Məhkəmə qərarları › İş №3(001)-566/2025

Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qərar — İş №3(001)-566/2025

24.01.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(001)-566/2025 24.01.2025 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin hakimi Tağıyev Vüsal Adıgözəl oğlunun sədrliyi, məhkəmənin məsləhətçisi (məhkəmə iclas katibi) Almazov Pərviz Məhərrəm oğlunun katibliyi, şikayət vermiş şəxs "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin X1nun nümayəndəsi “LCG” Vəkil Bürosunun vəkili Vəkil, inzibati tənbeh vermə haqqında qərar qəbul etmiş Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X9 Xidmətinin nümayəndəsi X6 iştirakı ilə, X4 inzibati tənbeh edilməsinə dair Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X9 Xidməti tərəfindən qəbul edilmiş xx.xx.2024-cü il tarixli, MN ******* nömrəli inzibati tənbeh vermə haqqında qərardan şikayətinə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin X1 məhkəməyə müraciət edərək, Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X9 tərəfindən qəbul edilmiş xx.xx.2024-cü il tarixli, MN ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarın ləğv edilərək, inzibati xəta haqqında icraata xitam verilməsinə dair qərar qəbul edilməsini xahiş etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, "xxxx" MMC-nin (bundan sonra "MMC") X1 (bundan sonra "Direktor") barəsində Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X9 (bundan sonra "Müfəttişlik") tərəfindən tərtib edilən 4 dekabr 2024-cü il tarixli MN №1807828 saylı qərar üzrə MMC-nin vəzifəli şəxsi kimi Bakı şəhəri, Nizami Rayonu, Özbəkistan küçəsi 6 ilə Azər Manafov küçələrinin kəsişməsində (bundan sonra "ünvan") həyata keçirilən tikintidə xx.xx.2024-cü il tarixində saat 10:46 radələrində aparılmış yoxlamalar zamanı X7 əmək müqaviləsi olmadan işlədilməsi iddiası ilə bağlı Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin (bundan sonra "İXM") 192.1-ci maddəsinə istinadən 3,000 AZN (üç min manat) məbləğində inzibati cərimə təyin edilmişdir. Müfəttişlik tərəfindən eyni əsaslarla MMC barəsində 23 noyabr 2024-cü il tarixli MN № ******* nömrəli protokol üzrə Azərbaycan Respublikası Binəqədi Rayon Məhkəməsinə təqdimat ünvanlanmışdır. Müfəttişlik tərəfindən təqdim edilən işin materiallarından görmək mümkündür ki, hal-hazırda həmin ərazidə tikinti fəaliyyətini "xxxx" MMC (VÖEN **********) həyata keçirir. Bildirmək istərdik ki, MMC-nin qeyd edilən tikintidə iştirakı "xxxx" MMC ilə deyil, "xxxx" Mənzil Tikinti Kooperativi ilə MMC arasında imzalanan 15 noyabr 2022-ci il tarixli Nº 11F/2022/ŞV/11/01 saylı müqavilə əsasında baş tutmuşdur. Bu müqavilə çərçivəsində MMC-nin gördüyü işlərin sonuncu qəbul aktı 30 may 2023-cü ildə baş vermişdir. Qeyd edilən dövrdən sonra MMC-nin tikintidə heç bir iştirakı olmamışdır. Qeyd edilənlərə əsasən Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X9 Xidməti tərəfindən qəbul edilmiş xx.xx.2024-cü il tarixli, MN ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarın ləğv edilərək iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Məhkəmə iclasında şikayət vermiş şəxs X4 nümayəndəsi “LCG” Vəkil Bürosunun vəkili Vəkil şikayət ərizəsinin məzmununa uyğun çıxış edərək bildirmişdir ki, Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X9 Xidməti tərəfindən qəbul edilmiş xx.xx.2024-cü il tarixli, MN ******* nömrəli inzibati tənbeh vermə haqqında qərar tam əsassızdır. Belə ki, qeyd edilən qərarda adı qeyd edilmiş X2 Axundovun direktoru olduğu "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti tərəfindən hər hansı işlərin görülməsinə cəlb edilməmişdir. Bakı şəhəri, Nizami Rayonu, Özbəkistan küçəsi 6 ilə Azər Manafov küçələrinin kəsişməsində aparılan tikintidə "xxxx" MMC "xxxx" Mənzil Tikinti Kooperativi ilə bağlanmış müqaviləyə əsasən işlər görmüş, sonuncu işlə bağlı qəbul aktı xx.xx.2023-cü il tarixdə olmuşdur. Buna baxmayaraq X9 Xidməti tərəfindən düzgün araşdırma aparılmadan guya X7 əmək müqaviləsi bağlanmadan "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin X1 tərəfindən işlərin görülməsinə cəlb edilməsi qənaətinə gəlinmiş və inzibati tənbeh vermə haqqında qərar qəbul edilmişdir. X10 qeyd edilən tikintidə işlərin görülməsinə X5 tərəfindən cəlb edilmişdir. Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X9 Xidməti tərəfindən "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti barəsində İXM-in 192.1-ci maddəsi inzibati xəta haqqında protokol tərtib edilərək baxılması üçün Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinə göndərilmişdir. Həmin iş üzrə məhkəmə prosesində iştirak etmiş X5 izahat verərək X7 onun tərəfindən işlərin görülməsinə cəlb edildiyni bildirmişdir. Qeyd edilən inzibati xəta haqqında protokol Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli qərarı ilə geri qaytarılmışdır. Odur ki, Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X9 Xidməti tərəfindən qəbul edilmiş xx.xx.2024-cü il tarixli, MN ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarın ləğv edilərək iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Məhkəmə iclasında inzibati tənbeh vermə haqqında qərar qəbul etmiş Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X9 Xidmətinin nümayəndəsi X11 bildirmişdir ki, Bakı şəhəri, Nizami Rayonu, Özbəkistan küçəsi 6 ilə Azər Manafov küçələrinin kəsişməsində aparılan tikintidə aparılmış yoxlama zamanı X7 "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin X1 tərəfindən əmək müqaviləsi və ya mülki hüquqi müqaviləsi bağlanmadan işlərin görülməsinə cəlb edilməsi müəyyən edilmişdir. Bununla bağlı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin X1 barəsində xx.xx.2024-cü il tarixli, MN ******* nömrəli inzibati tənbeh vermə haqqında qərar qəbul edilmişdir. Həmin qərar əsaslı olduğundan şikayətin təmin edilməsini xahiş etmişdir. Məhkəmədə tədqiq edilmiş və işdə olan: xx.xx.2024-cü il tarixli, MN ******* nömrəli inzibati tənbeh vermə haqqında qərardan görünür ki, "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin X1 tərəfindən əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə minmədən X10 (xidmətlərin) yerinə yetirilməsinə cəlb edilmiş, nəticədə "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin X1 Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 192.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməkdə təqsirli bilinib, barəsində 3000 manat məbləğində cərimə növündə tənbeh tədbiri tətbiq edilmişdir. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 3(001)-8/2025 nömrəli qərarından görünür ki, "xxxx" MMC-in Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 192.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair tərtib edilmiş 23 noyabr 2024-cü il tarixli, MN seriyalı ******* nömrəli inzibati xəta haqqında protokol və ona əlavə edilmiş sənədlər Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X9 Xidmətinə geri qaytarılmışdır. Məhkəmə, proses iştirakçılarının izahatlarını dinləyib, şikayəti və iş materiallarını tam, hərtərəfli və obyektiv şəkildə araşdıraraq hesab edir ki, "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin X1 barəsində Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X9 Xidməti tərəfindən qəbul edilmiş xx.xx.2024-cü il tarixli, MN ******* nömrəli inzibati tənbeh vermə haqqında qərar ləğv edilməli və inzibati xəta haqqında iş yenidən baxılması üçün onu qəbul etmiş orqana qaytarılmalıdır. Belə ki, məhkəmə iclasında toplanmış sübutlardan müəyyən edilmişdir ki, səlahiyyətli orqan tərəfindən iş üzrə mühüm əhəmiyyət kəsb edən bütün faktiki halların araşdırılmadan eləcə də qanunvericiliklə müəyyən edilmiş tələblərin işin hallarının hərtərəfli, tam və obyektiv araşdırılmasına maneə törədəcək dərəcədə pozulması ilə müşahidə edilən araşdırma aparılmaqla şəxs barəsində yekun qərar qəbul edilmişdir. Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X9 Xidməti tərəfindən X7 əmək müqaviləsi bağlanmadan "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin X1 tərəfindən işlərə cəlb edilməsi sübutlar toplanmadan, X7, X3 izahatları alınmadan, kifayət qədər sübut toplamadan X8 barəsində İXM-in 192.1-ci maddəsi ilə inzibati tənbeh vermə haqqında qərar qəbul edilmişdir. Ona görə də, məhkəmə "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin X1 barəsində Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X9 Xidməti tərəfindən qəbul edilmiş xx.xx.2024-cü il tarixli, MN ******* nömrəli inzibati tənbeh vermə haqqında qərar ləğv edilərək inzibati xəta haqqında iş yenidən baxılması üçün onu qəbul etmiş orqana qaytarılması qənaətinə gəlmişdir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 48-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlər üzrə icraatın vəzifələri şəxslərin hüquqlarını və azadlıqlarını, onların qanuni mənafelərini qorumaqdan, inzibati xəta haqqında hər bir işin hallarını vaxtında, hərtərəfli, tam və obyektiv surətdə aydınlaşdırmaqdan, inzibati xəta törətmiş şəxsi aşkar etməkdən və onu inzibati məsuliyyətə cəlb etməkdən, çıxarılmış qərarın icrasını təmin etməkdən, habelə inzibati xətanın törədilməsinə kömək edən səbəbləri və şəraiti aşkar etməkdən və inzibati xətaların qarşısını almaqdan ibarətdir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 134.1.4-cü maddəsinə əsasən bu Məcəllənin 135.1.1 və 135.1.6-cı maddələri ilə müəyyən edilmiş hallarda qərarın ləğv edilməsi və inzibati xəta haqqında işin yenidən baxılmaq üçün hakimə, səlahiyyətli orqana (vəzifəli şəxsə) göndərilməsi haqqında qərar qəbul edilir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 135.1-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərarın ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsaslar aşağıdakılardır: 135.1.1. hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) gəldiyi nəticələr üzrə mühüm əhəmiyyət kəsb edən bütün faktiki halların araşdırılmaması; 135.1.6. bu Məcəllə ilə müəyyən edilmiş tələblərin işin hallarının hərtərəfli, tam və obyektiv araşdırılmasına maneə törədəcək dərəcədə pozulması.. Beləliklə məhkəmə, şikayətçi X4 hüquqlarının tam təmin edilməsi məqsədi ilə hesab edir ki, "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin X1 inzibati tənbeh olunmasına dair Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X9 Xidməti tərəfindən qəbul edilmiş xx.xx.2024-cü il tarixli, MN ******* nömrəli inzibati tənbeh vermə haqqında qərar ləğv edilməli, iş üzrə Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsi ilə nəzərdə tutulmuş proseduralara tam əməl edilməklə və işin bütün faktiki halları araşdırılmaqla yenidən baxılması üçün müvafiq səlahiyyətli orqana geri göndərilməlidir. Yuxarıda göstərilənləri və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 128, 129, 133-137-ci maddələrinin tələblərini rəhbər tutaraq, məhkəmə qərara aldı: "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin X1nun inzibati tənbeh olunmasına dair Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X9 Xidməti tərəfindən qəbul edilmiş xx.xx.2024-cü il tarixli, MN ******* nömrəli inzibati tənbeh vermə haqqında qərar ləğv edilsin. İnzibati xəta haqqında iş yenidən baxılması üçün qərar Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X9 Xidmətinə göndərilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 129-cu maddəsində müəyyən edilmiş qaydada Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim: Vüsal Tağıyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar