Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(001)-5664/2020 16.11.2020 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin hakimi Tağıyev Vüsal Adıgözəl oğlunun sədrliyi, məhkəmənin məsləhətçisi (məhkəmə iclas katibi) Mirzəyev Anar Əkrəm oğlunun katibliyi, Bakı şəhəri Binəqədi rayon İcra və Probasiya Şöbəsinin icra məmuru X10, Bakı şəhəri 11 saylı Vəkil Bürosunun vəkili Vəkil, zərərçəkmiş şəxsin nümayəndəsi X2, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakları ilə, xx.xx.1993-cü il tarixdə Bakı şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, fərdi əməklə məşğul olan, ünvan 1 ünvanda qeydiyyatda olmaqla yaşayan, Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin (bundan sonra - İXM) 528.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməsi haqqında Bakı şəhəri Binəqədi rayon İcra və Probasiya şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiala məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli, 2(001)-819/2020 nömrəli icra vərəqəsinə əsasən iddiaçı X1 cavabdeh Şəxs qarşı “uşaq” tələbinə dair mülki iş üzrə iddiaçı X3 tərəfindən verilmiş iddianı təmin etmə tədbiri barədə ərizəsi təmin edilmiş, mübahisəyə mahiyyəti üzrə baxılıb həll edilənədək xx.xx.2016-cı il təvəllüdlü X6 ilə atası X1 hər həftənin bazar günü saat 12:00-dan axşam saat 18:00-dək ünsiyyətdə olması qərara alınmışdır. xx.xx.2020-ci il tarixli, 2(001)-819/2020 nömrəli iş üzrə Şəxs icra vərəqəsi üzrə üzərinə düşən öhdəliyi icra etmədiyi üçün barəsində İXM-in 528.1-ci maddəsi ilə inzibati xəta haqqında protokol tərtib edilərək baxılması üçün aidiyyəti üzrə məhkəməyə göndərilmişdir. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli, 3(001)-2584/2020 nömrəli qərarı ilə Şəxs barəsində Binəqədi rayon Məhkəməsi tərəfindən verilmiş 2(001)- 819/2020 saylı, xx xxxx 2020-ci il tarixli icra vərəqəsinin icra edilməməsi ilə bağlı Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə tərtib edilmiş xx xxxxxxxx 2020-ci il tarixli inzibati xəta haqqında protokol əsasında başlanmış icraata xitam verilmişdir. Bakı şəhəri Binəqədi rayon İcra və Probasiya Şöbəsinin icra məmuru X12 xx.xx.2020-ci il tarixdə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli, 3(001)-2584/2020 nömrəli qərarından apelyasiya şikayəti vermiş və 3(001)-2584/2020 nömrəli iş materialı xx.xx.2020-ci il tarixdə Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir. Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2020-ci il tarixli, 3(103)-1585/2020 nömrəli qərarı ilə Bakı şəhəri Binəqədi rayon İcra və Probasiya Şöbəsinin icra məmuru X10 şikayəti qismən təmin olunaraq Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli, 3(001)-2584/2020 nömrəli qərarı ləğv olunmuş və inzibati xətaya dair iş yenidən baxılması üçün Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinə qaytarılmışdır. Məhkəmə iclasında inzibati xəta haqqında protokol tərtib etmiş Binəqədi rayon İcra və Probasiya Şöbəsinin icra məmuru X12 bildirmişdir ki, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli, 2(001)-819/2020 nömrəli icra vərəqəsinə əsasən iddiaçı X1 cavabdeh Şəxs qarşı “uşaq” tələbinə dair mülki iş üzrə iddiaçı X3 tərəfindən verilmiş iddianı təmin etmə tədbiri barədə ərizəsi təmin edilmiş, mübahisəyə mahiyyəti üzrə baxılıb həll edilənədək xx.xx.2016-cı il təvəllüdlü X6 ilə atası X1 hər həftənin bazar günü saat 12:00-dan axşam saat 18:00-dək ünsiyyətdə olması qərara alınmışdır. Şəxs tərəfindən qeyd olunan icra sənədi üzrsüz səbəbdən icra edilmədiyindən barəsində İXM-in 528.1-ci maddəsi ilə inzibati xəta haqqında protokol tərtib etmişdir. Həmçinin ona verilən suallara cavab olaraq bildirmişdir ki, Şəxs xx.xx.2020-ci il tarixdə bildiriş imza etdirməklə verilmiş və xx.xx.2020-ci il tarixə icra şöbəsinin inzibati binasına görüş təyin edilmişdir. Lakin sonuncu uşaqla birlikdə şöbəyə gəlməmişdir. Bundan sonra tələbkarla birlikdə onun yaşadığı ünvana gedilmiş və Şəxs evdə olmadığından görüş baş tutmamışdır. Bundan başqa Şəxs xx.xx.2020-ci il tarixdə bildiriş imza etdirməklə verilmiş və xx.xx.2020-ci il tarixə icra şöbəsinin inzibati binasına görüş təyin edilmişdir. Lakin sonuncu uşaqla birlikdə şöbəyə gəlməmişdir. Bundan sonra Şəxs görüşün virtual qaydada keçirilməsi təklif edilmiş, lakin sonuncu intertnetinin olmaması səbəbindən bundan imtina etmişdir. Bundan başqa Şəxs xx.xx.2020-ci il tarixdə bildiriş göndərilməklə xx.xx.2020-ci il tarixə icra şöbəsinin inzibati binasına görüş təyin edilmişdir. Lakin sonuncu uşaqla birlikdə şöbəyə gəlməmişdir. Həmin bildirişin Şəxs rəsmi qaydada verilməsini təsdiq edən sənəd yoxdur. Bununla yanaşı Şəxs sms bildiriş göndərilsə də, həmin bildirişin çatmasını təsdiq edən sənəd də mövcud deyildir. Bundan başqa Şəxs xx.xx.2020-ci il tarixdə bildiriş göndərilməklə xx.xx.2020-ci il tarixə icra şöbəsinin inzibati binasına görüş təyin edilmişdir. Lakin sonuncu uşaqla birlikdə şöbəyə gəlməmişdir. Həmin bildirişin Şəxs rəsmi qaydada verilməsini təsdiq edən sənəd yoxdur. Bundan başqa Şəxs xx.xx.2020-ci il tarixdə bildiriş göndərilməklə xx.xx.2020-ci il tarixə icra şöbəsinin inzibati binasına görüş təyin edilmişdir. Lakin sonuncu uşaqla birlikdə şöbəyə gəlməmişdir. Həmin bildirişin Şəxs rəsmi qaydada verilməsini təsdiq edən sənəd yoxdur. Bundan başqa Şəxs verilmiş bildiriş əsasında o, uşağı ilə birlikdə xx.xx.2020-ci il tarixdə icra şöbəsinə gəlmiş, lakin uşaq ağlayaraq atası ilə görüşməkdən imtina etdiyindən görüş baş tutumamışdır. Odur ki, məhkəmədən Şəxs inzibati qaydada məsuliyyətə cəlb edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs izahat verərək bildirmişdir ki, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx.xx.2020ci il tarixli, 2(001)-819/2020 nömrəli icra vərəqəsinə əsasən xx.xx.2016-cı il təvəllüdlü oğlu X6 ilə atası X1 hər həftənin bazar günü saat 12:00-dan axşam saat 18:00-dək ünsiyyətdə olması qərara alınmışdır. Həmin icra sənədinin icrasından heç vaxt qərəzli olaraq yayınmamış və qərardadın icrası məqsədi ilə icra məmurunun çağırışlarını əldə etdikdən sonra bildirişdə göstərilən tarixdə və saatda icraya getmişdir. Belə ki, icra məmuru tərəfindən ona xx.xx.2020-ci il tarixdə bildiriş verilmiş və xx.xx.2020-ci il tarixə icra şöbəsinin inzibati binasına görüş təyin edilmişdir. Lakin təcilli işi olduğu üçün evdən getməli olmuş və bu barədə icra məmuruna məlumat verərək uşağın evdə olmasını və onun atası ilə görüşməsinə etiraz etmədyini bildirmişdir. Bundan başqa ona xx.xx.2020-ci il tarixdə bildiriş verilmiş və xx.xx.2020-ci il tarixə virtual qaydada görüş təyin edilmişdir. Lakin həmin gün internet paketi olmadığı üçün ondan asılı olmayan səbəblərdən virtual qaydada görüş baş tutmamışdır. Bundan başqa icra məmurunun çağırışı əsasında o, uşağı ilə birlikdə xx.xx.2020-ci il tarixdə icra şöbəsinə getmiş, lakin uşaq ağlayaraq atası ilə görüşməkdən imtina etdiyindən görüş baş tutumamışdır. Bundan başqa isə onun xx.xx.2020-ci il tarixli, xx.xx.2020-ci il tarixli və xx.xx.2020-ci il tarixli bildirişlərdən məlumatı olmamamış və bu barədə ona heç bir rəsmi məlumat verilməmişdir. Bundan başqa, X3 əsassız yerə ondan şikayətlər etmişdir. Çünki sentyabr ayının əvvəllərindən azyaşlı uşağı ilə dəfələrlə icra şöbəsində qərardadın icrası üçün getmiş, lakin X1 görüşdə iştirak etməməsi səbəbindən görüş baş tutumamışdır. Bunun səbəbi də Mirmustafanın ona əziyyət vermək istəməsidir. Mirmustafa uşağı üçün aliment pulunu uzun müddətdir ki vermir və bu yolla onu bezdirməyə çalışır ki aliment pulundan yaxasını qurtarsın. Həmçinin ona verilən suallara cavab olaraq bildirmişdir ki, xx.xx.2020-ci il tarixdə icra idarəsində verdiyi izahatında məhkəmənin qərardadından xəbərsiz olduğu üçün icra sənədini icra etməyəcəyini bildirmişdir. Sentyabr ayının əvvəllərindən dəfələrlə icra sənədinin icrası ilə əlaqədar icra şöbəsinə getmişdir. Məhkəmədən barəsində olan inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Məhkəmə iclasında Bakı şəhəri 11 saylı Vəkil Bürosunun vəkili Vəkil hüquqlarını müdafiə etdiyi Şəxs əməlində inzibati xəta tərkibi olmadığından iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Məhkəmə iclasında zərərçəkmiş şəxsin nümayəndəsi X5 bildirmişdir ki, Şəxs qərəzli olaraq Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli, 2(001)- 819/2020 nömrəli icra vərəqəsini icra etməmişdir. Ona görə də, məhkəmədən X8 inzibati qaydada tənbeh olunmasını xahiş etmişdir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli, 2(001)-819/2020 nömrəli icra vərəqəsinə əsasən iddiaçı X1 cavabdeh Şəxs qarşı “uşaq” tələbinə dair mülki iş üzrə iddiaçı X3 tərəfindən verilmiş iddianı təmin etmə tədbiri barədə ərizəsi təmin edilmiş, mübahisəyə mahiyyəti üzrə baxılıb həll edilənədək xx.xx.2016-cı il təvəllüdlü X6 ilə atası X1 hər həftənin bazar günü saat 12:00-dan axşam saat 18:00-dək ünsiyyətdə olması qərara alınmışdır. Məhkəmədə tədqiq edilmiş və işdə olan xx.xx.2020-ci il tarixli, MN ******* nömrəli inzibati xəta haqqında protokoldan görünür ki, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli, 2(001)-819/2020 nömrəli icra sənədinə əsasən hər həftənin bazar günü saat 12:00-da Şəxs tərəfindən ünsiyyət hüququ təmin edilməmişdir. Nəticədə Şəxs tərəfindən İXM-in 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta törədilmişdir. Məhkəmədə tədqiq edilmiş və işdə olan xx.xx.2020, xx.xx.2020, xx.xx.2020, xx.xx.2020 və xx.xx.2020-ci il tarixli bildirişlərdən görünür ki, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli, 2(001)-819/2020 nömrəli icra sənədi ilə əlaqədar xx.xx.2016-cı il təvəllüdlü X4 atası X3 ilə görüşünün təyini barədə Şəxs bildirişlər ünvanlanmışdır. Məhkəmədə tədqiq edilmiş və işdə olan xx.xx.2020, xx.xx.2020, xx.xx.2020, xx.xx.2020 və xx.xx.2020-ci il tarixli aktlardan görünür ki, Şəxs tərəfindən Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli, 2(001)-819/2020 nömrəli icra sənədi üzrə tələb icra edilməmişdir. Məhkəmədə tədqiq edilmiş və işdə olan xx.xx.2020, xx.xx.2020 və xx.xx.2020-ci il tarixli aktlardan görünür ki, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli, 2(001)-819/2020 nömrəli icra sənədi ilə əlaqədar xx.xx.2016-cı il təvəllüdlü X6 ilə görüş baş tutmuşdur. Məhkəmədə tədqiq edilmiş və işdə olan xx.xx.2020, xx.xx.2020, xx.xx.2020, xx.xx.2020, xx.xx.2020, xx.xx.2020 və xx.xx.2020-ci il tarixli aktlardan görünür ki, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli, 2(001)-819/2020 nömrəli icra sənədinin icrası Mirmustafa Abdullayevin təyin edilmiş vaxtda görüşə getməməsi səbəbi ilə baş tutmamışdır. Məhkəmə icra məmurunun, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin izahatlarını, nümayəndənin və vəkilin çıxışını dinləyərək, iş materiallarını və məhkəmə iclasında toplanmış sübutları hərtərəfli və əhatəli şəkildə tədqiq edərək belə nəticəyə gəlir ki, Şəxs əməlində İXM-in 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta tərkibi olmadığından onun barəsində başlanmış inzibati xəta haqqında icraata xitam verilməlidir. Belə ki, İXM-in 528.1-ci maddəsinin dispozisiyasında məhkəmə və digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurlarının qanuni tələblərinin yerinə yetirilməməsinə və ya icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə borclunu müəyyən hərəkətləri etməkdən çəkinməyə məcbur edən icra sənədinin üzrsüz səbəbdən icra edilməməsinə görə inzibati məsuliyyət nəzərdə tutulmuşdur. Qeyd edilməlidir ki, Şəxs həm məhkəmədə vermiş olduğu izahatından, həm də toplanmış iş materialından müəyyən edilmişdir ki, sonuncu tərəfindən icra sənədinin icrasından qərəzli olaraq boyun qaçırılmamışdır. Çünki, məhkəmə iclasında icra məmuru tərəfindən Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli, 2(001)- 819/2020 nömrəli icra sənədinin icrası ilə əlaqədar yalınız xx.xx.2020-ci il tarixli və xx.xx.2020-ci il tarixli bildirişlərin Şəxs ünvanlanması barədə məlumat olsa da, xx.xx.2020ci il tarixli, xx.xx.2020-ci il tarixli və xx.xx.2020-ci il tarixli bildirişlərin rəsmi qaydada sonuncuya verilməsinə və ya onun həmin bildirişlərdən məlumatının olmasına dair heç bir sübut iş materiallarında öz əksini tapmamışdır. Habelə, icra məmuru da məhkəmə iclasında verdiyi izahatında qeyd olunan bildirişlərin Şəxs rəsmi qaydada verilməsinə dair heç bir sübut olmadığını bildirmişdir. Digər tərəfdən qeyd edilməlidir ki, xx.xx.2020-ci il tarixli və xx.xx.2020-ci il tarixli bildirişlər üzrə təyin edilmiş görüşlərə Şəxs getməməsi onun icra sənədinin icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərini yerinə yetirməməsi kimi qiymətləndirilməməlidir. Çünki, iş üzrə verilmiş icra sənədinə əsasən görüşün təmin olunması məcburi xarakter daşımaqla yanaşı, tələbin icrası icra məmuruna həvalə edilmiş və tələb icra məmuru tərəfindən həyata keçirilməli olan hərəkət hesab olunur. Həmçinin Şəxs da məhkəmə iclasında verdiyi izahatında təcili işinin olması ilə bağlı xx.xx.2020-ci il tarixdə evdə olmadığını, lakin uşağın evdə olduğunu və görüşə etirazının olmadığını icra məmuruna bildirdiyini göstərmişdir. Sadalanan həmin hallarla Şəxs tərəfindən icra sənədinin icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərinin yerinə yetirilməməsi, eləcə də icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə borclunu müəyyən hərəkətləri etməyə və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə məcbur edən icra sənədinin üzrsüz səbəbdən icra edilməməsi halları məhkəmədə təkzib olunmuş və əksinə iş materiallarında sözügedən icra sənədinin icrasından borclu Şəxs yayınmadığını göstərən kifayət qədər dəlillərin olması müəyyən edilmişdir. Göstərilənlərlə bağlı məhkəmə qeyd etməyi zəruri hesab edir ki, əməlin inzibati xəta hesab olunması üçün vacib şərtlərdən biri də, həmin əməlin təqsirli sayılmasıdır. Yəni, əməl qəsdən və ya ehtiyatsızlıqdan törədilməlidir ki, inzibati xəta hesab olunsun. Lakin, hazırkı iş üzrə Şəxs təqsiri müəyyən olunmur və yuxarıda qeyd olunanlar sonuncunun təqsirsiz olmasına dəlalət edir. İXM-in 3-cü maddəsindən göründüyü kimi yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. İXM-in 12.1-ci maddəsinə uyğun olaraq bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. Göründüyü kimi bütün bu hallar Şəxs Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli, 2(001)-819/2020 nömrəli icra vərəqəsinin icrasından boyun qaçırmadığını bir daha təsdiqləyir və həmin icra sənədi üzrə sonuncunun əməlində İXM-in 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta tərkibi olmadığını göstərir. Ona görə də, məhkəmə belə qənaətə gəlmişdir ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs əməlində İXM-in 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta tərkibi olmadığı üçün barəsində başlanmış icraata xitam verilməlidir. İXM-in 8.1-ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllə ilə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsiri olmayan hesab edilir. İXM-in 48-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlər üzrə icraatın vəzifələri şəxslərin hüquqlarını və azadlıqlarını, onların qanuni mənafelərini qorumaqdan, inzibati xəta haqqında hər bir işin hallarını vaxtında, hərtərəfli, tam və obyektiv surətdə aydınlaşdırmaqdan, inzibati xəta törətmiş şəxsi aşkar etməkdən və onu inzibati məsuliyyətə cəlb etməkdən, çıxarılmış qərarın icrasını təmin etməkdən, habelə inzibati xətanın törədilməsinə kömək edən səbəbləri və şəraiti aşkar etməkdən və inzibati xətaların qarşısını almaqdan ibarətdir. İXM-in 53.0.2-ci maddəsinə əsasən inzibati xəta tərkibi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. İXM-in 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. İXM-in 105.1-ci İnzibati Xətalar Məcəlləsinin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri olduqda, icraatında inzibati xəta haqqında iş olan hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir. İXM-in 114.2.1-ci maddəsinə əsasən bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulan hallardan biri mövcud olduqda İnzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar çıxarılır. Beləliklə, məhkəmə qanunvericiliyin tələblərini rəhbər tutaraq hesab edir ki, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli, 2(001)-819/2020 nömrəli icra sənədi üzrə Şəxs əməlində İXM-in 528.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xəta tərkibi olmadığından barəsində olan inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Göstərilənlərə əsasən və İXM-in 53, 105.1, 114, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair iş üzrə icraata xitam verilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 129-cu maddəsində müəyyən edilmiş qaydada Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Vüsal Tağıyev
Məhkəmə qərarları › İş №3(001)-5664/2020
Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qərar — İş №3(001)-5664/2020
16.11.2020 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver