Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(001)-567/2023 20.02.2023 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Hakim Bağırov Zamiq Rəşid oğlunun sədrliyi, Rəhimova Aynurə Şirzad qızının katibliyi, Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiə Nazirliyi yanında X11 Xidmətinin Bakı şəhər İdarəsinin nümayəndəsi X4 iştirakı ilə, Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiə Nazirliyi yanında X11 Xidmətinin Bakı şəhər İdarəsinin MN ******* nömrəli, xx.xx.2023-cü il tarixli inzibati tənbeh vermə haqqında qərarından X13 tərəfindən verilmiş şikayətə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: X1 Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiə Nazirliyi yanında X11 Xidmətinin Bakı şəhər İdarəsinin MN ******* nömrəli, xx.xx.2023-cü il tarixli inzibati tənbeh vermə haqqında qərardan verdiyi şikayət baxılması üçün Binəqədi Rayon Məhkəməsinə göndərilmişdir. Məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumatlandırılmasına baxmayaraq, şikayət vermiş şəxs və onun nümayəndəsi məhkəmə iclasında iştirak etməmişilər. Məhkəmə, qanunvericiliyin tələblərini rəhbər tutaraq şikayət vermiş şəxs və onun nümayəndəsinin iştirakı olmadan işə baxılmanı mümkün hesab edir. Şikayət onunla əsaslandırılmışdır ki, o, "xxxx" MMC-nin direktorudur. Şirkət Bakı şəhəri, Nizami rayonu, H.Əliyev prospekti 115 ünvanında yerləşən “Sport Plaza” iş mərkəzində (B bloku 13-cü mərtəbə) yerləşir. Plazaya giriş həmin plazanın aid olduğu “X19 və Apartments” şirkəti tərəfindən quraşdırılan tuniketlər vasitəsilə həyata keçirilir və qeydiyyatda da həmin şirkətin konfidensial məlumat bazalarında aparılır. Direktoru olduğu şirkət lizinq şirkətidir və şirkətdə 10 nəfərdən artıq əməkdaş çalışır. Həmin əməkdaşlardan biri də Şahid olmuşdur. O, xx.xx.2022-xx.xx.2022 tarixlərində "xxxx" MMC-də mütəxəssis kimi işləmişdir. İlk aylardan işinə məsuliyyətsiz, səhlənkar yanaşmış, səriştəsiz işçi olduğundan artıq 2 ay sonra, avqustda onunla ayrılmaq qərarı verilmişdir. Sırf həmin ərəfədə onun yeni övladı dünyaya gəldiyindən ondan iş tapana qədər işdə qalmağı xahiş etmişdir. Lakin bacarıqsız işçi olduğu üçün ona ciddi iş həvalə edilmirdi, keçmiş işlərini yekunlaşdırırdı. Həmin işçi xx.xx.2022 tarixində öz ərizəsi əsasında işdən könüllü çıxmış və bütün haqq-hesabını almışdır. İşlədiyi dövrdə həm yeni, həm də səriştəsiz işçi oldğu üçün ona 300 manat əmək haqqı verilmişdir. Təbii ki, özünü doğrultsa idi əmək haqqı artırıla bilərdi. Əgər əksi olsa idi, keçmiş işçi bir ay sonra deyil (xx.xx.2022) dərhal şikayət verərdi. Bu halın da məhkəmə tərəfindən nəzərə alınmalı hal olmasını qeyd edir. Daha sonra həmin əməkdaşın şikayəti əsasında DƏMX Bakı şəhər İdarəsində araşdırma aparılmış və xx.xx.2023 tarixli qərarla vəzifəli şəxs kimi o Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin (“İXM”) 192.4-cü maddəsi ilə təqsirli bilinərək barəsində 1000 (bir min) manat cərimə tətbiq edilmişdir. Həmin qərarla qəti razı deyil, onu tam qanunsuz və əsassız hesab edir və Qərarın aşağıdakı əsaslara görə ləğv edilməsini istəyir. Hesab edir ki, işdə olan yeganə "xxxx" onun rəhbəri olduğu şirkətin (MASSİ MMC) yerləşdiriyi iş mərkəzi Sport Plazadan şübhəli yollarla alınmış ofisə giriş-çıxışa dair çıxarışdır. Halbuki, həmin çıxarışın imza, möhür və ya ştampla rəsmi təsdiqi yoxdur, hansısa dövlət informasiya ehtiyatından əldə edilməmiş və mötəbərliyi tamamən sual alrındadır. Həmin sənədi istənilən ofis proqramı vasitəsiylə yığmaq olar. Lakin səlahiyyətli orqan bu hallara fikir verməmiş, işin araşdırılmasını səhlənkar şəkildə aparmış və nəticəsdə əsassız və qanunsuz qərar çıxarmışdır. Yəni, səlahiyyətli şəxs bu normaya əsasən iş üzrə mütləq əlavə araşdırma aparmalı və şübhəli çıxarışı verən quruma sorğu göndərərk əlavə məlumat tələb etməli idi. Lakin işə baxan vəzifəli şəxs əlavə məlumat tələbi üçün qərardad qəbul etməməklə əslində qərəzli olduğunu və hər vəchlə tələsik qərar qəbul etmək istədiyini biruzə vermişdir. Bu halda isə qəbul edilən qərarın qanuni, əsaslı və ədalətli olmasından söhbət gedə bilməz. Hesab edir ki, işdə olan yeganə sübut onun təqsirini heç bir halda sübut, sübut qanuna zidd olaraq əldə edilib, mötəbər deyil. Habelə işçi bəzi vaxtlarda işə gəlib getmiş olsa belə, iş mərkəzinə daxil olsa belə onun məhz iş yerinə gəlib işləməsi heç cür sübut olunmur. (belə ki, iş mərkəzində o, yuxarı mərtəbədəki restorana, öz tanışlarının ofislərinə və s. məkanlara da gedə bilərdi). Bu halları işə baxan səlahiyyətli orqan adi məntiqlə nəzərə ala bilər və buna görə onun əlavə sübut gətirmək vəzifəsi yoxdur. Onun təqsirsizlik prezumpsiyası hüququ var. Qeyd edilənlərə əsasən də barəsində başlanmış inzibati xətalara dair iş üzrə icraata xitam verilməsini və Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X8 Xidmətinin Bakı şəhəri İdarəsinin xx.xx.2023-cü il tarixli, MN seriyalı ******* nömrəli İnzibati tənbeh vermə haqqında qərarının ləğv edilməsini məhkəmədən xahiş edir. xx.xx.2023-cü il tarixli məhkəmə iclasında iştirak edən X1 nümayəndəsi və vəkili Vəkil şikayətin məzmunun uyğun izahat verərək izahatında X13 "xxxx" MMCnin direktoru olduğunu, Şirkətin Bakı şəhəri, Nizami rayonu, H.Əliyev prospekti 115 ünvanında yerləşən “Sport Plaza” iş mərkəzində (B bloku 13-cü mərtəbə) yerləşdiyini, plazaya girişin həmin plazanın aid olduğu “X19 və Apartments” şirkəti tərəfindən quraşdırılan tuniketlər vasitəsilə həyata keçiridiyini və qeydiyyatda da həmin şirkətin konfidensial məlumat bazalarında aparıldığını, X5 direktor olduğu şirkətin lizinq şirkəti olduğunu və şirkətdə 10 nəfərdən artıq əməkdaşın çalışdığını, həmin əməkdaşlardan birinin də Şahid olduğunu, onun xx.xx.2022-xx.xx.2022 tarixlərində "xxxx" MMC-də mütəxəssis kimi işlədiyini, ilk aylardan işinə məsuliyyətsiz, səhlənkar yanaşdığını, səriştəsiz işçi olduğundan artıq 2 ay sonra, avqustda onunla ayrılmaq qərarı verildiyini, sırf həmin ərəfədə onun yeni övladı dünyaya gəldiyindən o iş tapana qədər işdə qalmağı xahiş etdiyini, lakin bacarıqsız işçi olduğu üçün ona ciddi iş həvalə edilmədiyini, keçmiş işlərini yekunlaşdırdığını, onun xx.xx.2022 tarixində öz ərizəsi əsasında işdən könüllü çıxdığını və bütün haqq-hesabını aldığını, işlədiyi dövrdə həm yeni, həm də səriştəsiz işçi oldğu üçün ona 300 manat əmək haqqı verildiyini, özünü doğrultsa idi, əmək haqqı artırıla biləcəyini, əgər əksi olsa idi, keçmiş işçi bir ay sonra deyil (xx.xx.2022) dərhal şikayət verəcəyini, bu halın da məhkəmə tərəfindən nəzərə alınmalı hal olmasını, həmin əməkdaşın şikayəti əsasında DƏMX Bakı şəhər İdarəsində araşdırma aparıldığını və xx.xx.2023 tarixli qərarla vəzifəli şəxs kimi X5 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin (“İXM”) 192.4cü maddəsi ilə təqsirli bilinərək barəsində 1000 (bir min) manat cərimə tətbiq edildiyini, qərarla qəti razı olmadıqlarını, qərarı tam qanunsuz və əsassız hesab etdiklərini, qərarın ləğv edilməsini tələb etdiyini, işdə olan yeganə "xxxx"un X5 rəhbəri olduğu şirkətin (MASSİ MMC) yerləşdiyi iş mərkəzi Sport Plazadan şübhəli yollarla alınmış ofisə giriş-çıxışa dair çıxarışların olduğunu, həmin çıxarışın imza, möhür və ya ştampla rəsmi təsdiqinin olmadığını, hansısa dövlət informasiya ehtiyatından əldə edilmədiyini və mötəbərliyi tamamən sual altında olduğunu, həmin sənədi istənilən ofis proqramı vasitəsiylə yığmağın mümlkün olduğunu, lakin səlahiyyətli orqan bu hallara fikir vermədiyini, işin araşdırılmasını səhlənkar şəkildə apardığını və nəticəsdə əsassız və qanunsuz qərar çıxardığını, səlahiyyətli şəxsin iş üzrə mütləq əlavə araşdırma aparmalı və şübhəli çıxarışı verən quruma sorğu göndərərk əlavə məlumat tələb etməli olduğunu, lakin işə baxan vəzifəli şəxs əlavə məlumat tələbi üçün qərardad qəbul etməməklə əslində qərəzli olduğunu və hər vəchlə tələsik qərar qəbul etmək istədiyini biruzə verdiyini, bu halda isə qəbul edilən qərarın qanuni, əsaslı və ədalətli olmasından söhbət gedə bilməyəcəyini, işdə olan yeganə sübutun X5 təqsirini heç bir halda sübut etmədiyini, sübutun qanuna zidd olaraq əldə edildiyini, işçi bəzi vaxtlarda işə gəlib getmiş olsa belə, iş mərkəzinə daxil olsa belə onun məhz iş yerinə gəlib işləməsi heç cür sübut olunmadığını (belə ki, iş mərkəzində o, yuxarı mərtəbədəki restorana, öz tanışlarının ofislərinə və s. məkanlara da gedə bilərdi), bu halları işə baxan səlahiyyətli orqan adi məntiqlə nəzərə ala biləcəyini qeyd edilənlərə əsasən də X5 barəsində başlanmış inzibati xətalara dair iş üzrə icraata xitam verilməsini və Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X8 Xidmətinin Bakı şəhəri İdarəsinin xx.xx.2023-cü il tarixli, MN seriyalı ******* nömrəli İnzibati tənbeh vermə haqqında qərarının ləğv edilməsini məhkəmədən xahiş etdiyini bildirmişdir. Məhkəmə iclasında iştirak edən Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiə Nazirliyi yanında X11 Xidmətinin Bakı şəhər İdarəsinin böyük məsləhətçisi X9 şikayətin dəlillərinə münasibət bildirərək, qeyd etmişdir ki, Şahid xx.xx.2022-ci il tarixdə X11 Xidmətinə müraciət etmiş və həmin müraciət əsasında araşdırma aparılmışdır. Aparılmış araşdırma zamanı X3 izahatı alınmış və "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə sorğu verilərək müvafiq sənədlər tələb edilmişdir. Aparılmış araşdırma nəticəsində müəyyən edilmişdir ki, "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti tərəfindən Azərbaycan Respublikasının Əmək Məcəlləsinin tələbləri pozulmuş, yəni Şahid son haqqhesab hesablanıb ödənilərkən Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 137 nömrəli qərarına uyğun olaraq iş vaxtından artıq iş saatlarında və istirahət günlərində işlərə cəlb edilməsinə görə əmək haqqıları nəzərə alınmamışdır. Ona görə də, həmin zaman "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin direktor X10 barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 192.4-cü maddəsi ilə xx.xx.2023-cü il tarixli, MN 12922999 nömrəli inzibati tənbeh vermə haqqında qərar qəbul edilərək sonuncu 1000 (bir min) manat məbləğində inzibati cərimə edilmişdir. Şikayətçi tərəfindən barəsində qəbul edilmiş inzibati tənbeh vermə haqqında qərarın ləğv edilməsinə dair şikayət ərizəsində göstərilən əsaslar tamamilə əsassızdır. Bu səbədən məhkəmədən şikayətin təmin edilməməsini xahiş edir. xx.xx.2023-cü il tarixli məhkəmə iclasında iştirak edən Şahid öz izahatında bildirmişdir ki, o, xx.xx.2022-ci il tarixindən xx.xx.2022-ci il tarixinədək, "xxxx" MMC-nin problemli kreditlər şöbəsinin əməkdaşı olaraq işləmişdir. Həmin şirkətə internetdə əmək haqqısı 1000 manat göstərilən elanla bağlı CV göndərərək müraciət etmiş, işə qəbul olmuşdur. Bununla bağlı internetdən həmin elanın çıxarışını məhkəməyə təqdim edir. Eyni zamanda da işə başlayarkən müəssisənin direktoru Orxan Hümbətovla razılaşmasına əsasən aylıq əmək haqqısı 1000 manat olmuşdur. Lakin buna baxmayaraq, əmək haqqısının 276,50 manat məbləğində hissəsi “Paşa” bankın kartı vasitəsilə, digər 774 manat məbləğ isə nəğd şəkildə ödənilmişdir. O, Orxan Hümbətovdan əmək haqqının bir hissəsinin nəğd şəklində verilməsinin səbəbini soruşduqda, o cavab olaraq pulu bankdan nəğdləşdirərək verdiyini bildirmişdir. Eyni zamanda onun iş rejimi 5 günlük iş həftəsi olmasına baxmayaraq, şənbə-bazar və bayram günlərində də işə cəlb edilmişdir. Lakin bununla bağlı olaraq ona əmək haqqı ödənişi həyata keçirilməmişdir. xx.xx.2022-ci il tarixdə o işdən rəhbərliyin tələbi ilə ərizə yazıb çıxmış və həmin günə qədər ona əmək müqaviləsi təqdim olunmamışdır. xx.xx.2022-ci il tarixdə əmək müqaviləsini aldıqda əmək haqqının 300 manat qeyd olunduğunu və pensiya fonduna 1000 manat maaşın vergisi əvəzinə 300 manat maaşın vergisinin ödənildiyini görmüşdür. Sonradan ona məlum olmuşdur ki, onlar vergidən yayınmaq üçün bu cür qanunsuz yola əl atmışlar. Bununla bağlı o aidiyyatı qurumlara müraciət etmiş və cavab gözləyir. O qeyd etdiklərini təsdiq edən “whatsapp” sosial şəbəkə vasitəsi ilə Orxan Hümbətovla və "xxxx" MMC-nin işçisi Şahin bəylə aralarında aparılmış yazışmadan çıxarışları, eyni MCB Leasing şirkəti tərəfindən verilmiş 13 iyul 2012-ci il tarixli xasiyyətnaməni və AGBANK ASC tərəfindən verilmiş 08.007.2010-cu il tarixli 11/1306 nömrəli xasiyyətnaməni təqdim etmişdir. Məhkəmə, işdə iştirak edən şəxslərin izahatlarını dinləyib, inzibati xəta haqqında iş üzrə qərardan verilmiş şikayəti və ona əlavə edilmiş sənədləri nəzərdən keçirərək hesab edir ki, şikayət təmin edilməməlidir. Belə ki, iş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiə Nazirliyi yanında X11 Xidmətinin Bakı şəhər İdarəsinin MN ******* nömrəli, xx.xx.2023-cü il tarixli inzibati xəta haqqında protokolundan görünür ki, X13 tərəfindən İXM-in 192.4-cü maddəsində nəzərdə tutulan inzibati xəta törədilmişdir. Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiə Nazirliyi yanında X11 Xidmətinin Bakı şəhər İdarəsinin MN ******* nömrəli, xx.xx.2023-cü il tarixli inzibati tənbeh vermə haqqında qərarından görünür ki, X13 İXM-in 192.4-cü maddəsində nəzərdə tutulan inzibati xətanı törətmiş və 1000 manat məbləğində cərimə olunmuşdur. İş materiallarında olan Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiə Nazirliyi yanında X11 Xidmətinin Bakı şəhər İdarəsinin xx.xx.2022-ci il tarixli **********6 nömrəli sorğusuna X13 tərəfindən verilmiş cavab məktubundan görünür ki, müəssisənin iş vaxtı gündə 8 saat olmaqla, həftənin 5 iş günü təşkil edir və rəsmi olaraq iş vaxtı uçotunun aparılmasına zərurət görülmür. İş materiallarında olan xx.xx.2022-ci il tarixli Əmək müqaviləsinin surətindən görünür ki, keçmiş işçi Şahid ilə iş vaxtı gündə 8 saat, həftə ərzində 40 saatdan çox olmayaraq, işə başlama saatı 09:00, qurtama saatı 18:00 göstərilən aylıq əmək haqqı 300 manat olmaqla əmək müqaviləsi bağlanmışdır. 01 iyun 2022-ci il tarixli 13/22 saylı Əmrin surətindən görünür ki, Şahid xx.xx.2022-ci il tarixdə "xxxx" MMC-yə problemli kreditlər üzrə mütəxəssis vəzifəsinə işə qəbul edilmişdir. xx.xx.2022-ci il tarixli ərizənin surətindən görünür ki, Şahid "xxxx" MMC-nin direktoru X7 xx.xx.2022-ci il tarixdən işə qəbul edilməsi ilə bağlı ərizə ilə müraciət etmişdir. xx.xx.2022-ci il tarixli Əmək bildirişinin surətindən görünür ki, Şahid müddətsiz, aylıq əmək haqqı 300 manat olmaqla "xxxx" MMC-yə problemli kreditlər üzrə mütəxəssis vəzifəsinə işə qəbul edilmişdir. İş materiallarında olan xx.xx.2022-ci il tarixli ərizənin surətindən görünür ki, Şahid "xxxx" MMC-yə öz istəyi ilə xx.xx.2022-ci il tarixdən işdən azad olunmaq üçün ərizə təqdim etmişdir. xx.xx.2022-ci il tarixli 3110/22 saylı Əmrin surətindən görünür ki, problemli kreditlər üzrə mütəxəssis vəzifəsində işləyən Şahid ilə bağlanmış xxxxxxx000200 nömrəli əmək müqaviləsinə Azərbaycan Respublikasının ƏM-nin 68.2-ci maddəsinin "xxxx" bəndinə əsasən xx.xx.2022-ci il tarixdən xitam verilmişdir. Paşabank ASC tərəfindən verilmiş Şahid məxsus bank hesabından çıxarışdan görünür ki, xx.xx.2022-ci il tarixdə 276,50 manat, xx.xx.2022-ci il tarixdə 276.50 manat, xx.xx.2022-ci il tarixdə 276.50 manat, xx.xx.2022-ci il tarixdə 276.50 manat əmək haqqı ödənişi, xx.xx.2022-ci il tarixdə 393,08 mmanat son haqq hesab olmaqla, ümumilikdə 1499,08 manat vəait ödənilmişdir. Şahid Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiə Nazirliyi yanında X11 Xidmətinin Bakı şəhər İdarəsinə verdiyi xx.xx.2022-ci il tarixli izahatdan görünür ki, Şahid xx.xx.2022-ci il tarixdə əmək müqaviləsini aldıqda əmək haqqının 300 manat yazıldığını bilmiş, pensiya fonduna 1000 manat maaşın vergisi əvəzinə 300 manat əmək haqqı vergisi ödənilmiş, 6-cı günlər işə çağırılmış və bayram günləri iş olmayan günlərin, qeyri- iş günlərinin əmək haqqısını almamış, onun “Sport Plaza”-ya gəlib getmə vaxtı giriş-çıxış kartında qeydə alınmışdır. xx.xx.2023-cü il tarixli məktubla "xxxx" MMC-yə sorğu göndərilərək Bakı şəhəri, Nizami rayonu, H.Əliyev prospekti 115 ünvanda yerləşən Sport Plaza iş mərkəzində (B bloku, 13-cü mərtəbədə) fəaliyyət göstərən "xxxx" MMC-də işləmiş, Şahid xx.xx.2022-ci il tarixdən xx.xx.2022-ci il tarixədək həmin iş mərkəzinə giriş-çıxışını təsdiq edən məlumatların (çıxarışın) təqsdiq edilmiş surətlərinin məhkəməyə tqdim edilməsi tələb edilmişdir. "xxxx" MMC tərəfindən xx.xx.2023-cü il tarixli AİS/23/642 nömrəli məktubla Şahid Sport Plaza iş mərkəzi tərəfindən aparılan binaya giriş-çıxışlarını təsdiq edən 8 vərərəqdən ibarət hesabatı təqdim edilmişdir. İş materiallarında olan 0xx/xx-2012 nömrəli 13 iyul 2012-ci il tarixli xasiyyətnamənin surətindən görünür ki, Şahid xx.xx.2011-ci il tarixdən xx.xx.2012-ci il tarixinədək "xxxx" QSC-nin lizinq üzrə mütəxəssisi vəzifəsində çalışmış, üzərinə düşən vəzifələrin öhdəsindən yüksək səviyyədə gəlmişdir. İş materiallarında olan 11/1306 nömrəli 08 iyul 2010-cu il tarixli xasiyyətnamənin surətindən görünür ki, Şahid xx.xx.2008-ci il tarixdən xx.xx.2010-cu il tarixinədək "xxxx" ASC-nin İnşaatçılar filialında mikromaliyə qrupunun mütəxəssisi vəzifəsində çalışmış, işlədiyi dövrdə özünü intizamlı və savdlı mütəxəssis kimi göstərmiş, ona tapşırılan işləri səliqə ilə yerinə yetirmiş, kollektivin hörmətini qazanmışdır. İş materiallarında olan votsap yazışmalarının çıxarışlardan görünür ki, Şahid şirkətə internetdə əmək haqqısı 1000 manat göstərilən elanla bağlı CV göndərərək müraciət etmiş, şirkətin rəhbəri Orxan Hümbətovla razılaşmasına əsasən aylıq əmək haqqısı 1000 manat təşkil etmiş, lakin sonradan əmək haqqısının 276,50 manat məbləğində hissəsini “Paşa” bankın kartı vasitəsilə, digər 774 manat məbləğ isə nəğd şəkildə almağa başlamış, X2 Şaiq Əli oğluna işini peşakarlıqla həyata keçirdiyi üçün ona minnətdarlığını bildirmişdir. Məhkəmə, işdə iştirak edən şəxslərin izahatlarını dinləyib, inzibati xəta haqqında iş üzrə qərardan verilmiş şikayəti və ona əlavə edilmiş sənədləri nəzərdən keçirərək hesab edir ki, şikayət təmin edilməməlidir. Belə ki, məhkəmə iclasında verilmiş şikayətin dəlilləri inzibati xəta haqqında işə əlavə olunmuş sənədlərlə qarşılıqlı şəkildə araşdırılaraq müəyyən olundu ki, Şahid xx.xx.2022-ci il tarixdə "xxxx" MMC-yə problemli kreditlər üzrə mütəxəssis vəzifəsinə rəsmi əmək müqaviləsində aylıq əmək haqqı 300 manat olmaqla işə qəbul edilmişdir. Onun əmək müqaviləsində iş vaxtı gündə 8 saat, həftə ərzində 40 saat göstərilmiş, 1000 manat əmək haqqı alacağı bildirilmiş, lakin xx.xx.2022-ci il tarixdə əmək müqaviləsini aldıqda əmək haqqısının 300 manat olduğunu bilmiş, pensiya fonduna 1000 manat maaşın vergisi əvəzinə 300 manat əmək haqqı vergisi ödənilmiş, 6-cı və bazar günlər, habelə iş günü hesab edilməyən bayram günü əmək funksiyalarının yerinə yetirilməsinə cəlb edilmiş, qeyri-iş günlərinin və bayram günləri iş olmayan günlərin əmək haqqısını almamışdır. xx.xx.2022-ci il tarixdən öz istəyi ilə işdən azad olunmuş, əmək müqaviləsinə xitam verilmişdir. "xxxx" MMC tərəfindən təqdim edilmiş binaya giriş-çıxış hesabatında Şahid 2022-ci ilin iyun ayının 3-4-ü, 11-i, , 18-i, 25-i, iyul ayının 2-si, 16-sı, 23-ü, 30-u, həmin ilin avqust ayının 6-sı, 13-ü, 20-si, 27-si, sentyabr ayının 3-ü, 10-u, 24-ü, oktyabr ayının 1-i, 8i, 15-i tərəflər arasında bağlanmış əmək müqaviləsinə əsasən qeyri iş günü, yəni şənbə və bazar günü olmasına, 2022-ci ilin 15 iyunu isə qeyri iş günü hesab edilən bayram günü olmasına (Azərbaycan xalqının milli qurtuluş günü) baxmayaraq faktiki olaraq iş yerində əmək funksiyalarının yerinə yetirilməsinə cəlb edildiyi halda ona iş vaxtından artıq gördüyü iş şaatlarına görə əlavələr ödənilməmiş, sadəcə tərəflər arasında bağlanmış rəsmi əmək müqaviləsində göstərilmiş 300 manat vəsaitdən qanunvericilklə nəzərdə tutulmuş ödənişlər tutulmaqla aylıq 276,50 əmək haqqı ödənilmişdir. Halbu ki, Əmək Məcəlləsinin 102-ci maddəsininə əsasən işəgötürən, faktiki olaraq hər bir işçinin iş vaxtının və iş vaxtından artıq işlənmiş saatlarının dəqiq, dürüst uçotunu aparmağa borcludur. Həmin Məcəllənin 165-ci maddəsinə əsasən isə işçilərə iş vaxtından artıq vaxt ərzində görülən işin hər saatı üçün əməyin vaxtamuzd ödənilmə sistemində saatlıq tarif (vəzifə) maaşının ikiqat məbləğindən aşağı olmamaqla əmək haqqı ödənilməlidir. Lakin iş materiallarında olan MASSİ MMC- tərəfindən X6 ünvanlanmış rəsmi məktubda iş vaxtının uçotunun aparılmaması göstərilmiş, cəmiyyətin nümayəndəsi Vəkil tərəfindən məhkəmədə verilmiş izahatında da Şahid yalnız əmək müqaviləsində göstərilən 300 manata uyğun əmək haqqının ödənildiyi, ona hər hansı əlavə ödəmənin edilmədiyini təsdiq etmişdir. Şikayətçi tərəfindən bildirilən Şahid həmin binaya digər ofislərə və ya restorana gəlib gedə bilməsi barədə iddialrını isə məhkəmə əsaslı hesab etmir. İşəgötürən tərəfindən qeyd edilən iddialar o zaman mötəbər hesab edilə bilərdi ki, əmək qanunvericiliyinə uğun olaraq işəgötürən hər bir işçinin iş vaxtının və iş vaxtından artıq işlənmiş saatlarının dəqiq, dürüst uçotunu aparmış olsun. Lakin nə təqdim edilmiş sənədlərdə nə də məhkəmə araşdırması dövründə belə bir uçotun aparılması müəyyən edilmədi, şikayətçi rəsmi cavab məktubunda müəssisənin iş vaxtı gündə 8 saat olmaqla, həftənin 5 iş günü təşkil edir və rəsmi olaraq iş vaxtı uçotunun aparılmasına zərurət görülmədiyini təsdiq etmişdir. Şikayətçinin qərarın ləğv edilməsi barədə ərizəsində əsas arqumenti o olmuşdur ki, protokol və qərar tərtib edilərəkən araşdırma aparan orqan tərəfindən mənbəyi bəlli olmayan subuta (şikayətin dəlillərinə əsasən MASSİ MMC-nin fəaliyyət göstərdiyi iş mərkəzi Sport Plazadan şübhəli yollarla alınmış Şahid girişiş çıxşına dair çıxarış) istinad edilmişdir. Qeyd edilənləri məhkəmə nəzərə alaraq həmin binaya giriş clıxışlara nəzəarət edən müəssisədən Şahid giriş çıxış hesabatlarını sorğu yolu ilə əldə etmiş və həmin məlumatların mötəbər olması müəyyənləşdirilmişdir. Qeyd edilənlərə əsasən də məhkəmə hesab edir ki, Massi MMC-nin rəhbəri, vəzifəli şəxs X13 rəhbəri olduğu MASSİ MMC-də xx.xx.2022-ci il tarixdən xx.xx.2022-ci il tarixədək problemli kreditlər üzrə mütəxəssis vəzifəsində işlədiyi dövrdə iş saatlarından artıq, habelə əmək müqaviləsinə əsasən iş günü hesab edilməyən şənbə və bazar günləri, habelə Əmək Məcəlləsinin 105.2-ci maddəsinə əsasən iş günü hesab edilməyən 15 iyun Azərbaycan xalqının milli qurtuluş günü işə cəlb etməsinə baxmayaraq, ona həmin iş şaatlarından artıq işlədiyi vaxtların ödənişlərini etməmişdir. Qeyd edilənlərə əsasən də onun barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 192.4-cü maddəsinə əsasən inzibati məsuliyyətə cəlb etmə barədə MN seriyalı ******* saylı qərar düzgün və əsaslı olaraq qəbul edilmişdir. Şikayətçinin digər dəlili isə Şahid peşəkar olmaması, işinə məsuliyyətsiz yanaşması göstərilsə də, məhkəmə icilası zamanı Şahid səlis izaht verərək, iş üzrə kifayət qədər işindən məlumatlı olması, öz üzərinə düşə vəzifələri icra etməsini bildirmişdir, qeyd edilənlər də Massi MMC-nin direktotu X13 arasında olan votsap yazışmalarıyla təsdiq edilmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 192.4-cü maddəsinə əsasən işçinin əmək və məzuniyyət haqlarının, ezamiyyə xərclərinin, əmək qanunvericiliyində nəzərdə tutulmuş müavinət və digər ödənişlərin hesablanmasında və ödənilməsində, riyazi hesablamalar nəticəsində yol verilən nöqsanlar istisna olmaqla, qanun pozuntularına yol verilməsinə görə vəzifəli şəxslər yeddi yüz manatdan min beş yüz manatadək məbləğdə cərimə edilir. Beləliklə, məhkəmə yuxarıda göstərilənlərə əsasən belə nəticəyə gəlir ki, X5 şikayətdə göstərdiyi xüsusatlar barəsində Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiə Nazirliyi yanında X11 Xidmətinin Bakı şəhər İdarəsinin MN ******* nömrəli, xx.xx.2023-cü il nömrəli inzibati tənbeh vermə haqqında qərarın ləğv edilməsi üçün əsas olmamaqla yanaşı, mübahisələndirilən inzibati tənbeh vermə haqqında qərarın ləğv edilməsi üçün heç bir hal yoxdur. Ona görə də, məhkəmə X13 tərəfindən verilmiş şikayətin təmin olunmaması qənaətinə gəlmişdir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 12.1-ci maddəsinə əsasən bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 134.1.1-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayət və ya protest baxıldıqda qərarın dəyişdirilmədən, şikayətin və ya protestin isə təmin edilmədən saxlanılması haqqında qərarlardan biri qəbul edilir. Beləliklə, məhkəmə qanunvericiliyin tələblərini rəhbər tutaraq hesab edir ki, Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiə Nazirliyi yanında X11 Xidmətinin Bakı şəhər İdarəsinin MN ******* nömrəli, xx.xx.2023-cü il nömrəli inzibati tənbeh vermə haqqında qərarın qanuniliyini şübhə altına ala biləcək əsaslar müəyyən edilmədiyindən, X5 həmin qərardan verdiyi şikayət təmin edilməməli, həmin qərar dəyişdirilmədən saxlanılmalıdır. Qeyd olunanlara əsasən və İXM-in 128-137-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiə Nazirliyi yanında X11 Xidmətinin Bakı şəhər İdarəsinin MN ******* nömrəli, xx.xx.2023-cü il tarixli inzibati tənbeh vermə haqqında qərardan X13 tərəfindən verilmiş şikayət təmin edilməsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində işə baxan Bakı şəhəri Binəqədi Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Zamiq Bağırov
Məhkəmə qərarları › İş №3(001)-567/2023
Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qərar — İş №3(001)-567/2023
20.02.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver