Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(001)-5668/2025 13.08.2025 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin hakimi Nəsibov Samir Nadir oğlunun sədrliyi, Məhkəmə iclas katibi Bayramov Tural Ural oğlunun katibliyi, İnzibati xəta haqqında protokol tərtib etmiş şəxs Bakı şəhəri Binəqədi rayon Polis İdarəsinin 5-ci Polis Bölməsinin sahə inspektoru, polis baş-leytenantı X2, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakları ilə, xx xxxxxxxx 1993-cü il tarixdə Göyçay rayonunun Xəlitli kəndində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, işləməyən, Göyçay rayonunun Çərəkə kəndində qeydiyyatda olmaqla, həmin ünvanda yaşayan Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin (bundan sonra - İXM) 206 və 227-ci maddələri ilə tərtib edilmiş inzibati xəta haqqında protokola açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: Məhkəmənin icraatına Binəqədi RPİ-nin 5-ci PB-nin sahə inspektoru, polis başleytenantı X5 tərəfindən Şəxs barəsində tərtib olunmuş 13 avqust 2025-ci il tarixli, MN ******* nömrəli “inzibati xəta haqqında” protokol daxil olmuşdur. Protokola əsasən, Şəxs 11 avqust 2025-ci il tarixdə, saat 01:00 radələrində ünvan 2 ünvanında dayanmış, sürücü X1 içərisində yatdığı “Toyota Prius” markalı, **-UL-*** dövlət qeydiyyat nişanlı avtomobilin şüşələrinin açıq olduğunu görüb, avtomobilin salonundan sürücüyə məxsus, dəyəri 149 manat olan “Tecno Spark” modelli mobil telefonu oğurlamış, polis əməkdaşları tərəfindən saxlanıldıqdan sonra müəyyən edilmişdir ki, o, narkotik vasitələrin istifadəçisidir, sonuncu dəfə 11 avqust 2025-ci il tarixdə, Binəqədi rayonu, 7-ci mkr. ərazisində psixotrop maddə olan metamfetamindən istifadə etmişdir. Məhkəmə iclasında protokolu tərtib etmiş şəxs izahatında göstərdi ki, Şəxs 11 avqust 2025-ci il tarixdə, gecə saatlarında ünvan 2 ünvanında yerləşən “Bravo” marketin yaxınlığında vətəndaş X1 içərisində yatmış olduğu “Toyota Prius” markalı avtomobilin şüşələrinin açıq vəziyyətdə olduğundan istifadə edərək, avtomobilin salonunda olan, Əvəz Nəhmədova məxsus, dəyəri 149 manat olan mobil telefonu oğurlamış, səhər saatlarında telefonu metronun “20 Yanvar” stansitası yaxınlığında 40 manata satmaqla xırda talama əməlini törətmişdir. 12 avqust 2025-ci il tarixdə Şəxs polis əməkdaşları tərəfindən saxlanılmışdır. 13 avqust 2025-ci il tarixdə Şəxs əməli üzrə cinayət işi başlanması rədd edilmiş, sonradan verdiyi izahatında o, 11 avqust 2025-ci il tarixdə Binəqədi rayonu, 7-ci mkr. ərazisində psixotrop maddə olan metamfetamin istifadə etdiyini etiraf etmişdir. Bu fakt tibbi rəylə də öz təsdiqini tapdığından, barəsində hazırki protokol tərtib olunmuşdur. Məhkəmə iclasında Şəxs törətmiş olduğu əməlləri etiraf edərək, əməlindən peşman olduğunu bildirdi. İş materiallarında olan: - Binəqədi RPİ-nin 5-ci PB-nin təhqiqatçısı, polis baş leytenantı Babək Mahmudov tərəfindən qəbul edilmiş 13 avqust 2025-ci il tarixli “cinayət işinin başlanılmasının hissəvi rədd edilməsi və materialın aidiyyəti üzrə göndərilməsi haqqıda” qərarına əsasən, X1 ərizəsinə əsasən toplanmış material üzrə cinayət işinin başlanması hissəvi rədd edilmiş, onun 149 manat dəyərində “Tecno Spark” markalı telefonunu oğurlamış Şəxs barəsində Azərbaycan Respublikası İXM-nin 227-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb olunması məqsədi ilə qəbul edilmiş qərar icra olunması üçün Bölmənin aidiyyəti əməkdaşlarına həvalə edilmişdir. - “inzibati qaydada tutma haqqında” protokoldan görünür ki, Şəxs 12 avqust 2025-ci il tarixdə, saat 20:00-da tutulmuşdur. - Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Narkoloji X4 Şəxsi ambulator məcburi-narkoloji tibbi yoxlamanın 13 avqust 2025-ci il tarixli, 4911 nömrəli rəyində göstərilmişdir ki, məcburi narkoloji tibbi yoxlama zamanı ekspress-test üsulu ilə müayinə nəticəsində Şəxs götürülmüş sidik nümunəsində MET(+)AMP(+) aşkar olundu. Müayinə zamanı öz deməsinə görə 1 ildir ki, arabir psixotrop maddə olan metamfetamindən istifadə edir. Müayinə zamanı Şəxs Psixosimulyatorların qəbulu nəticəsində yaranan asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji tibb müəssisəsində dispanser qeydiyyata alınması məsləhət görülür. Məhkəmə proses iştirakçılarını dinləyərək, habelə inzibati xəta haqqında işin materiallarını nəzərdən keçirərək hesab edir ki, Şəxs barəsində tərtib olunmuş inzibati xəta haqqında protokol əsaslıdır. Belə ki, Şəxs həmin inzibati xətaları törətməsi öz etirafedici ifadəsi ilə yanaşı, iş materialları ilə tam sübuta yetirilmiş və törədilmiş inzibati xətalar məhkəmədə öz təsdiqini tapmışdır. Odur ki, məhkəmə araşdırması zamanı yuxarıda qeyd edilənlərə əsasən Şəxs tərəfindən İXM-in 206 və 227-ci maddələrində göstərilən inzibati xəta hadisələrinin törədilməsi sübuta yetirilmişdir. Həmçinin, Şəxs hərəkətlərinə münasibətdə əməlin inzibati xəta olmasını aradan qaldıran hallar, onun inzibati məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, təqsiri tam sübuta yetirildiyinə görə inzibati məsuliyyətə cəlb edilməli və tənbeh edilməlidir. Məhkəmə, barəsində inzibati icraat aparılan şəxs Şəxs törətmiş olduğu inzibati xətalara görə təyin ediləcək tənbehin növü ilə bağlı aşağıdakıları qeyd etməyi zəruri hesab edir. İXM-nin 34.3-cü maddəsinə əsasən, şəxsin eyni vaxtda öz hərəkətləri (hərəkətsizliyi) ilə törətdiyi bir neçə inzibati xətaya dair işlərə baxılması eyni orqanın səlahiyyətinə aiddirsə, həmin şəxs daha ciddi xətaya görə müəyyən edilmiş sanksiya çərçivəsində tənbeh edilir. Məhkəmə, Şəxs şəxsiyyətini, törətdiyi inzibati xətaların xarakterini və İXM-nin 34.3-cü maddəsinin tələblərini nəzərə alaraq hesab edir ki, ona yalnız inzibati həbs növündə tənbeh təyin etməklə və onu müəyyən müddətə cəmiyyətdən təcrid etməklə tənbehin məqsədlərinə nail olmaq olar. Barəsində inzibati icraat aparılan şəxsə inzibati həbslə əlaqədar olmayan ictimai işlər tənbeh növünün təyin edilməsi isə məqsədəmüvafiq deyildir. Məhkəmə, inzibati xəta törətmiş şəxs Şəxs törətdiyi inzibati xətanı səmimi etiraf edərək əməlindən peşman olmasını onun məsuliyyətini yüngülləşdirən hal kimi nəzərə alır. Həmçinin qeyd edilməlidir ki, məhkəmədə Şəxs məsuliyyətini ağırlaşdıran hallar müəyyən edilməmişdir. İXM-in 2-ci maddəsinə əsasən Azərbaycan Respublikasının inzibati xətalar qanunvericiliyin vəzifələri insan və vətəndaş hüquqlarını və azadlıqlarını, onun sağlamlığını, əhalinin sanitariya-epidemioloji salamatlığını, ictimai mənəviyyatı, mülkiyyəti, şəxslərin iqtisadi maraqlarını, ictimai qaydanı və ictimai təhlükəsizliyi, ətraf mühiti, idarəçilik qaydalarını qorumaqdan, qanunçuluğu möhkəmləndirməkdən və inzibati xətaların qarşısını almaqdan ibarətdir. İXM-in 3-cü maddəsinə əsasən yalnız həmin Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. İXM-in 9.1-ci maddəsinə əsasən inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. İXM-in 12.1-ci maddəsinə əsasən həmin Məcəllə ilə qorunun ictimai münasibətlərə qəsd edən, hüquqa zidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıqdan törədilən) inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və hərəkətsizlik) inzibati xəta hesab olunur. İXM-in 21-ci maddəsində göstərilir ki, inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. İXM-in 30.3-cü maddəsinə əsasən inzibati qaydada tutma müddəti inzibati həbs müddətinə daxil edilir. İXM-in 31.1-ci maddəsinə əsəsən inzibati xətaya görə tənbeh İnzibati Xətalar Məcəlləsinə uyğun olaraq tətbiq edilir. İXM-in 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, inzibati xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakterizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Beləliklə, məhkəmə inzibati xətanın xarakterini, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakterizə edən halları, onun təqsirinin dərəcəsi, əmlak vəziyyətini, habelə məsuliyyətini yüngülləşdirən halları, habelə İXM-nin 34.3-ci maddəsinin tələblərini nəzərə alaraq hesab edir ki, Şəxs İXM-nin 206 və 227-ci maddələri ilə təqsirli bilinərək, ona daha ciddi xəta hesab edilən 227-ci maddəsinin sanksiyası həddində, müəyyən edilən inzibati həbs növündə tənbeh tədbiri tətbiq edilməli, həmçinin, ona narkomaniyadan məcburi müalicə təyin edilməli və o, yaşayış yeri üzrə narkoloji tibb müəssisəsində dispanser qeydiyyatına götürülməlidir. Qeyd olunanları nəzərə alaraq və İXM-in 40, 43, 48-51, 114, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə R A R A A L D İ: Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 206 və 227-ci maddələrində nəzərdə tutulmuş inzibati xətaları törətməkdə təqsirli bilinib, həmin Məcəllənin 227-ci maddəsinin sanksiyası həddində 02 (iki) ay müddətə inzibati həbs edilsin. Həbsdə saxlama müddətinin əvvəli 12 avqust 2025-ci il tarixdən saat 20:00-dan hesablansın. Şəxs narkomaniyadan məcburi müalicə təyin edilsin və o, yaşayış yeri üzrə narkoloji tibb müəssisəsində dispanser qeydiyyatına götürülsün. Qərarın icrası inzibati həbs hissəsində Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyinin İnzibati Həbs olunanların Saxlanma Məntəqəsinə həvalə edilsin. Qərarın surəti rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 129-cu maddəsində müəyyən edilmiş qaydada Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən Samir Nəsibov
Məhkəmə qərarları › İş №3(001)-5668/2025
Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qərar — İş №3(001)-5668/2025
13.08.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver