Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(001)-5673/2025 26.08.2025 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Hakim Nəsibov Samir Nadir oğlunun sədrliyi, Bayramov Tural Ural oğlunun katibliyi ilə Baş Dövlət Yol Polisi İdarəsinin 03 avqust 2025-ci il tarixli, EQ/ 27272758 nömrəli “inzibati tənbeh vermə haqqında” elektron qərarından X4 tərəfindən verilmiş şikayətə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: Baş Dövlət Yol Polisi İdarəsinin 03 avqust 2025-ci il tarixli, EQ/ 27272758 nömrəli “inzibati tənbeh vermə haqqında” elektron qərarına əsasən, X4 Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin (İXM) 327.2-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək, 100 manat cərimə edilmişdir. Hazırda V.M.Əmiraslanov həmin qərardan məhkəməyə şikayət verərək, qərarın ləğv olunmasını və barəsində olan həmin inzibati iş üzrə icaata xitam verilməsini xahiş etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, sözügedən inzibati xəta hadisəsi 11 aprel 2025ci il tarixdə qeydə alınmış, həmin tarixdə Baş Dövlət Yol Polisi İdarəsinin EQ 27227258 saylı qərarına əsasən, X1 qadağanedici işarəsi verilərkən hərəkətə davam etməsi əsası ilə İXM-nin 327.2-ci maddəsi ilə təqsirli bilinərək, 100 manat cərimə edilmişdir. Lakin, həmin vaxt avtomobili V.Əmiraslanov idarə etmədiyindən, barəsində qəbul edilmiş həmin qərardan məhkəməyə şikayət etmiş, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 19 iyun 2025-ci il tarixli, 3(001)-4231/2025 saylı qərarına əsasən, şikayəti qismən təmin edilmiş, 11 aprel 2025-ci il tarixli qərar ləğv edilərək, işin yenidən baxılması üçün Baş Dövlət Yol Polisi İdarəsinə göndərilməsi qərara alınmışdır. Lakin, 03 avqust 2025-ci il tarixdə həmin protokol üzrə yenidən eyni məzmunlu qərar qəbul edilmişdir. Şikayətə baxılması ilə əlaqədar məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumatlandırılmalarına baxmayaraq, şikayət vermiş şəxs və qərarından şikayət verilmiş inzibati qurumun səlahiyyətli nümayəndəsi məhkəmədə iştirak etməmişlər. Məhkəmə şikayəti iş materialları ilə birlikdə nəzərdən keçirərək, hesab edir ki, əsaslı olduğundan şikayət təmin olunmalıdır. Belə ki, iş materiallarında olan Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin qanuni qüvvəyə minmiş 19 iyun 2025-ci il tarixli, 3(001)-4231/2025 saylı qərarından görünür ki: - X4 BDYPİ tərəfindən qəbul edilmiş 11 aprel 2025-ci il tarixli, EQ 27272758 nömrəli “inzibati tənbeh vermə haqqında” qərardan şikayətlə məhkəməyə müraciət etmişdir. - 11 aprel 2025-ci il tarixli qərarda qeyd olunmuşdur ki, 11 aprel 2025-ci il tarixdə, saat 12:56-da “Hyundai Santafe” markalı, **-MP-*** dövlət qeydiyyat nişanlı avtomobil svetoforun qadağanedici işarəsi verilərkən hərəkəti davam etdirmişdir. - Nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsindən görünür ki, həmin avtomobil X3 mülkiyyətindədir. - xx.xx.2023-cü il tarixli etibarnamədən görünür ki, həmin avtomobili idarə etmək X5 tərəfindən X6 etibar edilmiş, etibarnamənin müddəti xx.xx.2030-cu il tarixədək müəyyən edilmişdir. - X8 tərəfindən məhkəməyə ünvanlanmış ərizədən görünür ki, o, qeyd edilən avtomobilin onun tərəfindən idarə olunduğunu və həmçinin 11 aprel 2025-ci il tarixdə də onun tərəfindən ifadə olunduğunu bildirmişdir. Beləliklə, məhkəmənin 19 iyun 2025-ci il tarixli qərarı ilə X2 şikayəti qismən təmin edilmiş, BDYPİ-nin 11 aprel 2025-ci il tarixli, EQ 27272758 nömrəli “inzibati tənbeh vermə haqqında” qərarı ləğv edilmiş və iş yenidən araşdırılması üçün həmin quruma göndərilmişdir. Qərar onunla əsaslandırılmışdır ki, 11 aprel 2025-ci il tarixli, EQ 27272758 saylı qərar həmin nəqliyyat vasitəsi ilə inzibati xəta törədən X8 barəsində deyil, X4 barəsində qəbul edilmişdir... İXM-nin: - 3-cü maddəsindən göründüyü kimi yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. - 8-ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllə ilə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsiri olmayan hesab edilir. İnzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. İnzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində şübhələr onun xeyrinə həll edilir. - 12.1-ci maddəsinə uyğun olaraq bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. - 53.2-ci maddəsinə əsasən, hər hansı şəxs barəsində başlanılmış inzibati xətalar haqqında işlər üzrə icraata, həmçinin onun inzibati xəta törədilməsinə aidiyyəti olmadıqda və ya təqsirliliyi sübuta yetirilmədikdə, o cümlədən təqsirliliyin sübuta yetirilməsində qanuna zidd olaraq əldə edilmiş sübutlardan istifadə edildikdə xitam verilir. - 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. - 134.1 və 134.1.3-cü maddələrinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılaraq bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulduğu hallarda qərarı ləğv edərək inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar qəbul edilir. Məhkəmə hesab edir ki, 11 aprel 2025-ci il tarixdə, saat 12:56-da “X11” markalı, **- MP-*** dövlət qeydiyyat nişanlı avtomobili idarə edərkən svetoforun qadağanedici işarəsi verilərkən hərəkətə davam edən şəxsin X4 olmadığı qanuni qüvvəyə minmiş məhkəmə qərarı ilə öz təsdiqini tapdığı halda, inzibati orqan, yəni Baş Dövlət Yol Polisi İdarəsi tərəfindən eyni inzibati xətaya görə yenidən V.M.Əmiraslanovun inzibati məsuliyyətə cəlb edilməsi əsassız olduğundan, sonuncunun barəsində qəbul edilmiş 03 avqust 2025-ci il tarixli, EQ/ 27272758 nömrəli “inzibati tənbeh vermə haqqında” elektron qərar ləğv edilməli, V.M.Əmiraslanov barəsində başlanmış icraata onun törədilmiş inzibati xətaya aidiyyyətinin olmaması əsası ilə xitam verilməlidir. Yuxarıda göstərilənləri və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 40, 43, 53, 114, 128-134-cü maddələrinin tələblərini rəhbər tutaraq, məhkəmə Q Ə R A R A A L D İ: Baş Dövlət Yol Polisi İdarəsinin 03 avqust 2025-ci il tarixli, EQ/ 27272758 nömrəli “inzibati tənbeh vermə haqqında” elektron qərarından X4 tərəfindən verilmiş şikayət təmin edilsin, həmin qərar ləğv edilsin və X4 barəsində başlanmış inzibati xəta haqqında iş üzrə icraata Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 53.2-ci maddəsinə əsasən (şəxsin inzibati xəta hadisəsinə aidiyyətinin olmaması) xitam verilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 129-cu maddəsində müəyyən edilmiş qaydada Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Samir Nəsibov
Məhkəmə qərarları › İş №3(001)-5673/2025
Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qərar — İş №3(001)-5673/2025
26.08.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver