Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(001)-5669/2025 13.08.2025 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin hakimi İbrahimova Aytəkin Nazim qızının sədrliyi, məhkəmənin məsləhətçisi (məhkəmə iclas katibi) Rəhimova Aynurə Şirzad qızının katibliyi, inzibati xəta haqqında protokol tərtib etmiş şəxs Bakı şəhəri Binəqədi rayon Polis İdarəsinin 5-ci Polis Bölməsinin sahə inspektoru, polis baş leytenantı X3, müdafiəçi Bakı şəhəri 11 saylı Vəkil Bürosunun vəkili Vəkil, barəsində inzibati xəta haqqında protokol tərtib edilmiş Şəxs iştirakları ilə, xx.xx.1991-ci il tarixdə Bakı şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, ünvan 1 ünvanında qeydiyyatda olmaqla yaşayan Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin (bundan sonra - İXM) 206, 510 və 535.1-ci maddələri ilə Bakı şəhəri Binəqədi rayon Polis İdarəsinin 5-ci Polis Bölməsi tərəfindən tərtib edilmiş inzibati xəta haqqında protokollar əsasında toplanmış materiala məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: İşin faktiki halları:
1. Məhkəmənin icraatına Bakı şəhəri Binəqədi rayon Polis İdarəsinin 5-ci Polis Bölməsi tərəfindən Şəxs barəsində İXM-in 206-cı maddəsi ilə tərtib edilmiş xx.xx.2025-ci il tarixli, MN ******* nömrəli inzibati xəta haqqında protokol və İXM-in 510 və 535.1-ci maddələri ilə tərtib edilmiş xx.xx.2025-ci il tarixli, MN ******* nömrəli inzibati xəta haqqında protokol əsasında toplanmış material daxil olmuşdur. Proses iştirakçılarının izahatları:
2. Məhkəmə iclasında inzibati xəta haqqında protokol tərtib etmiş şəxs Bakı şəhəri Binəqədi rayon Polis İdarəsinin 5-ci Polis Bölməsinin sahə inspektoru, polis baş leytenantı X10 bildirmişdir ki, 12 avqust 2025-ci il tarixdə saat 16 radələrində Binəqədi rayonu ərazisində xidmətdə olan əməkşlar bir nəfər şəxsin ucadan danışaraq nalayiq ifadələr işlətməsini müəyyən etmişlər. Əməkdaşlar həmin şəxsə yaxınlaşaraq özlərini təqdim edib onu nizam-intizama dəvət etsə də, şəxs buna məhəl qoymamış, bundan sonra bölməyə dəvət edilsə də getməkdən imtina edərək polisin qanuni tələbinə tabe olmamışdır. Daha sonra adı sonradan məlum olan Şəxs bölməyə gətirilmiş və bölmədə onun narkotik vasitədən istifadə etməsi şübhə yaratdığından müayinəyə aparılmışdır. Müayinə zamanı Şəxs bədənindən narkotik tərkibli maddələrin olması aşkar edilmişdir. Daha sonra tərəfindən Şəxs barəsində barəsində İXM-in 206, 510 və 535.1-ci maddələri ilə inzibati xəta haqında protokol tərtib edilmişdir.
3. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında protokol tərtib edilmiş Şəxs bildirmişdir ki, 12 avqust 2025-ci il tarixdə məhkəmədən barəsində olan qərarı götürüb çıxarkən polis əməkdaşları yaxınlaşıb, onu bölməyə dəvət etmişlər. O, polis əməkdaşları ilə birlikdə bölməyə getmiş və bölmədə ona polisə müqavimətə görə İXM-in 535-ci maddə ilə saxlanıldığını bildirmişlər. Sonra isə bölmədə ona ağzı açıq kola içizdirmişlər. Kolanın dadı qəribə olmuş və polis tərəfindən içərisində nəsə maddə atılmasından şübhələnmişdir. Daha sonra onu Maştağaya müayinəyə aparmışlar və orada heç vaxt istifadə etmədiyi və görmədiyi narkotik vasitə qanından aşkar edilmişdir. Bunların hamısı ona qarşı qərəzli hərəkətlərdir. O nə narkotik vasitədən istifadə etmiş, nə də yüksək səslə telefonla danımamışdır. Həmin vaxt üzərində heç telefon olmamışdır. Məhkəmədən barəsində olan iş üzrə icraata xitam verilməsini xahiş etmişdir.
4. Məhkəmə iclasında müdafiəçi Bakı şəhəri 11 saylı Vəkil Bürosunun vəkili Vəkil hüquqlarını müdafiə etdiyi Şəxs barəsində tərtb edilmiş inzibati xəta haqqında protokollara etiraz etdiyini, sonuncunun hərəkətlərində polisə tabesizlik, xuliqanlıq və narkotik vasitədən istifadənin olmadığını, şəxs barəsində cinayət işi üzrə istintaqın getdiyini və iş üzrəməhkəmə tərəfindən barəsində həbsin seçilməsindən imtina edildiyini, həmin iş üzrə Şəxs məhkəməyə gələrək barəsində çıxarılmış qərarı götürüb gedən zaman məhkəmənin yaxınlığında əsassız olaraq saxlanılıb polisə aparılmasını qeyd edib, məhkəmədən inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsini xahiş etmişdir.
5. Məhkəmə iclasında şahid Bakı şəhər Binəqədi rayon Polis İdarəsinin cinayət axtarış şöbəsinin axtarış üzrə əməliyyat müvəkkili polis leytenantı X5 bildirmişdir ki, Binəqədi RPİ-nin 5-ci Polis Bölməsi ərazisində xidmət apararkən bir nəfər şəxsin yüksək səslə telefonla danışdığını görüb ona yaxınlaşmış və özlərini təqdim etmişlər. Həmin ərazi Binəqədi rayonu, Abay Kunanbayev küçəsi olmuşdur. Şəxs onların qanuni tələbinə tabe olmamışdır. Bundan sonra, onu polis bölməsinə dəvət etmişlər. Gəlməkdən imtina etdikdə onu digər polis yoldaşı ilə birgə bölməyə aparmışlar. Şəxs ucadan danışarkən ətrafda insanlar olmuş, lakin kimlər olmasına diqqət yetirməmişdir.
6. Məhkəmə iclasında izahatı alınmış şahid Bakı şəhər Binəqədi rayon Polis İdarəsinin cinayət axtarış şöbəsinin əməliyyat müvəkkili polis leytenantı X6 məhkəmə iclasında izahatı alınmış digər şahid Bakı şəhər Binəqədi rayon Polis İdarəsinin cinayət axtarış şöbəsinin axtarış üzrə əməliyyat müvəkkili polis leytenantı X5 ilə oxşar məzmunda izahat vermişdir. İş materiallarında olan və məhkəmədə tədqiq edilmiş:
7. xx.xx.2025-ci il tarixli, AZA 022370 nömrəli inzibati qaydada tutma haqqında protokoldan görünür ki, Şəxs 12 avqust 2025-ci il tarixdə saat 17:00-da inzibati qaydada tutularaq növbətçi hissəyə təhvil verilmişdir.
8. xx.xx.2025-ci il tarixli, 4912 nömrəli Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Narkoloji Mərkəzi Ambulator X1 rəyindən görünür ki, yoxlama zamanı Şəxs götürülmüş nümunədən MOP(+) adlı maddə aşkar edilmiş, müayinə zamanı onda opioidlərdən istifadə etmə halları olub. Lakin hal-hazırda Şəxs müayinə zamanı narkomaniya xəstəliyinin əlamətləri aşkar olunmur. Narkomaniya xəstəliyindən əzab çəkmir. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı yoxdur. Ərazi narkoloji tibb müəssisəsində profilaktik qeydiyyata alınması məsləhət görülmüşdür.
9. xx.xx.2025-ci il tarixli, MN ******* nömrəli inzibati xəta haqqında protokoldan görünür ki, Şəxs 12 avqust 2025-ci il tarixdə Bakı şəhəri, Binəqədi rayonu, Azadlıq prospektində küçədə naməlum mənbədən əldə etdiyi narkotik vasitə qurudulmuş marixuananı istehlak etməklə İXM-in 206-cı maddəsində nəzərdə tutulan inzibati xətanı törətmişdir.
10. xx.xx.2025-ci il tarixli, MN ******* nömrəli inzibati xəta haqqında protokoldan görünür ki, Şəxs 12 avqust 2025-ci il tarixdə saat 16 radələrində ünvan 2 ünvansız nalayiq ifadələr işlətməklə ictimai qaydanı kobud surətdə pozmaqla və bu zaman onun qanunazidd hərəkətlərinin qarşısını almaq istəyən polis əməkdaşlarının qanuni tələblərinə qəsdən tabe olmamaqla İXM-in 510 və 535.1-ci maddələri ilə nəzərdə tutulan inzibati xətaları törətmişdir. Məhkəmənin gəldiyi nəticə və onun əsaslandırılması:
11. Məhkəmə, proses iştirakçılarını dinləyib, məhkəmə iclasında toplanmış sübutları tədqiq edərək hesab edir ki, Şəxs barəsində tərtib edilmiş inzibati xəta haqqında protokollar üzrə sonuncunun hərəkətlərində İXM-in 535.1-ci maddəsinin tərkib əlamətlərinin olması müəyyən edilsə də, İXM-in 206 və 510-cu maddələrində nəzərdə tutulmuş inzibati xəta tərkibi olmadığından barəsində başlanılmış inzibati xəta haqqında iş üzrə icraata həmin hissələrdə xitam verilməlidir.
12. İlk növbədə qeyd edilməldir ki, “Xuliqanlıq işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 23 mart 2004-cü il tarixli Qərarında qeyd edilir ki, ictimai qaydanın pozulması və cəmiyyətə açıqca hörmətsizlik ifadə edən hərəkətlər fiziki şəxslər üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq ediləcəyi hədəsi ilə, yaxud özgənin əmlakının məhv edilməsi və ya zədələnməsi ilə müşayiət edilmədikdə, təqsirkar şəxsin əməli Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinə müvafiq olaraq, xırda xuliqanlığa görə inzibati məsuliyyətə səbəb olur.
13. İXM-in 510 maddəsinə əsasən xırda xuliqanlıq, yəni ictimai qaydanı pozan, lakin fiziki şəxslər üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq edilməsi hədəsi ilə, yaxud özgənin əmlakının məhv edilməsi və ya zədələnməsi ilə müşayiət edilməyən hərəkətlərə görə əlli manatdan yüz manatadək məbləğdə cərimə edilir, işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət sayılmadıqda, on beş günədək müddətə inzibati həbs tətbiq olunur.
14. Məhkəmə iclasında tədqiq edilmiş sübutlarla Şəxs əməlinə münasibətdə sonuncunun 12 avqust 2025-ci il tarixdə xırda xuliqanlıq etməsi məhkəmədə öz təsdiqini tapmamış və toplanmış sübutlarla təkzib edilmişdir. Belə ki, Bakı şəhəri Binəqədi rayon Polis İdarəsinin 5-ci Polis Bölməsi tərəfindən tərtib edilmiş xx.xx.2025-ci il tarixli, MN ******* nömrəli inzibati xəta haqqında protokol əsasında toplanmış materialda Şəxs 12 avqust 2025-ci il tarixdə saat 16 radələrində ünvan 2 ünvansız nalayiq ifadələr işlətməklə ictimai qaydanı kobud surətdə pozması göstərilsə də, həmin halın baş verməsi məhkəmədə sübuta yetirilə bilməmişdir. Bununla yanaşı, qeyd edilməlidir ki, X2 xırda xuliqanlıq etməsinə dair məhkəməyə heç bir mötəbər sübut və iş üzrə ziddiyyətli halları aradan qaldırmağa yönələ biləcək dəlil təqdim edilməmişdir.
15. Qeyd edilməlidir ki, qanunverici tərəfindən xırda quliqanlıq dedikdə ictimai qaydanı pozan, lakin fiziki şəxslər üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq edilməsi hədəsi ilə, yaxud özgənin əmlakının məhv edilməsi və ya zədələnməsi ilə müşayiət edilməyən hərəkətlər başa düşülür. Yəni burada əsas məsələ ictimai qaydanı qorumaqdan ibarətdir ki, həmin maddənin digər hissələri özlüyündə şəxsi və əmlak toxunulmazlığını özündə ehtiva edir. Qeyd edilməlidir ki, ictimai qayda dedikdə, cəmiyyətdə insanlar arasında təşəkkül tapmış, adət və ənənələrlə, əxlaq normaları ilə, habelə qüvvədə olan qanunvericiliklə müəyyən edilən qarşılıqlı davranış və birgəyaşayış qaydalarının sistemi başa düşülür. Cəmiyyətə açıqca hörmətsizlik etmə dedikdə isə, təqsirkarın ətrafdakı şəxslər üçün aşkar surətdə ictimai qaydaya əhəmiyyətli dərəcədə laqeydlik, etinasızlıq göstərməsi, cəmiyyətdə hamı tərəfindən qəbul olunmuş davranış qaydaları, əxlaq və mənəviyyat normalarına qarşı saymamazlıq, bir çox insanın və ya cəmiyyətin hər hansı bir üzvünün mənafelərinə toxunan hərəkətlər etməsi başa düşülür.
16. Digər tərəfdən qeyd edilməlidir ki, Şəxs barəsində İXM-in 206-cı maddəsi ilə tərtib edilmiş xx.xx.2025-ci il tarixli, MN ******* nömrəli inzibati xəta haqqında protokol üzrə aparılmış araşdırma zamanı ziddiyyətli hallara yol verilmiş və məhkəmədə sonuncunun həmin hərəkəti öz təsdiqini tapmamışdır. Belə ki, sözügedən inzibati xəta haqqında protokolda Şəxs 12 avqust 2025-ci il tarixdə Bakı şəhəri, Binəqədi rayonu, Azadlıq prospektində küçədə naməlum mənbədən əldə etdiyi narkotik vasitə qurudulmuş marixuananı istehlak etməsi qeyd olunsa da, alınmış xx.xx.2025-ci il tarixli, 4912 nömrəli Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Narkoloji Mərkəzi Ambulator X1 rəyində yoxlama zamanı Şəxs götürülmüş nümunədən MOP(+) adlı maddənin aşkar edilməsi, müayinə zamanı onda opioidlərdən istifadə etmə hallarının olması, lakin halhazırda Şəxs müayinə zamanı narkomaniya xəstəliyinin əlamətləri aşkar olunmaması, narkomaniya xəstəliyindən əzab çəkməməsi, narkomaniyadan məcburi müalicəyə ehtiyacının olmaması, ərazi narkoloji tibb müəssisəsində profilaktik qeydiyyata alınması məsləhət görülməsi göstərilmişdir. Həmçinin məhkəmə iclasında Şəxs heç vaxt natkotik maddələrdən istifadə etmədiyini, polis bölməsində ona ağzı açıq kola içizdirdiklərini bildirmişdir. İş üzrə tərtib edilmiş inzibati xəta haqqında protokolda Şəxs qurudulmuş marixuanadan istifadə etməsi göstərilsə də, alınmış rəy ilə onda opioidlərdən istifadə etmə halının olması müəyyən edilmişdir.
17. Məhkəmə qeyd etməyi zəruri hesab edir ki, Məhkəmə Ekspertizası Mərkəzinin X9 vasitələrin və psixotrop maddələrin krimilaistik tədqiqat metodikaları haqqında 2019-cu il tarixli qərar ilə müəyyən edilir ki, marixuana - kannabis bitkisin yuxarı hissələrinin yarpaq və çiçəklər ilə birlikdə (toxumlar istisna olmaqla) müxtəlif dərəcədə xırdalanmış hissələrindən ibarət olan narkotik vasitədir. Əsas narkotik aktivliyə malik psixoaktiv komponent THC bitkinin çiçəkləyən yuxarı hissələrində çox toplanır. Metadon isə - sintetik üsulla hazırlanmış opioid törəməsidir. Göründüyü kimi, Şəxs xx.xx.2025-ci il tarixli, 4912 nömrəli rəydə göstərilən maddəni qəbul etməsi öz təsdiqini tapsa da, onda THC deyil, MOP(+) adlı maddənin tapılması, eləcə də iş üzrə məkəmə iclasında aşkar edilmiş ziddiyyətli hallar barəsində İXM-in 206-cı maddəsi ilə tərtib edilmiş inzibati xəta haqqında protokol üzrə onun həmin maddə ilə nəzərdə tutulmuş əməlini təkzib etmək üçün yetərlidir.
18. Qeyd olunanlara əsasən məhkəmə, Şəxs hərəkətlərində İXM-in 206 və 510-cu maddələrinin təkib əlamətlərini müəyyən etmədiyindən və həmin inzibati xətalara dair aparılmış araşdırma zamanı ziddiyyətli hallara yol verilməsi ilə yanaşı, qeyd olunan inzibati xətaların Şəxs tərəfindən törədilməsini təsdiq edə biləcək heç bir tutarlı dəlilə istinad edilməmiş və buna dair məhkəməyə əlavə heç bir sübut təqdim olunmamışdır. Ona görə də, məhkəmə Şəxs barəsində aparılmış inzibati xəta haqqında iş üzrə sonuncunun əməlində İXM-in 206 və 510-cu maddələrində nəzərdə tutulmuş inzibati xəta tərkibi olmadığından barəsində başlanılmış inzibati xəta haqqında iş üzrə icraata həmin hissələrdə xitam verilməsini əsaslı hesab etmişdir.
19. Beləliklə məhkəmə, inzibati xəta haqqında iş üzrə Şəxs əməllərinə qiymət verərkən müəyyən etmişdir ki, Şəxs barəsində İXM-in 535.1-ci maddəsi ilə olan inzibati xəta haqqında protokol əsaslıdır. Belə ki, məhkəmə iş üzrə toplanmış sübutlara və onların məcmusuna tam, hərtərəfli və obyektiv baxılmasına əsaslanmaqla belə nəticəyə gəlir ki, Şəxs İXM-in 535.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirliliyi inzibati xəta haqqında protokol, protokol tərtib etmiş şəxsin və şahidlərin izahatları ilə öz təsdiqini tapmış və onun əməli düzgün olaraq həmin maddə ilə tövsif edilmişdir. Həmçinin Şəxs hərəkətlərinə münasibətdə İXM-in 535.1-ci maddəsi ilə olan əməlin inzibati xəta olmasını aradan qaldıran hallar, habelə inzibati məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, Şəxs təqsiri tam sübuta yetirildiyinə görə sonuncu İXM-in 535.1-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb edilməli və tənbeh edilməlidir.
20. Məhkəmədə Şəxs məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran hallar müəyyən edilməmişdir.
21. Məhkəmə barəsində inzibati icraat aparılan şəxs Şəxs törətmiş olduğu inzibati xətaya görə təyin ediləcək tənbehin növü ilə bağlı aşağıdakıları qeyd etməyi zəruri hesab edir.
22. Məhkəmə, Şəxs onun törətdiyi inzibati xətanın xarakterini nəzərə alaraq hesab edir ki, ona yalnız inzibati həbs növündə tənbeh təyin etməklə və onu müəyyən müddətə cəmiyyətdən təcrid etməklə tənbehin məqsədlərinə nail olmaq olar. Barəsində inzibati icraat aparılan şəxsə inzibati həbslə əlaqədar olmayan tənbeh növünün təyin edilməsi isə məqsədəmüvafiq deyildir.
23. İXM-in 2-ci maddəsinə əsasən Azərbaycan Respublikasının inzibati xətalar qanunvericiliyin vəzifələri insan və vətəndaş hüquqlarını və azadlıqlarını, onun sağlamlığını, əhalinin sanitariya-epidemioloji salamatlığını, ictimai mənəviyyatı, mülkiyyəti, şəxslərin iqtisadi maraqlarını, ictimai qaydanı və ictimai təhlükəsizliyi, ətraf mühiti, idarəçilik qaydalarını qorumaqdan, qanunçuluğu möhkəmləndirməkdən və inzibati xətaların qarşısını almaqdan ibarətdir.
24. İXM-in 3-cü maddəsinə əsasən yalnız həmin Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur.
25. İXM-in 9.1-ci maddəsinə əsasən inzibati xəta törətmiş şəxsa haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır.
26. İXM-in 12.1-ci maddəsinə əsasən həmin Məcəllə ilə qorunan ictimai münsaibətlərə qəsd edən, hüquqa zidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyasızlıqdan törədilən) inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və hərəkətsizlik) inzibati xəta hesab olunur.
27. İXM-in 21-ci maddəsində göstərilir ki, inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır.
28. İXM-in 30.3-cü maddəsinə əsasən inzibati qaydada tutma müddəti inzibati həbs müddətinə daxil edilir.
29. İXM-in 31.1-ci maddəsinə əsəsən inzibati xətaya görə tənbeh İnzibati Xətalar Məcəlləsinə uyğun olaraq tətbiq edilir.
30. İXM-in 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, inzibati xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakterizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır.
31. İXM-in 34.2-ci maddəsinə əsasən şəxsin eyni və ya müxtəlif vaxtlarda törətdiyi bir neçə inzibati xətaya dair işlərə baxılması eyni orqanın səlahiyyətinə aiddirsə, həmin işlərə eyni vaxtda baxılmalıdır.
32. Beləliklə, məhkəmə inzibati xətanın xarakterini, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakterizə edən halları, onun təqsirinin dərəcəsini, əmlak vəziyyətini, məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran halların olmasını nəzərə alıb hesab edir ki, Şəxs əməlində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 206 və 510-cu maddələrinin tərkib əlamətləri olmadığından inzibati xəta haqqında iş üzrə icraata həmin hissələrdə xitam verilməli, Şəxs İXM-in 535.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək, barəsində inzibati həbs növündə tənbeh tədbiri tətbiq edilməli və inzibati həbsin əvvəli 12 avqust 2025-ci il tarixdə saat 17:00-dan hesablanmalıdır.
33. Qeyd olunanları nəzərə alaraq və İXM-in 34, 40, 43, 48-50, 73, 114, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə
qərara aldı:
Şəxs əməlində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 206 və 510-cu maddələrinin tərkib əlamətləri olmadığından inzibati xəta haqqında iş üzrə icraata həmin hissələrdə xitam verilsin. Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinib, 10 (on) gün müddətə inzibati həbs edilsin. Həbsdə saxlama müddətinin əvvəli 12 avqust 2025-ci il tarixdə saat 17:00-dan hesablansın. Qərarın icrası Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyinin İnzibati Həbs olunanların Saxlanma Məntəqəsinə həvalə edilsin. Qərarın surəti rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 129-cu maddəsində müəyyən edilmiş qaydada Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim: Aytəkin İbrahimova