şəhəri Binəqədi rayon Məhkəməsinin qərarı ilə şikayətçi tərəfindən verilmiş eyni şikayət təmin olunmuş, yenidən araşdırılması üçün AR DİN Baş Dövlət Yol Polisi İdarəsinə göndərilmişdir. AR DİN Baş Dövlət Yol Polisi İdarəsi sözügedən texniki vasitə ilə bağlı heç bir yoxlama həyata keçirmədən yenidən eyni qərarı qəbul etmişdir. Belə ki, qəbul olunmuş inzibati xəta haqqında qərar kifayət qədər sübutlar toplanılmadan və yenidən araşdırılmadan qəbul olunmuşdur. İXM-in 53.2-ci maddəsinə əsasən hər hansı şəxs barəsində başlanılmış inzibati xətalar haqqında işlər üzrə icraata, həmçinin onun inzibati xəta törədilməsinə aidiyyəti olmadıqda və ya təqsirliliyi sübuta yetirilmədikdə, o cümlədən təqsirliliyin sübuta yetirilməsində qanuna zidd olaraq əldə edilmiş sübutlardan istifadə edildikdə xitam verilir. İXM 105.1-ci maddəsinə əsasən bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri olduqda, icraatında inzibati xəta haqqında iş olan hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir. Göründüyü kimi, hazırki iş üzrə barəsində inzibati tənbeh vermə haqqında qərar qəbul edilmiş şəxsin inzibati xəta törədilməsinə aidiyyəti və inzibati xətanın törədilməsində təqsiri sübuta yetirilmir. Beləliklə, məhkəmə hesab edir ki, X4 tərəfindən verilmiş şikayət təmin edilməli, Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi Bakı şəhəri AR DİN Baş Dövlət Yol Polisi İdarəsinin xx.xx.2024-cü il tarixli, 16/1-123825 saylı inzibati tənbeh vermə haqqında qərarı ləğv edilməlidir. Qeyd olunanlara əsasən və İXM-in 128-130, 133-135-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şikayət təmin edilsin. Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi Bakı şəhəri AR DİN Baş Dövlət Yol Polisi İdarəsinin xx.xx.2024-cü il tarixli, 16/1-123825 saylı inzibati tənbeh vermə haqqında qərarı ləğv edilsin və X4 barəsində başlanmış inzibati xəta haqqında işin icraatına xitam verilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində işə baxan Bakı şəhəri Binəqədi Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim: Aynurə Sadıqova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar