Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(001)-5664/2025 26.08.2025 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Hakim Nəsibov Samir Nadir oğlunun sədrliyi, Bayramov Tural Ural oğlunun katibliyi, Şikayət vermiş vəzifəli şəxs - X4 nümayəndəsi (vəkil) Nümayəndə, Qərarından şikayət verilmiş inzibati qurum – Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X14 Xidməti Bakı şəhər İdarəsinin nümayəndəsi X12 iştirakları ilə X4 Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X14 Xidməti Bakı şəhər İdarəsi tərəfindən qəbul edilmiş 04 avqust 2025-ci il tarixli, MN ******* nömrəli “inzibati tənbeh vermə haqqında” qərardan şikayətinə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X14 Xidməti Bakı şəhər İdarəsi tərəfindən "xxxx" MTK-nın sədri X4 barəsində tərtib edilmiş 10 iyul 2025-ci il tarixli, MN ******* nömrəli “inzibati xəta haqqında” protokol əsasında qəbul edilmiş 04 avqust 2025-ci il tarixli, MN ******* nömrəli “inzibati tənbeh vermə haqqında” qərara əsasən, X8 Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin (İXM) 198.1.5 və 192.4-cü maddələrində nəzərdə tutulan inzibat xətaları törətməkdə təqsirli bilinərək, İXM-nin daha ağır cəza nəzərdə tutulan 192.4-cü maddəsinə əsasən 1200 manat məbləğində cərimə edilmişdir. İ.M.Axundov barəsində qəbul edilmiş 04 avqust 2025-ci il tarixli “inzibati tənbeh vermə haqqında” qərar onunla əsaslandırılmışdır ki, X1 iş günü hesab edilməyən bayram günlərində (2024-cü ilin noyabr, 2025-ci ilin yanvar ayında) işlərin yerinə yetirilməsinə cəlb edilmiş, bayramqabağı iş gününün müddəti 1 saat qısaldılmamış (2024-cü ilin dekabr ayında) və həmin vaxtlar üçün əlavə əmək haqqı ödənilməmiş (Əmək Məcəlləsinin 164-cü maddəsinin tələblərinə uyğun), gecə vaxtı yerinə yetirilən işlərə görə əlavə əmək haqqı ödənilməmiş, beləliklə, onun son haqq-hesabı düzgün hesablanmayaraq, ödənilməmişdir. X8 barəsində qəbul edilmiş həmin qərardan məhkəməyə şikayət verərək, qərarın ləğv edilməsini, başlanmış inzibati xəta üzrə icraata xitam verilməsini xahiş etmiş, şikayətini onunla əsaslandırmışdır ki, X9 xx.xx.2025-ci il tarixdə çalışdığı "xxxx" MTK-da gözətçi işindən azad olunduqdan sonra əlavə saatlarda işləməsi və buna görə ona əlavə pul verilmədiyindən şikayət etmiş, şikayəti əsasında Əmək Müfəttişliyi tərəfindən hazırda mübahisələndirilən qərar qəbul edilmişdir. Halbuki, həmin qərar qəbul edilməzdən öncə inzibati xəta hadisəsinin araşdırılması mərhələsində ona heç bir məlumat verilməmiş, araşdırma onun iştirakı olmadan aparılmış, bununla da hüquqları pozulmuşdur. Digər tərəfdən, səlahiyyətli orqanın vəzifəli şəxsi İXM-nin tələblərini pozaraq, özü müəyyən etdiyi vaxtda və müddətdə qərar qəbul etmişdir. Həmçinin, inzibati xəta haqqında protokol inzibati xətanın aşkar edildiyi vaxtdan iki gün ərzində tərtib edilməli olduğu halda, inzibati qurum tərəfindən İXM-nin bu şərtinə də əməl olunmamışdır. O da qeyd olunur ki, kooperativin sədri ümumilikdə kooperativin fəaliyyətinə nəzarət edir. Səlahiyyətli orqan inzibati qərar qəbul edərkən kooperativin bu sahəyə məsul olan aidiyyəti şöbəsi və onun kadrlar mütəxəssisini vəzifəli şəxs kimi cəlb etmək əvəzinə, heç bir araşdırma aparmadan kooperativin sədrini məsuliyyətə cəlb etmişdir. Həmçinin, işə qəbul barədə əmək müqaviləsi bildirişində kooperativin sədr müavini qeyd edilməsinə baxmayaraq, müfəttişlik heç bir araşdırma aparmadan onun barəsində qanunsuz qərar qəbul etmişlər. İXM-nin 75ci maddəsinə əsasən, inzibati xəta haqqında iş üzrə müəyyən edilməli hallardan biri və ən əsası inzibati xəta hadisəsi ilə yanaşı inzibati xəta törətmiş şəxsin kimliyini dəqiqləşdirməkdir. Məhkəmə iclasında şikayət vermiş şəxsin nümayəndəsi Nümayəndə şikayətdə göstərilənləri təsdiq, şikayəti müdafiə etdiyini bildirərək, əlavə olaraq izahatında göstərdi ki, X9 MTK-da mühafizəçi işləmiş, hər iş günü 12 saat işə cəlb olunmuşdur. Bu, onunla bağlanmış əmək müqaviləsində də öz əksini tapmış, belə ki, müqavilədə iş vaxtı saat 20:00-dan 08:00-adək müəyyənləşdirilmişdir. Həmin iş saatlarına uyğun olaraq aylıq əmək haqqı tam məbləğdə verilmişdir. Sonda Nümayəndə məhkəmədən göstərilənləri nəzərə alıb, şikayətin təmin olunmasını xahiş etdi. Məhkəmə iclasında qərarından şikayət verilmiş qurumun nümayəndəsi X15 izahatında göstərdi ki, qanunvericiliyə əsasən, gündəlik iş saatı maksimum 8 saat olaraq müəyyənləşdirilmişdir. X1 ilə "xxxx" MTK arasında bağlanmış əmək müqaviləsindən görünür ki, qanunveciliyin tələbi pozularaq Ə.Məhərrəmovun iş saatı 20:00-dan 08:00-dək müəyyən edilmişdir. Halbuki, "xxxx" MTK-da iş vaxtının cəmlənmiş uçotu tətbiq edilməmişdir. Belə olan halda Əmək Məcəlləsinin tələbinə əsasən gündəlik normal iş vaxtının müddəti səkkiz saatdan, gündəlik normal iş vaxtına uyğun olan həftəlik normal iş vaxtının müddəti 40 saatdan artıq müəyyən edilə bilməzdi. Həmçinin, Əmək Məcəlləsinin tələbinə görə hesab edilməyən bayram günləri və ümumxalq hüzn günü qabağı iş gününün müddəti həftəlik iş günlərinin sayından asılı olmayaraq bir saat qısaldılmalı, istirahət, səsvermə, iş günü hesab edilməyən bayram günləri və ümumxalq hüzn günü görülən işə görə əməkhaqqı əməyin vaxtamuzd ödənilmə sistemində gündəlik tarif maaşının iki mislindən aşağı olmamaqla, əməyin işəmuzd ödənilmə sistemində ikiqat işəmuzd qiymətlərindən aşağı olmamaqla ödənilməlidir. Lakin, "xxxx" MTK tərəfindən X1 iş günü hesab edilməyən bayram günlərində (2024-cü ilin noyabr, 2025-ci ilin yanvar ayında) işlərin yerinə yetirilməsinə cəlb edilmiş, bayramqabağı iş gününün müddəti qısaldılmamış və həmin vaxtlar üçün əlavə əməkhaqqı ödənilməmiş, gecə vaxtı yerinə yetirilmiş işlərə görə əlavə əmək haqqı ödənilməmiş, beləliklə onun son haqq-hesabı düzgün hesablanmayaraq ödənilmişdir. Buna görə də, şikayəti əsassız hesab edir və təmin olunmamasını xahiş edir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: - X2 12 aylıq əmək haqqı barədə məlumatdan görünür ki, ona 2024-cü ilin may ayından oktyabr ayınadək aylıq 350 manat, noyabr ayı üçün 335,42 manat, dekabr ayı üçün 350 manat, 2025-ci ilin yanvar və fevral ayları üçün 400 manat, mart ayı üçün gecə növbəsinə görə əlavə 20 faiz hesablanmaqla 480 manat, aprel ayı üçün isə gecə növbəsinə görə əlavə 20 faiz hesablanmaqla 406,15 manat əmək haqqı hesablanmışdır. - 22 aprel 2025-ci il tarixli ərizədən görünür ki, X9 "xxxx" MTK-nın sədri X6 müraciət edərək, işdən azad olunmasını xahiş etmişdir. - 22 aprel 2025-ci il tarixli “xəzinə məxaric orderi”ndən görünür ki, X7 2025-ci ilin aprel ayı üzrə 369,38 manat əmək haqqı verilmişdir. - 22 aprel 2025-ci il tarixli “xəzinə məxaric orderi”ndən görünür ki, X3 haqq-hesab kimi 516,42 manat ödəniş olunmuşdur. Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 105-ci maddəsinin 3-cü hissəsinə əsasən iş günü hesab edilməyən bayram günlərində işçilərin işə cəlb olunmasına yalnız bu Məcəllədə nəzərdə tutulmuş müstəsna hallarda yol verilə bilər. Həmin Məcəllənin 108-ci maddəsinin 1-ci hissəinə uyğun olaraq bu Məcəllənin 91, 92 və 93-cü maddələrində nəzərdə tutulmuş hallar istisna olunmaqla, qalan iş yerlərində səsvermə, bu Məcəllənin 105-ci maddəsində göstərilən iş günü hesab edilməyən bayram günləri və ümumxalq hüzn günü qabağı iş gününün müddəti həftəlik iş günlərinin sayından asılı olmayaraq bir saat qısaldılır. Həmin Məcəllənin 109-cu maddəsinə görə bu Məcəllənin 107-ci maddəsi ilə yol verilən müstəsna hallarda istirahət, səsvermə, iş günü hesab edilməyən bayram günləri və ümumxalq hüzn günü işə cəlb edilən işçilərin əməyi 164-cü maddədə nəzərdə tutulan qaydada ödənilir. Həmin Məcəllənin 164-cü maddəsinin 1-ci hissəsinə əsasən istirahət, səsvermə, iş günü hesab edilməyən bayram günləri və ümumxalq hüzn günü görülən işə görə əməkhaqqı aşağıdakı kimi ödənilir: əməyin vaxtamuzd ödənilmə sistemində gündəlik tarif maaşının iki mislindən aşağı olmamaqla; əməyin işəmuzd ödənilmə sistemində ikiqat işəmuzd qiymətlərindən aşağı olmamaqla; aylıq maaş alan işçilərə iş aylıq iş vaxtı norması çərçivəsində görülmüşsə, maaşdan əlavə gündəlik vəzifə maaşı məbləğindən aşağı olmamaqla, əgər iş aylıq iş vaxtı normasından artıq vaxtda görülmüşsə, maaşdan əlavə gündəlik vəzifə maaşının ikiqat məbləğindən aşağı olmamaqla. X1 ilə "xxxx" MTK arasında bağlanmış əmək müqaviləsindən görünür ki, Ə.Məhərrəmov mühafizəçi vəzifəsinə təyin edilmiş, onun əmək haqqı 350,0 manat müəyyən edilmiş, onun qəbul edildiyi vəzifə 1 növbəli olmaqla, iş saatı 20:00-da başlayır 08:00-da qurtarır. "xxxx" MTK-nın 2024-cü il noyabr ayı üzrə işçilərin işə cəlb edilməsi cədvəlindən görünür ki, X9 iş günü hesab edilməyən bayram günü olan 2024-cü ilin noyabr ayının 8-də və 2025-ci ilin yanvar ayının 2-də işə cəlb olunmuşdur. Həmçinin, 2024-cü il dekabr ayının 30-da Ə.Məhərrəmov əmək müqaviləsi ilə müəyyən edilmiş həcmdə (12 saat) işə cəlb olunmuş, iş gününün müddəti qısaldılmamışdır. İş materiallarında olan "xxxx" MTK-nın 2025-ci il 22 aprel tarixli 1 nömrəli Əmrindən çıxarışdan görünür ki, X9 Azərbaycan Respublikası Əmək Məcəlləsinin 69-cu maddəsinin 3-cü bəndinə müvafiq olaraq (öz ərizəsi) ilə işdən azad olunmuş, onun son haqqhesabının kəsilməsinin təmin edilməsi mühasibatlığa tapşırılmışdır. "xxxx" MTK tərəfindən təqdim edilmiş xx.xx.2025-ci il tarixli xəzinə məxaric orderlərindən görünür ki, X7 aprel 2025-ci il üzrə 369,38 manat əmək haqqı, 2024-cü il mart ayı üçün 204,84 manat, 2025-ci ilin aprel ayı üçün isə 311,58 manat məzuniyyət haqqı hesablanmaqla son haqq-hesab ödənilmişdir. Beləliklə, məhkəmədə müəyyən edilmişdir ki, Ə.Məhərrəmov iş günü hesab edilməyən bayram günlərində işə cəlb edilməsinə baxmayaraq, son haqq-hesab ödənilərkən ona əlavə haqq ödənilməmiş, habelə 2024-cü il dekabr ayının 30-da iş vaxtının müddəti qısaldılmamışdır. Halbuki, Əmək Məcəlləsinin 83-cü maddəsinin 4-cü hissəsinə əsasən əmək müqaviləsinə xitam verilmiş işçiyə son haqq-hesab (istifadə edilməmiş əmək məzuniyyətinə görə pul əvəzi, işçiyə ödənilməli əməkhaqqı və digər ödəmələr) sonuncu iş günü ödənilməlidir. Həmin Məcəllənin 215-ci maddəsinə əsasən müəssisənin mülkiyyətçisi və işəgötürəni işçilərin iş yerlərində əməyin mühafizəsi normalarının və qaydalarının yerinə yetirilməsinə bilavasitə cavabdehdirlər və normal əmək və istirahət rejiminə riayət edilməsini təmin etməlidirlər. İXM-nin 192.4-cü maddəsinə əsasən, işçinin əmək və məzuniyyət haqlarının, ezamiyyə xərclərinin, əmək qanunvericiliyində nəzərdə tutulmuş müavinət və digər ödənişlərin əmək qanunvericiliyinə uyğun olaraq ödənilməməsinə və ya tam ödənilməməsinə görə vəzifəli şəxslər yeddi yüz manatdan min beş yüz manatadək məbləğdə cərimə edilir. Həmin Məcəllənin 198.1.5-ci maddəsinə əsasən, əməyin mühafizəsi qaydalarının pozulmasına, yəni normal əmək və istirahət rejiminə riayət edilməməsinə, o cümlədən əmək qanunvericiliyinin tələbləri pozulmaqla işçinin iş vaxtından artıq işlərə cəlb edilməsinə görə beş yüz manatdan min manatadək cərimə nəzərdə tutulmuşdur. Yuxarıda sadalananlara əsasən məhkəmə hesab edir ki, X4 Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X14 Xidməti Bakı şəhər İdarəsinin Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 192.4-cü maddəsinə əsasən qəbul edilmiş 04 avqust 2025-ci il tarixli, ******* saylı “inzibati tənbeh vermə haqqında” qərarın ləğv edilməsi və həmin maddə ilə barəsində başlanmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi barədə şikayəti təmin edilməməli və sözügedən qərar dəyişdirilmədən saxlanılmalıdır. İXM-nin 12.1-ci maddəsinə uyğun olaraq bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. İXM-nin 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. İXM-nin 134.1.1-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılarkən qərarın dəyişdirilmədən, şikayətin və ya protestin isə təmin edilmədən saxlanılması haqqında qərar qəbul edilə bilər. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 134.1.1-ci maddəsini rəhbər tutaraq, məhkəmə QƏRARA A L D İ: X4 Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X14 Xidməti Bakı şəhər İdarəsinin Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 192.4-cü maddəsinə əsasən qəbul edilmiş 04 avqust 2025-ci il tarixli, ******* saylı “inzibati tənbeh vermə haqqında” qərarın ləğv edilməsi və həmin maddə ilə barəsində başlanmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi barədə şikayəti təmin edilməsin və həmin qərar dəyişdirilmədən saxlanılsın. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 129-cu maddəsində müəyyən edilmiş qaydada Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən Samir Nəsibov
Məhkəmə qərarları › İş №3(001)-5664/2025
Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qərar — İş №3(001)-5664/2025
26.08.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver